Gündəm

Müsahibə

  • " width="300" height="266" />
    Sabiq respublika prokuroru İlyas İsmayılov:“Yazıçı Anarı  Prokurorluğa dəvət elədim, cinayət işini qabağına qoydum...”
  • " width="300" height="266" />
    Rauf Arifoğludan sensasion açıqlamalar və etiraflar:"HEYDƏR ƏLİYEVƏ XEYLİ HAQSIZLIQ ETMİŞİK" - Müsahibə
  • " width="300" height="266" />
    Təhsil Nazirliyinin şöbə müdiri:"Tarix İnstitutu xəritə ilə bağlı heç bir irad bildirməyib, təklif verməyib"
  • " width="300" height="266" />
    Türkiyəli politoloq:“Rusiya bizim üçün qətiyyən Qərbin alternativi ola bilməz” - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    “ABŞ RƏSMİ ANKARADAN QİSAS ALIR” –“Mehr News”a müsahibəsində türk politoloq gərginliyin səbəblərini açıqlayır
  • " width="300" height="266" />
    Deputat Asim Mollazadə:“MƏMURLARIN CİLOVLANMASININ VAXTI ÇATIB” - Müsahibə
  • " width="300" height="266" />
    Fransa tarixçisi:“RUSİYA İRANLA SƏUDİYYƏ ARASINDAKI ZİDDİYYƏTİ AZALTMAĞA ÇALIŞIR" – Müsahibə  
  • " width="300" height="266" />
    Sabiq Xarici İşlər naziri Tofiq Zülfüqarov:"İctimaiyyətə "Lavrov planı"nın mahiyyəti tam açıqlanmalıdır" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    KOREYA LİDERİ: “MƏN TERRORA İNANIRAM, İNTİHARA YOX” –"Washington Post"da xəyali müsahibə
  • " width="300" height="266" />
    Rusiya eksperti Qırğızıstanda hərbi bazanın nəyə gərək olduğunu açıqladı:"Fərqanə vadisi Orta Asiyanın barıt çəlləyidir” – Müsahibə

Qaynar Qazan

  • " width="300" height="266" />
    Sərdar Cəlaloğludan skandal yaradacaq sözlər:"Cəfər Cabbarlının “Od gəlini” pyesi qadağan olunmalıdır"-VİİDEO
  • " width="300" height="266" />
    Nobeli adiləşdirən adam – Sərdar Cəlaloğlu:"Gücsüz mitinqlər güclü iqtidarı bir az da gücləndirir"-VİDEO
  • " width="300" height="266" />
    İlkin Rüstəmzadənin Anasından şok müsahibə:“İlkin müdafiədən narazıdır, dostlarından incimişəm”-VİDEO
  • " width="300" height="266" />
    Elçibəyin dostu 17 illik sirri açdı:“Cənazəsi ilə birlikdə bir çanta pul gətirdim” - VİDEO
  • " width="300" height="266" />
    Mirmahmud Mirəlioğlundan şok açıqlamalar:“Elçibəyin ölümündə müəmma var!”-VİDEO
  • " width="300" height="266" />
    Zəminə Allahyarova yaxın tarixə işıq salır:“Heydər Əliyev Beycana "oğlum" deyirdi” - VİDEO
  • " width="300" height="266" />
    23 illik dostu Elçibəyin son günlərindən danışdı:“Elçibəyin əleyhinə danışanların hələ də günahı var və cəzalarını çəkib qurtarmayıblar”-VİDEO
  • " width="300" height="266" />
    Beycan Fərzəliyevin xanımı 25 ildən sonra danışdı:“Heydər bəy də, Əbülfəz bəy də çox maraqlı həmsöhbət idilər”-VİDEO
  • " width="300" height="266" />
    Sabiq Baş nazir Nobelə gedir:"Turan Birliyini yeni nəsil texnologiya ilə qura bilərik"-VİDEO
  • " width="300" height="266" />
    Beycan Fərzəliyevdən tarixi açıqlamalar:“Eiçibəy xəstəliyini uzun müddət gizlətdi, heç kimə demədi” - VİDEO

Qapalı Mövzu




Vəkil Bürosu

Oktyabr 2017
BE ÇA Ç CA C Ş B
« Sen    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

XƏBƏR LENTİ

19 Oktyabr 2017
18 Oktyabr 2017

06 Avqust 2017 - 10:59

Rusiyadakı keçmiş səfirimizdən ilginc proqnoz:“Rusiya çökəcək, o zaman çox şey dəyişəcək”- VİDEO

“Qaynar Qazan”ın budəfəki qonağı Azərbaycanın Rusiyadakı keçmiş səfiri, politoloq Hikmət Hacızadədir. Onunla Amerikanın istiqlaliyyət günündə ABŞ səfirliyinin verdiyi ziyafətdə vədələşdik və açığı, Hikmət Hacızadənin müsahibə verəcəyini və danışacağını bilsəydim, ona xeyli müddət əvvəldən söhbətləşmək üçün müraciət edərdim. Çünki Hikmət Hacızadə bu ölkənin ən təmənnasız və ardıcıl demokratlarından biridir. Buna baxmayaraq, mənim təqdimatda “böyük demokrat” bənzətməmi istəmədi, təvazökarlıq etdi, amma yaşadığı mənalı ömürlə “böyük demokrat” olduğunu təsdiqləmiş adam olduğunu cəmiyyət qəbul edir artıq.

Hikmət Hacızadə bir çox məziyyətləri ilə bu ölkənin “qızıl təbəqəsi”sinə daxil olan şəxsiyyətlərdən biridir. Yaşadığı ömür etibarilə, tərbiyə etdiyi övladların mübarizəsi baxımından, özünün göstərdiyi fəaliyyətə görə… "Uf" demədən, bu millətin demokratik düşüncə tərzinə qovuşması üçün ömrünü xərcləyib desəm, şişirtmərəm. O ayrı məsələdir ki, siyasi düzüm çox təəssüf ki, Hikmət Hacızadəni və onun kimi bir çox dəyərli insanları kənarda saxlamaqdan və onları çürüməyə tərk etməkdən zövq alır, sanki. Qəribədir, təkcə Hikmət Hacızadə deyil, mənim haqqında bir yazı borclu olduğum sabiq Baş nazir Pənah Hüseyn də belə siyasi xadimlərdən biridir. Nə həzin taledir ki, hakimiyyət bir çox dəyərli adamları işsiz-gücsüz çürüdür ona görə ki, bu qiymətli adamlar hakimiyyətə müəyyən parametrləri ilə cavab vermirlər.

