XƏBƏR LENTİ

10 Dekabr 2019
09 Dekabr 2019

Digər Xəbərlər

10 Sentyabr 2019 - 12:29

Bakıda polis əməliyyatı:paytaxt sakininə hücum edən iki nəfər saxlanıldı

Bakıda quldurluq hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Strateq.az-a verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsinin (RPİ) 26-cı Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini F.Cəfərov sentyabrın 9-da gecə saatlarında naməlum 2 nəfərin onun sifətinə yumruqla xəsarət yetirərək 700 manat pulunu və mobil telefonunu aldıqlarını bildirib.

Dərhal başlanılan əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Yevlax rayon sakini, əvvəllər məhkum olunmuş C.Tapdıqzadə və M.Hacıyev qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.

Yasamal RPİ-də araşdırma aparılır.