Gündəm

Müsahibə

  • " width="300" height="266" />
    Məleykə Abbaszadə:"İmtahanların ödənişli olması sənəd verən məzunların sayını azaldıb..."
  • " width="300" height="266" />
    Türkiyəli tədqiqatçı Gürbüz Mızrak:"Ermənilər kilsələrində “İncil”i belə, Türkcə oxuyurdular"
  • " width="300" height="266" />
    Alman politoloq:"Gec-tez, Trampa ittiham elan olunacaq...” – Müsahibə
  • " width="300" height="266" />
    Arif Rəhimzadə:“Azərbaycan xalqının və dövlətinin formalaşmasında SSRİ və Rusiyanın böyük rolu olub” –MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Türk politoloqdan qalmaqallı açıqlama:“Rusiya Bəşər Əsədin öldürülməsinin qarşısını ala bilməz” – Müsahibə
  • " width="300" height="266" />
    Hikmət Hacıyev:"Edvard Nalbandyan indi də Rusiya XİN-in adından danışmağa başlayıb..."
  • " width="300" height="266" />
    Polşa müdafiə nazirinin sabiq müavini:“Rusiyanın parçalanacağı fikri realdır” – Müsahibə
  • " width="300" height="266" />
    İlyas İsmayılov səhiyyə sistemini sərt tənqid etdi:"Kasıblar klinikalardan əllərində ölüm hökmüylə çıxırlar..." - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Deputat Azərbaycana ən böyük təhlükənin Rusiyadan gözlənildiyini açıqladı:"Sabitliyi pozmaq, hakimiyyəti ələ keçirmək istəyəcəklər" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Səfir: “Avstriya ATƏT sədri olaraq tərəfləri məcbur edə bilməz” –Müsahibə

Qaynar Qazan

  • " width="300" height="266" />
    Müsavat Başqanı 1993-cü il hadisələrindən danışdı:“Sürət Hüseynova hərbi təzyiq nəticəsində Milli Qəhrəman adı verildi”-VİDEO
  • " width="300" height="266" />
    Novella Cəfəroğlu açdı sandığı:"Heydər Əliyev gələndə ona birinci qapısını Əli İnsanov açdı" - VİDEO
  • " width="300" height="266" />
    Novella Cəfəroğludan qorxulu xəbərdarlıq:“Bircə rus qüvvələri ölkədə çaxnaşma salmasınlar” - VİDEO
  • " width="300" height="266" />
    Novella Cəfəroğlu “Qaynar Qazan”da:"Amerika səfiri Elçibəylə bizim evdə görüşdü...” - VİDEO
  • " width="300" height="266" />
    Keçmiş Müdafiə nazirindən Şuşayla bağlı açıqlamalar:“Mayın 4-də MTN-in Şuşa şöbəsi qapısını bağlayıb aradan çıxdı” - VİDEO
  • " width="300" height="266" />
    Rahim Qazıyevdən sabiq baş prokurora çağırış:“Əli Ömərovun zərrə qədər ləyaqəti qalıbsa...”-VİDEO
  • " width="300" height="266" />
    Keçmiş batalyon komandiri Şuşadan nələr dedi:“Hərbi hissəni qəsdən buraxdılar" - VİDEO
  • " width="300" height="266" />
    Şuşa batalyonunun komandiri:“Qərbi azərbaycanlıları qəfildən, zorla Şuşadan çıxardılar” - VİDEO
  • " width="300" height="266" />
    Sabiq hərəkatçıdan şok iddia:“Elçibəyin Kələkidən gəlməsini müxalifət istəmirdi”-VİDEO
  • " width="300" height="266" />
    Keçmiş döyüşçüdən ANS rəhbərliyinə ağır ittihamlar:"Cəbhə xəttindəki mövqeləri çəkib CNN-ə satırdılar" - VİDEO

Qapalı Mövzu



Vəkil Bürosu

İyun 2017
BE ÇA Ç CA C Ş B
« May    
 1234
567891011
12131415161718
19202122232425
2627282930  

XƏBƏR LENTİ

25 İyun 2017
24 İyun 2017

21 May 2017 - 10:21

Keçmiş döyüşçüdən ANS rəhbərliyinə ağır ittihamlar:"Cəbhə xəttindəki mövqeləri çəkib CNN-ə satırdılar" - VİDEO

Çətin danışan adam – Zeynal Məmmədov

 

Zeynal Məmmədov – mən illərlə onu tanımağıma baxmayaraq, yalnız indi bilirəm ki, onun əsl adı Zeynalabdin imiş – Azərbaycan Milli Azadlıq Hərəkatının önəmli adamlarından biridir. Ömrünün demək olar ki, gəncliyini milli yola həsr edib. Hərəkat başlayanda bir çoxları kimi onun da işi-gücü olub. Amma hər şeylərini bir kənara qoyaraq ermənilərin vəhşiliklərindən bezən millətin çağırışına gəliblər və o gəliş, bütün şüurlu və mənalı ömürlərini bu millətin yolunda şam kimi əridiblər.