İqtidarı bəlkə də anlamaq olar, ondan zatən başqa şey gözləmək yanlışdır, amma müxalifət də, deyəsən, hakimiyyət kimidir. Bu tərəfdəki dostlarımız da müxalifət cinahının dəyərli və qiymətli adamlarını elə müxalifətin hakimiyyətində çürüdürlər. Hikmət də belə dəyərli demokratlardandır.

“Görsəm ki, ciddi bir iş var, kimsə qonaq gəlir, qapı-baca süpürülməlidir, gəlib süpürərəm” deyəcək qədər təvazökar bir adamdır Hikmət Hacızadə. Daha hansı ölçü lazımdır ki, onun müxalifət düşərgəsində qiyməti bilinsin və öz yerini tutub bu millətin sabahı üçün çalışmalar aparsın? Yoxsa bu mübarizə ilə, bu ağılla hara qədər gedəcəyik? Bir-birimizi sıradan çıxarmaqla, ya da qədir-qiymət bilməməklə hara qədər gedə bilərik ki?!..

Hikmət Hacızadə ilə Bakının mərkəzində yerləşən evində görüşdük. Qədim binalardan idi. Özünün otağında, 4 tərəfdən kitabxana ilə əhatə olunmuş yarıqaranlıq bir otaqda onunla “Qaynar Qazan” söhbəti etdik. Bütün suallarla tanış idi. Cavablandırma stili də rəhmətlik Əbülfəz bəyə bənzədi. Xoşuna gəlmədiyi suala əsəbiləşdiyi hiss olunurdu. “Bu nə paxıl-paxıl suallardır” deyir, sinirlənən kimi olur, amma hamısına da cavab verirdi. Bir şey vardı ki, Əbülfəz bəydən demokrat idi, Əbülfəz bəy birbaşa əlini atıb diktofonun düyməsini söndürürdü. Şükür ki, Hikmət bəy bunu etmədi, amma əlimizdə də diktofon yox idi axı. Görünür, o nəslin özünəməxsus demokratiya anlayışı var. O qədər ki, Hikmət bəy “söyənə söymək demokratiyaya zidd deyil” deyir.

Maraqlı, mənalı bir söhbətimiz oldu. Həddindən çox ehtiyatlı idi. Suallara yüz ölçüb bir biçib cavab verirdi. Deyəsən, bir az da “Qaynar Qazan”ın “istisi” idi. İkimiz də düşmüşdük. Hikmət Hacızadə bu müsahibəsində sensasion məqamlar açıqlayıb. Rusiyada səfir olarkən, Xarici İşlər Nazirliyinin və Rusiya dövlətinin yüksək çinli məmurlarının birbaşa onun özünə AXC hökumətini devirəcəklərini demələrini dilə gətirməsi kifayət qədər ciddi və sensasion faktdır. Hikmət bəy dəfələrlə bu haqda Elçibəy hökumətini prezident səviyyəsində məlumatlandırır, amma tədbirlər görülmür. Bu qədər məsuliyyətsizlik olmaz və bağışlanmaz, təbii ki. Ayrıca, Hikmət Hacızadə hələ də 20 yanvar olaylarının məsuliyyətini Etibar Məmmədov, Nemət Pənahlı və digərlərinin boynuna qoyur, “onlar etdilər” deyir. Ki, bu da özlüyündə ciddi dartışmaları bərabərində gətirir. Və bütün bunları deyəndən sonra məlum olur ki, Hikmət Hacızadə Xalq Hərəkatı dönəmindən tutduğu gündəlikləri çapa hazırlayır, həm də çox iddialı şəkildə. “Gördüm ki, hər kəs gündəliklərini yazır, dedim, mən də zamanında yazdıqlarımı çapa hazırlayım” deyəcək qədər iddialı. Güman ki, bu kitabın çıxmasından sonra siyasətin soyuq kuluarları da qızışacaq.

Beləcə, “Qaynar Qazan”ın 40-cı qonağı Milli Azadlıq Hərəkatının önəmli simalarından biri, Əbülfəz Elçibəy hökumətində Rusiya kimi strateji bir ölkədə fövqəladə və səlahiyyətli səfir işləyən, ömrünün önəmli bir hissəsini demokratik prinsiplərin yerləşməsi üçün çalışmalara həsr edən Hikmət Hacızadədir – siyasi məhbus Adnan Hacızadənin atası. Rusiya məsələsi üzrə ölkənin ən ciddi politoloqlarından biri. İndi onu dinləyirik.

40-cı qonağımız Hikmət Hacızadədir.

Əvəz Zeynallı

“Qaynar Qazan”

 

I hissəni buradan oxuya bilərsiniz:

http://strateq.az/manshet/188290/kecmis-rusiya-s%C9%99firind%C9%99n-maraqli-aciqlamalar.html (Azərbaycanın Rusiyadakı keçmiş səfirindən maraqlı açıqlamalar:“İlham Əliyev Rusiyaya qarşı bizdən yaxşı siyasət aparır”-VİDEO)

 

II sonuncu hissə

 

Ruslar Əbülfəz bəyin vaxtında açıq-açığına deyirdilər: “Siz getməlisiniz!”

 

– Mən Rusiya ilə bağlı sonuncu sualı verim. Vüqar Həsən soruşur: “İndiki və o vaxtkı dövrdə Rusiya-Azərbaycan münasibətləri arasında hansı fərqlər var?”

– Dərinə baş vurub baxsaq, heç bir fərq yoxdur. Qarabağ yenə ordadır, yenə Rusiya Ermənistanı dəstəkləyir, yenə istədiyi vaxt bizim mallara embarqo qoyur, yenə də Rusiyada işləyən 1-2 milyon azərbaycanlını qovmaqla bizi təhdid edir. Açıq-açığına İlhamı devirmək çağırışları yoxdur hələ ki Moskvada… Necə ki, bu çağırışlar Əbülfəz bəyin vaxtında var idi. Açıq-açığına deyirdilər ki, “siz getməlisiniz!” Pənah bəydən soruş, Qraçov ona demişdi ki, “siz getməlisiniz!” Pənah bəy də deyir ki, “bəlkə biz bir az düzələk, amma getməyək?” Qraçov da deyir ki, “yox e, siz getməlisiniz! Biz sizə inanmırıq, bilirik ki, siz kimsiniz. Siz gedin!” Hələ ki, belə şeylər İlhama qarşı yoxdur. İlham Əliyevə qarşı yoxdur. Ola bilsin ki, onun alternativi olan ruspərəst prezidentliyə namizəd burada yoxdur. Ətrafa baxsan, İsa bəydir, Əli bəydir, Qubaddır, Əvəz bəydir, Hikmətdir, bunlar da Rusiyanı bəyənmir. “Tutalım, biz onu çıxardıq, ölkəni kimə verək?”

– Yəni deyirsiniz ki, əgər alternativ tapsalar, hakimiyyəti ona verə bilərlər də, hə?

