XƏBƏR LENTİ

18 Sentyabr 2019
17 Sentyabr 2019

Digər Xəbərlər

12 Sentyabr 2019 - 11:51

Abşeronda əməliyyat:narkotik satan şəxs tutuldu

Abşeronda narkotik vasitələrin qanunuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxs saxlanılıb.

DİN Mətbuat xidmətindən Strateq.az-a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı növbəti əməliyyat tədbiri həyata keçirilib.

Abşeron rayonu Novxanı qəsəbəsində keçirilən əməliyyat zamanı əvvəllər məhkum olunmuş paytaxt sakini İsrafil Aslanov tutulub.

Onun yaşadığı evəin yardımçı otaqlarından birinə baxış zamanı xüsusi qulluq edilərək yetişdirilən çətənə kolları və ümumi çəkisi 4 kiloqram 35,483 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb. Saxlanılan şəxs narkotik vasitələrin ona məxsus olduğunu bildirib.

Əməliyyat tədbirlərinin davamı olaraq İ.Aslanovun yaşadığı evə baxış zamanı isə oradan əlavə 34 bükümdəsatış üçün hazır qablaşdırılan 2,450 qram heroin və bir ədəd elektron tərəzi aşkar olunaraq götürülüb. Saxlanılan şəxs ifadəsində Novxanı qəsəbəsində narkotik vasitələri satışi ilə məşğul olduğunu etiraf edib.

Faktla bağlı İ.Aslanov barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, istintaq əməliyyat tədbirləri davam etdirilir.