XƏBƏR LENTİ

16 Noyabr 2018
15 Noyabr 2018

Digər Xəbərlər

20 Avqust 2017 - 12:09

Layihə haqqında

Bu veb-səhifə Niderland Xarici İşlər Nazirliyinin maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondunun icra etdiyi  “Azərbaycanda İnsan Haqları, Demokratikləşmə və Yaxşı İdarəetmənin Təşviqi”  proqramı çərçivəsində “Konstitusiya”  Araşdırmalar Fondunun eksperti Zaur İbrahimov ilə Avrasiya Əməkdaşlıq Fondu  arasında bağlanmış “Vətəndaşların müraciət hüququnun reallaşdırılması mexanizmlərinin təkmilləşdirilməsi” adlı xidmət çərçivəsində yaradılıb.

“Vətəndaşların müraciət hüququnun reallaşdırılması mexanizmlərinin təkmilləşdirilməsi” adlı xidmət çərçivəsində Vətəndaş müraciətləri mövzusunda geniş maarifləndirmə aparılacaq. Maarifləndirmə kampaniyası   vətəndaş müraciətlərinə baxılması mövzusunda iki radioverilişin hazırlanması nəzərdə tutulur. Radioverilişlərin Feysbuk sosial şəbəkəsində canlı yayımının həyata keçirilməsi də planlaşdırılır. Radioverilişlərdə vətəndaş müracitələri ilə bağlı qanunvericilik şərh olunacaq, dinləyicilərin sualları mütəxəssislər tərəfindən cavablandırılacaq. Radioverilişlərin video-yazısı sosial şəbəkələrdə yerləşdiriləcək.

Vətəndaş müraciətlərinə baxılması mövzusunda 6 maarifləndirici məqalə 15 populyar xəbər saytında dərc olunacaq. Digər komponent kimi bütün ölkəyə yayımlanan TV-lərdən birində  vətəndaş müraciətlərinə baxılması mövzusunda verilişin hazırlanması və yayımlanması də planlaşdırılıb.

Layihə çərçivəsində Strateq.az saytında yaradılacaq “Səsiniz eşidilsin!”-Vətəndaş müraciətləri” bölməsində vətəndaş müraciətləri ilə bağlı qanunvericilik, təlimatlar, sənədlər,  statistik məlumatlar, video-çarxlar, TV və radioverilişlərin video-yazısı, 8 maarifləndrici məqalə, QHT-lərin bu mövzudakı hesabatları dərc ediləcək.   Strateq.az saytında yaradılacaq “Səsiniz eşidilsin!”-Vətəndaş müraciətləri” bölməsi vətəndaş müracitləri ilə bağlı ən müxtəlif aspektləri əhatə edən onlayn kitabxana fromatında fəaliyyət göstərəcək

Ən azı 3 dəqiqə olmaqla vətəndaş müraciətləri mövzusunda iki video-çarx hazırlanması da fəaliyyətlər sırasında yer alır.

Kampaniya çərçivəsində sosial şəbəkələrdə maarifləndirmə komponentinə  ayrıca istiqamət kimi xüsusi diqqət ayırılıb. TV verilişin, radioverilişlərin, video-çarxların, məqalələrin sosial şəbəkələrdə paylaşılması və nəzərdə tutulub. Layihə heyəti bununla daha çox gənclərin diqqətini cəlb etməyi və onların vətəndaş mürcaiətləri ilə bağlı maariflənməsini hədəfləyib. Eyni zamanda bu geniş auditoriya səmərəli əks-əlaqə yaratmağa və layihə fəaliyyətlərinin səmərəlilik dərəcəsini qiymətləndirməyə imkan verəcək. Eyni zamanda korreksiya imkanları yaradacaq.

Bu layihənin əsas məqsədi vətəndaş müraciətləri ilə əlaqədar  mövcud qanunvericiliyin verdiyi imkanlardan daha  çox yararlanmasına nail olmaqdır. Digər tərəfdən layihə heyəti vətəndaş müraciətlərinə baxılması mexanizmlərinin təkmilləşdirilməsinə nail olmağa çalışır.

Layihə fəaliyyətləri “Vətəndaş mürciətləri haqqında” qanunun tələbləri, vətəndaş müraciətlərinə baxılması qaydaları və prosedurları barədə məlumatlandırılması bu sahədə müşahidə olunan bir çox problemlərin  həllini tapmasına kömək edəcək. Belə ki, vətəndaşların bu məsələlərlə bağlı hüquqi maarifləndirilməsi mürcaiətlər zamanaı aidiyyatı qurumların seçilməsi, təkrar müraciətlərin sayının azalması, mürcaiətlərin düzgün tərtib olunması, anonim müraciətlərin sayının azalmasına, elektron müraciətlərin sayının artmasına, vətəndaşların qəbula qanunvericiliyə uyğun şəkildə yazılmasına çox böyük töhfə verəcəyi gözlənilir.

Eyni zamanda vətəndaş müraciətləri ilə bağlı hüquqi maarifləndirmə ümumilikdə, vətəndaşların öz hüquqlarını daha yaxşı bilmələrinə və əsas insan hüquq və azadlıqlarının daha yaxşı təmin olunmasına yol açır.

Niderland Xarici İşlər Nazirliyinin maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondu “Azərbaycanda İnsan Haqları, Demokratikləşmə və Yaxşı İdarəetmənin Təşviqi” Proqramını  həyata keçirir.  Qeyd edək ki, bu maariflənidrmə kampaniyası “Konstitusiya”  Araşdırmalar Fondunun eksperti Zaur İbrahimov ilə Avrasiya Əməkdaşlıq Fondu  arasında bağlanmış ““Vətəndaşların müraciət hüququnun reallaşdırılması mexanizmlərinin təkmilləşdirilməsi” adlı xidmət çərçivəsində həyata keçiriləcək.