Gündəm

Müsahibə

  • " width="300" height="266" />
    İqtisadçı alim Qubad İbadoğlu:"İlin sonunda Azərbaycan valyuta bazarında gərginlik artacaq" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    MƏRKƏZİ KƏŞFİYYAT İDARƏSİNİN TƏHLİLÇİSİ POL QOBL:"Rusiya Bakının sədaqətini təmin etməyincə, münaqişənin həllinə imkan verməyəcək"
  • " width="300" height="266" />
    Britaniyanın Cənubi Qafqazdakı hərbi attaşesi:"Azərbaycanın NATO ilə əməkdaşlıq səylərini yüksək qiymətləndiririk" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Sabiq respublika prokuroru İlyas İsmayılov:“Yazıçı Anarı  Prokurorluğa dəvət elədim, cinayət işini qabağına qoydum...”
  • " width="300" height="266" />
    Rauf Arifoğludan sensasion açıqlamalar və etiraflar:"HEYDƏR ƏLİYEVƏ XEYLİ HAQSIZLIQ ETMİŞİK" - Müsahibə
  • " width="300" height="266" />
    Təhsil Nazirliyinin şöbə müdiri:"Tarix İnstitutu xəritə ilə bağlı heç bir irad bildirməyib, təklif verməyib"
  • " width="300" height="266" />
    Türkiyəli politoloq:“Rusiya bizim üçün qətiyyən Qərbin alternativi ola bilməz” - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    “ABŞ RƏSMİ ANKARADAN QİSAS ALIR” –“Mehr News”a müsahibəsində türk politoloq gərginliyin səbəblərini açıqlayır
  • " width="300" height="266" />
    Deputat Asim Mollazadə:“MƏMURLARIN CİLOVLANMASININ VAXTI ÇATIB” - Müsahibə
  • " width="300" height="266" />
    Fransa tarixçisi:“RUSİYA İRANLA SƏUDİYYƏ ARASINDAKI ZİDDİYYƏTİ AZALTMAĞA ÇALIŞIR" – Müsahibə  

Qaynar Qazan

  • " width="300" height="266" />
    “Quran”a izah yazan Sərdar Cəlaloğlu:“Təriqətlərə bölünmənin yanlış olduğu "Quran"da göstərilib” - VİDEO
  • " width="300" height="266" />
    Sərdar Cəlaloğlu Rəsul Quliyevdən danışdı:"Onda gördüm ki, bu, Heydər Əliyevin siyasətini dəstəkləmir" - VİDEO
  • " width="300" height="266" />
    Nobeli adiləşdirən adam – Sərdar Cəlaloğlu:"Gücsüz mitinqlər güclü iqtidarı bir az da gücləndirir"-VİDEO
  • " width="300" height="266" />
    İlkin Rüstəmzadənin Anasından şok müsahibə:“İlkin müdafiədən narazıdır, dostlarından incimişəm”-VİDEO
  • " width="300" height="266" />
    Elçibəyin dostu 17 illik sirri açdı:“Cənazəsi ilə birlikdə bir çanta pul gətirdim” - VİDEO
  • " width="300" height="266" />
    Mirmahmud Mirəlioğlundan şok açıqlamalar:“Elçibəyin ölümündə müəmma var!”-VİDEO
  • " width="300" height="266" />
    Zəminə Allahyarova yaxın tarixə işıq salır:“Heydər Əliyev Beycana "oğlum" deyirdi” - VİDEO
  • " width="300" height="266" />
    23 illik dostu Elçibəyin son günlərindən danışdı:“Elçibəyin əleyhinə danışanların hələ də günahı var və cəzalarını çəkib qurtarmayıblar”-VİDEO
  • " width="300" height="266" />
    Beycan Fərzəliyevin xanımı 25 ildən sonra danışdı:“Heydər bəy də, Əbülfəz bəy də çox maraqlı həmsöhbət idilər”-VİDEO
  • " width="300" height="266" />
    Sabiq Baş nazir Nobelə gedir:"Turan Birliyini yeni nəsil texnologiya ilə qura bilərik"-VİDEO

Qapalı Mövzu




Vəkil Bürosu

Oktyabr 2017
BE ÇA Ç CA C Ş B
« Sen    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

XƏBƏR LENTİ

22 Oktyabr 2017
21 Oktyabr 2017

14 İyun 2017 - 12:21

Novella Cəfəroğludan qorxulu xəbərdarlıq:“Bircə rus qüvvələri ölkədə çaxnaşma salmasınlar” - VİDEO

"Qaynar Qazan"da Azərbaycan QHT-lərinin "Xaç Anası" – Novella Cəfəroğlu

   

Əbülfəz Elçibəyin İsrailə göndərdiyi yazılarda nələr var?!

 

Tam da elədir – Xaç Anası. Yaşadığı ömürlə bunu sübut edib də. İndi də telefonlarına zəng edəndə məşhur “Xaç Atası” filminin melodiyası səslənir. Təsadüfi deyilmiş. Bunu yarıciddi-yarızarafat soruşdum, yarıciddi-yarızarafat “mafiyayıq da” dedi. Novella xanım mafiya deyil, amma Azərbaycan vətəndaş cəmiyyətində uzun illərdir sözü keçən, dediyi olan azsaylı adamlardan biridir.

