Gündəm

Müsahibə

  • " width="300" height="266" />
    Ramil Quliyev iddialara cavab verdi:"Bu uğuru Azərbaycanda qazanmağım mümkün deyildi"
  • " width="300" height="266" />
    Fransa səfiri xanım Orelia Buşez:“Fransa şirkətləri Azərbaycan iqtisadiyyatına dəstək göstərməyə hazırdır” - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Gülər Əhmədova:“İnsan özü ilə xoşbəxt deyilsə, heç kimlə də xoşbəxt olmayacaq” - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    “Qarabağın 18-ci əsrədək olan etnik tərkibi və əhali sayı barədə dəqiq məlumatlar yoxdur” –MÜSAHİBƏ
  • " width="300" height="266" />
    50 yaşlı Elçin Mirzəbəyli:“Mənim kimi adamlar, adətən, ayaq üstə ölürlər” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Qəzada ölən 74 yaşlı kişinin oğlu:"Əli Həsənov və onun ailəsindən heç kəs bizə zəng etməyib"
  • " width="300" height="266" />
    “Mənə Əli Həsənovun heç nəyi lazım deyil, oğlumu qaytarsınlar…” –Qəzada ölən gəncin anasından fəryadlı açıqlamalar
  • " width="300" height="266" />
    Sürət Hüseynov adının qəsdən gündəmə gətirildiyini açıqladı:"Bütün bunları Sinan edib" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Erməni politoloqdan xoflu bəyanat:“Türkiyə S-400-ü Naxçıvanda yerləşdirsə, Azərbaycan İrəvanı və bütün Ararat vadisini təhdid etməyə başlayacaq"
  • " width="300" height="266" />
    Məşhur alman politoloqu:“Amerika Rusiyaya iqtisadi müharibə elan edib, Avropa isə bunun girovuna çevrilib” – Müsahibə

Qaynar Qazan

  • " width="300" height="266" />
    Sabiq Baş nazir Nobelə gedir:"Turan Birliyini yeni nəsil texnologiya ilə qura bilərik"-VİDEO
  • " width="300" height="266" />
    Beycan Fərzəliyevdən tarixi açıqlamalar:“Eiçibəy xəstəliyini uzun müddət gizlətdi, heç kimə demədi” - VİDEO
  • " width="300" height="266" />
    Sabiq Baş nazirdən heyrətamiz iddia:“Yusif Məmmədəliyevin ölümü müəmmalıdır, onu öldürdülər” - VİDEO
  • " width="300" height="266" />
    Becan Fərzəliyevdən şok müsahibə:“Elçibəy Heydər Əliyevi sevirdi”-VİDEO
  • " width="300" height="266" />
    Rusiyadakı keçmiş səfirimizdən ilginc proqnoz:“Rusiya çökəcək, o zaman çox şey dəyişəcək”- VİDEO
  • " width="300" height="266" />
    Azərbaycanın Rusiyadakı keçmiş səfirindən maraqlı açıqlamalar:“İlham Əliyev Rusiyaya qarşı bizdən yaxşı siyasət aparır”-VİDEO
  • " width="300" height="266" />
    “Qaynar Qazan”da Elşad Musayev:"Vahid namizəd kənardan gətirilə bilər" (VİDEO)
  • " width="300" height="266" />
    İsa Qəmbər bəzi sirlər açdı:"Qurban Məmmədovun baş prokuror olmasını Elçibəy məsləhət bilmədi"-VİDEO
  • " width="300" height="266" />
    İsa Qəmbər 24 il əvvəlki həbsindən danışdı:"...onda bildim ki, məni həbs edəcəklər"-VİDEO
  • " width="300" height="266" />
    Müsavat Başqanı 1993-cü il hadisələrindən danışdı:“Sürət Hüseynova hərbi təzyiq nəticəsində Milli Qəhrəman adı verildi”-VİDEO

