XƏBƏR LENTİ

24 Avqust 2019
23 Avqust 2019

Digər Xəbərlər

11 Avqust 2019 - 15:35

Nardaranda batan ailə niyə nəzarət olmayan əraziyə gedib? –Faciənin təfərrüatı

Nardaran çimərliyində 4 uşağın batması ilə nəticələnən faciənin təfərrüatı məlum olub.

Uşaqlar iki qardaşın övladları olublar.

Belə ki, həmin gün Ramin Cəfərzadə qardaşının uşaqlarını da götürərək dənizə aparıb.

Lakin onun həyat yoldaşı hamilə və hicablı olduğu üçün nəzarət olmayan əraziyə gediblər.

Uşaqlar dənizdə batan zaman Ramin özü də boğulurmuş. Lakin ətrafdakılar atanı xilas edə bilsə də, uşaqlar boğularaq ölüblər.

Qardaşlardan birinin iki qızı, digərinin isə qızı ilə oğlu boğulub.

Onlardan üçünün meyiti sudan çıxarılsa da, Zeynəbin meyitinin axtarışları hələ də davam etdirilir.

Batan uşaqların Yardımlı rayonundan olduğu bildirilir. Onlar Alatava qəsəbəsində yaşayırlar. /Oxu.az