Zaman-zaman haqqında və ətrafında çoxlu söz-söhbətlər dolaşıb. Xüsusilə, siyasi məhbus və vətəndaş cəmiyyəti sahəsində haqqında rəy birmənalı olmayıb. Əsas ittiham da onun hakimiyyətə işləməsi haqqında olub. Yəni iddiaya görə, Novella Cəfəroğlu kritik məqamlarda hakimiyyətin maraqlarından çıxış edir və hakimiyyətin dediyini yerinə yetirir. Bu saat yarımlıq söhbətimizin önəmli bir bölümünü bu söhbətə həsr etdik və çox səmimi cavablar aldıq. “Hakimiyyətə işləyən” bir VC təşkilatının tavanını çökən gördüm. Ofisi zatən əlçatmaz-ünyetməz bir yerdədir. İçərişəhərə girəndən sonra da gərək 10-15 dəqiqə yol gedəsən. Hələ buralarda avtomobil saxlamaq ayrı bir dərd. Gözümüzə o oturmuşdu ki, bir də baxdım, Novella xanım işıqforda dayanıb. Yəni Allah qurtardı bizi. Yoxsa bu “hakimiyyətin adamı”nın “dəbdəbəli” ofisinə yarım saat kameralar və ştativlər daşımalı olacaqdım.

Novella xanımın ofisində çox olmuşam. Amma oranı bu qədər dağınıq və uçulub-tökülmüş halda görməmişəm. Çəkilməlidir. Güman ki, videosüjetlərdə də görünəcək. Tavan uçub-tökülmüş halda və Novella xanımın dediklərindən belə çıxdı ki, bunu düzəltməkdə və ofisi təmtəraqlı saxlamaqda imkanları yoxdur – baxmayın adlarının hakimiyyətə yaxın hallanmasına.

Yaşadığı həyat çox maraqlıdır Novella xanımın. Prezident Əbülfəz Elçibəylə ailəvi dost olublar. Həyat yoldaşı yəhudidir. Oğlanları İsraildə yaşayıb fəaliyyət göstərirlər. Heydər Əliyev onu şəxsən tanıyıb və hətta əri ilə onu birlikdə işə dəvət edib. Atası Naxçıvanın rəhbərlərindən biri olub və hazırda Fəxri Xiyabanda uyuyur. Atası Mircəfər Bağırovla işlədiyindəndir ki, Novella xanımın Mircəfər Bağırov epoxasına da dəxli var. İndi də laqeyd deyil hakimiyyətə. Xüsusilə, Naxçıvanda sərt qarşılamadan sonra Heydər Əliyevin birbaşa tapşırığı olur ki, ona toxunmayın və ona toxunmayıblar, toxunmurlar daha.

Mehriban Əliyevanın birinci vitse-prezident təyin olunmasını və ümumiyyətlə, Paşayevlər ailəsini açıq mətnlə dəstəkləyir. O, səmimi qəlbdən inanır ki, Mehriban Əliyevanın hakimiyyətə gəlişi ciddi islahatların başlanğıcıdır. Onun dediklərindən məlum olur ki, indi hakimiyyətin yüksək eşalonlarında ciddi ölüm-dirim savaşı gedir və bütün neqativ hadisələr və baş verən həbslər Birinci xanıma qarşı olan qruplaşma və ya qruplaşmaların başının altından çıxır.

Novella xanımın “Qaynar Qazan”da müsahibəsi sensasion deyilə biləcək məqamlar ehtiva edir. Onun Əbülfəz Elçibəy və Heydər Əliyev haqqında dedikləri o qəbildəndir. Mən ilk dəfə eşidir və bilirəm ki, hələ Milli Azadlıq Mübarizəsi illərindən əvvəl Əbülfəz Elçibəy konkret olaraq Novella xanıma və onun həyat yoldaşına Heydər Əliyevi Moskva mətbuatında yazılarla dəstəkləmək haqqında təlimat verib. Novella xanım və yoldaşı bunu necə edəcəklərini soruşurlar. Əbülfəz bəy materialı özü hazırlayır və yazı Novella Cəfəroğlu və həyat yoldaşının imzaları ilə məşhur Moskva qəzetlərində onların imzaları ilə çap olunur. Bu, sensasion faktdır! Elçibəylə Heydər Əliyevin Milli Azadlıq Hərəkatından daha əvvəldən əlaqələrinin olması haqqında mühüm dəlillərdən biridir. Sayıla bilər. Və maraqlıdır ki, bu haqda Heydər Əliyevə məruzə olunur və o, Novella Cəfəroğlunun atasını tanıyır.

