XƏBƏR LENTİ

16 Dekabr 2019
15 Dekabr 2019
14 Dekabr 2019

Digər Xəbərlər

22 İyul 2019 - 11:24

Bakıda narkotik satışı ilə məşğul olan qadın saxlanıldı –FOTO

Binəqədi Rayon Polis İdarəsi Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxs saxlanılıb.

DİN-nin Mətbuat xidmətindən Strateq.az-a verilən məlumata görə, daxil olan məlumat əsasında keçirilən əməliyyat nəticəsində paytaxt sakini Ruhiyyə Tağıyeva tutulub.

Onun üzərinə baxış keçirilən zaman güclü psixotrop təsirə malik 82,189 qram metamfetamin aşkar olunaraq götürülüb. R.Tağıyeva ifadəsində narkotik vasitələri istifadə etməklə yanaşı satışı ilə də məşğul olduğunu etiraf edib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.