XƏBƏR LENTİ

19 Noyabr 2018
18 Noyabr 2018

Digər Xəbərlər

22 Oktyabr 2017 - 17:00

Vətəndaş müraciətlərinə baxılması müzakirə olunub,təkliflər hazırlanıb

“Son iki  ildə vətəndaş müraciətlərinə baxılması ilə bağlı qanunvericiliyin və praktikanın təkmilləşdirilməsi ilə bağlı əhəmiyyətli irəliləyişlər  baş verib.  2015-ci il sentyabr ayının 30-da qəbul olunan   “Vətəndaşların müraciətləri haqqında” yeni qanun bu  sahədə təkmilləşdirmələr aparılmasına, yeniliklərin tətbiqinə böyük impuls verib.  Vətəndaşların qəbulu, onların müraciətlərinə  baxılması işində hiss olunacaq müsbət dəyişikliklər baş verib.  Bununla belə,  apardığımız araşdırmalar,  sorğular göstərir ki,  mövcud problemlərin həlli üçün əlavə səylərə ehtiyac var.  Xüsusən vətəndaşların vəzifəli şəxslər tərəfindən qəbulu, elektron müraciətlər ilə  əlaqədar  yeniliklər edilməsi zəruridir”.  Bu barədə “Konstitusiya” Araşdırmalar Fondunun (KAF) prezidenti Əliməmməd Nuriyev Beynəlxalq  Mətbuat  Mərkəzində “Vətəndaş müraciətlərinə baxılması: Mövcud praktika və  mümkün  islahatlar” mövzusunda keçirilən dəyirmi masa müzakirələri zamanı qeyd edib.

Dəyirmi masa  Avrasiya Əməkdaşlıq Fondunun  Niderland Xarici İşlər Nazirliyinin maliyyə dəstəyi ilə icra etdiyi “Azərbaycanda İnsan Haqları, Demokratikləşmə və Yaxşı İdarəetmənin Təşviqi” proqramı çərçivəsində  “Konstitusiya” Araşdırmalar Fondunun ekspertlərinin müqavilə üzrə həyata  keçirdiyi ““Vətəndaşların müraciət hüququnun reallaşdırılması mexanizmlərinin təkmilləşdirilməsi” xidməti  üzrə təşkil olunub.

Dəyirmi masada Ədliyyə, Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi, Vergilər, İqtisadiyyat Nazirliyi,  Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, “Azərsu” ASC, , Əmlak Məsələləri Dövlət Komitəsi, AR Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə üzrə Baş  İdarəsinin əməkdaşları,  vətəndaş cəmiyyəti təmsilçiləri iştirak ediblər.

Ə.Nuriyev layihə haqqında və əldə olunan nəticələr barədə qısa məlumat verib. Qeyd edib ki, KAF  iki ildir ki, bu layihəni icra edir: “ Biz bu təşəbbüslə,  hələ 2014-cü ildə layihə təklifi ilə müraciət etmişdik. Lakin məlum səbəblərdən layihənin icrasına 2016-cı ildə başladıq.   2016-cı ildə vətəndaş mürcaiətləri ilə bağlı çox yaxşı tədqiqat apardıq. Şirvan şəhərində, Tovuz və Qazax rayonlarında vətəndaş müracitələrinə baxılması mövzusunda yerli dövlət qurumların vətəndaş müraciətlərinə baxılmasına cavabdeh strukurlarının əməkdaşlarının iştirakı ilə 3 dəyirmi masa keçirdik. Onların fikirlərini dinlədik. Eyni zamanda öz təkliflərimizi verdik.

Cənub TV-də dövlət orqanları əməkdaşlarının iştirakı ilə bir TV veriliş çəkidik.  TV veriliş 2  dəfə efirdə yayımlandı. Bir video-çarx hazırladıq.  Bundan əlavə maarifləndirici məqalələr dərc edtik. Maarifləndirici məqalələrin oxynma saytı açq olan saytlarda oxunma göstəricisi  10000-dən çox təşkil edir. TV veriliş  2 milyonluq auditoriyanı əhatə etdi. Video-çarx və verilişin video yazısına isə minlərlə baxış var.

Eyni zamanda o zaman üçün təkliflərimizi Prezident Adminstrasiyasına təqdim etdik.

Bu layihənin 2017-ci ildə davam etdiririk. Daha çox geniş maarifləndirmə kamapaniyası kimi davam edirik. Artıq Strateq.az saytında “Səsiniz eşidilsin” adlı veb-səhifə yaratmışıq. Bu veb-səhifə 3 il fəaliyyət göstərəcək. Bu səhifə vətəndaş mürcaiətləri ilə bağlı bütün zəruri məlumatları əhatə edir.  Bu vətəndaş müraciətləri ilə bağlı virtaul informasiya mərkəzidir.

Yenə bu layihə çərçivəsində 15 populyar xəbər saytında  maarifləndirici məqalələr dərc etmişik. Bu məqalələr də geniş marağa səbəb olub.  Məqalələrin oxunma sayı 12 mindən çoxdur.

ASAN radioda 2 veriliş hazırlamışıq və Feysbuk sosial şəbəkəsində canlı yayım etmişik. Tək bir verilişi  canlı yayımda minlərlə istifadəçi izləyib.

