Gündəm

  • " width="300" height="266" />
    Müdafiə naziri Zakir Həsənov göstəriş verdi:"2018-ci ildə qoşunların döyüş qabiliyyəti artırılsın!"
  • " width="300" height="266" />
    “Qüds gedərsə, Məkkə, Mədinə, İstanbul, İslamabad, Şam da gedər…” –  Ərdoğandan dünyaya xəbərdarlıq
  • " width="300" height="266" />
    ELDAR MAHMUDOV YENİDƏN İSTİNTAQDA! –Çovdarov sabiq nazirin əleyhinə ifadə verib! FOTOLAR
  • " width="300" height="266" />
    Bakıda Qətərin Milli Günü qeyd edilib –Kəmaləddin Heydərov tədbirdə çıxış edib - FOTO
  • " width="300" height="266" />
    Rəsmi Vaşinqton hədəfə kilidlənir:“İranın qarşısını almaq üçün koalisiya yaratmağımızın şahidi olacaqsınız”
  • " width="300" height="266" />
    Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə yeni səlahiyyət verildi –Detallar
  • " width="300" height="266" />
    Rəsmi Ankara Ermənistana sərt bəyanatla cavab verdi:"Əvvəlcə işğal etdiyiniz torpaqların, Xocalının hesabını verin..."
  • " width="300" height="266" />
    Ərdoğanın baş müşaviri istefa verdi –Yazılı şəkildə səbəbi açıqladı
  • " width="300" height="266" />
    Putinlə Sobçak mətbuat konfransında “atışdı”:"Küçələrdə "saakaşvililərin" qaçmasına imkan verməyəcəyik!"
  • " width="300" height="266" />
    TÜRKİYƏ HƏR AN “AFRİN ƏMƏLİYYATI”NA BAŞLAYA BİLƏR –- Müxalifət də bu əməliyyat üçün hazır vəziyyətdə gözləyir

Müsahibə

  • " width="300" height="266" />
    İLYAS İSMAYILOVDAN QÜDSLƏ BAĞLI MARAQLI AÇIQLAMALAR:"ABŞ dünyanı qlobal dini müharibəyə sürükləyir" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    FAZİL MUSTAFADAN ELÇİBƏY HAQDA MARAQLI XATİRƏLƏR:"Heydər Əliyev Elçibəylə müttəfiqlikdən imtina etdi" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Səyavuş Aslanın oğlu:"Atamdan sonra ocağımız söndü, bir qab yeməyə möhtacam..."
  • " width="300" height="266" />
    Politoloq Armen Badalyan:“Ermənistanın Moskvanın təsirindən çıxması sürətlənir” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Elçin Şıxlıdan maraqlı açıqlamalar:"Mehriban Əliyeva öz komandasına rüşvətə meyli olmayan ağıllı şəxsləri seçir" – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Məşhur fransız kəşfiyyatçısı Alen Rodye:“Qərbdə kim özünü dəyərə mindirmək istəyirsə, rus kəşfiyyatının onu izlədiyini deyir” – Müsahibə
  • " width="300" height="266" />
    70-ə ÇATMIŞ RƏSUL QULİYEV:"Unudulmadığımı və camaatın məndən hələ də nəsə gözlədiyini gördüm" - (MÜSAHİBƏ)
  • " width="300" height="266" />
    Heydər Əliyevin 27 il çap olunmayan müsahibəsi:"Ziyalıların gözləmə, yaxud tam bitərəf mövqeyi məni çox narahat edir..."
  • " width="300" height="266" />
    “VERGİ VƏ GÖMRÜK BİRLƏŞDİRİLİR, YENİ NAZİRLİK YARADILIR…” –İqtisadçıdan sensasion açıqlamalar
  • " width="300" height="266" />
    SÜLHƏDDİN ƏKBƏRDƏN MARAQLI PROQNOZLAR:“Hakimiyyət daxilində böyük müxalifət formalaşır” – MÜSAHİBƏ

Qaynar Qazan

Qapalı Mövzu





Vəkil Bürosu

Dekabr 2017
BE ÇA Ç CA C Ş B
« Noy    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

XƏBƏR LENTİ

16 Dekabr 2017
15 Dekabr 2017

19 İyun 2017 - 11:32

Putinin deputat elçiləri:Parlament diplomatiyası Yaxın Şərqdə Kremlə hansı xidməti göstərir? - TƏHLİL

Aleksey Xlebnikov

“Al-Monitor”

 

Son aylarda Rusiyanın qanunverici hakimiyyəti beynəlxalq məsələlər və parlament diplomatiyasında, xüsusilə Yaxın Şərqdə xeyli fəallaşıb. Parlament, prezident və Xarici İşlər Nazirliyinin müstəsna hüququ olan Rusiyanın xarici siyasətinin formalaşdırılması və həyata keçirilməsində birbaşa rol oynamasa da, hər halda, bu sahədə yardımçı ola bilər.

