Gündəm

Müsahibə

  • " width="300" height="266" />
    Deputat Avropa Şurasından aralanmaq çağırışlarının əleyhinə çıxdı:"Münasibətlərin korlanması Rusiyanın maraqlarına cavab verir" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    İqtisadçı alim Qubad İbadoğlu:"İlin sonunda Azərbaycan valyuta bazarında gərginlik artacaq" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    MƏRKƏZİ KƏŞFİYYAT İDARƏSİNİN TƏHLİLÇİSİ POL QOBL:"Rusiya Bakının sədaqətini təmin etməyincə, münaqişənin həllinə imkan verməyəcək"
  • " width="300" height="266" />
    Britaniyanın Cənubi Qafqazdakı hərbi attaşesi:"Azərbaycanın NATO ilə əməkdaşlıq səylərini yüksək qiymətləndiririk" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Sabiq respublika prokuroru İlyas İsmayılov:“Yazıçı Anarı  Prokurorluğa dəvət elədim, cinayət işini qabağına qoydum...”
  • " width="300" height="266" />
    Rauf Arifoğludan sensasion açıqlamalar və etiraflar:"HEYDƏR ƏLİYEVƏ XEYLİ HAQSIZLIQ ETMİŞİK" - Müsahibə
  • " width="300" height="266" />
    Təhsil Nazirliyinin şöbə müdiri:"Tarix İnstitutu xəritə ilə bağlı heç bir irad bildirməyib, təklif verməyib"
  • " width="300" height="266" />
    Türkiyəli politoloq:“Rusiya bizim üçün qətiyyən Qərbin alternativi ola bilməz” - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    “ABŞ RƏSMİ ANKARADAN QİSAS ALIR” –“Mehr News”a müsahibəsində türk politoloq gərginliyin səbəblərini açıqlayır
  • " width="300" height="266" />
    Deputat Asim Mollazadə:“MƏMURLARIN CİLOVLANMASININ VAXTI ÇATIB” - Müsahibə

Qaynar Qazan

  • " width="300" height="266" />
    “Quran”a izah yazan Sərdar Cəlaloğlu:“Təriqətlərə bölünmənin yanlış olduğu "Quran"da göstərilib” - VİDEO
  • " width="300" height="266" />
    Sərdar Cəlaloğlu Rəsul Quliyevdən danışdı:"Onda gördüm ki, bu, Heydər Əliyevin siyasətini dəstəkləmir" - VİDEO
  • " width="300" height="266" />
    Nobeli adiləşdirən adam – Sərdar Cəlaloğlu:"Gücsüz mitinqlər güclü iqtidarı bir az da gücləndirir"-VİDEO
  • " width="300" height="266" />
    İlkin Rüstəmzadənin Anasından şok müsahibə:“İlkin müdafiədən narazıdır, dostlarından incimişəm”-VİDEO
  • " width="300" height="266" />
    Elçibəyin dostu 17 illik sirri açdı:“Cənazəsi ilə birlikdə bir çanta pul gətirdim” - VİDEO
  • " width="300" height="266" />
    Mirmahmud Mirəlioğlundan şok açıqlamalar:“Elçibəyin ölümündə müəmma var!”-VİDEO
  • " width="300" height="266" />
    Zəminə Allahyarova yaxın tarixə işıq salır:“Heydər Əliyev Beycana "oğlum" deyirdi” - VİDEO
  • " width="300" height="266" />
    23 illik dostu Elçibəyin son günlərindən danışdı:“Elçibəyin əleyhinə danışanların hələ də günahı var və cəzalarını çəkib qurtarmayıblar”-VİDEO
  • " width="300" height="266" />
    Beycan Fərzəliyevin xanımı 25 ildən sonra danışdı:“Heydər bəy də, Əbülfəz bəy də çox maraqlı həmsöhbət idilər”-VİDEO
  • " width="300" height="266" />
    Sabiq Baş nazir Nobelə gedir:"Turan Birliyini yeni nəsil texnologiya ilə qura bilərik"-VİDEO

Qapalı Mövzu




Vəkil Bürosu

Oktyabr 2017
BE ÇA Ç CA C Ş B
« Sen    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