Bu arada, Novella xanımın israrla atası haqqında danışdığı və çıxarılmasını xahiş etdiyi tarixi faktlar var ki, mən onları çəkilişdən çıxarmadım. Söhbət Novella xanımın atasının ermənilərin Naxçıvandan çıxarılması ilə bağlı kokret gördüyü işlərdən və Mircəfər Bağırovun buna bəslədiyi münasibətdən gedir. Bu haqda bəlkə ayrıca da danışmaq olar, amma burada səslənən faktlar da zamanın qaranlıq labirintlərinin dolambaclı yollarına az da olsa işıq tuta bilər.

Məhz bu səbəblərdən də Heydər Əliyev-Əbülfəz Elçibəy münasibətləri bu deyilənlərin fonunda fərqli mahiyyət kəsb edir. Novella xanım deyir ki, bir gün Heydər Əliyev şəhərin mərkəzində pəncərəsindən Elçibəyin iri portretinin asıldığı bir ofis görür və bu ofisin kimin olduğunu soruşur. Ona ilk baxışdan bunu deməyə cürət etmirlər, amma sonradan məlum olur ki, bu, Novella xanımın ofisidir. Heydər Əliyev bunu eşidincə, nəinki kimisə cəzalandırmaq haqqında düşünür, əksinə, mənalı və tarixi bir söz deyir ki, mənim belə dostlarım olmayıb, sağ olsun ki, dostunu belə qiymətləndirir. Və… təbii ki, Əbülfəz Elçibəyin cənazəsinin başında fəxri keşikdə dayanmasını və onun nəşinə təzim etməsini burada deməyə bilmərəm. Bəli, Əbülfəz Elçibəylə Heydər Əliyevin arasında açıq-gizli bağların olduğu artıq sirr deyil və o pərdənin bir hissəsini də burada Novella xanım araladı.

Hələ Elçibəyin Novella xanım vasitəsilə Kələkidən onun həyat yoldaşına – İsrailə göndərdiyi sənədlər və yazılar məni daha çox maraqlandırdı. Niyə İsrailə? Niyə Novella xanımın yəhudi olan həyat yoldaşına? Oralarda nələr yazılıb görəsən? Təbii ki, bu söhbətin və bu faktların işığında Novella xanımdan Əbülfəz Elçibəyin yəhudi lobbisinə çıxışında onun yoldaşının rolunun olub-olmadığını soruşuram və Novella xanım müsbət cavab verir! Deməli, bizim bilmədiyimiz çox şeylər var hələ və işin qəribə yanı orasındadır ki, Novella xanımın dediyindən belə çıxır ki, Əbülfəz bəyin yazdıqlarını onun özü də oxumayıb. Deməli, yazışmalar, ya da Əbülfəz bəyin göndərdiyi yazılar çox məxfi göndərilib. Hətta Novella xanım özü oxuya bilməyibsə… Və Novella xanım, davam edir ki, yoldaşından soruşanda ki, sən ölüb gedəcəksən, sonrası necə olacaq, cavab alıb ki, oğlum yerini bilir. Tam yəhudi kriptoqramları kimi yəni! Maraqlı və düşündürücüdür. Biz zatən son illərdə baş verənlərin bir çox məqamlarını bilmirik. Görünür, bilmədiyimiz daha çox şeylər var hələ. Amma bütün hallarda Novella xanım söz verdi məni İsrailə aparmağa. Düşünürəm ki, Novella xanımın yoldaşı ilə “Azadlıq Salnaməsi”ndə söhbət etmək Azərbaycan üçün də faydalı olacaq. Qismətdirsə təbii ki…

Hə, ayrıca bunu da deməliyəm ki, Novella xanıma gələn suallar heç də rəvan suallar deyildi. Onu tənqid və ittiham edən suallar da vardı. Amma Novella xanım elə səmimi və normal qarşıladı, elə içtən cavablar verdi ki, belə yanaşmanın bizim siyasətçilərimizdə də olmasını çox istəyərdim. Hər halda, bu da mənim arzularımdan biridir…

Prezidentlərin yaxın dostu, Vətəndaş Cəmiyyətimizin “Xaç Anası”, bir çoxlarının illərdir “Mamaşa” dediyi, bir çoxlarına həqiqətən Analıq edən Novella Cəfəroğlu “Qaynar Qazan”ın 38-ci qonağıdır. Bu tarixi və mənalı söhbəti ilə onu dinləyirik – Novella Cəfəroğlunu…

Əvəz Zeynallı

“Qaynar Qazan”

 

I hissəni buradan oxuya bilərsiniz:

http://strateq.az/manshet/175316/novella-c%C9%99f%C9%99roglu-qaynar-qazanda.html (Novella Cəfəroğlu “Qaynar Qazan”da:"Amerika səfiri Elçibəylə bizim evdə görüşdü…” – VİDEO)

 

II hissə

 

– Novella xanım, deməyinizdən belə çıxır ki, Mehriban xanım gəlib deyə, ola bilərmi ki, başqa bir hakimiyyətdaxili qrup bu hadisələri eləsin ki…

– Ola bilər… Heç nəyi istisna eləmirəm, ola bilər… O da ola bilər.

– Amma deyirsiniz ki, yaxşı olacaq?

– Mən də sizdən bir söz soruşum. Mehriban xanımın hakimiyyətə gəlməsinə hansı beynəlxalq təşkilat – Türkiyədən başqa – istehza elədi? Hansı bir söz dedi?