– Tapsalar, bəli, verə bilərlər.

– O zaman Rusiya indiki hakimiyyətdən də yəqin ki, narazıdır, hə?

– Narazıdır, bəli. Ancaq bir o qədər də yox. Həm də rusun burada imkanları bir az azalıb. Axı, bizim vaxtımızda Azərbaycan inqilabdan təzə çıxmış bir ölkə idi. İndi isə aradan 20 il keçib, çox şey dəyişib. Bax, imkan deyirsiniz. Yadınızdadırmı, sərhəddə 300 nəfər шпион tutmuşdular. Bunların hamısı Rusiyanın bizə olan münasibəti idi də. O 300 nəfərin hamısı rus əsgərləri idi…

– Ermənistana işləyənlər?

– Bəli, Ermənistana işləyənlər. Əslində, rus kəşfiyyatının bir planı idi. Bu barədə qəzetlər də yazırlar. Mən tam inanıram ki, bizim hərbçilər arasında yenə belə adamlar var.

– Rusiyaya işləyən?

– Bəli, Rusiyaya işləyən. Rus meylli, QRU-nun adamları yenə də var Azərbaycanda. Yenə də deyirəm. Böyük dəyişiklik yoxdur. Yenə də Azərbaycan müstəqillik istəyir. Rusiya da Azərbaycanı yenə də öz səbətinə qaytarmaq istəyir – belə deyək.

– Hikmət bəy, mən dediklərinizdən belə başa düşürəm ki, İlham Əliyev də müstəqilliyi saxlamaq, qüvvətləndirmək istəyir.

– İstəyir, bəli, istəyir.

– Buna can atır, amma…

– Amma özü üçün yəni…

– Özü üçün?

– Özü üçün, bizim üçün yox, bizim balalarımız üçün yox. O, bizim balalarımızı düşünmür. Özü üçün istəyir. Ничего, o da qəbuldur, neyləyək.

 

Axır-əvvəl Azərbaycanda demokratiya olacaq

– Əsas odur ki, müstəqillik qalsın, eləmi?

– Bəli, müstəqillik qalsın, o birilərini də düzəldərik. Müstəqillik vacibdir.

– Tez-tez “düzəldərik”, “yaxşı olacaq” deyirsiniz. Novella xanım Cəfəroğlu yadıma düşdü. Bizə müsahibəsində deyib ki, “o vaxt Heydər Əliyev bizi – həyat yoldaşım ilə birlikdə komandasında işləməyə çağırdı. Qəbul eləmədik ki, onsuz da yenidən hakimiyyətə gəlirik də… 20 ildir dedik, gəlirik-gəlirik, amma heç gələ bilmədik”.

(Qəhqəhə ilə gülür…) Axır-əvvəl Azərbaycanda demokratiya olacaq. Bütün dünyada demokratik proseslər gedir. İlbəil demokratik ölkələrin sayı artır. Mümkün deyil ki, bütün dünyada demokratiya olsun, regionda bir Azərbaycan avtoritarizm adası kimi qalsın. Bu, mümkün deyil. Bizi məcbur eləyəcəklər, biz istəməsək də.

– Demokratiya Azərbaycana gəlsə, demək hər şey gələcək də.

– Hər şey yox, amma yavaş-yavaş işləməklə gələcək. Yavaş-yavaş işləmək lazımdır. Bilirsinizmi, beynəlxalq hüquqda quldarlığa qarşı böyük sənədlər var. Quldarlığa qarşı, Uşaqların istismarı, Qadın və uşaq, insan alveri və s. O sənədlərin fəlsəfəsinin böyük bir hissəsi belədir. Xahiş edirəm, hamı yadda saxlasın: Heç kəs qul, kölə vəziyyətində saxlanıla bilməz, hətta özü bunu istəsə belə. Soruşsalar ki, “Azərbaycan xalqı, sən niyə hər şeyə tabe olursan?” Desə ki, “a, mən belə istəyirəm, mənə belə rahatdır”. Yox, olmaz…

– Qul olmaq istəsə belə…

– Qul olmaq istəsən belə, səni azad eləyəcək, zorla. Heç kəs qul ola bilməz, hətta özü bunu istəsə belə. Bu, beynəlxalq hüququn əsas prinsiplərindən biridir. Odur ki, bunun bir axırı olacaq.

– Çox maraqlıdır.

– Ya Həzrəti-Abbas…

– Həzrəti-Abbas dediniz, sizə maraqlı daha bir sual var.

– Həzrəti-Abbaslamı bağlıdır? (Gülür…)

– Yox, keçmiş siyasi məhbus, müsavatçı Orxan Danyal Əyyubzadə soruşur: “İslam dini və bu dinin mənsublarına nifrətinizin səbəbi nədir?”

– Kimin?

– Sizin.

– Mənim heç bir nifrətim yoxdur.

 

Mən istəyirəm ki, müsəlman inkişaf eləsin

– “Niyə bu qədər islamafobdur? Fürsətdən istifadə edib, bəyi İslama dəvət edirəm. Müsəlman olmasını arzu edirəm”. Mən sizdə İslama qarşı elə bir şey hiss etməmişəm.

– Hər bir sözü, hər bir tənqidi düşmənçilik kimi qəbul edirlər. Budur, müsəlmanın böyük faciəsi. Mən İslam dininə böyük hörmətlə yanaşıram. Bütün dinlər kimi… Ancaq İslam praktikası – bugünkü məişətdə tətbiq olunan İslama qarşı çıxıram mən. Bugünkü müsəlmanın tənbəlliyi, bugünkü müsəlmanın dözümsüzlüyü, alternativsiz ideyaları – bunlar məni narahat eləyir. Dialoqa girmək istəmirlər, inkişaf eləmək istəmirlər. Elə biz, bizik. Nəsrəddin Tusi belə yazmışdı, Kolumb qələt eləyirdi – mənasız-mənasız işlərlə məşğuldurlar. İslam dinini sevirsən, elm yarat, bir iş gör, kino çək. Mən istəyirəm ki, müsəlman inkişaf eləsin. Müsəlman kino çəksin, kitab yazsın, yaxşı həkim olsun. İndi Orxan bəydən üzr istəyirəm, bağışla, əgər balan xəstələnsə müsəlman həkiminə apararsan, ya yəhudi həkimini seçərsən? Hə… Cavabını bildim – yəhudi həkiminə apararsan. Amma mən istəyirəm ki, sən balanı düşünmədən müsəlman həkiminə aparasan. Deməli, müsəlman həkimi inkişaf eləməlidir. Məndən bu qədər.  