Qapalı Mövzu

  • " width="300" height="266" />
    “Eldar Mahmudov bura gəlsin, dindirilsin” –Generalların məhkəməsində sensasion faktlar açıqlandı
  • " width="300" height="266" />
    “O ev mənə yox, bacıma məxsus olub” –Beytulla Hüseynov MTN generallarının məhkəməsində ifadə verdi
  • " width="300" height="266" />
    “Çingizin qardaşının oğurlanması ilə bağlı sübutlar var, niyə cinayət işi açmırsız?” –Çovdarovdan ilginc açıqlamalar
  • " width="300" height="266" />
    Baş mühasib 567 min, aparat rəhbəri 2 milyon ödədi… –Həbsdəki rabitəçilərdən yeni xəbər
  • " width="300" height="266" />
    “Onların Fərhad Əliyevin yaxın adamları və kəndçiləri olduğunu öyrəndim və…” –Generalın “Vosmoy bazarı” üzrə ifadəsi
  • " width="300" height="266" />
    General məhkəməyə gəldi, jurnalistlərin sualından yayındı –VİDEO, FOTOLAR
  • " width="300" height="266" />
    General Hilal Əsədovun arvadı Çovdarovun məhkəməsində ifadə verdi:“Atam bazarı mənə bağışladı”
  • " width="300" height="266" />
    “Məni şəhərə gətirib Əli Abbasovla üzləşdirdilər…” –Rabitəçilərdən şok ifadələr
  • " width="300" height="266" />
    Eldar Mahmudovun dəstəsi MTN polkovnikini niyə intihara sövq edib? –Kərəm Həsənovun adı keçən işdə heyrətamiz faktlar üzə çıxır
  • " width="300" height="266" />
    MTN-in Antiterror Mərkəzinin agentura şəbəkəsinə xərclədiyipulun məbləği açıqlanıb


Vəkil Bürosu

Avqust 2017
BE ÇA Ç CA C Ş B
« İyl    
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

XƏBƏR LENTİ

18 Avqust 2017
17 Avqust 2017

01 Dekabr 2016 - 09:04

Türkiyəli siyasətçidən şok etiraf:“Ərdoğanın “Nurçu” adı ilə bağlı həbslərdən xəbəri yoxdur!”-VİDEO

Mehmet Emin Bilgiç: "Türkiyə AKP hakimiyyətinə qədər okeandakı ada kimi idarə olunub"

1 

Mehmet Emin Bilgiç türkiyəli siyasətçidir. AKP əski İsparta millət vəkilidir. 17 noyabr 2016-cı ildə keçirdiyimiz Milli Azadlıq Hərəkatının 28 illiyi ilə bağlı toplantıya Türkiyədən qatılmışdı. Dostumuz Gəncəxan Tunayla birlikdə vaxt ayırıb ta buralara qədər gəlmişdilər. Fürsətdən istifadə edib Mehmet Emin Bilgiç bəylə “Qaynar Qazan”da söhbətləşmək istədik. Məmnuniyyətlə razılıq verdi. Biz də dərhal kameralarımızı qurduq. Türkiyəli qonaq da səmimiyyətlə suallarımızı cavablandırdı.

2

Mehmet Emin Bilgiçlə Türkiyənin indi qarşılaşdığı problemlərin həllindən danışdıq. İraq və Suriya hərəkatını, zamanında Türkiyənin müdaxilə etməməkdə səhv etdiyini müzakirə etdik. Maraqlı olan o idi ki, o zaman TBMM-də illər əvvəl o tarixi qərarın qəbul olunduğu zaman Mehmet bəy millət vəkili imiş və o zaman müdaxilə olunması üçün səs veribmiş. Zaman onu haqlı çıxarıb.

sam_2781

Türkiyə Lozanna ilə qazandığı hüquqlarından istifadə etməlidir. 1926-cı ildə Türkiyə bölgədən çəkilərkən türk əhalisinə toxunulmaması haqda anlaşmaya maddə əlavə edib. Bu gün o haqdan istifadə etmək hüququ var. İndi də onu edir, xalqın qorunması üçün oradadır. Yoxsa Türkiyə torpaq iddiasında deyil. Və bölgədən torpaq almaq niyyətində deyil. Bu səbəblə də əslində, Türkiyəni böyük güclər anlamalı, anlamağa çalışmalıdırlar. Bölgədə ən azı 100.000 əsgəri olan İrana heç bir şey deməyənlər, bir neçə əsgəri olan Türkiyədən narahat olmamalıdırlar. Bu məsələlərdən danışarkən, “Türkiyə yeni osmanlı olmaq siyasətimi izləyir” sualına da cavab almaq istədim. Mehmet Emin Bilgiç bu cür düşünmür. Əsla Osmanlı olmaq yolunda addımlamırıq deyir, amma eyni zamanda çox maraqlı və tarixi bir iddia ortaya qoyur: “TBMM başqanı həm də xəlifədir, bu səlahiyyət xilafət ləğv olunanda verilib.” İnanıram ki, bu iddia Türkiyə mətbuatının gündəminə bomba kimi düşərdi, əgər müsahibə Türkiyə mətbuatına verilsəydi. Elə bu da Osmanlı olmaq istəyinin başqa bir iddiasıdır məncə.

