Gündəm

Müsahibə

  • " width="300" height="266" />
    PROFESSOR QULU MƏHƏRRƏMLİ JURNALİSTİKAMIZ HAQDA:“Ev iti olub, yağlanıb-piyləniblər…” - (MÜSAHİBƏ)
  • vahid_ehmedov_yeni.jpg" width="300" height="266" />
    Vahid Əhmədov:“Azərbaycanda 2018-ci ildə bu iki nəfərdən biri prezident seçiləcək” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    İLYAS İSMAYILOV NƏRİMANOVUN MÜDAFİƏSİNƏ QALXDI:"Generallarımızı məhz o, ermənilərin əlindən xilas etdi..." - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    MEHMAN ƏLİYEV HÖKUMƏTİN MEDİA SİYASƏTİNİ SƏRT TƏNQİD ETDİ:"Hakimiyyət cəmiyyətlə informasiya mübadiləsini tamam itirib"- Müsahibə
  • " width="300" height="266" />
    Tomas de Vaal:“Qafqaz Moskvanın gündəliyində daha aşağı prioritetə keçib” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    POLİS RƏİSİ NARDARAN ƏMƏLİYYATININ DETALLARINI AÇDI:"Onların başı üzərində Azərbaycan yox, "Hizbullah"ın bayrağı dalğalanırdı" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Deputat Vahid Əhmədov:"Azərbaycan üçün bu qədər nazirlik, komitə çoxdur..."
  • " width="300" height="266" />
    Keçmiş deputatdan sensasion müsahibə:"Ətrafımda olanlar mənə şər atdı, ən böyük zərbəni isə rəfiqəm vurdu..."
  • " width="300" height="266" />
    Sabiq türk kəşfiyyatçısı:"Türkiyənin artıq səhv addımlar atmağa dözümü qalmayıb..."
  • " width="300" height="266" />
    Xalq artisti Rasim Balayev:"İş yoxdur, işsizəm, sıxılıram..."

Qaynar Qazan

Qapalı Mövzu





Vəkil Bürosu

Dekabr 2017
BE ÇA Ç CA C Ş B
« Noy    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

XƏBƏR LENTİ

11 Dekabr 2017
10 Dekabr 2017
09 Dekabr 2017

08 Avqust 2016 - 17:49

Alman Kristianın Azərbaycan bayrağı sevgisi

lacin-16

Laçın Səmla

 

Alman bir tanışım vardı – Kristian. Həmkarlar İttifaqında müqavilə ilə çalışırdı. Mənimlə çox zaman mübahisə edərdi ki, millətçi, dövlətçisən. Amma bu xristian Kristianın dövlət bayrağımıza olan sevgisinə görə, onunla olan mübahisədə yorulmur, bezmirdim. 

Onun mobil telefonunda üç rəngli bayrağımızın şəkli vardı. Hətta deyirdi ki, yaşadığı mənzilin pəncərəsindən Dövlət Bayrağı Meydanına gözəl mənzərə açılır: “Hər səhər yuxudan qalxanda bir fincan qəhvə əlimdə sizin o dalğalanan möhtəşəm bayrağınızı seyr edirəm. Bu, mənə ruh verir. Sevirəm sizin bayrağınızı. Mən deyərdim, Azərbaycan Bayrağı dünyanın ən gözəl bayrağıdır”. 

O, yaşadığı mənzilin qapısının dəstəyindən üçrəngli (göy, qırmızı, yaşıl) lent bağladığını fəxrlə danışırdı. Deyirdi ki, binanın mühafizəçisi bunun səbəbini soruşduqda, bayrağımıza sevgisindən irəli gəldiyini bildirib. 

Bəzən Kristian mənzilində su və digər problemlərlə qarşılaşdığını deyirdi. Ona “niyə mənzilini dəyişmirsən?” deyə sual etdikdə, cavab verirdi ki, ehtiyat edirəm, birdən yeni yaşayacağım mənzilin pəncərəsindən bayrağınızı görə bilməyim. 

Alman tanışım ölkəsinə getməzdən əvvəl mənzilinin qapısına bağladığı o üç rəngli lenti mənə verərək, onu bərk-bərk saxlamağımı istədi. Dedi ki, mən getdikdən sonra yeni gələn biri bunun mənasını anlamaz və açıb ata bilər, amma sizin bayrağınız atılan bayraq deyil.

Kristianın mənə verdiyi o əmanəti illərdi evimdə, gözümün önündə saxlayıram. Yadigar olaraq deyil, əmanət olaraq…

Bu gün bayrağımız naminə şəhid olanların cənazələri o bayrağımıza bükülür. Bəzən də şəhidlərin baş daşına bağlayırlar. Ya da məzarın yanında bir dirəyə bağlanır. Amma elə kreslo sahibləri, icra başçıları var ki, nəyisə bəhanə edib o bayrağı o dirəklərdən, baş daşlarından açdırır. Onlar oturduqları kreslolardan bərk-bərk yapışmaqdan, pulları qucaqlamaqdan başqa nə anlarlar ki? Onlar nə bilir dövlət nədir, millət nədir, bayraq nədir?. 

Bayraq qiymətini ölkəni, millətini sevən bilər. Bu şanlı Vətənin uğrunda minlərlə can qurban verildi, sinələr hərbə meydan olanda bayrağımız öndə getdi. Onların Vətən uğrunda can verəni olmayıb ki, bayrağın nə olduğunu anlasınlar. Gülüstan ölkədə otursalar da, üç rəngli bayrağımla məğrur yaşamayıblar. Namusu hifz etmək – bu da onlara aid deyil. Söhbət Vətən, Dövlət, Bayraq namusundan gedir…

…Nə yaxşı ki, Kristianın Azərbaycan məmurunun bayrağa olan münasibətindən xəbəri yoxdur. Bayrağımıza, şəhidimizə olan münasibəti bilsəydi, o başçının yerinə mən xəcalət çəkərdim…





Yuxarı Əvvələ Ana Səhifə