– Abid Şərifov xəstələnəndə dərhal götürüb apardılar İsrailə…

– Bəli, o da böyük müsəlmandır, deyəsən. (Gülür…)

– Abid Şərifov da sizin yerlinizdir.

– Bəli.

– Qohumluğunuz yoxdur ki?

– Yox, qohumluğumuz yoxdur.

– Birdən olar…

– Yox, yoxdur. Şəki böyük şəhərdir, belə deyək. (Gülür…)

– Hüseyn Abdullayev, məşhur Quska da yazır…

– Oooo… O xaricdədir.

– Hə, yazır ki, “Hikmət bəy çox dəyərli və ləyaqətli ziyalımızdır…”

– Çox sağ olsun, sağ olsun, sağ olsun!

– Hüseyn bəylə münasibətləriniz olub?

– Yox, olmayıb. Ancaq mən bir dəfə hansısa qəzetdə onun taleyi ilə bağlı balaca bir esse yazmışdım. Birincisi, o, tamamilə Heydər Əliyevin tərəfində idi. Varlı adam idi, imkanları da var idi, adamları da var idi. Hətta mən eşitmişdim ki, mitinqə gedən cəbhəçiləri döyürdü, qoymurdu ora gedələr və s. və s. Sonra ona qarşı təzyiqlər başladı.

 

Hüseyn Abdullayev də cəbhəçidir

– Amma sonra özü də bununla bağlı açıqlama verdi və dedi ki, “mən əsla adam döydürmə məsələsində olmamışam”…

– Nəsə, ola bilər ki, mən səhv edirəm, olsun. Ona qarşı təzyiqlər başladı. Bu təzyiqlər nədən başladı? Parlamentdə hansısa ədalətsizliyə dözməyib fikir söyləmişdi, orada olan adamlar söyməyə başlayıb, ara qarışıb. O zaman mən bir esse yazdım ki, kim ki, hərəkatda heç olmasa 1 həftə iştirak eləyib, o ömürlük Cəbhəçi olub. O adam istəyir Heydər Əliyevin komandasında olsun, istəyir Putinin komandasında. O adam hərəkatda olubsa, o süddən içib, azadlıq virusuna yaxalanıb. O adam mütləq danışmalıdır. O, artıq başqa adamdır. O, ən böyük korrupsioner, adam döydürən də olsa, onun ürəyində hansısa dəyişikliklər olur. O özünü biruzə verəcək. O fakt var. Amma indi Allah ona kömək olsun. Mən həmişə onun haqqında yaxşı şeylər düşünürəm. Gəlsin, vətənə qayıtsın. Ancaq o, cəbhəçidir. O, hərəkatçıdır. Nə vaxtsa, 88-89-cu illərmi olsun, Naxçıvanda sərhəddi kəsməkmi olsun, dəqiq bilmirəm…

– Nə vaxtsa bu işlərin içində olub?

– Nə vaxtsa olub. O orada ola bilməz. O nə vaxtsa, fırlanıb, yenə bura gələcək. Mən çox danışmıram ki?

– Yox, əksinə, hələ az danışırsınız. Şəhriyar Səmədovun bir sualı var: “Hikmət bəyi salamlayıram. Oğlunuz Adnan Hacızadə həbsdən sonra ictimai fəaliyyətinə demək olar ki, son verdi. Amma onunla birgə həbs olunan Emin Milli tam əksinə, iqtidarın baş ağrısına çevrilən Meydan TV-ni təsis etdi. Baxmayaraq ki, Adnanın intellektual və şəxsi keyfiyyətləri Emindən geri qalmır ki, bəlkə də əksinədir. Bu barədə sizin fikirlərinizi bilmək maraqlı olardı”.

– Nə deyim vallah, düz sözdür.

 

Oğlum, “stop, dayan, bəlkə yavaşlayaq?” deməmişəm

– Adnan indi haradadır?

– Adnan indi Amerikada, Nyu-Yorkda universitetin magistraturasında oxuyur. Adnan Emin qədər fəal deyil, onu mən qəbul edirəm. Mən istəyərdim ki, daha fəal olsun, ancaq hər adam ola bilmir. İnsan zorla demokratik fəal, zorla Mandela ola bilməz. Nə qədər imkanı var idi, o qədər də göstərdi. Bundan artıq nə deyim? Hər halda o, həbsxanadan çıxandan sonra da fəaliyyəti var idi. Emin qədər yox, ancaq var idi. O, hamıya kömək edirdi, hamıya əl tuturdu. BP-də işləyirdi, yaxşı vəzifədə idi. Hamıya əl tuturdu, hamıya kömək eləyirdi. İlk növbədə də Eminə. İkincisi, onun səhhətində bəzi problemlər oldu. Türmədə qalmaq elə də asan deyil. Siz özünüz də olmusunuz, yəqin ki, bilirsiniz. Hər adam dözmür. Yəni mən ona hər hansı bir qadağa, oğlum, “stop, dayan, bəlkə yavaşlayaq?” deməmişəm. Özü nə qərar verib, onun da arxasınca gedib. İndi mən ona deyə bilmərəm ki, “gəl, Vatislav Havel ol!” Yəni bununku bu qədərdir. Mən o iradı qəbul edirəm.

– Mən elə başa düşdüm ki, onun verdiyi qərarlara siz müdaxilə eləmirsiniz?

-Xeyr, mən deməmişəm ki, dayan, eləmə, getmə mitinqə-zada, əksinə, demişəm, get. Özü böyük adamdır. 30 yaşlı adamdır. Həbsdən çıxandan sonra da getdi işlədi, ixtisasını artırmaq istədi. İndi də Kolumbiya universitetində magistraturanı oxuyur. Baxaq, görək də. Yenə deyirəm, hamı Vatislav Havel, Mandela ola bilmir. Ancaq heç olmasa ürəyində olsun. Onda kömək edər. Hərdən kömək də eləyir.

– Hərəkatçılardan Fərəməz Novruzoğlunun bir sualı var.

– Buyurun.

– Sizi tənqid eləyir…

– Buyursun.

– Mən sizi “böyük demokrat” kimi təqdim etmişəm, mənə də istehza ilə yazır ki, “Bu “böyük demokrat” təxminən il yarım öncə facebook-da müzakirə zamanı dostlardan biri Zamiq Məmmədlini ölümlə hədələdi…”

– Mən?

– “Onu hətta Praqada zərərsizləşdirmək gücünə sahib olduğunu dedi…”

– Ay, ay, ay… Ölümlə hədələdi? Sonra…

 

O məni söyür, mən də onu söyürəm – bu, tam demokratikdir

– “Odur ki, Hikmət bəyə iki sualım var. Qarşı fikrə – təhqirli ifadələr olsa belə – dözümsüz yanaşıb, fikir söyləyən bir kəsi nəyin bahasına olursa-olsun zərərsizləşdirmək, lazım gələrsə fiziki cəhətdən ortadan qaldırmaq demokratiya ilə uzlaşırmı? İkincisi də, Praqada yaşayan birinin zərərsizləşdirilməsi gücünü Hikmət bəy haradan alır?”