– Amma sizcə normaldırmı, seçkisiz və heç bir şeysiz Mehriban xanım birinci vitse-prezident təyin olundu? Yəni prezident olmadığı təqdirdə Azərbaycanda hakimiyyət birinci vitse-prezidentə keçəcək.

– Azərbaycanda hər şey məqbuldur.

– Siz normalmı hesab edirsiniz?

– Mən normal hesab eləmirəm. Azərbaycanda olanlardan heç nəyi normal hesab eləmirəm. Amma bugünkü gündə mən onun tərəfdarıyam ki, Azərbaycanda başqa problemlər həll olunsun. Məsələn, rus qüvvələri ölkədə çaxnaşma salmasınlar.

– Hə, Azərbaycanda rus qüvvələri çoxdur.

– Müharibə salmasınlar. İndi 45 nəfər hərbçi tapıblar ki, guya erməniyə işləyir. Onlar erməniyə işləməyiblər e, onlar rusun adamları olublar, ordadırlar. Mən hesab edirəm ki, onlar bu məsələni açıb-ağarda bilmirlər ki, həbs olunanlar rusların adamlarıdırlar. Nətəri erməniyə işləyə bilərlər e?

– Hə də, necə ola bilər yəni?

– Mən əminəm buna. Ona görə də mən o təyinatı da hesab edirəm ki, qoy elə olsun, amma ölkədə vətəndaş müharibəsi olmasın.

 

Rusların şəbəkəsini “erməniyə işləyirlər” adı ilə həbs etdilər!

– Maraqlıdır, Rusiya ilə münasibətlər zəiflədi deyə, Rusiyaya işləyən qüvvələrin qarşısını almaq üçün həbs elədilər? Eləmi çıxır?

– Rusların ömür-billahi bizə təzyiqi nətəridir?

– Yəni belə çıxır ki, rusların şəbəkəsini Azərbaycanda “erməniyə işləyirlər” kimi həbs elədilər?

– Bəli, mən hesab edirəm ki, belədir.

– Çox maraqlı və çox ciddi bir məsələdir.

– Yox, mən belə fikirləşirəm. O mənim fikrimdir.

– Paşayevlərlə, Mehriban xanımla, Nərgiz xanımla, Hafiz müəllimlə münasibətləriniz varmı? Bəzi məsələləri birlikdə müzakirə edirsinizmi?

– Yox, yox, yox, qurban olum sənə, heç biri ilə.

– Sizinlə məsləhətləşdikləri mövzu da olmayıb?

– Sən nə danışırsan?

– Məsələn, vətəndaş cəmiyyətinin problemlərini…

– Sən nə danışırsan? Heç birisi ilə nə münasibətim, nə də yaxınlığım var. Sadəcə mən sənə qıraqdan gördüyüm faktları deyirəm.

– Müşahidələriniz deyirsiniz?

– Müşahidələrimi deyirəm. Yəni bundan sonra da söyəcəklər, bilirəm. Amma mən gördüyümü deyirəm. Məsələn, Abel Məhərrəmovdan çox xoşum gəlir. Niyə? O vaxt biz Abellə universitetdə bir yerdə işləmişik. Çox adama əl uzadıb, çox adama köməklik edib. Mən necə başqa şey deyim? Var e, bütün universitetlərdə nəsə var. Mən sizinlə 100 faiz razıyam. Amma bu adam köməklik eləyir də. Xahiş eləyəndə güzəştə gedir. Xahiş eləyirsən e, ondan, baxmır ki, müxalifətdir, iqtidardır, eləyir bu adam. Niyə mən o adamdan pis söz deyim? Yəni bu məsələdir məndə, insani məsələ. Çox adam mənəviyyat tərəfi itirib.

 

Qısqanclıq qrant almaq məsələsindən yaranır

– Şəhla xanımın sualları var, Şəhla İsmayılın.

– Bəli.

– “Novella xanımı salamlayıram, ona möhkəm can sağlığı arzu edirəm. Ona 3 sualım var: 1. Ölkədə bu qədər görüləsi iş halda, qadın təşkilatları arasında niyə bu boyda qısqanclıq, hətta paxıllıq müşahidə olunur və bu xoşagəlməz tendensiyanı necə aradan qaldırmaq olar?”

– Şəhla mənim ən çox istədiyim qızlardan biridir.

– Şagirdlərinizdəndir yoxsa? O da keçmiş müsavatçıdır…

– Çox qəşəng qızdır. Çox yaxşı qızdır, özü də qabağa gedən qızdır, işi görən qızdır.  Xoşuma gəlir. Qısqanclıq bilirsənmi nədən yaranır? Qrant almaq məsələsindən. Bir-birilərini qırırlar ki, kim çox qrant aldı, kim yox. Bax, budur, qısqanclıq bunun üstündədir. Özü də iş görənlərə paxıllıq var. Bayaq mən bunu demişdim. Özünə güvənən insan 5 manatla da üz ağardar. Məsələn, bizim cəmiyyətimizin bir manat da pulu olmasa, birinci gedəcək. Niyə? Çünki biz insanlarla indiyə qədər işləyirik, işləyəcəyik də.

