XƏBƏR LENTİ

15 Noyabr 2019
14 Noyabr 2019

Digər Xəbərlər

09 Avqust 2019 - 23:16

FHN Sabunçu qəsəbəsində yataqxanada baş verən yanğınla bağlı məlumat yayıb

Fövqəladə Hallar Nazirliyi (FHN) avqustun 9-da Sabunçu qəsəbəsində yataqxana binasında baş verən yanğınla bağlı məlumat yayıb.

Azərtac FHN-in saytına istinadla xəbər verir ki, çoxmərtəbəli yataqxana binasının dördüncü mərtəbəsində baş verən hadisə nəticəsində ümumi sahəsi 30 kvadratmetr olan mənzil 25 kvadratmetr sahədə yanıb. Yanğın zamanı altı sakin yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.