Rusiya Xarici İşlər Nazirliyi digər ölkələrlə həssas məsələləri müzakirə etməkdə inamsız olduqda, parlament diplomatiyası rahat vasitəçi kimi xidmət göstərir. Parlament nümayəndə heyətləri müəyyən vəzifələr yerinə yetirir, təklifləri çatdırır, müzakirələr aparır və ümumiyyətlə, ölkələr arasında effektiv rabitə vasitəsidir.

Parlamentin hər iki palatası Yaxın Şərqdə belə fəaliyyətində daha israrlı olub. Bu, təbii görünür, çünki Rusiya regionda getdikcə daha çox fəallaşır və Moskvanın iştirakı olmadan regional məsələləri həll etməyin qeyri-mümkünlüyünün anlaşılması güclənir.

Beləliklə, Suriyada hərbi iştirakı və regionda güclü diplomatik səylər ilə yanaşı, Moskva indi yaxın şərqli vəzifədaşları ilə səmərəli ünsiyyətə əlavə vasitə kimi parlament diplomatiyasını testdən keçirir.

Son altı ay ərzində parlamentin yuxarı palatasının – Federasiya Şurasının spikeri Valentina Matviyenko üç ərəb dövlətinə – Səudiyyə Ərəbistanı, Misir və Birləşmiş Ərəb Əmirliklərinə və İrana səfərlər etdi. Onun son səfəri – Səudiyyə Ərəbistanı – Xan-Şeyxuna kimyəvi hücum və Suriya hökumətinin Şayrat hava bazasına ABŞ-ın zərbə endirməsindən sonra baş tutdu.

Rusiya parlamentinin hər iki palatasının sədri Təhlükəsizlik Şurasının daimi üzvləridir və bu, onları prezident Vladimir Putinlə çox yaxın mövqeyə qoyur, səfərləri və danışıqlarının statusunu artırır.

Matviyenko – Maltada (1991-1994) və Yunanıstanda (1997-1998) xidmət etmiş təqaüdçü diplomatdır. Rusiya prezidentinin şəxsi etimadına malikdir və demək olar ki, hər hansı xarici səfərdə bu, ona faktiki olaraq, "Putinin elçisi" olmaq imkanı verir. Yaxın Şərq turları da istisna deyil.

Matviyenkonun liderlik etdiyi diplomatik yolu aşağı palatanın spikeri Vyaçeslav Volodin davam etdirib.

2016-cı ilin noyabrından bu vəzifəni tutan Volodinin, Matviyenko ilə müqayisədə, diplomatik və xarici fəaliyyəti yoxdur. Buna baxmayaraq, o, çalışqan, gənc və Putinin kampaniyalarında, o cümlədən ictimaiyyətlə əlaqələrdə məsləhətçi kimi təcrübə qazanıb. Matviyenko kimi, Volodin də Putinin daxili siyasətinin baş memarlarından biri sayılır və “Rusiya prezidentinin vəkili” kimi çıxış edir.

Bu günə qədər Volodinin səfərləri və danışıqları, əsasən, post-sovet məkanında cəmləşirdi, lakin o, səfərlər coğrafiyasını genişləndirir. Volodinin iştirakı ilə parlament diplomatiyasının statusunun artırmasının səbəblərindən biri Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Parlament Assambleyasının rəhbəri təyin edilməsidir.

KTMT – Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistan hökumətlərarası hərbi ittifaqıdır və post-sovet ölkələri arasında hərtərəfli kollektiv təhlükəsizlik sistemi yaratmaq məqsədi daşıyır. Qurumun əsas prioritetlərindən biri, bu günlərdə, antiterror fəaliyyətidir.