– Burada iki moment var. Birincisi, o Praqada yaşayan oğlanla olan məsələ zarafat idi. Əlbəttə ki, mənim gücüm yoxdur. O oranın vətəndaşı idi artıq. Başladı nəsə artıq-əskik danışmağa. Mən də dedim ki, sən belə möhkəm adamsansa, səni çıxarıb gətirərik bura, burda vuruşarsan. Yəni bu bir zarafat idi. İstehzanı başa düşməyiblər. Eybi yoxdur. Görünür, mən kənardan belə güclü bir adama oxşayıram ki, Praqadan kimisə götürüb, gətirim-zad, elə deyil. İkincisi də dözümsüzlük. Bilirsinizmi, bəziləri dözümsüzlüyü və demokratiyada olan problemləri düzgün başa düşmür. O məni söyür, mən də onu söyürəm. Bu, tam demokratikdir. O, məni hədələyir. Mən dözməməliyəm, mən də onu hədələyirəm. Mən onu öldürmürəm, türməyə salmıram, işdən çıxarmıram. Mənim əlimdə möhür, tapança yoxdur. Budur. Ancaq diskussiyadırsa, o mənim dədəmi söyürsə, mən də onun babasını söyəcəm.

– Yəni söyüşə söyüşlə, təhqirə təhqirlə cavab vermək demokratiyadır?

– Bəli, söyüş olar.

– Deməli, söyüşə söyüşlə, təhqirə təhqirlə cavab vermək demokratik ənənələri pozmur?

– Tamamilə…

– O da demokratik hərəkətdir…

– Tamamilə. Bu məsələdə Avropa Məhkəməsi mənə bəraət verəcək. Soruşacaq ki, sən onun dədəsini söydün, o da səninkini söydü, deməli, ortada heç nə yoxdur. Mən daima belə şeylərlə qarşılaşıram. Oturursan bir məclisdə, hamı yeyir-içir, kimsə söz deyir. Mən də söhbətdir də deyirəm ki, belə deyil, belədir. Mən belə kitab oxumuşam. Qayıdır ki, bəs sən dözümsüzlük elədin. Deyirəm ki, “qardaş, sən də dedin, mən də dedim. Mən səni tapança ilə susdurmuram ki? Həbsə atdırmıram, işdən çıxarmıram. Daha bu nə oldu?” Bunu da nəzərə alın, hörmətli Fərəməz müəllim. Mən zarafat elədim. Mən o gücdə deyiləm ki, Praqadan bura kimisə gətirim. Zamiq Zamiqoviçə də salam deyirəm.

– Zamiq də zatən deyib. Yazıb ki, “Hikmət bəy çox qocalıb. Ahıl yaşına görə səhvlərini bağışlamaq olar”.

– Çox sağ olsun. Sağ olsun. Baxın, bu, artıq humanizmdir.

– Fərəməz də yazıb ki, “bağışlamaq böyüklükdəndir”. Yəni sizi bağışlamaq məsələsini həll ediblər.

– Sağ olsunlar. Böyük adamlardırlar, sağ olsunlar.

– Ramil Mahmudlunun da sualı var…

– Bu, birincisi idi, ikincisi, Fərəməz müəllim, 30 ildir, mən vuruşuram. Неужели, bu 30 ildə mənim nailiyyətlərim olmadı ki, bir Zamiq məsələsilə sən onu pozmaq istəyirsən? Ədalətsizlik olur, axı. Düz demirəm?

– Düzdür.

– 20 il vuruşmuşam, indi bir Zamiq çıxıb ki, bəs sən belə. Nə isə bağışladım mən də sizi, sağ olun. (Gülür…)

– Yəqin Fərəməzin özü də buna cavab yazar.

– Bağışlayar məni. Camaat tank satır, top satır, mən… Bir dənə Zamiq… Yaxşı…

 

Rahim Qazıyevlə Qraçov hakimiyyəti dəyişmək haqqında söhbət aparıblar

– Ramil Mahmudlu soruşur ki, “Rahim Qazıyev Moskvada Ayaz Mütəllibov və Qraçovla görüşüb deyə iddia var. Hikmət bəy o zaman da səfir idi. Bu görüş haqqında nə deyə bilər, məlumatı varmı?”

– Mən onu deyə bilərəm ki, həmin görüş olub. Mənə bu haqda xəbəri çatdırıblar. Ancaq görüşdə nələr olub, onu mən bilmirəm. Onu biz bilmədik, belə deyək. Qraçovun kabinetinə girmək dərəcəsində bizim bacarığımız yox idi. Amma belə deyək ki, belə bir görüş olub. Əlbəttə ki, hakimiyyəti dəyişmək kimi… Başqa nə görüş ola bilər ki, orada. Artıq nə söhbət ola bilər orada?

– Hakimiyyəti dəyişmək haqqında söhbət aparıblar?

– Bəli, bəli, söhbətləri olub. Amma konkret nətəri olubsa, ondan xəbərim yoxdur.

– Rafail Mahmudbəyli yazır: “Hikmət bəyə böyük hörmətim var. Ona möhkəm can sağlığı, gördüyü işlərdə uğurlar arzulayıram”. Rafail Məmmədov yazır: “Azərbaycanı sevən insanları salamlayıram.” Sizi tənqid eləyənlərlə birgə, təqdir eləyənlər də var.

– Çox sağ olsunlar.

– Uluxan Özadli bir fikir səsləndirib.

– Buyursun.

– İstəyir ki, o fikri mən burada səsləndirim. “Demokratiyaya gediləsi uzun yol”, yəni Azərbaycan üçün heç çatılmayan bir şey.

– Yox, mən heç də belə hesab eləmirəm, yox, xeyr. Böyük nailiyyətlər olub, yenə də olacaq. Biz də ona çatacağıq. Uzun  yol da olsa biz onu gedəcəyik. Və sonuncu. Biz özümüz getməsək də, bizim qulağımızdan dartıb, ora gətirəcəklər. O barədə mən danışmışam. Ona görə də heç narahat olmayın.

– Firəddin Əlioğlu da onunla bağlı yazır: “Mümkünsə, soruşun. “Demokratiyaya gediləsi uzun yol” kitabında irəli sürdüyü demokratiya haqqında fikirlərində yenə qalırmı? Yoxsa fikirlərində deformasiyalar var?”

