Gündəm

Müsahibə

  • " width="300" height="266" />
    Deputat Avropa Şurasından aralanmaq çağırışlarının əleyhinə çıxdı:"Münasibətlərin korlanması Rusiyanın maraqlarına cavab verir" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    İqtisadçı alim Qubad İbadoğlu:"İlin sonunda Azərbaycan valyuta bazarında gərginlik artacaq" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    MƏRKƏZİ KƏŞFİYYAT İDARƏSİNİN TƏHLİLÇİSİ POL QOBL:"Rusiya Bakının sədaqətini təmin etməyincə, münaqişənin həllinə imkan verməyəcək"
  • " width="300" height="266" />
    Britaniyanın Cənubi Qafqazdakı hərbi attaşesi:"Azərbaycanın NATO ilə əməkdaşlıq səylərini yüksək qiymətləndiririk" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Sabiq respublika prokuroru İlyas İsmayılov:“Yazıçı Anarı  Prokurorluğa dəvət elədim, cinayət işini qabağına qoydum...”
  • " width="300" height="266" />
    Rauf Arifoğludan sensasion açıqlamalar və etiraflar:"HEYDƏR ƏLİYEVƏ XEYLİ HAQSIZLIQ ETMİŞİK" - Müsahibə
  • " width="300" height="266" />
    Təhsil Nazirliyinin şöbə müdiri:"Tarix İnstitutu xəritə ilə bağlı heç bir irad bildirməyib, təklif verməyib"
  • " width="300" height="266" />
    Türkiyəli politoloq:“Rusiya bizim üçün qətiyyən Qərbin alternativi ola bilməz” - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    “ABŞ RƏSMİ ANKARADAN QİSAS ALIR” –“Mehr News”a müsahibəsində türk politoloq gərginliyin səbəblərini açıqlayır
  • " width="300" height="266" />
    Deputat Asim Mollazadə:“MƏMURLARIN CİLOVLANMASININ VAXTI ÇATIB” - Müsahibə

Qaynar Qazan

  • " width="300" height="266" />
    “Quran”a izah yazan Sərdar Cəlaloğlu:“Təriqətlərə bölünmənin yanlış olduğu "Quran"da göstərilib” - VİDEO
  • " width="300" height="266" />
    Sərdar Cəlaloğlu Rəsul Quliyevdən danışdı:"Onda gördüm ki, bu, Heydər Əliyevin siyasətini dəstəkləmir" - VİDEO
  • " width="300" height="266" />
    Nobeli adiləşdirən adam – Sərdar Cəlaloğlu:"Gücsüz mitinqlər güclü iqtidarı bir az da gücləndirir"-VİDEO
  • " width="300" height="266" />
    İlkin Rüstəmzadənin Anasından şok müsahibə:“İlkin müdafiədən narazıdır, dostlarından incimişəm”-VİDEO
  • " width="300" height="266" />
    Elçibəyin dostu 17 illik sirri açdı:“Cənazəsi ilə birlikdə bir çanta pul gətirdim” - VİDEO
  • " width="300" height="266" />
    Mirmahmud Mirəlioğlundan şok açıqlamalar:“Elçibəyin ölümündə müəmma var!”-VİDEO
  • " width="300" height="266" />
    Zəminə Allahyarova yaxın tarixə işıq salır:“Heydər Əliyev Beycana "oğlum" deyirdi” - VİDEO
  • " width="300" height="266" />
    23 illik dostu Elçibəyin son günlərindən danışdı:“Elçibəyin əleyhinə danışanların hələ də günahı var və cəzalarını çəkib qurtarmayıblar”-VİDEO
  • " width="300" height="266" />
    Beycan Fərzəliyevin xanımı 25 ildən sonra danışdı:“Heydər bəy də, Əbülfəz bəy də çox maraqlı həmsöhbət idilər”-VİDEO
  • " width="300" height="266" />
    Sabiq Baş nazir Nobelə gedir:"Turan Birliyini yeni nəsil texnologiya ilə qura bilərik"-VİDEO

Qapalı Mövzu




Vəkil Bürosu

Oktyabr 2017
BE ÇA Ç CA C Ş B
« Sen    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

XƏBƏR LENTİ

24 Oktyabr 2017
23 Oktyabr 2017

25 May 2017 - 09:52

Şuşa batalyonunun komandiri:“Qərbi azərbaycanlıları qəfildən, zorla Şuşadan çıxardılar” - VİDEO