İŞİD-in, son nəticədə, Mərkəzi Asiyaya yayılmaq təhlükəsi ilə Əfqanıstanda varlığını artırdığını nəzərə aldıqda, bu, KTMT-yə üzv ölkələrin təhlükəsizliyinə çox ciddi təhlükə yaradır. Bunu ciddi təhdid sayan KTMT, Yaxın Şərqdən gələn real və hipotetik təhlükələri, o cümlədən qurum üzvlərinin təhlükəsizliyinə və sabitliyinə nəzarət edir.

Təşkilatın nümayəndə heyətlərinin tezliklə əsasən təhlükəsizlik, gələcək əməkdaşlıq üçün körpü qurmaq niyyəti ilə səfərləri genişləndirəcəyi ehtimalı yüksəkdir.

İran və Pakistan KTMT-də müşahidəçi statusu almaq istədiyindən, Volodinin missiyası özünə Tehran və İslamabadla yaxın parlamentlərarası əlaqələrin qurulmasını daxil edə bilər. Montaj uğurlu olarsa, digər Yaxın Şərq ölkələrinə siqnal ötürüləcək və bu məqsədlə parlament rabitə kanallarından istifadə olunacaq.

Aprel ayında Volodin və Matviyenko  Dəməşqə səfər üçün suriyalı vəzifədaşları, Suriya Xalq Şurasının (Suriya qanunverici orqanı) spikeri Hadiya Abbasdan rəsmi dəvət alıblar. Volodin dəvəti qəbul edib, ABŞ Konqresi və Avropa parlamentlərindəki təmsilçiləri də səfərə qoşulmaq dəvəti göndərib.

"Onlardan kimsə Rusiya nümayəndə heyətinə qoşulmaq istəsə, digər parlamentlərlə əlaqə qurmaq üçün əlavə imkanları nəzərdən keçirəcəyik”, – Volodin bildirib.

Məntiq Avropa və ABŞ qanunvericilərinin antirejim KİV-lərinin məlumatına yox, Suriyadakı vəziyyəti öz gözləri ilə görmək imkanına dayaqlanır. Hətta yalnız hökumətin nəzarəti altında olan ərazilərdə belə bilavasitə bilik əldə etmə imkanı mütləq qaydada Qərb millət vəkillərinə vəziyyətin alternativ görüntüsünü əldə etməkdə kömək edəcək.

Rusiya diplomatiyasının bu cür digər mühüm elementi – Rusiya parlamentinin hər iki palatasının beynəlxalq əlaqələr komitələrinin (BƏK) roludur. Onların əsas vəzifələrindən biri – ayrı-ayrılıqda Rusiyanın xarici siyasətinə qanunvericilik dəstəyindən başqa, – müzakirə və beynəlxalq müqavilələrin ratifikasiya edilməsi, xaricdə silahlı qüvvələrin istifadəsini qanuniləşdirmək və parlamentlərarası əməkdaşlığı inkişaf etdirməkdir. Buna görə də, adətən, komitələrə uzun illərin diplomatik və beynəlxalq fəaliyyət təcrübəsi olan insanlar rəhbərlik edir. Məsələn, BƏK-in cari rəhbəri Konstantin Kosaçov – peşəkar karyera diplomatıdır, 2012-ci ilə qədər “Rossotrudniçestvo”ya (Müstəqil Dövlətlər Birliyi, xaricdə yaşayan həmvətənlər və beynəlxalq humanitar əməkdaşlıq üzrə üzrə Federal Agentlik) rəhbərlik edib.

ABŞ-ın Beynəlxalq İnkişafa Yardım qurumunun Rusiya analoqu kimi düşünülmüş “Rossotrudniçestvo” mülki xarici yardımı idarə edir. Maraqlıdır ki, yuxarı palatanın BƏK-ində Kosaçovun sələfi – Farit Muxametşin də Özbəkistan və Moldova səfiri olmuş təcrübəli diplomat idi.

Rusiyada xaricdə rolunun artırılması üçün yaxşı parlamentlərarası diplomatiya üçün möhkəm zəmin var. Buna görə də, parlamentlərarası rabitə kanalı Yaxın Şərqdə Rusiya diplomatiyasının əlavə alət ola bilər. Bu kanal müəyyən mesajları çatdırmaq və digər dövlətlərdə informasiya yaymaqdan başqa, həm də inam yaratmağa xidmət edir. Bu baxımdan, parlament diplomatiyasının Yaxın Şərqdə Rusiyanın xarici siyasətinə müsbət təsir göstərə bilər.

 

Tərcümə: Strateq.az