sam_2785

Təkcə bir mövzudan danışmadıq. Həm də Türkiyə tarixindən, Osmanlı dönəmindən, Türk bölgələrindən, Osmanlının türklər yaşayan bölgələrə bəslədiyi münasibətdən, dünya güclərinin planlarından danışdıq Mehmet Emin Bilgiçlə. Qərbin İslam düşmənçiliyindən, xaçlı zehniyyətinin dimdik ayaqda olduğu haqda da Bilgiç bəy dəyərli məlumatlar verdi.

Daha şokedici olaylardan danışdı Mehmet Emin Bilgiç. ABŞ-ın Türkiyədən silahlarını necə ləğv etdiyini, təyyarələrini necə torpağa basdırdığını dedi.

Son zamanlar Türkiyənin bəzi dairələrində Rusiyaya qarşı qaldırılması düşünülən bir iddia da burada gündəmə gətirildi. Bu iddia üzərində çox düşünülməli və Azərbaycanda gündəmə çıxarılmalı bir mövzudur və Azərbaycan dövlətinin də maraqlarına xitab edir məncə. Xəzər dənizi okeana çıxış əldə etməlidir. Əgər Xəzər göldürsə, o zaman bölünməlidir, yox, dənizdirsə, o zaman mütləq Volqa-Don çayı ilə okeana çıxa bilməlidir. Dənizin beynəlxalq sulara bağlanma haqqı var. Türkiyə necə 1934-cü ildən Boğazlardan keçişə icazə verirsə, o zaman zəhmət çəkib Rusiya da bu icazəni verməlidir. Beləcə, çox həyati əhəmiyyətli bir mövzunun yaxın zamanlarda Türkiyə tərəfindən Rusiyanın qarşısına gətiriləcəyi şübhə doğurmur və gərəkdir ki, bu məsələni biz də mənimsəyib Türkiyədən əvvəl onun altyapısını hazırlayaq.

sam_2782

Mehmet Emin Bilgiç Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın komandasına daxildir və onun partiyasından İsparta millət vəkili olub. Ona görə də onun bir məsələyə münasibəti mənim üçün çox maraqlı idi. Ondan siyasi məhbuslar haqqında soruşdum – Fətullah Gülənçi olduğu iddia olunan məhbuslar haqqında. Mehmet Emin Bilgiç bu məsələyə çox təəccübləndi və bu siyasi məhbuslarla bağlı birbaşa Ərdoğana məlumat verəcəyini dedi. “Biz bu məlumatlardan üzüntü keçiririk” dedi. ANS-in bağlanması haqqında qərara “son dərəcə yanlış” dedi və Ərdoğanın bu məsələlərdən əsla xəbərdar olmadığını dilə gətirdi.

Onun dediyi daha ibrətamiz bir məsələ isə bu idi: “Azərbaycan böyüyəcəksə, güclənəcəksə, yol yalnız demokratiyadan keçər.”

4

Sayğılı, sakit, mütəvazi, iddiasız adamdır Mehmet Emin Bilgiç… Elə də suallarımızı cavablandırdı. Hiss olunurdu ki, bölgənin taleyindən narahatdır – təmsil etdiyi ölkə kimi…

“Qaynar Qazan”da 30-cu qonağımız türkiyəli siyasətçi, AKP keçmiş İsparta millət vəkili Mehmet Emin Bilgiçdir…

 

Əvəz Zeynallı

 

I hissə

 

 

Strateq.az