Şuşa batalyonunun komandiri Möhtəşəm Məhərrəmov Şuşanın verilməsindən danışır: “Şuşa ilə Laçının arasındakı erməni kəndlərini Mikayıl Gözəlov boşaltdı”

 

 

Möhtəşəm Məhərrəmov şuşalıdır. Orada doğulub-böyüyüb. Ermənilər Şuşanın başına əngəl olmağa başlayanda o da başqa Vətən oğulları kimi silah götürüb döyüşə qalxıb. 1988-ci ildən – Şuşanın başını duman alandan, 1992-ci ilə kimi – Şuşa təslim olunana qədər onun keşiyində duranlardan olub. İllərdir o hadisələri xatırlayır və hər zaman da yana-yana danışır. İndi Möhtəşəm Məhərrəmov müəllimdir. 285 saylı orta məktəbdə hərbi hazırlıq dərsini tədris edir. Onunla xeyli zamandır “Azadlıq Salnaməsi”ndə danışmaq planımız vardı. Qismət indiyə təsadüf etdi.

Möhtəşəm Məhərrəmov Şuşada baş verənlərdən ağrı ilə danışır. Bir daha və bir daha məlum olur ki, biz erməni ilə döyüşdə uduzub Şuşanı itirməmişik, Şuşa bəsirətsiz, uğursuz bir hakimiyyətin, xain və naşı bir idarəetmənin qurbanı olub. Bundan əvvəlki müsahibəmizdə Zeynal Məmmədovun danışdıqları da Şuşanı qoruyanlarla Şuşanı vermək istəyənlərin mübarizəsi üzərində qurulmuşdu. Bu, Möhtəşəm Məhərrəmovun danışıqlarında da ortaya çıxır. Möhtəşəm Məhərrəmov açıq şəkildə deyir ki, ovaxtkı maymaq hakimiyyət olmasaydı, Şuşa getməyəcəkdi.

Mənim üçün maraqlı olan isə Möhtəşəm Məhərrəmovun Qərbi Azərbaycandan gələn qaçqınlarla bağlı dedikləridir. Adamı dəhşət bürüyür. Belə çıxır ki, hətta dövlət adlanan maymaq bir qurum, hakimiyyət adlanan bacarıqsız bir komanda müdaxilə etməsəymiş belə insanlar özləri torpağı qorumağa müqtədir olublar. Gələn qaçqınlarla yerli camaat birləşib ayağa qalxıblar və Şuşada olan 1.500-2.000 erməni sakitcə, heç bir müdaxilə olmadan şəhəri tərk edib gediblər. Daha bundan başqa nə lazımdır ki? Əlavə olaraq, rəhmətlik Mikayıl Gözəlovun sayəsində Şuşa-Laçın yolunun üzərində yerləşən və Şuşadan Laçına gedənlərə maneə olan və olacaq bir neçə kənd də təmizlənib. Yəni 1991-1992-ci illərdə, hətta ondan əvvəl də Şuşada erməni problemi öz həllini tapıbmış. Oralarda erməni qalmayıbmış.

Bu, Vəzirov-Mütəllibov hakimiyyətini narahat edir və onlar heç bir səbəb olmadan Qərbi Azərbaycandan gələn qaçqınları şəhərdən çıxarmağa qərar verirlər. Əvvəlcə xoşla, qılıqla camaatı ayırmaq və zəiflətmək, bu olmayınca zorla onları yerlərindən etmək planları işə düşür. Polis yeridilir, 200 yük maşını göndərilir və zorla qaçqınları döyə-döyə, təhqir edə-edə, onları sürüyə-sürüyə Şuşadan çıxarırlar. Beləliklə də, Şuşanın ermənilərə verilməsinin önü açılır. Millətin birliyi və bütünlüyü pozulur. Möhtəşəm Məhərrəmov bu həzin hekayəni elə ürəkağrısı ilə danışır ki, adamın bağrı yarılır…