XƏBƏR LENTİ

24 Oktyabr 2017
23 Oktyabr 2017

08 Avqust 2017 - 10:58

Becan Fərzəliyevdən şok müsahibə:“Elçibəy Heydər Əliyevi sevirdi”-VİDEO

Bir gün bizim həyətdə Heydər Əliyevin Azərbaycana gəlməsi məsələsi müzakirə olunurdu, Tofiq Qasımov çox əsəbi şəkildə dedi ki…

 

“Qaynar Qazan”ın budəfəki qonağı Beycan İbrahimoğlu Fərzəliyevdir. Zamanın önəmli hərəkatçılarından biri, Əbülfəz Elçibəyin yaxın dostu olan, sonra da Naxçıvan kimi kritik bir bölgənin Baş naziri vəzifəsinə yüksələn və oradan müəmmalı şəkildə uzaqlaşdırılan bir siyasi xadim. Onu Azərbaycan ictimaiyyəti yaxşı tanıyır. Haqqında hələ də danışırlar. Xüsusilə, “Qaynar Qazan” və “Azadlıq Salnaməsi” verilişlərində hərəkat illərindən danışan bir çox adamların dilindən “Becangilin evindəki toplantıda danışdıq ki”, ““Becangilin evində qərar verdik ki”, “Becangilin evində müzakirə olundu ki” sözlərini çox eitmişəm. Beycan Fərzəliyevin evi Azərbaycan Xalq Cəbhəsinin bir növ qərargahı olub sanki. Hamı onların evindən gəlib keçib. Məxsusən, həyat yoldaşı Zəminə xanım bütün hərəkatçıların dillərinin əzbəridir. Bu ailə və bu ev Azərbaycan Milli Azadlıq Hərəkatının məhək daşlarından biri olub. Bu haqda onların özləri ilə görüşdükdən sonra adamda daha aydın təsəvvür yaranır. Ev olmayıb onlarınkı, qərargah olub, qərargah…

Beycan Fərzəliyev uzun zamandan bəri Ankarada fəaliyyət göstərib. Özü ilə birlikdə ailəsi də orada yaşayıb. Övladları da Ankarada təhsil alıblar. Özünü qiyabi tanımışam, Zəminə xanım haqqında həmişə tanınmış hərəkatçılardan eşitmişəm. Oğlu İbrahimlə tələbəlik illərindən tanımışıq bir-birimizi. Amma nə qərib bir təsadüfdürmü, yoxsa bunda da bir hikmət varmı ki, biz Ankaradakı 8-9 ildə heç qarşılaşmadıq. Çalxantılı, təlatümlü Ankarada heç bir dəfə belə, hər hansı toplantıda belə Beycan bəylə, Zəminə xanımla qarşılaşmadıq. Baxmayaraq ki, mən Ankarada çox fəal idim və demək olar ki, bütün tədbirlərdə bu və ya digər formada var idim. İşə bax ki, Beycan bəyi heç görməmişdim. Demək istədiyim odur ki, Beycan Fərzəliyev o qədər hər şeydən uzaqlaşmışdı. Azərbaycan Kültür Dərnəyinin toplantılarında iştirak etmirdi, Azərbaycanı Tanıtma Dərnəyinin toplantılarında da görməmişdim onu. Bircə rəhmətlik Müzəffər Özdağın sədri olduğu Türkiyə-Azərbaycan Dostluq Dərnəyinin İdarə Heyətinin bəzi üzvləri onun Ankaraya gəlişindən və yerləşməsindən danışmışdılar, vəssalam. Beləcə, Beycan İbrahimoğlu Fərzəliyev bizim üçün də müəmmalı və sirli bir adam idi. Haqqında ən müxtəlif əfsanələr danışılan bir adam…

25 ildən çoxdur ki, Beycan İbrahimoğlu Fərzəliyev danışmır. Mən ümumiyyətlə, onun hansısa müsahibələrinə, danışıqlarına rast gəlməmişəm. İxtisasına görə, bəzi elmi dərgilərdə müsahibələri ola bilər, ancaq Azərbaycan ictimaiyyətini maraqlandıran, ictimai-siyasi hadisələrdən bəhs edən müsahibələrinə – hələ-hələ bir “Qaynar Qazan” müsahibəsinə heç rast gəlməmişəm. Onun adı axtarışlarda yalnız 1-2 qədim fotolarda və yazılarda keçən halı ilə çıxır. Hətta Ankarada “Qaynar Qazan”ın elanını dərc edəndə bütün axtarış sistemlərindən axtarmağıma baxmayaraq, bir şəklini belə tapa bilmədim. Türklərin Beycan İbrahimoğlu dedikəri, ancaq bizim Becan Fərzəliyev kimi tanıdığımız adam o qədər bizdən – Azərbaycandan uzaqlaşmışdı. İllərdir danışmır, müsahibə vermir, mətbuat da ondan bəhs etmirdi.