Zeynal Məmmədovu Azərbaycan Milli Azadlıq Hərəkatının tarixi “Dəmiryolçu Zeynal” kimi tanıyır. Onu hamı 1989-cu ilin avqustunda başlayan dəmiryolu tətillərindən xatırlayır. SSRİ-nin ürəyini Bakıda dayandıranda və ümumrespublika tətilləri elan edəndə, Zeynal da AXC-nin funksionerlərindən biri kimi öndə olub. O zamanın da gəncliyi onlar idi. Və onlar bu millətin, bu tarixin qarşısında heç bir dövrün gəncliyinin olmadığı kimi alnıaçıq, üzüağ çıxdılar.

Biz Zeynalı dəmir yol tətillərində, sonra isə Şuşanın müdafiəsində görürük. Şuşanın müdafisində, Rahim Qazıyevin vurulmasında, başqa hadisələrin içərisində də Zeynal Məmmədov olub və onunla “Azadlıq Salnaməsi”ndə görüşmək istəməyimiz də bu səbəbdəndir.

Uzun zamandır planlaşdırdığımız müsahibəni Zeynal Məmmədovun az danışan olduğu və ya heç müsahibə verməməsi səbəbindən ala bilmirdik. Amma onun danışarsa çox şey deyə biləcəyini də düşünürdük. Budur, Zeynal Məmmədov danışdı və elə danışdı ki, bu müsahibədə çox şeylər üzə çıxdı.

Zeynalı nə müxalifət, nə də iqtidar hesab etmək mümkündür. Zeynal Azərbaycanın indi var olan və çürüməyə tərk edilən ən bədbəxt və böyük kəsiminə – üçüncü cəbhəyə mənsubdur. Ona görə də müsahibəsi hər iki tərəfin etdiklərindən kənarda qalan bir adamın təsbitləridir. Bir nəslin nisgilinin, ağrı-acılarının fəryadı kimi danışır Zeynal və sonda, sonuncu “Bütün bunlara dəyərdimi” sualıma verdiyi cavab artıq heç bir sözə və şərhə yer buraxmır: “Dəyməzdi!”

İllər boyu aparılan mübarizənin nəticəsi, verilən bu qədər əməklərin sonu belə olmamalı idi. Amma bütün hallarda Zeynalın müsahibəsi çox maraqlı olacaq hamı üçün. Zeynal Şuşanın getməsinin dəhşətli səbəblərini açıqlayır. Onun dediyi çox şeylər var ki, ilk dəfədir eşidirəm. Şuşanın icra başçısı Mikayıl Gözəlovun, Ramiz Qəmbərovun öldürülməsi, Rahim Qazıyevin Şuşada güllələnməsi Zeynalın təqdimatında çox qəti səslənir: “Şuşanı müdafiə etmək istəyən, Şuşanı qoruyan hər kəs öldürülürdü!” Elə də olub! Sonrakı hadisələr də göstərdi ki, Şuşanı qorumaq istəyən hər kəs ya yoldan götürülüb, təmizlənib, ya da ləkələnib – həm də Şuşanın satılması iddiası ilə! Bu, dəhşətlidir! Bu Vətənin balalarının başına açılan bir iblis oyunudur bu!

Şuşanın təslim edilməsindən çox-çox əvvəldən Şuşanın veriləcəyini xeyli adam bilib. Hətta Şuşanın öldürülən Mikayıl Gözəlovdan sonrakı icra başçısı Nizami Bəhmənovun xeyli əvvəl Şuşanı müdafiə edən döyüş batalyonlarının rəhbərlərinə paketdə xeyli pul payladığını və Şuşadan gedib istirahət etmələrini danışır Zeynal Məmmədov. Ramiz Qəmbərov Nizami Bəhmənovun pulunu almır və “siz Şuşanı təslim etmək istəyirsiniz, bunu görməyəcəksiniz” deyir. Nizami Bəhmənov isə onu hədələyir və çox keçmir ki, Ramiz Qəmbərov öldürülür.

Elə bil bu millətin içində özündən böyük bir düşmən qrupu işləyib.

Hamının Şuşanın getdiyini, gedəcəyini bildiyi halda, niyə addım atılmayıb? Niyə Şuşanın verilməsində əli olan adamların, zabitlərin hamısı sonradan çox ciddi vəzifələrə irəli çəkib? Nədir bu mənhus tale?!

Zeynal Məmmədovla hərəkatdaxili münaqişələrdən, sabiq nəqliyyat naziri Ziya Məmmədovla onun möhtəşəm müavini Cavid Qurbanova qədər çox şeydən danışmışıq. Artıq Ziya Məmmədov da tarixdir və Zeynal Məmmədovun onun haqqında dedikləri bu qaranlıq adam haqqında bir nəbzə bəzi şeyləri bəlkə yaddaşlarda yeniləyə.

