XƏBƏR LENTİ

15 Noyabr 2019
14 Noyabr 2019

Digər Xəbərlər

10 Sentyabr 2019 - 16:46

18 yaşlı qızı oğurlayan kişi “Ekologiya postu”nda saxlanılıb –Təfərrüat

“Ekologiya postu”nda adam oğurlayan şəxs saxlanılıb.

Saatlı rayon sakini O.Novruzov (ad-soyad şərtidir) hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, qızı 2001-ci il təvəllüdlü T.Novruzovanı (şərtidir) zorla, yəni qızın razılığı olmadan həmyerlisi 1986-ci il təvəllüdlü Ruhid İslamov qaçırıb.

Hadisə Bakı şəhərində qeydə alınıb.

Dərhal aparılan əməliyyat-axtarış nəticəsində müəyyən olunub ki, R.İslamov idarə etdiyi “Hyundai” markalı avtomobillə qızı Bakıdan Sumqayıt istiqamətinə aparıb. R.İslamovun avtomobili “Ekologiya postu”nda saxlanılıb. Qız xilas edilərək ailəsinə təhvil verilib, R.İslamov isə Abşeron Rayon Polis İdarəsinə aparılıb.

Onun barəsində Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğu) maddəsi ilə cinayət işi başlanılıb/Report.