XƏBƏR LENTİ

15 Oktyabr 2019

Digər Xəbərlər

15 Sentyabr 2019 - 09:45

Nərimanov rayonunda qəza:minik avtomobili yük maşınına çırpıldı

Bakının Nərimanov rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Heydər Əliyev prospektində yerləşən Bağırov körpüsünün yanında qeydə alınıb.

Belə ki, prospektdə hərəkətdə olan “Mercedes” markalı avtomobil arxadan “KamAZ” markalı yük avtomobilinə çırpılıb.

Qəza nəticəsində xəsarət alan olmasa da “Mercedes” markalı avtomobil zərbədən yararsız vəziyyətə düşüb. Faktla bağlı araşdırma aparılır.  /Report