–  Yox, fikirlərimdə deformasiya yoxdur. Mənim yığdığım o toplu – orada əsas mənim fikirlərim deyil, ordan-burdan topladığım materiallardır ki, bir yerə yığdım ki, camaat oxusun. Biri mənə deyir ki, “Hikmət bəy, mən onu oxudum dəhşətə gəldim. Görün, bu millətlər nələr eləyib, biz heç bir vaxt elə şeylər eləyə bilmərik.” Bir belə fikir vardı, o da düzgün deyil. Tamamilə bu fikirlə razı deyiləm. O biriləri də yazırdılar ki, “nə oldu, bəs demokratiyaya nə vaxt çatacağıq, 20 il keçdi, heç nə olmur.”Axı baxın, orada demokratiyanın 2000 illik tarixi var. 2000 illik mübarizə göstərilib. Britaniyada 700 il vətəndaş qarşıdurması olub. 700 il! Fransada 5 dənə inqilab, 150 il vətəndaş qarşıdurması. Siz nə eləmisiniz, ay bizim bacı-qardaşlarımız? Kimi də dindirirsən, deyir ki, “o vaxt getdik, meydanda qışqırdıq da…” Bir qışqırmaqla iş düzələr?

 

Vuruşun, işləyin, olacaq

– 17 gün.

– Hə, 17 gün. Ondan sonra da 3-4 dənə mitinq oldu. Hamı onu deyir ki, mən mitinqdə qışqırmışam, ancaq demirlər ki, sənin Napoleonun olub, yoxsa sənin Kromvelin olub? Yoxsa sənin düzgün parlamentin, gözəl yazıçıların olub ki, öz qələmləri ilə bütün dünyanı sarsıdıblar. Vuruşun, işləyin, olacaq. Olacaq, səbr eləyin. Ümumiyyətlə, görmüşəm ki, işləmək, mütəmadi çalışmaq bizim cəmiyyətdə yoxdur, itib. Bəlkə nə vaxtsa olub? İndi yoxdur вообще. Bir az nəsə deyirsən, deyir,  “yox, o ağır işdir, mən onu eləyə bilmərəm.”

– “Məni siyasətə qatmayın”.

– “Məni siyasətə qatmayın”. Heç siyasət də deyil e. Bir balaca строительный iş var, gəlib baxır, bir-iki, çıxıb gedir. Hara gedirsən? Yox, mən bacarmaram. İşləmək istəyən yoxdur da. Belə bir tənbəllik yayılıb.

– Yeri gəldi, soruşum. Meydan hərəkatında harada idiniz?

– Meydanda idim. (Gülür…)

– O zaman niyə hamı çıxış eləyib, siz çıxış eləməyibsiniz?

– Mən çıxış eləyən adamlardan deyiləm də. Birincisi, onu deyim ki, mən o vaxt ümumiyyətlə, Azərbaycan dilində çox pis danışırdım. Danışa bilmirdim. Mən çıxıb oradan özümü niyə biabır eləməliydim? Mən rus məktəbini qurtarmışam, rus dilində universiteti bitirmişəm. Sonra Moskvada aspiranturada olmuşam.  Danışmaqda çətinlik çəkirdim. Orada danışmaq üçün adam gərək Xəlil Rza olsun. Bu bir, ikincisi də çıxış eləmək üçün bir az yaradıcı olmaq lazımdır. Yalançı vədlər verirsən – bu olacaq və s. Baxın, mən də indi dedim ki, darıxmayın gələcək. O saat da bilindi ki, heç normal vəd də verə bilmirəm. Bilmirəm, Fərəməz bəy mənə inanar, yoxsa yox? (Gülür…) Mən bir şeyi bilirəm ki, kütlə qarşısında çıxış edə bilmirəm. Çünki mənim fikirlərim elmidir. Çıxışlarımda çalışıram ki, onu elmi əsaslandırım. O da bir az çətin və darıxdırıcı çıxır. Camaat da belə də…

– Nemətə münasibətiniz necədir?

– Nemətə ümumən mənim münasibətim mənfidir. Amma belə deyək, onun hərəkatın əvvəllərində elədiklərini təqdirəlayiq sayıram. Meydan Hərəkatında onun atdığı addımlarda müsbət əlamətlər var. Ümumən isə onu müsbət hesab eləmirəm.

– Ümumən, sizin zənninizdə Nemət Pənahlı mənfi plandadır?

– Mənfidir, bəli. Ümumən, bəli.

– Çünki bu 90-cı il hadisələrindən sonra Etibar Məmmədov Moskvada mətbuat konfransı keçirdi. O məsələdə indiyə qədər sizin adınız keçir ki, “Bakı ilə əlaqə saxladıq”. Orada mən maraqlı bir məqama rast gəldim. Siz deyibsiniz ki, “Etibar Məmmədov getsin Ayaz Mütəllibov və Nemət Pənahlı ilə bir yerdə olduğu Müdafiə Şurasının adından danışsın, Cəbhənin adından danışmasın.”

 

Kim Kommunist Partiyasının I katibi ilə hərəkat yaradar?

– Bəli, belə oldu də. O, Cəbhənin adından törətmədi ki, bu işləri. O vaxt o gəldi…

– Nə törətmişdilər ki, Hikmət bəy?

– Onlar o vaxt – heç o zaman Ayaz Mütəllibov da yox idi, Vəzirov var idi – Cəbhədən ayrılıb Müdafiə Komitəsi yaratdılar. Vəzirov, Rahim Qazıyev, Etibar, Nemət. Soruşmaq ayıb olmasın, kim Kommunist Partiyasının I katibi ilə hərəkat yaradar? Bir fikir var, ağıl var. Bir uzaqgörənlik olmalıdır. Axırda gördünüz də bütün bunların hamısını. Onlar bizdən ayrıldılar. Onlar bizi eşitmirdilər. Biz orduyla – mantirovka ilə, daşla mübarizə aparmaq istəmirdik. Camaatı barrikadalardan geriyə çəkmək istəyirdik. Ancaq onlar dedilər ki, durun.

– Həqiqətən də camaatı barrikadaya, sovet ordusu ilə mantirovka, lomla mübarizə aparmağa səsləyirdilər?

– Bəli.

– Bəs deyirlər ki, biz camaatı geri çəkirdik, deyirdik ki, gedin.

– İndi belə deyəcəklər. Əgər siz istəyirsinizsə, o zaman barrikadada duran adamların hamısı sağ-salamatdır. Onları  dindirin. Onları axtarın, tapın. Növbəti 20 yanvar gələndə bir tədqiqat aparın. Adamlardan soruşun ki, “Sən barrikadada idin? Nemət gəlmişdi? Nə deyirdi?” Gəlirdi ki, “durun, silah gələcək, durun burda, çəkilməyin.” Bax, belə şeylər. Bizim də orada durmağa nə gücümüz, nə də silahımız var idi. Heç bir şey. Tank gəlirdi, sən də mantirovka ilə durmusan qarşısında.

