XƏBƏR LENTİ

24 Avqust 2019
23 Avqust 2019

Digər Xəbərlər

14 Avqust 2019 - 12:32

Sumqayıtda Rusiya vətəndaşını qətlə yetirən şəxs tutulub –Rəsmi

Sumqayıtda törədilən qətllə bağlı cinayət işi başlanıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsində kirayədə yaşamış Bislan Bakayevin qəsdən öldürülməsi ilə bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

Şəhərin polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində B.Bakayevin qəsdən öldürülməsində şübhəli bilinən, 1987-ci il təvəllüdlü Muxtarov Tural Arif oğlu tutulub, hadisə yerindən cinayətin aləti olan 1 ədəd bıçaq aşkar edilərək maddi sübut kimi götürülüb.