– Əsas iş pul deyil də…

– Əsas iş pul deyil. Özünə güvənən insan dünyasında paxıllıq eləməz. Bunu aradan qaldırmaq, mən sizə deyim, necə etmək olar. 3-4 nəfər bir yerə yığışıb tədbir keçirə bilər. Məsələn, biz bu yaxınlarda yığışıb, yaxşı bir konfrans keçirdik. Mən, Şəhla İsmayıl və bir də Mehriban xanım Zeynalova. Qəşəng konfrans keçirdik, bütün QHT-ləri də yığmışdıq. Belə bütün qadın QHT-lərini bir yerə yığaq, ortaya məsələ qoyaq, məsləhətləşək. Bilirsənmi, 10 təşkilat var ki, zorakılıqla bağlı iş aparır. Biri yaxşı aparır, biri pis aparır. Məsələn, bir rayona gedirik, orada bizə deyirlər ki, srağagün o biri təşkilat gəlmişdi, heç nə demədilər, amma bizi də yığıb çıxıb getdilər. Yəni koordinasiya olmalıdır. Yəni bu layihəni götürürsənsə, elə rayonları götürək ki, hamısını əhatə etsin. Məsələn, biz də bilməliyik ki, 5 rayonu mən götürürəmsə, 5 ayrı rayonu da sən götür. Yəni belə bir koordinasiya yaradaraq, bütün rayonları əhatə etməklə işləyə bilərik.

– Amma bu qadın paxıllığının, qadın qısqanclığının da sonu bitib, qurtaran deyil.

– Qadın qısqanclığı deyəndə ki, mən yenə təkrar edirəm, o cür adamlar cılız adamlardır. Cılız adamlarda qadın qısqanclığı var da. Özünə güvənən insanda qısqanclıq ola bilməz.

 

Həyata yenidən gəlsəydim…

– Şəhla xanımın digər iki sualı da var: “2. Həyata yenidən gəlsəydi, yenə hüquq müdafiəçisi olardımı? 3. Azərbaycanla bağlı ən böyük arzusu nədir?”

– Pafoslu danışmayacam. Amma hüquq müdafiəçisi, sözsüz ki, olardım. Mən uşaqlıqdan çox sərbəst böyümüşəm. Çox sərbəst. Bizim atamız dünyasında bizi Soçiyə, Kislovodskiyə göndərməyib. Bizi göndərib Batabata, Bazarçaya, Sisyana. Böyük vəzifələrdə işləyib e… Biz getmişik İvanovkaya, İsmayıllıya… Bizi meşələrin içində böyüdüb. Onun üçün də sərbəst böyümüşük… Hüquq müdafiəçisi olardım. Tək Azərbaycanda yox, bütün dünyada hüquq müdafiəçilərinə ehtiyac var. Bütün ölkələrdə millət qırılır. Tək Azərbaycan deyil e. Hər yanda hüquq müdafiəçisi lazımdır. Ona görə də hüquq müdafiəçisi olardım.

– Azərbaycanla bağlı ən böyük arzusu nədir?

– Arzum, bilirsən də, nədir? Mənim yoldaşım Şuşaya vurğun idi. Axır pullarımızı da qoydu, Şuşadan bir ev aldı.

– Deməli, Şuşada eviniz var?

– Var. Bir epizod danışım. Şuşanı verəndən sonra heç kim demir ki, Şuşa gedib. Mənə Moskvadan zəng vurub dedilər ki, “Novella xanım, Şuşa gedib”. Dedim, «а что ты говоришь, Шуша наша». Yoldaşım da çay içirdi. Şuşaya da olduqca vurğun idi. Televizorda deyəndə ki, Şuşa gedib, hündür, uca adamdır, başı hərləndi, yıxıldı yerə. Kiçik oğlum gəlib deyir ki, “Bu köpəkoğlular Şuşanı verəcək, ortada bu yazıq cuhud öldü”. Doğrudan da bizim hamımızın Şuşaya qarşı böyük məhəbbətimiz var. Mən tək Şuşanı demirəm. Ermənistana tez-tez gedirdik, orada bizim dostlarımız var idi. Mən Ermənistandan məcbur köçürülən insanların öz torpaqlarına qayıtmasını istəyirəm. Mən Göyçəyə getmək istəyirəm. İstəyirəm ki, Qarabağ alınsın. Arzum odur ki, Azərbaycanı demokratik bir dövlət kimi görüm. Bilirəm ki, Azərbaycan xırda dövlətdir, bütün giqantlar da başımızın üstündədir. Amerika bir tərəfdən, Rusiya bir tərəfdən, İran bir tərəfdən… Çox pis geosiyasi regiondayıq biz. Çox pis vəziyyətdəyik. Onun üçün də mən çox istəyərdim ki, Azərbaycan doğrudan da normal olaraq öz yerini tapsın. İnsanları normal yaşasın. İnsanları normal həyat sürə bilsin.

