XƏBƏR LENTİ

16 Oktyabr 2019
15 Oktyabr 2019

Digər Xəbərlər

19 Sentyabr 2019 - 15:09

Yasamalda 5 ağacı kəsən şəxsə 15300 manat cərimə yazıldı –Nazirlik prokurorluğa üz tutdu

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf mühitin mühafizəsi departamentinin əməkdaşları Yasamal rayonu, Zahid Xəlilov küçəsi 53 ünvanında köküstə yaş 5 ağacın kəsildiyini aşkarlayıb.

Strateq.az ETSN-ə istinadla bildirir ki,  araşdırma zamanı ağacların Yasamal rayon sakini Qəhrəman Məhərrəmov tərəfindən kəsildiyi və təbiətə 15300 manat məbləğində ziyan dəydiyi məlum olub.

Faktla bağlı təqsirkar barəsində akt tərtib edilib.

Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün Bakı Şəhər Prokurorluğuna göndərilib.