XƏBƏR LENTİ

15 Noyabr 2019
14 Noyabr 2019

Digər Xəbərlər

11 Avqust 2019 - 09:26

Hacıqabulda mikroavtobus minik maşını ilə toqquşub:19 nəfər yaralanıb - FOTO

Hacıqabul rayonunda baş vermiş qəzada xəsarət alanların şəxsiyyəti məlum olub.

Bunlar Bakı sakinləri Qasımov Səxavət Saleh oğlu, Eyvazov Oktay Bəhruz oğlu, Eyvazova Aytəkin Məzahir qızı, Eyvazova İsmət Bəhruz qızı, Qasımova Güldanə Cavanşir qızı, Hacıyeva Səadət Böyükağa qızı, Rüstəmova Səkinə İbrahim qızı, Əlizadə Günel Zaur qızı, Eyvazov Bəhruz Oktay oğlu, Həsənov Qalib Cavanşir oğludur.

Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Əbubəkirovun verdiyi məlumata görə, qəza nəticəsində 19 nəfər yaralanıb.

“10 nəfər Şirvan xəstəxanasına, 9 nəfər Kürdəmir MRX-ya aparılıb. Kürdəmir MRX-dan verilən məlumata görə, qəzadan sonra 6 qadın, 2 kişi və bir azyaşlı oğlan gətirilib. Azyaşlının Bakıya Travmatologiya İnstitutuna (qolun amputasiyası), 2 kişinin isə KTM-ə keçirilməsi qərara alınıb. Şirvan MRX-ya 4 kişi, 6 qadın çatdırılıb. Qadınların ikisində qapalı kəllə-beyin travması etimal olunur. Yaralıların hamısına lazımi yardım göstərilir”, – deyə məlumatda qeyd olunub.

Mikroavtobusda olan sərnişinlər Gəncəyə “N” saylı hərbi hissəyə əsgərlərin andiçmə mərasiminə gedirlərmiş.

Fakt araşdırılır.

*** 09:16

Hacıqabul rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Avtoqəza rayonun Muğan kəndi ərazisində qeydə alınıb.

Belə ki, “Mercedes Sprinter” markalı mikroavtobus paytaxtdan Gəncə istiqamətində hərəkətdə olan zaman “Opel” markalı minik maşını ilə toqquşub. Daha sonra hər iki nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb. Nəticədə 10 nəfərin Şirvan şəhər xəstəxanasına, təxminən 7 nəfərin də Kürdəmir xəstəxanasına yerləşdirildiyi deyilir. Avtoqəzanın isə ötmə əməliyyatı zamanı baş verdiyi müəyyənləşib.

Hadisənin təfərrüatları dəqiqləşdirilir.

Qeyd edək ki, mikroavtobusda olan sərnişinlər Gəncə şəhərinə əsgər andiçməsinə gedirmişlər. /APA