– Səməd Səfərovun bir sualı var: “İnsan öz vicdanını susdurmaq ucun nədən başlamalıdır və ya adama əziyyət verməməsi üçün onu necə bloklamaq olar?” Deyəsən, sizə tənqidi fikrini bildirməyə çalışıb.

– Bilirsən, nətəridir, çox adam deyir ki, vicdanlı ol, amma çox az adam var ki, onda vicdan var. Mən çox az adam tanıyıram ki, vicdanı olsun. Sadəcə olaraq insan olmaq lazımdır. Mən hesab edirəm ki, normal insan olsa, onda vicdan da olacaq, qeyrət də olacaq…

– Hər şey normal olacaq, deyirsiniz?

– Biz özümüzə vicdanlı, qeyrətli deyə bilərik? O boyda torpaqları ermənilərə vermişik. Mən sənə bir söz deyim, atamdan danışım. Vallah, ermənilər bunu görsələr… Bunu sənə deyirəm, amma istəyirsiniz, yazmayın.

– Deyin.

– Amma onu göstərməyin. Bağırovun vaxtında atamı yanına çağırıb ki, gedək Salyana, ora Ermənistandan çoxlu adam gəlib, məcburi köçkünlər. Özü də hamısı dağdan gəlmişdilər arana. Gediblər ora, bunları aparıblar qəbiristanlığı göstəriblər ki, Ermənistandan gələn adamların çoxu ölüb, çünki arandakı istiyə dözə bilməyib. Atam oradan gəlib, Naxçıvana qayıdıb. Səhv etmirəmsə, Naxçıvan Ali Sovetinin sədri idi, ya da Baş nazir idi. Naxçıvanda öz kəndlərinə gedir, orada da çoxu erməni idi. Onlara deyir ki, nəyə oturmusunuz, Ermənistandan çoxlu adam gəlib, siz də ora gedin. Biz sizə “podyomnıy” verərik. 70 faiz erməni özü ərizə yazıb, pul götürüb. Bizdə hər zaman şəhər komitəsinin sədri erməni olub, o zaman da Qriqoryan idi. O da bunların kəndçisi imiş. Qriqoryan o ərizələrin hamısını götürüb, qol çəkib.

– Yəni ermənilərin Naxçıvandan getməsinə görə?

– Hə, köməklik edirlər ki, gedib Ermənistanda ev alıb-eləsinlər. Bura da “daça” kimi qalacaq. Əsas odur ki, qeydiyyatdan çıxın. Çoxunun uşaqları orada oxuyurdu, ona görə də hamısı gedib Ermənistandan ev aldılar. Bir əmim də ticarət naziri idi. Ondan da bu məqsədlə pul götürüblər. Bunlara pul, maşın verib yola salıblar, deyiblər ki, yaydan-yaya da gələrsiniz. Doğrudan da bir 5 il yaydan-yaya gəldilər.

 

Atam erməniləri Naxçıvandan erməninin əli ilə çıxardı

– Ondan sonra da qaldılar.

– Bu, çox maraqlı məqamdır. Bu hadisədən sonra Bağırov atamı yanına çağırıb, çünki Mikoyan öyrənib ki, 70 faiz erməni Naxçıvandan çıxıb. Stalin də Bağırova zəng vurub ki, “sən nə edirsən, Naxçıvandan erməniləri çıxarırsan?” Bağırovun doğrudan da xəbəri yoxdur ki, bunu yerlilər eləyiblər. Atam da bilirmiş ki, nədən ötrü çağırıb. Yanında Qriqoryanı da götürüb, tapşırıb ki, qol çəkdiyi ərizələri də götürsün. 100-200 dənəsini götürüb. Bizi də qatara mindirdilər, bir tərəfdən hərbçi, digər tərəfdən də milis durdu. Hamımızı ailəlikdə Naxçıvandan Bakıya sürgün elədilər. Atama olmayan sözləri dedilər, “satqın”, daha nə… O vaxt İsa Məmmədovu atam böyüdüb, vəzifə vermişdi, bu hadisədən sonra iclas çağırmışdılar, orada atama demişdi ki, “sən vətəndaş Cəfərov…” ona “yoldaş” yox, vətəndaş deyə müraciət eləmişdi. Biz onda uşaq idik, mən də dördüncü sinifdə oxuyurdum. Sevinirdik ki, Bakıya köçürük. Bunların üçünü də saat ikidə Bağırovun yanına çağırıblar. Üçünün də çantaları hazır, giriblər Bağırovun yanına. Bağırov başlayıb qışqırmağa ki, “сукин сын”, sən erməniləri belə eləmisən. Sizin hamınızı güllələməyə göndərəcəm. Atam deyib ki, “Mircəfər müəllim, onların ərizəsi var, ərizələrinə də Qriqoryan qol çəkib. Mən də Azərbaycanın büdcəsindən onlara pul vermişəm. Bunlar neçə illər idi Naxçıvanda işləyirdilər, onların əməyi vardı. Pul verməliydik ki, getsinlər. Oradakı evləri də “daça” kimi qalacaq, yayda gəlib, qalacaqlar”. Onların yanında Stalinə zəng vurub ki, “они по собственному желанию написали заявление и заявление подписал Григорян”.

