Gündəm

Müsahibə

  • " width="300" height="266" />
    “Putini noyabrda cəzalandıracaqlar” –Ukrayna Rusiyanı tələyə salan yem olacaqmı? - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Ramil Quliyev iddialara cavab verdi:"Bu uğuru Azərbaycanda qazanmağım mümkün deyildi"
  • " width="300" height="266" />
    Fransa səfiri xanım Orelia Buşez:“Fransa şirkətləri Azərbaycan iqtisadiyyatına dəstək göstərməyə hazırdır” - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Gülər Əhmədova:“İnsan özü ilə xoşbəxt deyilsə, heç kimlə də xoşbəxt olmayacaq” - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    “Qarabağın 18-ci əsrədək olan etnik tərkibi və əhali sayı barədə dəqiq məlumatlar yoxdur” –MÜSAHİBƏ
  • " width="300" height="266" />
    50 yaşlı Elçin Mirzəbəyli:“Mənim kimi adamlar, adətən, ayaq üstə ölürlər” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Qəzada ölən 74 yaşlı kişinin oğlu:"Əli Həsənov və onun ailəsindən heç kəs bizə zəng etməyib"
  • " width="300" height="266" />
    “Mənə Əli Həsənovun heç nəyi lazım deyil, oğlumu qaytarsınlar…” –Qəzada ölən gəncin anasından fəryadlı açıqlamalar
  • " width="300" height="266" />
    Sürət Hüseynov adının qəsdən gündəmə gətirildiyini açıqladı:"Bütün bunları Sinan edib" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Erməni politoloqdan xoflu bəyanat:“Türkiyə S-400-ü Naxçıvanda yerləşdirsə, Azərbaycan İrəvanı və bütün Ararat vadisini təhdid etməyə başlayacaq"

Qaynar Qazan

  • " width="300" height="266" />
    Sabiq Baş nazir Nobelə gedir:"Turan Birliyini yeni nəsil texnologiya ilə qura bilərik"-VİDEO
  • " width="300" height="266" />
    Beycan Fərzəliyevdən tarixi açıqlamalar:“Eiçibəy xəstəliyini uzun müddət gizlətdi, heç kimə demədi” - VİDEO
  • " width="300" height="266" />
    Sabiq Baş nazirdən heyrətamiz iddia:“Yusif Məmmədəliyevin ölümü müəmmalıdır, onu öldürdülər” - VİDEO
  • " width="300" height="266" />
    Becan Fərzəliyevdən şok müsahibə:“Elçibəy Heydər Əliyevi sevirdi”-VİDEO
  • " width="300" height="266" />
    Rusiyadakı keçmiş səfirimizdən ilginc proqnoz:“Rusiya çökəcək, o zaman çox şey dəyişəcək”- VİDEO
  • " width="300" height="266" />
    Azərbaycanın Rusiyadakı keçmiş səfirindən maraqlı açıqlamalar:“İlham Əliyev Rusiyaya qarşı bizdən yaxşı siyasət aparır”-VİDEO
  • " width="300" height="266" />
    “Qaynar Qazan”da Elşad Musayev:"Vahid namizəd kənardan gətirilə bilər" (VİDEO)
  • " width="300" height="266" />
    İsa Qəmbər bəzi sirlər açdı:"Qurban Məmmədovun baş prokuror olmasını Elçibəy məsləhət bilmədi"-VİDEO
  • " width="300" height="266" />
    İsa Qəmbər 24 il əvvəlki həbsindən danışdı:"...onda bildim ki, məni həbs edəcəklər"-VİDEO
  • " width="300" height="266" />
    Müsavat Başqanı 1993-cü il hadisələrindən danışdı:“Sürət Hüseynova hərbi təzyiq nəticəsində Milli Qəhrəman adı verildi”-VİDEO