Beycan Fərzəliyevlə bax belə bir vəziyyətdə görüşdük. Ona az sual gələcəyini düşünmüşdüm. Necə olsa da, illərdir kənarda idi və yeni nəsil onu çox az xatırlayırdı. Amma gözlədiyimin əksinə olaraq, Beycan bəyə gündəmdə olan siyasətçilər və partiya başqanları qədər sual yağışı gəldi. Ona keçmişdən, partiyalararası münasibətlərdən, Naxçıvandan necə çıxdığından və indidən suallar verirdilər. Ortada 25 ilin bir hesabatı vardı və hər kəs hər sualın cavablandırılmasını istəyirdi.

Mən Beycan bəyi xeyli demokrat gördüm. Halını, tövrünü pozmadan bütün sualları cavablandırdı. Bəzilərinin üstündən keçdi, bəziləri haqqında heç danışmaq istəmədi, amma ümumən, heç bir sualımıza sərt və radikal yanaşmadı. Özü də bəzi məsələlərdə çətinlik çəkirdi sanki. Onu başa düşmək olardı. Suallarla əvvəlcədən tanış olmaq imkanları olmuşdu deyə, bəzi məsələləri mənimlə dəqiqləşdirdi də. Məsələn, AXCP-nin AXC-nin mirası olması haqqındakı suala cavab verməmişdən əvvəl neçə AXCP-nin olduğunu dəqiqləşdirdi. 4 olduğunu deyəsən, heç özü də bilmirdi.

Beycan Fərzəliyev sualları cavablandırdı, amma deyəsən, daha çox öz sahəsindən, plazma enerjisindən, bu enerjinin dünyanın gələcəyində oynayacağı roldan və Türkiyə ilə Azərbaycanın bu enerji sahəsində etməli olduğu əməkdaşlığından danışmaq istəyirdi daha çox. O haqda da danışdıq və sözün bütün mənalarında heyrətləndim. Türkiyədə böyük uğurlara imza atan Beycan Fərzəliyev sürətlə Nobel mükafatına doğru gedir və bu haqda Rusiyadan, hətta müraciət belə olunub. Təsəvvürü belə gözəldir və biz Nobelə gedən çalışmaların şahidi olduq, laboratoriyada işləri çəkdik, təxminən 40-a qədər əməkdaşın çalışdığı xüsusi çalışmaları gördük. Bu, hələ bizim gördüyümüz laboratoriya idi. Hələ Beycan bəyin başqa laboratoriyaları da vardı ki, o haqda hələ danışa bilmədik.

Təkcə Beycan bəylə müsahibə almadıq. Biz Ankaradan əlidolu gəldik və Beycan bəyin ömür-gün yoldaşı, həmin ev-qərargahda Milli Azadlıq Hərəkatının qulluğunda duran, hamıya ana-bacılıq edən Zəminə xanımdan da müsahibə götürdük. Beycan Fərzəliyevin 4 hissədən ibarət olan müsahibəsindən dərhal sonra “Azadlıq Salnaməsi”ndə Zəminə Allahyarova ilə müsahibəmiz yayınlanacaq. İkisi də bir-birindən gözəl müsahibədir. Beycan bəy kimi, Zəminə xanım da indiyə qədər mətbuata danışmayıb. Onlar ilk dəfədir Azərbaycan mətbuatına bu həcmdə müsahibə verirlər.

