XƏBƏR LENTİ

27 Fevral 2020
26 Fevral 2020

Digər Xəbərlər

20 Avqust 2019 - 18:11

Binəqədidə polis əməliyyatı:oğurluq və soyğunçuluqla məşğul olan şəxslər saxlanılıb

Binəqədi rayonunda oğurluq və soyğunçuluqla məşğul olan şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Strateq.az-a verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsinin əməkdaşlarının oğurluq etdiyinə görə tutulmuş S.Pənahovun ətrafında apardıqları əməliyyat tədbirləri ilə onun iyulun 25-də və 27-də rayondakı iki avtomobildən pul, sənəd və kosmetik əşya oğurladığı da müəyyənləşdirilib.

Binəqədi rayonunun Biləcəri qəsəbəsində sakin E.Qasımovun idarə etdiyi “Mercedes” markalı avtomobildə isə sərnişin qismində gedən naməlum şəxs düşərkən salondakı pulu soyğunçuluq yolu ilə aparıb. Rayon polis idarəsinin 6-cı polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən həmyerlisi, əvvəllər məhkum olunmuş F.Xalıqov saxlanılıb.

Hadisə ilə əlaqədar Binəqədi Rayon Polis İdarəsi tərəfindən ilkin əməliyyat-axtarış tədbirləri aparılır.