– Çox önəmli məsələdir ki… Niyə deyirsiniz, bu haqda danışmayaq?

– Çox önəmli məsələdir. Bağırovu da hirsləndirən o olub ki, “сукин сын Джафаров из моего бюджета дал им деньги. Я с ними разберусь”. Telefonu yerə qoyandan sonra o iki nəfəri çıxarıb, atamı da saxlayıb. Atamla da münasibətləri yaxşı idi. O dövrdə atamı Moskvaya oxumağa göndərmişdi. Araları yaxşı idi.

– Mircəfər?

– Mircəfər. Deyir ki, indi danış görüm, nə olub? Atam da deyir ki, “yadınızdadır məni Salyana aparmışdınız? Ermənistandan bizim millətimizi necə köçürmüşdülər? Sabah eyni hadisə Naxçıvanda da ola bilərdi. Ona görə də erməniləri vaxtında yola saldıq”.

– Novella xanım, çox maraqlı və tarixi bir hadisədir.

– Çox maraqlı məqamdır, özü də onun hesabına Bağırov deyib ki, “sizi partiyadan qovmuram, amma gedin işləyin”. Atamı qoydu Çaxır-şərab kombinatının direktoru. Atam da özünü öldürürdü ki, “mən partiya işçisiyəm, çaxır-şərab kombinatı nədir?”

– Elə o vaxtdan da Bakıya gəldiniz, eləmi?

– Bakıda çox qalmışıq. Atam Bakıda II komsomol katibi olub. 1941-ci ildə. Bağırovun çox normal işləri də olub. Atam komsomol katibi olanda – bunu həmişə anamgil danışardı – Mikoyan deyib ki, “Almaniya ilə Türkiyə müqavilə imzalayıb sərhədləri bağlayacaqlar.” Bütün Azərbaycandan azərbaycanlıların köçürülməsi məsələsini qaldırıb. Onda atamı çağırıb demişdi ki, “mənə 10 min atlı əsgər verin.”

– Bağırov istəmişdi?

– Bağırov atama demişdi.

 

Azərbaycanı sürgündən qurtaran 10 min süvari

– Süvari…

– Atam bütün regionları gəzib at, əsgər yığıb. Onlardan biri də qayıtmayıb.

– Müharibəyə göndəriblər, eləmi?

– Hə, atam həmişə deyirdi ki, “Mən o insanların günahkarıyam” . Amma o 10 min süvari Azərbaycanı sürgündən qurtardı.

– Hamısı müharibədə həlak oldu?

– Atam onları müharibəyə təhvil verib. Atam Bağırova məruzə edib, Bağırov da Stalinə deyib ki, “10 min atlı əsgər hazırdır, sizin əmrinizi gözləyirlər.” Sonra Stalin də Mikoyana deyib ki, “Микоян, а ты говорил Азербайджан не хочет воевать”. Yəni bu idi. Bağırovun da belə işləri olub. Yəni hər insanın qəddarlığı da olub, amma belə işləri də olub.

– Yəni pisliyi də olub, yaxşılığı da…

– Hə.

– O da dövrün tələbi idi bəlkə də…

– Ola bilər. Atatürk dövləti quranda bu boyda Türkiyədən o boyda Türkiyə eləyibdir. Adam da ölüb, səhv də olub. Amma yenə də Atatürk Atatürkdür. Başa düşürsən, bizdə tarixi yazanlar tarix yazmırlar. Bizimkilər saray tarixçiləridir. Amma tarixi yazsalar, orada hamının yeri var. Bağırovun da yeri var, Heydər Əliyevin də yeri var.

– Gərək tarix olduğu kimi yazılsın.

– Olduğu kimi. Heydər Əliyevin də yeri var. Mütləq var. Heydər Əliyev Naxçıvanski hərbi məktəbini yaratdı, Azərbaycanda dəniz donanmasını yaratdı. Yəni çox şeylər var ki, olub. Ona görə də tarixi tarix kimi yazmaq lazımdır. Yoxsa, saray tarixi yox.

 

Mirmahmud Mirəlioğlu 22 Elçibəyçini birdən partiyadan çıxardı – kişi kimi…

– Novella xanım, sizə cəbhə ilə, siyasətlə bağlı suallar var. Elşən Əlisoy yazır ki, “Novella xanım hərəkatçı olmaqla bərabər, həm də AXCP-nin üzvü idi. Məlum bölünmədən sonra KXCP-nin üzvü olaraq fəaliyyətini davam etsə də, ordan istefa verib, Musavat Partiyasına keçdi…” 

– İstefa verməmişik. Qoy deyim sənə nətəri oldu.

– Sualı tam oxuyum, sonra cavab verin.

(Gülür…) Bilirəm.

– “Novella xanımın KXCP-dən istefa verməsinə səbəb nə idi ? Hazırda Müsavatda da görsənməməsinə səbəb nədir?”

