XƏBƏR LENTİ

12 Noyabr 2019

Digər Xəbərlər

10 Sentyabr 2019 - 19:14

Bakıda iki avtobus toqquşdu –Yaralılar var

Bakıda iki sərnişin avtobusu və minik avtomobilinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

Strateq.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

Bildirilib ki, hadisə Heydər Əliyev prospekti – Hava limanı avtomagistralında qeydə alınıb.

Nəticədə minik avtomobili, eləcə də 131 və 198 nömrəli müntəzəm marşrut xətləri üzrə hərəkətdə olan avtobuslar toqquşub.

Məlumata görə, hadisə nəticəsində 7 nəfər yaralanıb.

Faktla bağlı araşdırma aparılır.