– Bu söhbətə çox qayıdıblar, çox soruşulub. Amma mən bir məsələyə aydınlıq istəyirəm. Etibar Məmmədovun “Lefortovo gündəlikləri”ndə yazdıqlarından belə çıxır ki, sizin sözünüz o zaman həlledici olub. Sizin bəyanatınız olmasaydı, guya Etibar Qorbaçovla görüşəcəkmiş, Azərbaycandan da ordunu çıxaracaqmış.

– Nəinki Qorbaçov, o gedib Corc Buşla da görüşəcəkdi. Hələ Marqaret Tetçerlə də. Bunların hamısını yığacaqdı və vəziyyəti də başa salacaqdı. Bunlar belə sadəlövh fikirlərlə ümumxalq hərəkatı idarə edə biliblər.

– Mən də elə onu soruşmaq istəyirəm. O bəyanatı ki siz vermişdiniz, onu AXC rəhbərliyi ilə razılaşdırmışdınızmı?

– Əlbəttə. Əlbəttə ki… Birincisi, rus Bakıya ordu yeridəndən sonra kütləvi həbslərə başladı. Hamı tutuldu. Mənim dostlarım, Ramiz Mirzə. Burada da sual verib. Hamı içəridə…

 

Bizim partizan hərəkatı yaratmağa gücümüz var?

– Söhbət 90-cı il yanvar hadisələrindən gedir?

– Bəli. Mənim evimə солдат-lar gəlmişdi. Üzr istəyirəm, anamın qarnına Kalaşnikov dirəmişdilər ki, “oğlun hanı?” Sabit Bağırovun evinin qapılarını sındırıb, girmişdilər içəri. Bu isə orada gedib deyir ki, “mən deyəni eləməsəniz, bu saat Azərbaycanda Əfqanıstan olacaq. Bu saat biz partizan hərəkatını yaradacağıq.” A, bizim partizan hərəkatı yaratmağa gücümüz var? İkincisi, rus bəyəm bilmir ki, vəziyyət nə yerdədir? Oradan “Известия” qəzetindən Yazov bu orduya rəhbərlik eləyirdi. O yazırdı ki, biz Azərbaycana, Bakıya Xalq Cəbhəsinin strukturlarını dağıtmaq üçün girmişdik. Ancaq heç bir struktur tapmadıq. Bilirsən bunları?

– Hə.

– Tap onu, oxu. Bəyəm Qorbaçov bilmir ki, biz kimik, əlimizdə də mantirovka?

– Rəhmətlik Əbülfəz bəy də Yazova cavab vermişdi ki, “burada Xalq Cəbhəsinin heç bir strukturunu ona görə tapa bilmədilər ki, Xalq Cəbhəsi bütün Azərbaycan idi”.

– Əslində, Əbülfəz bəy də belə cavablar verməyi bacarırdı, amma mən bacarmazdım. Mən o saat deyərdim ki, yoxdur. Amma Əbülfəz bəy o saat nə demək lazımdır, tapdı. Hər halda belə məsuliyyətsiz çıxışlara görə, üzr istəyirəm 20 yanvar faciəsinin məsuliyyətinin böyük bir hissəsini də bunlar daşıyır. Siz dediyiniz bu adamlar. Çox danışmaq istəmirəm. Dəfələrlə hər o 20 yanvar olanda bu söhbət qalxır, qanım qaralır, yenə başlayırıq bir-birimizi söyməyə.

– Tariximizdir də, nə qədər 20 yanvar var, o qədər də gedəcək?

– O barədə kitablar da yazılıb.

– Amma Hikmət bəy, hələ də deyilməyən şeylər var. Məsələn, Novella Cəfəroğlundan müsahibə götürəndə dedi ki, Əbülfəz bəyin gizli gündəlikləri var idi, onları məndən yoldaşıma, İsrailə göndərdi. Məsələn, bu məsələ ilk dəfə açıqlanırdı. Böyük müzakirələr oldu. Bilmirəm, bu haqda məlumatınız varmı?

– Yox, mənim məlumatım yoxdur.

– Deyir, “o gündəlikləri heç mənim özüm də oxumamışam. Yoldaşıma, İsrailə apardım, heç kimə də oxumağa vermir.”

 

Əbülfəz bəyin oğlu…

– Gətirsin, oxuyaq da. Göndərsin bura da. Niyə İsraildə saxlayır?

– O gündəlikləri əlindən vermir.

– Niyə vermir?

– O da maraqlıdır. Heç deyir, yoldaşım mənə də oxumağa vermir.

– Əslində, o gündəliklərə Əbülfəz bəyin ailəsi yiyə dura bilər. Oğlu məsələni qaldıra bilər ki, “dədəmin kağızlarıdır, verin, mən özüm bilərəm, onu nə edərəm”. Onun buna qanuni haqqı var. O məsələni qaldırın, oğlundan soruşun.

– Yəni demək istədiyim odur ki, illər keçsə də ortaya yeni-yeni təfərrüatlar çıxır. Qulu Məmmədov yazır: “Dəfələrlə səslənib, məşhur alimimiz Lütfüzadə də bu fikrə maraqlı şəkildə münasibət bildirib. Azərbaycan xalqı demokratiyaya hazırdırmı? Hazırdırsa, niyə onu əldə edə bilmir və əksinə, hazır deyilsə, niyə çalışmır? Sizin fikirlərinizi bilmək maraqlı olardı.”

– Biz hazırıq, ancaq pis hazırıq. Belə deyək. Qiymətimiz 3+.

– Dərsi yaxşı oxumamışıq?

– Dərsi yaxşı oxumamışıq. O qədər də hazır deyilik. Həm də demokratiya üçün ən böyük şərt də – öz zəifliyimiz haqqında mən danışdım – ətrafımızın çox çətin olmasıdır. Antidemokratik Rusiya bizi tutmaq istəyir – ondan avtoritarizm gəlir. Bu tərəfdən İran. Azərbaycana oradan nələr gəlir, bilirsiniz. Ermənistanla müharibə. Dənizin o biri tərəfindən də gündə bir başçı çıxır. Bax, o vəziyyətdə ortada qalmışıq. Bunların hamısı təsir eləyir. Çətinlikdir.

– Bir az Gürcüstanda demokratiya var idi, Əfqan Muxtarlı hadisəsindən sonra ora da inam qalmadı.

– Baxın, görürsünüzmü, yenə də o zəif, demokratik Gürcüstan bizim üçün balaca bir форточка oldu. Camaat ora gedir-gəlir. Demokratlar gedib orada qalır. Kimisə tutub gətirdilər oradan, amma yenə də orada adamlarımız var.