Beləliklə, “Azadlıq Salnaməsi”nin 14-cü qonağı “Dəmiryolçu Zeynal”dır. İndi Zeynal Məmmədov danışır…

Əvəz Zeynallı

"Azadlıq Salnaməsi"

 

II hissə

 

 

Zeynal Məmmədov II hissədə nə dedi:

– Tətili bir həftə təxirə salsaydım, Ermənistanın, İranın vaqonları gəlib keçəcəkdi, Azərbaycanın vaqonlarını isə yollarda saxlayacaqdılar və Azərbaycanda ərzaq qıtlığı yaranacaqdı ki, bu da bizim özümüzə qarşı çevriləcəkdi

– Etibar Məmmədov küsüb getmişdi

– Tətil Komitəsinə dedim ki, bilirsiniz nə var, gedin, işinizlə məşğul olun

– Mən Polyaniçkonu tanımırdım, onu qəbul otağımda o qədər gözlətmişəm ki

– Məni dəfələrlə rəis, ya da rəis müavini təyin etmək istədilər, amma dəmir yolunun möhtəşəm kişiləri var idi, mən onların kreslolarında oturmaq istəmədim, oturmadım

– Cavid Qurbanovun bir sözü var: “Adam var, idarə müdiri qoyarsan, nazir kimi işləyər, adam var, nazir qoyarsan, idarə müdiri kimi işləyər”

– Azərbaycan Xalq Cəbhəsi o tətildən çox yararlandı

– Mən xahiş etməzdim, Vəzirova dedim ki, Cəlal Əliyevlə işin olmamalıdır, Vəzirov bir də Cəlal Əliyevin adını çəkmədi

– İndi hamı gen-gen gəzir, amma onları mən o zaman heç yerdə görmürdüm

– Etibar Məmmədov tutulanda bəyanat verdik ki…

– Bəyanatı ruslara verdim oxudular və dedilər ki, biz səni axtarırıq

– Dəmir yol idarəsində qollarımı qandalladılar, əvvəlcə Xətaidəki müvəqqəti saxlama təcridxanasına, sonra Şüvəlana apardılar

– Rafiq Savalan, Vasif Babayev orada idilər, bizi Krasnodara apardılar

– Vasif Babayevin kurtkası üçün ruslar çənəmi 4 yerdən vurub qırdılar

– Bizi ruslar təhqir edir, söyür, işgəncə verirdilər

– Məni Moskvada 4 gün saxladılar, dedilər ki, Etibar Məmmədovla səni üzləşdirəcəyik

– Bakıda mənə çox böyük işgəncələr verdilər, döydülər, amma niyə döyürdülər, başım çıxmırdı

– Həbsdə olduğum müddətcə iki dəfə Polyaniçko ilə görüşdüm, dedi ki, Azərbaycanda əslində, mən birinci adamam, gəl bunlardan əl çək, səni akademik edək… Axı, məndən akademik olmazdı

– 10 ay həbsdə qaldım və həbsdən çıxıb deputatlığa namizədliyimi verdim. Əbülfəz Elçibəyin xahişi ilə Xəlil Rza Ulutürkə görə namizədliyimi geri götürdüm

– O vaxt da idarə olunurmuş hər şey, sadəcə bəziləri bunları görə bilirdi, amma biz görə bilmədik

– Milli Müdafiə Şurasına bir əsgər kimi gəldim, gördüm buranın təhlükəsizlik xidməti yoxdur, onu götürüb qaydaya saldım

– Bizim Şuşaya gedib çıxmağımızı istəmirdilər

– Laçına çataçatda bizə müxtəlif təxribatlar oldu, içimizdə xain vardı

– Rahim Qazıyev getdi Şuşaya və mən Arif Paşayevin yanında, Laçında qaldım, səhər xəbər gəldi ki, atışma olub, ölənlər və yaralananlar var

– Rahim Qazıyevin başına elə adamlar yığışmışdı ki, onu öldürəcəkdilər, dərhal Rahim Qazıyevin ətrafını boşaltdım və təhlükəsizliyini təmin etdim

– Rahim Qazıyevi yüz faiz öldürəcəkdilər, Rahim Qazıyev orada ölməli idi

– Ayaz Mütəllibovun dövründə bir briqada yarandı və o briqada da Şuşada idi və həmin qrup Şuşanın zəifləməsində böyük rol oynadı

– Rahim Qazıyevin etibar etdiyi adamlar onun özünü öldürəcəkdilər

– Abel Məmmədov vardı, Nail Kazımov vardı

– Çox böyük təxribatlar olurdu

– ANS pozisiyaları çəkib CNN-ə satırdı və bu, olmazdı, neçə dəfə ANS-i oradan çıxartmaq istədim

– ANS-in çəkiliş aparması üçün tanklardan atəş açırdılar, deyirdim, bunu etməyin

– Fikirlərimi dediyim üçün düşmənim çox idi

– Mirşahin orada idi, Çingiz gəlib-gedirdi və mən onların milli adamlar olduğunu deyə bilmərəm. Onların çox böyük aparatları vardı, onlara vermişdilər. Kimlər vermişdi? Bunlar orada pul qazanır, bizneslə məşğul olurdular.

– Artistlik edib ağlamaq olmazdı axı…

 

II hissənin sonu

 

Strateq.az