XƏBƏR LENTİ

17 Sentyabr 2019

Digər Xəbərlər

10 Sentyabr 2019 - 16:19

Prokuror 52 nəfəri aldadan “Lombard” sahibinə 10 il cəza istədi –Məhkəmə prosesi

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda ittiham edilən Zaur Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən məhkəmə iclasında dövlət ittihamçısı çıxış edib. O, Zaur Məmmədovun 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Zərərçəkmişlər cəzanın az olduğunu deyərək etirazlarını bildirib və vurğulayıblar ki, bu günə qədər heç kimin zərəri ödənilməyib. Zaur Məmmədovun vəkili deyib ki, müdafiə etdiyi şəxsin atası ilə danışıqlar aparır və pulu hissə-hissə ödəyə bilər. Zərərçəkmişlər isə buna inanmadıqlarını bildiriblər.

Zaur Məmmədovun vəkili müdafiə çıxışı üçün məhkəmədən vaxt istəyib.

Qeyd edək ki, Zaur Məmmədov Sumqayıtda “Lombard” işlədib. Zərərçəkmişlər lombarda qoyduqları qızllar qarşılığında nağd pul alıblar. Z.Məmmədov bir müddət sonra işlədiyi ofisi bağlayaraq yoxa çıxıb. İş üzrə 52 zərərçəkmiş var.

Z.Məmmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb/Report.