– Yox, görsənirəm, onlar bilmirlər. Görsənirəm də, hamısı ilə görüşürəm də. Qoy deyim sizə. Deməli, Əbülfəz bəyin vəfatından sonra, biz – Əbülfəz bəyin adamlarının hamısı keçdik Mirmahmud Ağanın partiyasına – KXCP-yə. Ən çox sevdiyim insandır. İndi də ən çox hörmət elədiyim, ən çox sevdiyim insandır. Ona böyük məhəbbətim var. Kişi kimi partiyanın qurultayında 22 nəfər Əbülfəz bəyin adamlarının hamısını “ovsayd”da qoydu, hamımızı partiyadan çıxartdı.

– Niyə, Novella xanım?

– Vallah, biz fikirləşdik ki, naxçıvanlı-irəvanlı məsələsi var idi…

– Aaaa…

– Partiyanın İdarə heyətində çoxu naxçıvanlı, ermənistanlı idi. 5-6 nəfər var idi ki, başqa regiondan idilər – Zəlimxan bəy gürcüstanlı idi, Nüşabə, Almaz bakılı idilər, Elçin qarabağlı idi, onları da bizə qatdılar. O qədər adamın hamısını xaricdə qoydu. “Əhsən!”,- dedim ona, çünki…

– Elə naxçıvanlı, ermənistanlı olduqlarına görə?

– Bizə elə dedilər…

– Bəs, ora kimləri gətirdilər?

– Öz adamlarından… Nə bilim kimi gətirdilər? Naxçıvanlılardan da, ermənistanlılardan da qalan oldu, amma əsas nüvə tərkibini, bütün Əbülfəz bəyin adamlarını – Arzu Səmədbəyli, Ülvi Həkimov, Məmməd Zeynalov, İsa Bağırov, mən, Tofiq, bütün də, kim var idi partiyadan çıxardı.

– Bəs sonra soruşmadınızmı ki, niyə belə elədi?

– Nə soruşaq?

– Deməli, siz özünüz istefa verməmisiniz, sizi Mirmahmud Ağa partiyadan kənarlaşdırıb.

– Kənarda qoydu. Çıxardı da hər yandan. Qurultayda. Biz də dedik ki, “çıxardınsa, biz də istefa verib gedirik.” Belə. 22 nəfər hamımız istefa verib çıxdıq.

– Sonra da deyəsən, bir fraksiya yaratdınız…

– Hə, “Rəsulzadə-Elçibəy” adlı bir fraksiya yaratdıq. Özümüz burada yığışırdıq. Oktay Qasımov da, hamımız buradaydıq. Dedik, artıq seçim eləməliyik də… Əbülfəz bəydən sonra harada olmalıyıq. Qərarlaşdıq ki, gedək İsa bəyin yanına. İsa bəyin də vəziyyəti o vaxt çox pis idi. Yadınızdadır da…

– Hə.

– 2003-cü ildən sonra Müsavatdan gedənlər oldu, tutulanlar oldu. Ona görə də burada, bu cəmiyyətdə qərara gəldik ki, gedək Müsavat partiyasına. Özü də tək yox, hamımız, bütün rayonlardan da yanımızda üzvlər götürdük – Tərtərdən, Ağstafadan, Yevlaxdan… Sonra AXCP-nin Səbail rayon təşkilatının üzvü Hüseyn var idi, onu götürdük, yəni çox adamla, təxminən 3-5 min adamla getdik girdik Müsavat partiyasına. Müsavat partiyası üçün çox həlledici məqamda hamımız ora daxil olduq. Müsavatda da qəşəngcənə işlədik. Hamımız. Yəni onlar işləyirdi, mən də sözün düzü, QHT-yə daha çox vaxt ayırmalı olurdum. Amma Müsavatın bütün iclaslarında, hamısında olurduq.

 

Mənim 76 yaşım var, daha nə qədər partiya-martiya…

– Amma orada indi də o qədər görünmürsünüz…

– Bilirsən, nətəridir…

– Heç özləri də o qədər görsənmirlər…

– Birincisi, ay qurban olum sənə, mənim 76 yaşım var. Daha nə qədər partiya-martiya… Daha gedirəm evə, cəmiyyətin qızları gəlib, xörəyimi bişirirlər ki, mən çox əziyyət çəkməyim. Axı, mənim yaşım çoxdur.

– Amma hələ də gəncsiniz, ay Novella xanım…

– A, nə gənc. İndi özümü gənc göstərməyə çalışıram. Hərdən Mirmahmud Ağa məndən soruşanda ki, – doğrudan da onunla çox dostuq –  “Novella nətərisən?” Deyirəm, “Vallah, özümü qıdıqlayıb, gülürəm, heç kim bilməsin ki, pisdir vəziyyət”. Yox, Müsavatda görünürəm. İsa bəylə görüşürük, uşaqlarla görüşürük. Ariflə görüşürəm. Yəni qızların hamısı ilə görüşürəm. Nə vaxt lazımdır, hamısı ilə görüşürəm.

– Ağasif Şakiroğlu yazır ki, “Mamaşanı salamlayıram…” Sizə niyə “mamaşa” deyirlər?

 

 

II hissənin sonu

 

Strateq.az