XƏBƏR LENTİ

19 Noyabr 2019
18 Noyabr 2019

Digər Xəbərlər

11 Sentyabr 2019 - 17:53

Bakıda adam oğurluğu ilə məşğul olan dəstə zərərsizləşdirilib- VİDEO

Bakı şəhər Baş Polis İdarəsi, Xətai RPİ Cinayət-Axtarış Şöbəsi, Xətai RPİ 36-cı Polis Bölməsi əməkdaşlarının birgə keçirdiyi intensiv uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində adam oğurluğunda şübhəli bilinən dəstə ifşa olunub.

Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Xətai rayon sakini H.Əsgərovun paytaxt sakini A.Abbasovaya 25 min manat borcu olub. Sentyabrın 9-da Bakı şəhər sakini, 1985-ci il təvəllüdlü K.Kazımlı A.Abbasovanın sifarişi ilə H.Əsgərovu Bakıxanov qəsəbəsində yerləşən kafelərin birinə dəvət edib. Əvvəllər məhkum olunan, kriminal aləmə meylli, 1982-ci təvəllüdlü V.Allahverdiyev, Sumqayıt şəhər sakinləri – əvvəllər məhkum olunan, 1988-ci il təvəllüdlü Ş.Hüseynov və 1992-ci il təvəllüdlü F.Eminoğlu H.Əsgərovu məcburi qaydada avtomobilə əyləşdirərək A.Abbasovanın Pirşağı qəsəbəsində yerləşən bağ evinə aparıblar. Onlar həmin ünvana daha sonra gələn Bakı şəhər sakini, əvvəllər məhkum olunan, 1987-ci il təvəllüdlü N.Kazımlının iştirakı ilə H.Əsgərova müxtəlif dərəcəli bədən xəsarəti yetirərək 25000 manatın əvəzinə 30000 manat ödəməsini bildirərək işgəncə veriblər. Alınan pulun müqabilində A.Abbasova həmin şəxslərə 10000 manat verəcəyini vəd edib.

Keçirilən kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində V.Allahverdiyev, A.Abbasova, F.Eminoğlu, Ş.Hüseynov, N.Kazımlı və onun həyat yoldaşı K.Kazımlı müəyyən olunaraq saxlanılıb, zərərçəkən H.Əsgərovun girov saxlandığı yerdən sağ-salamat azad olunub.

Faktla bağlı Xətai RPİ-nin İstintaq şöbəsində CM-nin 144.2.3, 144.2.4 və 144.2.6-cı maddələri ilə cinayət işi başlanılıb.

Cinayət işi üzrə bütün halların araşdırılması, istintaqın tam, obyektiv və hərtərəfli aparılması üçün istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.