Möhtəşəm Məhərrəmovun Rahim Qazıyevlə bağlı dedikləri də sensasion sayıla bilər. Bu müsahibədən sonra Rahim Qazıyevlə götürdüyüm müsahibədə Möhtəşəm Məhərrəmova cavab verib Rahim bəy, amma Möhtəşəm Məhərrəmov da dediyini deyib. Onun dediyi rəsmi versiyaya, hakimiyyət maşınının dediklərinə uyğun gəlsə də, zamanın önəmli şahidlərindən biri israrla vəziyyətin başqa cür olduğunu, Rahim Qazıyevin vurulma məsələsinin öz əməli olduğunu bildirir. Hər halda müsahibələr yayınlanandan sonra əlahəzrət Oxucu-tamaşaçının özünün gəldiyi bir nəticə olacaq və Rahim Qazıyevin verdiyi cavabdan sonra nə edəcəyimizi bir daha qərarlaşdıracağıq. Çünki Möhtəşəm Məhərrəmovun dedikləri Rahim Qazıyevin udacağı türdən açıqlamalar deyil. İndidən bəyan edirəm ki, arzu etsələr, mövzunun davamını debat şəklində davam etdirə bilərik.

Amma məlum olan bir şey var – Şuşa düşmənə verilib. Şuşaya xəyanət olunub. Boşaldılmaq üçün illərlə Şuşada iş aparılıb. Şuşanı qoruyanların hamısı bir-bir sıradan çıxarılıb, öldürülüb, perikdirilib, pul verilib şəhərdən çıxardılıb, əhalinin arasında ayrı-seçkilik edilib, birlik qəsdən və planlı şəkildə pozulub. Şuşa özümüzünkülər tərəfindən zəiflədilib və qapısı düşmənin üzünə açılıb. Məlum olan həqiqət budur!

İndi isə bu tarixi söhbəti – Möhtəşəm Məhərrəmovla “Azadlıq Salnaməsi”ndə müsahibəni təqdim etməyin vaxtıdır. Möhtəşəm Məhərrəmov “Azadlıq Salnaməsi”nin 15-ci qonağıdır. Onunla Şuşadan – onun düşmənə təslim olunmasından danışırıq…

Əvəz Zeynallı

“Azadlıq Salnaməsi”

I hissə

 

Möhtəşəm Məhərrəmov “Azadlıq Salnaməsi”nin I hissəsində dedi ki:

– Şuşada müharibə 1988-ci il fevralın 13-dən başladı

– Azərbaycan hakimiyyəti Şuşada və ətrafında baş verənlərə tamamilə biganə yanaşdı

– Əsgəranda ermənilər bizi 1990-cı ildə daş yağışına tutdular, Prezident Aparatına şikayətə gəldik, bizə təxribatçı deyib oradan uzaqlaşdırdılar

– Şuşada Qərbi Azərbaycandan gələn 10-11 min nəfər qaçqını yerləşdirmiş, onları işlə təmin etmişdik

– Şuşada 1.500-2.000 erməni ancaq olardı və özləri Şuşanı tərk etmişdilər

– Bir gün postdan gələndə gördük ki…

– Qəfildən Şuşada yerləşən Qərbi Azərbaycanlı qaçqınları Bakı və Sumqayıta apardılar

– Qaçqınları köçürməyə Telman Orucov gəlmişdi

– Polis dedi ki, Bakıdan əmr gəlib, ermənistanlı qaçqınlar buradan çıxmalıdır

– Ermənistandan gələnləri məcburi şəkildə, döyə-döyə, təhqir edə-edə Şuşadan çıxardılar. Bu da erməniləri cəsarətləndirdi, amma buna qədər onlar tamamilə Şuşa və ətrafından çıxıb getmək istəyirdilər. Onlar panikada idilər.

– Şuşaya evləri daşımaq üçün 200 avtomovil göndərdilər

– Şuşanı ermənilərə təhvil verən ovaxtkı hakimiyyət oldu

– Şuşa ilə Laçının arasındakı erməni kəndlərini Mikayıl Gözəlov boşaltdı və Ermənistandan gələn qaçqınları ora yerləşdirdi

– Salatın Əsgərova 366-cı alayın mayoru ilə bir yerdə getdi və güllələndi

– Ermənilərin Qarabağdan getməsinin qarşısını ovaxtkı hakimiyyət aldı

– Elburus Orucov deyir, Rahim Qazıyev məni briqada komandiri kimi göndərdi, amma mən Şuşaya çatana kimi məni işdən azad elədi

– Hərbi hissəni özbaşına tərk edən əsgər üçün cəza tədbiri yox idi

I hissənin sonu

 

 

Strateq.az