Gündəm

Müsahibə

  • " width="300" height="266" />
    UKRAYNA XARİCİ KƏŞFİYYAT XİDMƏTİNİN SABİQ RƏHBƏRİ:"Ən başlıcası Putinin ətrafıdır" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Abid Şərifov:“Kimsə övladımın yekəbaşlıq etməsi ilə bağlı bir kəlimə eşidib?”
  • " width="300" height="266" />
    “Azad demokratlar”ın lideri Sülhəddin Əkbər:"2004-cü ildən Rusiya kəşfiyyatı Azərbaycanda sistemli və aktiv iş aparır" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Avropa İttifaqının Bakıdakı nümayəndəsi:“Azərbaycanlıların 51 faizi bizə etibar edir” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Eldar Namazov Rusiyadakı seçkilərdən danışdı:“Bu perspektiv Kremli çox qorxudur” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Əvəz Temirxan “20 Yanvar” hadisələrinin gizli məqamlarını açdı:"Zayçevlə mübahisəmiz düşdü, o, tələb etdi ki, bunları protokoldan çıxarım..."
  • " width="300" height="266" />
    Sabiq YAP-çı deputatdan maraqlı açıqlamalar:"Dövlət şəxsi hisslərin idarəçiliyə daşınmasından əziyyət çəkir" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Ayaz Mütəllibov:“20 Yanvarın araşdırılması üçün məhkəmə qurulmasını istəyirəm” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    ATƏT nümayəndəsi Azərbaycanda medianın durumunu sərt tənqid etdi:"Rəsmilər söz versələr də, bunu yerinə yetirmirlər" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Əliməmməd Nuriyev:“BDU-ya müstəqillik verilməsi 100 illik yubileyinə ən böyük töhfə olardı”

Qaynar Qazan

Qapalı Mövzu





Vəkil Bürosu

Qadın Sözü

Yanvar 2018
BE ÇA Ç CA C Ş B
« Dek    
1234567
891011121314
15161718192021
22232425262728
293031  

XƏBƏR LENTİ

21 Yanvar 2018
20 Yanvar 2018

02 Dekabr 2016 - 11:14

Türkiyəli sabiq deputatdan şok sözlər:"TBMM başqanı həm də xəlifədir..."-VİDEO

Mehmet Emin Bilgiç bu məsələyə çox təəccübləndi və siyasi məhbuslarla bağlı birbaşa Ərdoğana məlumat verəcəyini dedi

1 

Mehmet Emin Bilgiç türkiyəli siyasətçidir. AKP əski İsparta millət vəkilidir. 17 noyabr 2016-cı ildə keçirdiyimiz Milli Azadlıq Hərəkatının 28 illiyi ilə bağlı toplantıya Türkiyədən qatılmışdı. Dostumuz Gəncəxan Tunayla birlikdə vaxt ayırıb ta buralara qədər gəlmişdilər. Fürsətdən istifadə edib Mehmet Emin Bilgiç bəylə “Qaynar Qazan”da söhbətləşmək istədik. Məmnuniyyətlə razılıq verdi. Biz də dərhal kameralarımızı qurduq. Türkiyəli qonaq da səmimiyyətlə suallarımızı cavablandırdı.

2

Mehmet Emin Bilgiçlə Türkiyənin indi qarşılaşdığı problemlərin həllindən danışdıq. İraq və Suriya hərəkatını, zamanında Türkiyənin müdaxilə etməməkdə səhv etdiyini müzakirə etdik. Maraqlı olan o idi ki, o zaman TBMM-də illər əvvəl o tarixi qərarın qəbul olunduğu zaman Mehmet bəy millət vəkili imiş və o zaman müdaxilə olunması üçün səs veribmiş. Zaman onu haqlı çıxarıb.