Bu müsahibənin alınması mənim Ankarada birlikdə oxuduğumuz tələbə yoldaşlarım sayəsində baş tutdu. Sağ olsun əziz dostum Fizuli Həmidovu. Onunla danışdıq, məsləhətləşdik və alındı. Həm illərin ayırdığı günlərin xatirələrini canlandırdıq, həm də Azərbaycan mətbuatı üçün möhtəşəm bir layihəyə imza atdıq. Xəbərin və müsahibənin ardınca “Qaynar Qazan” və “Azadlıq Salnaməsi” olaraq buradan ta Ankaraya qədər getdik. Bir media olayı yaratdıq və bu olayın nəticəsində Beycan Fərzəliyev və həyat yoldaşını 25 ildən sonra Azərbaycan mediasının tarixinə qazandırdıq. Qoy bu millət və məmləkət üçün davamı gəlsin…

Sakit, bir az soyuq adam təsiri bağışlayan, çox ağıllı, təmkinli bir adamdır Beycan bəy. Tərəddüdlü və şübhəkar bir halı vardı və görüşümüz boyu bu hal onu heç tərk etmədi. Hər zaman düşüncəlidir. Danışanda çox ehtiyatlı bir üslub qurdu, amma onun normal vəziyyəti də bu idi. Böyük olaylar haqqında düşünür. Danışdıqları inandırıcıdır. Hələ təbii ki, hər şeyi danışmadı və bunu anlamaqda çətinlik çəkmədim. Çünki bu dövlətin onun başına açdığı oyunların başqa bir variantını da mən yaşamışam. Ona görə də Beycan bəyin müsahibəsindən razı qaldım. Əslində, Beycan bəyin nə deməsindən asılı olmayaraq bu müsahibə tarixi müsahibə olacaqdı. Ki, Beycan bəy çox şey dedi…

Uzun illər sonra ilk dəfə getdiyim Ankaradan, eləcə də bu müsahibədən, Beycan bəydən, Zəminə xanımdan, İbrahim bəydən, Fizulidən o qədər təəssüratlarım var ki, bəlkə bir roman qədər… Bitməz… Amma mən Beycan Fərzəliyevlə “Qaynar Qazan”-ı Oxuculara təqdim etməliyəm.

“Qaynar Qazan”da 41-ci qonağımız Azərbaycan Milli Azadlıq Hərəkatının önəmli simalarından biri, Naxçıvan Muxtar Respublikasının keşmiş Baş naziri Beycan Fərzəliyevdir. 25 ildən sonra ilk dəfə Azərbaycan mətbuatına danışır…

Əvəz Zeynallı,

“Qaynar Qazan”

 

I hissə

 

Niyə neçə ildən sonra televiziyaya – “Qaynar Qazan”a çıxdım?

– Bu gün “Qaynar Qazan” verilişinin eksklüziv bir çəkilişidir. Biz Azərbaycanda yox, Türkiyənin paytaxtı Ankaradayıq. Bugünkü qonağımız Azərbaycan siyasətinin, Azərbaycan ictimaiyyətinin çox yaxından tanıdığı, amma uzun müddətdir görmədiyi və müsahibəsini eşitmədiyi adamdır. “Qaynar Qazan”ın qonağı AXC hakimiyyəti dövründən, AXC-nin ilkin qurulduğu dövrlərdən Əbülfəz Elçibəyin silahdaşı kimi və Azərbaycanda Milli Azadlıq Hərəkatının önəmli simalarından biri kimi Naxçıvanın baş naziri olmuş, hazırda Türkiyədə Anadolu Plazmalar Texnologiyası Mərkəzinin prezidenti olan Beycan Fərzəliyevdir (İbrahimoğlu). Beycan bəy, “Qaynar Qazan”a xoş gəlmisiniz.

– Əvəz bəy, bilmirəm, kim xoş gəlib? Sən Ankaraya gəlmisənsə, o zaman sən xoş gəlmisən, mənim müsafirimsən.

– Biz Ankaraya xoş gəlmişik, siz də “Qaynar Qazan”a xoş gəlmisiniz.

– Əvvəla, hər kəs üçün maraqlı bir şey vardır. Təxminən 24-25 ilə yaxındır ki, Ankarada yaşayıram və kifayət qədər imkanlarım var ki, televiziyaya çıxam. Və çıxıram da…

– Bəli.

– Amma heç bir vaxt Azərbaycan haqqında danışmadım. Suallar verəndə də dedim ki, “Azərbaycanla bağlı konu farklı bir konudur.” Birdən-birə sual verə bilərlər ki, niyə neçə ildən sonra televiziyaya çıxdım?

– Maraqlıdır.

