XƏBƏR LENTİ

17 Oktyabr 2019
16 Oktyabr 2019

Digər Xəbərlər

19 Sentyabr 2019 - 21:04

Gəncə hadisələrinə görə tutulan daha bir qrup şəxsə hökm oxundu –Məhkəmə prosesi

Sabunçu Rayon Məhkəməsinin inzibati binasında Gəncə hadisələri ilə bağlı həbs edilən Eşqin Quliyev, Urfan Məmmədov, Abbas Abbasov, Hüseyn Bayramov, Elşən Məmmədov, Oktay Hüseynzadə, Rauf Bayramovun cinayət işi üzrə məhkəmə başa çatıb.

Strateq.az APA-ya istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Xəqani Səmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Eşqin Quliyev 20 il, Urfan Məmmədov 18 il, Oktay Hüseynzadə 18 il, Abbas Abbasov 7 il, Elşən Məmmədov 7 il, Rauf Bayramov 9 il, onun oğlu Hüseyn Bayramov isə 2 il müddətə azadlıqdan məhrum ediliblər.

Qeyd edək ki, rəsmi məlumata əsasən, 2018-ci il iyul ayının 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və polis əməkdaşı Qasım Aşbazova qarşı məqsədyönlü şəkildə əvvəlcədən planlaşdırılmış terror aktı, iyulun 10-da isə Gəncə şəhərində kütləvi iğtişaş törətməklə həmin terror aktını dəstəkləyən radikal dini yönümlü bir qrup şəxsin xidməti vəzifələrini yerinə yetirən iki polis əməkdaşına zor tətbiq etməklə qətlə yetirməsi və sair faktlar üzrə cinayət işi başlanılaraq istintaq aparılıb.

Gəncə hadisələri ilə bağlı, təxminən, 80 nəfər cinayət məsuliyyətinə cəlb olunub, barələrində axtarış elan edilənlər də var.