Qapalı Mövzu

  • " width="300" height="266" />
    MTN Antiterror Mərkəzinin həbsdə olan sabiq rəisi:“Elə çıxır ki, hər şeyi mən etmişəm, məndən yuxarıda heç kim olmayıb”  
  • " width="300" height="266" />
    “Eldar Mahmudov bura gəlsin, dindirilsin” –Generalların məhkəməsində sensasion faktlar açıqlandı
  • " width="300" height="266" />
    “O ev mənə yox, bacıma məxsus olub” –Beytulla Hüseynov MTN generallarının məhkəməsində ifadə verdi
  • " width="300" height="266" />
    “Çingizin qardaşının oğurlanması ilə bağlı sübutlar var, niyə cinayət işi açmırsız?” –Çovdarovdan ilginc açıqlamalar
  • " width="300" height="266" />
    Baş mühasib 567 min, aparat rəhbəri 2 milyon ödədi… –Həbsdəki rabitəçilərdən yeni xəbər
  • " width="300" height="266" />
    “Onların Fərhad Əliyevin yaxın adamları və kəndçiləri olduğunu öyrəndim və…” –Generalın “Vosmoy bazarı” üzrə ifadəsi
  • " width="300" height="266" />
    General məhkəməyə gəldi, jurnalistlərin sualından yayındı –VİDEO, FOTOLAR
  • " width="300" height="266" />
    General Hilal Əsədovun arvadı Çovdarovun məhkəməsində ifadə verdi:“Atam bazarı mənə bağışladı”
  • " width="300" height="266" />
    “Məni şəhərə gətirib Əli Abbasovla üzləşdirdilər…” –Rabitəçilərdən şok ifadələr
  • " width="300" height="266" />
    Eldar Mahmudovun dəstəsi MTN polkovnikini niyə intihara sövq edib? –Kərəm Həsənovun adı keçən işdə heyrətamiz faktlar üzə çıxır


Vəkil Bürosu

Avqust 2017
BE ÇA Ç CA C Ş B
« İyl    
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

XƏBƏR LENTİ

21 Avqust 2017
20 Avqust 2017
19 Avqust 2017

20 İyun 2017 - 11:34

Müsavat Başqanı 1993-cü il hadisələrindən danışdı:“Sürət Hüseynova hərbi təzyiq nəticəsində Milli Qəhrəman adı verildi”-VİDEO

Arif Hacılı: “Qiyamın qarşısını ala bilmədiyimizə görə biz, 4 iyun hadisələrinin təşkilinə görə, Qraçov, Şerbak, Sürət Hüseynov, Ələkrəm Hümbətov, Rahim Qazıyev və başqaları günahkardırlar”

Müsavat Başqanı Arif Hacılı ilə 4 iyun haqqında söhbət etmək, 1993-cü ildə baş verən hadisələri müzakirə etmək lap çoxdankı planlarıma daxil idi – hələ Sürət Hüseynovla müsahibə götürdüyüm zamanlardan. O zaman Sürət Hüseynov həm Arif Hacılının, həm də Arif Hacılının daxil olduğu və başında İsa Qəmbərin dayandığı komanda haqqında çarpıcı fikirlər söyləmiş, iddialar səsləndirmişdi. 4 iyun qiyamının tarixçəsini öz prizmasından baxaraq danışmışdı Sürət Hüseynov. Amma o zaman ona cavab verən olmamış, Sürət Hüseynovun “Böyük Xalq Toplantısı” fikrinə, “böyük üzləşmə” təklifinə heç kimdən əks-səda gəlməmişdi. Nə Arif Hacılı, nə də digərləri Sürət Hüseynovun, ardınca Rahim Qazıyevin, ardınca Nemət Pənahlının iddialarına cavab verməmişdilər. Beləcə, zaman ötüb keçdi.

Budur, “Azadlıq Salnaməsi”ndə Rahim Qazıyevin, Nemət Pənahlının bir neçə dəfə müsahibə verməsindən sonra Arif Hacılı ilə vaxtlaşa bildik. Arif Hacılının baxımından olmasa da, mənim nöqteyi-nəzərimcə bu söhbət, həm də zamanında 4 iyun haqqında deyilən iddia-ittihamlara kəskin bir cavabdır.

Arif Hacılı hər zaman İsa Qəmbərin rəhbərlik etdiyi komandanın tərkibinə daxil olub. İndi də belədir və bu, heç bir zaman dəyişməyib. Hər zaman da qarşı tərəf – Etibar Məmmədov-Rahim Qazıyev-Nemət Pənahlı cinahı bu komandaya qarşı olub. Qarşıda duran komandanın da tərkibində 3 parlaq dövlət xadimi olub – İsa Qəmbər-Pəhan Hüseyn-Arif Hacılı. Danışdırdıqca, o zamanın siyasi tarixini gözlər önünə sərdikcə, elə bil son illərin tarixi bu 6 siyasi simanın mübarizə tarixidir. Etibar Məmmədov-Rahim Qazıyev-Nemət Pənahlı radikalları, İsa Qəmbər-Pəhan Hüseyn-Arif Hacılı isə liberalları təmsil ediblər. Maraqlıdır ki, indiki müsahibəni dinləyəndə də Arif Hacılı qarşı tərəfin “radikal” və “macəraçı” hərəkətlərindən danışır və bununla ilk gündən razılaşmadığını bəyan edir.