Bununla yanaşı bu verilişlərin video-çarx formatında video-yazıları populyar xəbər saytlarında yerləşdirilib.

İTV-də Təhsil və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliklərinin ekspertlərinin iştirakı ilə vətəndaş müraciətləri mövzusunda  veriliş çəkmişik. Eyni zamanda verilişin video-yazısı da sosial şəbəkələrdə yayılıb.

Bakıda 700 nəfər arasında sorğu keçirimişik, həmçinin Feysbuk sosial şəbəkəsində açıq sorğu keçirmişik.

Layihə çərçivəsində “Vətəndaş müraciətləri haqqında Bələdçi” hazırlanıb və nəşr olunub.

Layihənin sonunda təkliflərimiz AR Prezident Adminstrasiyasına və Nazirlər Kabinetinə, Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyaya təqdim ediləcək”.

Ə.Nuriyev əlavə edib ki, layihə fəaliyyətlərinin əsas məqsədi vətəndaş müraciətləri mövzusunda mümkün qədər çox auditoriyanın məlumatlandırmaq, bu sahədə mümkün islahatları gündəlikdə saxlamaq,  isalhatlartla əlaqədar vətəndaş cəmiyyətinin mövqeyinin ifadə olunmasıdır.

Dİgər mühüm vəzifə isə vətəndaşlar üçün vətəndaş müraciətləri ilə bağlı bütün məsələlər barədə asan və əlçatan formada məlumat əldə etmək, maariflənmək  üçün məlumat mənbələrinin yaradılması olub: “Hesab edirik layihə çərçivəsində hazırlanan məhsullar  vətəndaşların maariflənməsi üçün əlverişli və yeni imkanlar yaradıb”.  

Avrasiya Əməkdaşlıq Fondunun nümayəndəsi Murad Nəsibbəyli “Azərbaycanda İnsan Haqları, Demokratikləşmə və Yaxşı İdarəetmənin Təşviqi” proqramı barədə məlumat verib. Qeyd edib ki, proqram çərçivəsində  həyata keçirilən layihələr on minlərlə vətəndaşı əhatə edib.  Çox böyük miqyasda maarifləndirmə tədbiləri həyata keçirilib, hökumət üçün  çox sayda təkliflər hazırlanıb və təqdim edilib.

Layihənin və KAF-ın eksperti Zaur İbrahimli  layihə çərçivəsində keçirilən sorğunun nəticlərini təqdim edib. Qeyd edib ki, sorğu 700 nəfər arasında avqust-sentyabr aylarında  Bakı şəhərində keçirilib.  Əsas məqsəd respondentlərin vətəndaş müraciətlərinə baxılması ilə əlqədar mövcud vəziyyətin necə dəyərləndirilməsini öyrənmək olub: “Sorğunun ümumiləşdirilmiş nəticələrinə əsasən  dövlət qrumlarında vətəndaşların müraciətlərinə baxılması ilə əlaqədar ümumilikdə,  41.7% pozitiv münaisbət sərgiləyib. Bu isə əvvəlki illərlə müqayisədə çox əhəmiyyətli dəyişikliklərdir. Ümumiləşdirildikdə,  belə məlum olur ki,  33.3% isə problemin gec həll olmağından narazıdır. Belə nəticəyə gəlmək olar ki, vətəndaşlar müraciətlərinə baxılması zamanı daha ciddi yanaşma və real nəticələr görmək istəyilər.  Dövlət qurumlarında vəzifəli şəxslərin qəbul keçirməsi ilə bağlı 8.4% hesab edir ki, bu sahədə vəziyyət pisləşib. 36.1%  vəziyyətin dəyişmədiyini vurğulayıb.  Bu nəticələr göstərir ki, dövlət qurumlarında vəzifəli şəxslərin qəbul keçirməsi ilə bağlı vəziyyət müsbətə doğru dəyişsə də, bu sahədə də əlavə səylərə ehtiyac var. Qeyd edilənlər göstərir ki, bu istiqamətdə irəliləyiş üçün çox böyük potensial var. Dövlət qurumlarında vəzifəli şəxslərin qəbul keçirməsi ilə bağlı ən ciddi problem isə qəbul etməli olan şəxslərin özlərinin qəbulda iştirak etməməsidir. Təəssüf ki, bu problem hələ də aktuallğını saxlayır”.

Z.İbrahimli layihə çərşivəsində hazırlanmış təklifləri də diqqətə çatdırıb.

Müzakirələr zamanı Təhsil, Ədliyyə Nazirliklərinin əməkdaşları öz təcrübələrini və tətbiq olunan yenilikləri bölüşüblər. QHT təmsilçiləri diqqəti elektron müraciətlərin vaxtında cavablandırılmaması, çağrı mərkəzlərinin iş keyfiyyətinin aşağı olması,  vətəndaşların vəzifəli şəxslər tərəfindən qəbulu ilə bağlı müşahidə etdikləri problemləri diqqətə çatdırıblar. Dövlət orqanlarının nümayəndələri sualları cavablandırıblar və təkliflər barədə fikirlərini açıqlayıblar.

Layihə çərçivəsində hazırlanmış təkliflərlə bu Link vasitəsilə tanış olmaq olar.