XƏBƏR LENTİ

08 Dekabr 2019
07 Dekabr 2019

Digər Xəbərlər

12 Sentyabr 2019 - 12:00

Dələduzluqda şübhəli bilinən qadın saxlanılıb –Bakıda

Dələduzluqda şübhəli bilinən qadın saxlanılıb.

Bakı Şəhər Baş Polis İdarəsindən Strateq.az-a verilən məlumata görə, Nəsimi Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinə müraciət edən Bakı və Sumqayıt şəhər sakinləri olan 3 nəfər 2018-ci ilin sentyabr ayından cari ilin may ayınadək olan müddətdə Fatimə adlı şəxsin onları aldadaraq ümumilikdə 15 900 ABŞ dolları və 800 manat pullarını aldıqlarını deyiblər.

Polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla həmin şəxsin Bakı şəhər sakini F.Abbaspur olduğu müəyyən edilib.

Keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində dələduzluğu törətməkdə şübhəli bilinən qadın saxlanılıb. Onun daha 3 nəfərə qarşı dələduzluq etməsi də aşkarlanıb.