XƏBƏR LENTİ

21 Sentyabr 2019
20 Sentyabr 2019

Digər Xəbərlər

20 Avqust 2019 - 18:01

Rusiya KİV:"Azərbaycan vətəndaşı Rusiyaya 3 milyon rubl keçirmək istəyib"

Azərbaycan vətəndaşı Rusiyanın Dağıstan Respublikasının Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən Rusiya-Azərbaycan sərhədindəki Tahirkənd-Qazmalar avtomobil keçid məntəqəsində saxlanılıb.

Report Rusiya KİV-inə istinadən xəbər verir ki, azərbaycanlı qadın Azərbaycandan Rusiyaya gömrük bəyannaməsində göstərilməmiş 3 milyon rubl (44,8 min dollar) keçirməyə cəhd göstərib.

Qeyd olunur ki, pul vəsaitlərinin qeyri-qanuni hərəkətinə görə 2 ilə qədər azadlığın məhdudlaşdırılması nəzərdə tutulur.