sam_2781

Türkiyə Lozanna ilə qazandığı hüquqlarından istifadə etməlidir. 1926-cı ildə Türkiyə bölgədən çəkilərkən türk əhalisinə toxunulmaması haqda anlaşmaya maddə əlavə edib. Bu gün o haqdan istifadə etmək hüququ var. İndi də onu edir, xalqın qorunması üçün oradadır. Yoxsa Türkiyə torpaq iddiasında deyil. Və bölgədən torpaq almaq niyyətində deyil. Bu səbəblə də əslində, Türkiyəni böyük güclər anlamalı, anlamağa çalışmalıdırlar. Bölgədə ən azı 100.000 əsgəri olan İrana heç bir şey deməyənlər, bir neçə əsgəri olan Türkiyədən narahat olmamalıdırlar. Bu məsələlərdən danışarkən, “Türkiyə yeni osmanlı olmaq siyasətimi izləyir” sualına da cavab almaq istədim. Mehmet Emin Bilgiç bu cür düşünmür. Əsla Osmanlı olmaq yolunda addımlamırıq deyir, amma eyni zamanda çox maraqlı və tarixi bir iddia ortaya qoyur: “TBMM başqanı həm də xəlifədir, bu səlahiyyət xilafət ləğv olunanda verilib.” İnanıram ki, bu iddia Türkiyə mətbuatının gündəminə bomba kimi düşərdi, əgər müsahibə Türkiyə mətbuatına verilsəydi. Elə bu da Osmanlı olmaq istəyinin başqa bir iddiasıdır məncə.

sam_2785

Təkcə bir mövzudan danışmadıq. Həm də Türkiyə tarixindən, Osmanlı dönəmindən, Türk bölgələrindən, Osmanlının türklər yaşayan bölgələrə bəslədiyi münasibətdən, dünya güclərinin planlarından danışdıq Mehmet Emin Bilgiçlə. Qərbin İslam düşmənçiliyindən, xaçlı zehniyyətinin dimdik ayaqda olduğu haqda da Bilgiç bəy dəyərli məlumatlar verdi.

Daha şokedici olaylardan danışdı Mehmet Emin Bilgiç. ABŞ-ın Türkiyədən silahlarını necə ləğv etdiyini, təyyarələrini necə torpağa basdırdığını dedi.

Son zamanlar Türkiyənin bəzi dairələrində Rusiyaya qarşı qaldırılması düşünülən bir iddia da burada gündəmə gətirildi. Bu iddia üzərində çox düşünülməli və Azərbaycanda gündəmə çıxarılmalı bir mövzudur və Azərbaycan dövlətinin də maraqlarına xitab edir məncə. Xəzər dənizi okeana çıxış əldə etməlidir. Əgər Xəzər göldürsə, o zaman bölünməlidir, yox, dənizdirsə, o zaman mütləq Volqa-Don çayı ilə okeana çıxa bilməlidir. Dənizin beynəlxalq sulara bağlanma haqqı var. Türkiyə necə 1934-cü ildən Boğazlardan keçişə icazə verirsə, o zaman zəhmət çəkib Rusiya da bu icazəni verməlidir. Beləcə, çox həyati əhəmiyyətli bir mövzunun yaxın zamanlarda Türkiyə tərəfindən Rusiyanın qarşısına gətiriləcəyi şübhə doğurmur və gərəkdir ki, bu məsələni biz də mənimsəyib Türkiyədən əvvəl onun altyapısını hazırlayaq.

sam_2782

Mehmet Emin Bilgiç Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın komandasına daxildir və onun partiyasından İsparta millət vəkili olub. Ona görə də onun bir məsələyə münasibəti mənim üçün çox maraqlı idi. Ondan siyasi məhbuslar haqqında soruşdum – Fətullah Gülənçi olduğu iddia olunan məhbuslar haqqında. Mehmet Emin Bilgiç bu məsələyə çox təəccübləndi və bu siyasi məhbuslarla bağlı birbaşa Ərdoğana məlumat verəcəyini dedi. “Biz bu məlumatlardan üzüntü keçiririk” dedi. ANS-in bağlanması haqqında qərara “son dərəcə yanlış” dedi və Ərdoğanın bu məsələlərdən əsla xəbərdar olmadığını dilə gətirdi.

Onun dediyi daha ibrətamiz bir məsələ isə bu idi: “Azərbaycan böyüyəcəksə, güclənəcəksə, yol yalnız demokratiyadan keçər.”

4

Sayğılı, sakit, mütəvazi, iddiasız adamdır Mehmet Emin Bilgiç… Elə də suallarımızı cavablandırdı. Hiss olunurdu ki, bölgənin taleyindən narahatdır – təmsil etdiyi ölkə kimi…

“Qaynar Qazan”da 30-cu qonağımız türkiyəli siyasətçi, AKP keçmiş İsparta millət vəkili Mehmet Emin Bilgiçdir…

 

Əvəz Zeynallı

 

II-sonuncu hissə

 

 

Strateq.az