XƏBƏR LENTİ

23 Avqust 2019
22 Avqust 2019

Digər Xəbərlər

08 Avqust 2019 - 18:30

Kiyev bazarında qanunsuz miqrantlar saxlanıldı –13-ü azərbaycanlıdır

Cinayətlərlə Mübarizə İdarəsinin əməkdaşları “Mirotvorets” batalyonunun döyüşçüləri ilə birgə Kiyevo-Svyatoşinsk rayonunda keçirdiyi operativ əməliyyat zamanı bir qrup miqrantı saxlanılıb.

Bu barədə Kiyev Baş Milli Polis İdarəsinin mətbuat xidmətindən bildirilib.

Məlumata əsasən, əcnəbilər Ukrayna ərazisində qanunsuz yaşayıblar. Miqrantlar paytaxtın dairəvi yolunun yanında yerləşən “Stoliçnıy” bazarının ticarət məkanlarında və anbarlarında çalışıblar.

18 qanunsuz miqrant Kiyevin Mərkəzi regionlararası idarəsinə çatdırılıb. Onlardan 13-ü Azərbaycan, 5 isə Özbəkistan vətəndaşıdır.

Əcnəbilərin barəsində inzibati protokollar tərtib edilib (əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Ukraynada qalma və Ukrayna ərazisindən tranzit gediş qaydalarının pozulması) və Ukraynada qalma müddətləri azaldılıb.

Xatırladaq ki, polis və Miqrasiya Xidməti mütəmadi olaraq paytaxt bazarlarında qanunsuz miqrantları saxlayır. Belə ki, iyul ayında Desnyansk rayonunda miqrasiya qanunvericiliyini pozanlar kütləvi şəkildə tutulub. Birgə reyd zamanı “Troyeşina” paytaxt bazarının satış məntəqələrində çalışan 26 əcnəbi aşkar olunub. Daha sonra bazarda 63 nəfərdən ibarət qanunsuz miqrant dəstəsi saxlanılıb.

Bir neçə gün sonra, iyulun 31-də isə bazarda miqrasiya qanunvericiliyini pozan 59 nəfərlik daha bir dəstə tutulub. /Oxu.az