O zamankı sərtlik hələ də qalır. Arif Hacılıda heç bir sahədə geri çəkilmə, ya da yumşalma yoxdur. Bu adamların o zamandan xarici qüvvələrlə işlədiyini, zamanında onlarla ayrılmalı olduqlarını deyib durur. Arif bəy daha radikaldır, ümumiyyətlə, onların siyasi aləmdən təcrid olunmasını, siyasətin bu adamlara – Etibar Məmmədov-Rahim Qazıyev-Nemət Pənahlıya qadağan olunmalı olduğunu bildirir. Bu fikirlərin özü indiki zamanımızda nonsens sayıla bilər.

Bir neçə dəfə adı çəkilən şəxslərin debatını təşkil etmək haqqında düşündüm. Əslində, Azərbaycan tarixi baxımından belə debatların çox da yararı ola bilər. Hərə bir şey deməkdənsə, tarixin bu şanlı şahidləri bir dəfə millətin önündə sandıqları aça, qazanların qapaqlarını aralaya bilərlər. Amma Arif Hacılının bu münasibətindən aydın olur ki, konflikt çox dərindir və bir araya gəlmək, nəyisə müzakirə etmək, ən azından indiki zamanda o qədər də asan görünmür.

Arif Hacılının bu müsahibəsi illərdir danışılanlara cavabdır həm də. İllərdir sadəcə bu olaylar haqqında bir cinah danışır, amma görünür, Müsavat partiyası və onun başqanı daha “tək qapı” oynamağa razı gəlmir və haqlı olaraq danışmağa başlayır.

Arif Hacılı çox maraqlı olaylardan bəhs edir. Xarici qüvvələrin əlində vasitə kimi adlarını çəkdiyi adamlar da sıradan deyil və bu ittihamlara cavablar veriləcək. Müsavat Başqanı heç bir halda bu qüvvələrlə bir araya gəlməyin mümkün olmadığını deyir. Milli İstiqlal Partiyasının yaranma tarixini danışır və hər şeyin Xalq Cəbhəsinin adının Etibar Məmmədov tərəfindən “Milli Cəbhə” qoyulması təklifinin qəbul olunmadığından sonra başladığını iddia edir. Rahim Qazıyevin rus generalları ilə birləşib Azərbaycan hakimiyyətini devirdiyini, onun Qraçovla özəl danışıqlarının məlum olduğunu deyir. Yox, bu, Rahim Qazıyevin özünün də etiraf etdiyi və Qraçova dediyi “Paşa, sən mənə lazım olan dəstəyi göndər, öz əclaflarımızla mən özüm sonra məsələləri həll edərəm” sözlər deyil, Arif Hacılının iddiasına görə, başqa rus generalları ilə də söhbətlər olub və generallar onları hakimiyyəti devirməyə tələsdiriblər. Daha qorxunc bir iddia da səsləndirir Arif Hacılı – Milli Müdafiə Komitəsini yaradanlar Milli Ordunun yaradılmasını ən azı 6 ay gecikdiriblər! Və davam edir – hanı o əsgərlər, hanı o silahlar, niyə müharibədə Milli Müdafiə Komitəsinin ordusu gözə dəymədi? Bəs o zaman Milli Müdafiə Komitəsini niyə yaratmışdılar? Niyə ordu quruculuğunu gecikdirirdilər? Bunlar çox ağır ittihamlardır və güman ki, qarşı tərəf(lər)in bu barədə söylədikləri olacaq.

Bütün hallarda iyun 1993-cü il hadisələrinin hələ də qapalı tərəfləri var. Hər söhbət etdiyim adam bu haqda sirlərin olduğunu deyir. Arıf Hacılı da elə dedi. Bəzi məqamlar var ki, indinin özündə belə açıqlanmır. Xüsusilə, Novella Cəfəroğlunun “Qaynar Qazan”da Əbülfəz Elçibəyin gizli yazılarının İsrailə göndərilməsi haqqında deyilənləri duyduqdan sonra həm Elçibəyin “özümlə bəzi sirrləri məzara aparacağam” sözlərinin mənası açılır, həm də Arif Hacılının və onun silah arkadaşlarını anlamaq mümkün olur.