– Amma daha gedib-gələn yoxdur ki…

– Sən bilmirsən, ortada nələr var. Bilə bilməzsən.

– Hə, eləmi?

– Heç mən də bilə bilmərəm, nələr var. Yoldaş, o mənada yox. Yəni o mənada vacibdir. Gürcüstanın azadlığı bizə vacibdir. Zəifik, qardaş. Mən qəbul eləyirəm.

 

Xalqla Əbülfəz bəy kimi danışmaq lazımdır, onu isə mən bacarmıram

– Hikmət bəy, 2018-ci ildə növbəti prezident seçkiləri gəlir. Nə düşünürsünüz? Cəmiyyətin durumu yetərlidirmi? Namizəd olaraq kimi görürsünüz? Heç ağlınızdan keçirmi ki, özünüz də namizədliyinizi irəli sürəsiniz?

– Yox, birincisi, mən prezident olmaq istəmirəm, çünki səhhətim zəifdir mənim. Bu iş çox böyük güc, yük tələb eləyir. İkincisi, xalqla Əbülfəz bəy kimi danışmaq lazımdır, onu isə mən bacarmıram. Alimsayağı danışıram, o da qəbul olunmur. Üçüncüsü, nə olacaq? Nə ola bilər? Elə bu gedişlə getsə, heç nə olmayacaq, aydındır, kimi özləri seçəcək. Amma ola bilsin ki, Rusiya başladı çökməyə. Onda çox şey dəyişə bilər. Onda çox şey dəyişə bilər.  

– Rusiya çökərsə, bura qarışar, eləmi?

– Bura qarışar, mütləq bura qarışacaq.

– O xalq yenə gələcək?

– Həmən xalq yenə qalxacaq. Qalxacaq. Böhran başlayandan istənilən taksiyə minirsən, hər sürücü səninlə siyasətdən danışır.

– Hə, hər kəs elədir.

– Qabaq elə deyildi ha. Mən əvvəllər otururdum, oturan kimi də başlayırdım cəbhəçilik eləməyə. Bir az da başlayırdım taksi sürücüsünü qızışdırmağa ki, “qardaş, vəziyyət çətindir də.”  Deyirdi, “A yooo, yoo. Mən qaçqınam. Heydər Əliyev gəlmişdi bizə pəncərə qoydu, sağ olsun”. İndi elə deyil. Elə şey yoxdur. Hamı danışır. Hamı narazıdır. Hara gedirsən, qohum, qardaş, qonşu, taksi sürücüsü… Narazılıq böyükdür. Ancaq böyük dəyişikliklər üçün dörd şərt olmalıdır. Birincisi, xalqın narazılığı – bu var. Sonra olmalıdır xalq üsyanı, yəni iğtişaşlar. Sonra yuxarıdakılar öz aralarında parçalanmalıdırlar. Elita parçalanmalıdır. Necə ki, bizim vaxtımızda naxçıvanlılarla vəzirovçular parçalandılar. Naxçıvanlılar keçdilər bizim tərəfə. Dördüncüsü, ətraf mühit…

– …Yetişməlidir…

– Yox, belə deyək, əlverişli olmalıdır. Ancaq hələ ki, bunlardan biri var. Xalq narazılığı.

 

Yenə naxçıvanlılar bu tərəfə gələcək

 

– Elə davamı da ondan sonra gəlir. Əsas o deyilmi? Əgər xalq narazıdırsa…

– Bəli, xalq narazıdır. Əgər krizis dərinləşərsə, toqquşmalar başlayacaq. Əgər Mehriban xanımın düşərgəsi o biri düşərgə ilə dava edərsə, o zaman da elita parçalanacaq.

– Yenə naxçıvanlılarla dava eləyəcəklər, yenə naxçıvanlılar bu tərəfə gələcəklər?..

– Ola bilər. Hər şey ola bilər. Ya da o biri klan bu tərəfə gələcək. Nəzəriyyə belədir. Bu dörd şey əsasdır. Axırıncı, Rusiya da, İran da düzəlməlidir. Oradan, belə deyək, demokratiyanın küləyi gəlməlidir Azərbaycana.

– O ehtimal varmı ki, Rusiya çökür?

– Var. Rusiyanın vəziyyəti çox çətindir. Son həftələr ABŞ Senatı yeni sanksiyalar tətbiq elədi və o sanksiyalar səsverməyə qoyulmamış Rusiyanın səhmləri neçə milyardsa ucuzlaşdı. Xəbər yayıldı, amma qərar yoxdur hələ. Yəni səsverməyə qədər bu itki, böyük itkidir. Səhmləri ucuzlaşdı. Belə idarəçilik, Rusiyadakı bu cür idarəçilik çox pis idarəçilikdir. Bunu onlara deyirlər, onlar da buna qulaq asmırlar.

 

Əvvəl xalq oyanır, sonra lider gəlir, əksinə olmur

 

– Bizim müxalifət 2018-ci il seçkilərinə gecikmir ki?

– Müxalifət bizdə, belə deyək ki, yoxdur. İndiki vəziyyətdə… O mənada yox ki, müxalifətimiz pisdir. Cəmiyyət yoxdur. İnsanlar yoxdur. Ancaq винтик-lər var. O винтик-lər gül açanda, adama çevriləndə müxalifət də olacaq, güclənəcək də. O zaman hər şey də olacaq. Əvvəl xalq oyanır, sonra lider gəlir. Əksinə olmur. Hamı deyir ki, “gəlsin kimsə, düşsün qabağa, bizi oyatsın”. Yox, o qədər oyadan olub, heç kəs oyanmayıb. İslamda 127 min peyğəmbər var. Müsəlman xalqı heç birinə oyanmadı ki, bir dənə Məhəmməd peyğəmbərə oyandı.

– Amma o peyğəmbərlərin hamısı da yəhudi idi. Bir Məhəmməd peyğəmbər ərəb idi, o da İslamı gətirdi.

– O ayrı bir şeydir ki, yəhudidirlər. Bu paradoksu, mən əziz tamaşaçıların yaddaşına salmaq istəyirəm. Elə olmur ki, xalq yatsın, kimsə gəlsin və başlasın xalqı oyatmağa.

– Xalq oyanmalıdır?

– Xalq oyanmalıdır, sonra lider gəlir. Kim gələcəksə… 5-6 nəfər var. Var. Həm o köhnə liderlərdən, həm də təzələri. Əgər kimsə gəlməsə, mən xəstə-xəstə özüm gələcəm. Buradan söz verirəm.

– Sağ olun.

(Gülür…) Hə, qurtardıq?

– Hə.

– Əla, kəsərsiniz bu yerini.

 

 

SON

 

Strateq.az