“Azadlıq Salnaməsi” verilişinin formatı 1.5-2 saatdır. Əsasən, 3 hissəli hazırlayırıq ki, elə çox da yorucu olmasın. İlk mühasib idi ki, bizim 1.5 saatlıq söhbətimizdən sonra məlum oldu ki, biz mövzuya hələ yeni daxil oluruq. Xüsusən, Gəncə hadisələrindən və nəticə olaraq Elçibəy hökumətinin içindəki fikir ayrılıqlarından, gərgin danışıqlardan, İsa Qəmbərin və Pənah Hüseynin istefa məsələlərindən, Heydər Əliyevin kimlər tərəfindən dəvət olunmasından və bunların təfərrüatlarından danışmağı isə növbəti söhbətə saxladıq. Yəni Arif Hacılı ilə söhbətimiz demək olar ki, yarıda qaldı. Güman ki, yaxın zamanlarda onu da tamamlayacağıq. Əsas odur ki, tariximizin bir çox məqamları açıqlansın və əsas odur ki, hamı danışsın.

“Azadlıq Salnaməsi”ndə 17-ci qonaq Müsavat Başqanı Arif Hacılıdır…

Əvəz Zeynallı

"Azadlıq Salnaməsi"

 

I hissə

 

“Azadlıq Salnaməsi”nin I hissəsində Müsavat Başqanı Arif Hacılı nə dedi:

– Azərbaycanda təsir imkanları olan dövlət dünyanın fövqəldövlətinə çevrilmək imkanına sahibdir

– Azərbaycan adlı bir dövlətin varlığı İran üçün problemdir

– Azərbaycanda mövcud olan hərbi müxalifətə Sürət Hüseynov rəhbərlik edirdi

– Ölkədə Rusiyaya bağlı və Azərbaycanda siyasi hakimiyyəti ələ keçirmək istəyən hərbi müxalifət qüvvəsi vardı və bu qüvvənin başında Sürət Hüseynov dayanırdı

– Rusiya qoşunları Azərbaycandan çıxmazdan əvvəl, eyni zamanda Azərbaycandan çıxarkən Azərbaycana təhvil verməli olduqları silahların bir çoxunu Azərbaycan dövlətinə yox, məhz Sürət Hüseynova, onun nəzarəti altında olan silahlı qüvvələrə verirdilər, bu da Azərbaycan dövlətinin altına qoyulan minalar idi

– Biz – İsa Qəmbər-Pənah Hüseyn-Arif Hacılı – Azərbaycan dövlətinə qarşı olan, Azərbaycan hakimiyyətinə qarşı təhlükəli olan qüvvələrə qarşı mübarizə aparırdıq

– Rahim Qazıyev bilirdi ki, mən onun Müdafiə naziri vəzifəsindən kənarlaşdırılmasına görə mübarizə aparıram, onun Azərbaycan dövlətinin mənafeyinə uyğun olmayan macəraçı davranışları ilə bağlı araşdırmalar aparıram

– Sürət Hüseynov bilirdi ki, mən onun Korpus komandiri təyin olunmasının, Prezidentin səlahiyyətli nümayəndəsi və Baş nazirin müavini təyin olunmasının əleyhinəyəm

– Sürət Hüseynov bilirdi ki, onun Qarabağ regionunda apardığı düzgün olmayan siyasət, düzgün olmayan təbliğat, Rusiya ilə qeyri-sağlam əlaqələri və digər davranışları ilə bağlı mövqeyimi açıq şəkildə səsləndirirəm və onun bu görəvlərdən kənarlaşdırılmasını tələb edirəm

– Belə bir düşüncə var idi ki, Sürət Hüseynov hakimiyyət uğrunda mübarizə aparır, hakimiyyət əldə etmək istəyir, orduya müəyyən sahələrdə rəhbərlik etmək istəyir, siyasi rəhbərlikdə iştirak etmək istəyir, ona görə də bu vəzifələr ona verilirdi ki, bu görəvlər uğrunda silahlı mübarizə aparmasın. Mən bu yolu yanlış yol hesab edirdim və bu haqda Prezident Elçibəyə və Pənah Hüseynə deyirdim

– Sürət Hüseynovu Elçibəy Milli Qəhrəman hesab edib ona bu adı verməmişdi, konkret olaraq Elçibəyə Sürət Hüseynova Milli Qəhrəman adı vermək üçün Müdafiə Nazirliyi tərəfindən təzyiq göstərildi

– Milli parad öncəsi faktiki olaraq hərbi təzyiq nəticəsində Sürət Hüseynova Milli Qəhrəman adı verildi

– Hətta Sürət Hüseynova Milli Qəhrəman adı verilməyəcəyi təqdirdə Azərbaycan dövləti üçün müəyyən problemlər yaradılacağı təhdidləri ortalığa qoyulmuşdu

– Prezident Elçibəy Çingiz Mustafayevə Milli Qəhrəman adını təkidli tələblərdən sonra verdi

– Heç vaxt Etibar Məmmədovla, Nemət Pənahlı ilə, Rahim Qazıyevlə bir yerdə olmamışam

– Murtuz Ələsgərov, Qabil Hüseynli və Eldar Namazov Xalq Cəbhəsinin Məclisinin üzvü idilər

– Nemət Pənahlı 20 yanvar hadisələrindən sonra uzun müddət ortalıqda olmadı

– Etibar Məmmədov Xalq Cəbhəsinin proqramında və nizamnaməsində Xalq Cəbhəsinin adını dəyişdirib Milli Cəbhə qoymaq təklifi irəli sürdü ki, tərəfdarlarının nə qədər olduğunu yoxlasın, amma tərəfdarları azlıqda qaldı. Ondan sonra Xalq Cəbhəsini tərk etdi və Milli İstiqlal partiyasını yaratdı. Milli İstiqlal partiyası Xalq Cəbhəsinə qarşı olan bir partiyadır. Biz Ayaz Mütəllibovun istefa tələbini irəli sürəndə Etibar Məmmədov bu tələbə qarşı çıxdı və bizim bu qərar-tələbimizi avantüra adlandırdı. Prezident seçkilərində öz namizədliyini alternativ kimi irəli sürdü.

– Yanvar ayının 8-də keçirilən Məclisin toplantısında onlara qarşı çıxış etmişəm, onların İdarə Heyətinə seçilməməsini Məclis üzvlərindən xahiş etmişəm. Nemət Pənahlı seçilmədi, Etibar Məmmədov gözlənildiyindən az səs topladı – bundan sonra da onlar Xalq Cəbhəsində fəaliyyət göstərmədilər

– Bu adamların – Etibar Məmmədov, Nemət Pənahlı, Rahim Qazıyev – Xalq Cəbhəsi ilə əlaqələri 1989-cu ilin iyul ayından 1990-ci ilin yanvarına qədər olan dövrü əhatə edir

– Gah Qraçovla işlədilər, gah Milli Müdafiə Komitəsi yaradıb Azərbaycan ordusunun yaradılmasını 6 ay ləngitdilər, gah Sürət Hüseynovun yanında olub ona dəstək verdilər, Azərbaycan Milli Hökumətinin devrilməsində iştirakçı və təşkilatçı oldular – biz onlarla necə bir yerdə ola bilərdik?

– Mən elə hesab etmirəm ki, biz onlardan tez ayrılmışıq, mənə elə gəlir ki, biz onlardan ayrılmaqda gecikmişik. Bu adamlar 1989-cu ildə Xalq Cəbhəsinin rəhbərliyindən kənarlaşdırılmalı idilər

– Hamı haqlıdırsa, hamı qəhrəmandırsa, hamı üzərinə düşən vəzifəni layiqincə yerinə yetiribsə, hamı Qarabağ uğrunda gedən döyüşlərdə iştirak edibsə və canından keçməyə hazır olubsa, niyə Azərbaycan dövləti indiki ağır vəziyyətə düşüb, niyə Azərbaycanda avtoritar rejim qurulub, niyə Azərbaycanın 20 faizə qədər torpağı işğal altındadır – deməli, nələrsə düzgün olmayıb?

– Müsavat partiyası nə şimalpərəst, nə cənubpərəst, nə qərbpərəst, nə şərqpərəst partiya deyil – Müsavat partiyası Azərbaycanpərəst partiyadır

– 4 iyun tarixini Azərbaycanda mövcud olan 28 aprel, 20 yanvar, 31 mart kimi tarixlərlə müqayisə etmək olar. 4 iyun hadisələri ilə bağlı günahkar olan insanların sayı çoxdur, ancaq bunları ayırmaq lazımdır. 4 iyunun təşkilatçıları və bunların arxasında duran adamlarla bu qiyamın qarşısını ala bilməyən adamları eyni müstəviyə qoyub müzakirə etmək olmaz. 4 iyun qiyamının arxasında birmənalı şəkildə Rusiya və onun silahı dayanırdı, İranın çox böyük marağı vardı.

– 4 iyun qiyamına Milli İstiqlal partiyası, Yeni Azərbaycan partiyası və Sosial Demokrat partiyası dəstək verib

– Qiyamın qarşısını ala bilmədiyimizə görə biz günahkarıq

– 4 iyun hadisələrinin təşkilinə görə, Qraçov, Şerbak, Sürət Hüseynov, Ələkrəm Hümbətov, Rahim Qazıyev və başqaları günahkardırlar

 

 

I hissənin sonu

 

Strateq.az