– Niyə Əvəz bəylə konuşdum? Birincisi, verilişin konsepti fərqlidir. Öncədən bütün Azərbaycana xəbər verirsən ki, mən bu adamla televiziya vasitəsilə canlı yayım edib, danışacam. Kimin içində nə varsa, kimin hansı suala cavab almaq ehtiyacı varsa, bu bir dost da ola bilir, yaxın da ola bilir, bir sənətkar da ola bilir – fərqi yoxdur – suallar versinlər və o suallar ətrafında da cavablar alınsın. Mənim içimdən bu gəlirdi – son illərdə dünyada tam fərqli dəyişikliklər baş verir. Trampın gəlməsilə bütün dünya siyasəti dəyişir. Bununla bağlı Azərbaycanda nə düşünürlər – mənimlə bağlı deyil, genel olaraq nə düşünülür Azərbaycan-Türkiyə münasibətləri ilə əlaqədar? Buna görə razılıq verdim. Təəssüf ki, gələn suallarla tanış olandan sonra, türklər demiş, “xəyal qırıqlığına uğradım”. Gələn suallara baxıram. Elmdən, bilgidən kənar bir şeylər yazıblar.

– Amma o suallar da var, Beycan bəy. Yəni sizin dediyiniz məsələlərlə bağlı suallar da var…

– Mən tanış olduğum sualların içində yoxdur.

– Açıq yazılan suallar deyil ki, sadəcə. Biz müsahibəni hər yazılan suallar üzərində qurmuruq ki… Şəxsi mesaj qutusuna gələn suallar var, ayrılıqda ünvanlanan suallar var. Şəxsən mənim, Əvəz Zeynallı olaraq suallarım var…

– Qəfil suallarınız ola bilər?..

– Bəli, qəfil suallarım da olacaq təbii ki.

– O zaman başlayaq.

 

Mən siyasəti çox sevən birisi – siyasət adamı deyiləm

– Şəxsən mənim fikirlərim və bu müsahibənin məqsədi – mən elə fikirləşirəm ki – Azərbaycan-Türkiyə münasibətləri, bölgənin strateji gələcəyi, bölgədə silahlı qüvvələr balansının müzakirə olunmasıdır… Mən şəxsən onu fikirləşirəm, zatən sizin sahəniz də odur. Tramp burdan gəldi – bir dəli, Putin orda var – o bir dəli… Yəni ətraf bölgələrdə baş verən hadisələr – İranda çox böyük hadisələr cərəyan edir, Gürcüstanda fərqli pozisiyalar var. Biz əslində o haqda danışacağıq. Amma mövzu Beycan Fərzəliyevdirsə və Naxçıvanın baş naziri olubsa, Azərbaycan Xalq Cəbhəsinin qurucularından biridirsə, işlər dəyişir. Mən kiminlə söhbət edirəmsə, Azərbaycan Milli Azadlıq Hərəkatında iştirak etmiş adamlardan biri olaraq hər kəs bu və ya digər formada sizin adınızı çəkirlər: Beycanın evində filan şey elədik, Zəminə xanım (Beycan İbrahimoğlunun həyat yoldaşı) filan şeyləri etdi. Beycan bəyin evində filan məsələlər müzakirə olundu və s. Hətta mən zaman-zaman bir az təəccübləndim və hətta bəzilərindən soruşdum ki, Beycan bəyin evi AXC-nin zaman-zaman qərargahımı olub? Elə olmayıb, amma bu fakt da müəyyən rol oynayıb. 24 ildir yoxsunuz, danışmırsınız. Ona görə də Azərbaycan Oxucusu təbii ki, dərhal o hadisələri xatırlayıb, soruşur. Mən sizə bir məqamı da deyim. 24 ildir mətbuata çıxmayan bir adama ünvanlanan suallar da həddindən artıq çoxdur. Biz Ankaraya gələnə qədər heç kəsi bu haqda xəbərdar etməmişdik. Bir neçə saat içərisində məlum olanda ki, biz Beycan Fərzəliyevdən müsahibə götürəcəyik, 50-yə yaxın sual gəldi. Və mənim inbox-uma da ayrıca suallar yağdı. Bu, onu göstərir ki, siz hələ də Azərbaycanda insanlar tərəfindən unudulmayıbsınız. Bu, əslində xoş bir şeydir. Həmin o vaxtlara qayıtmaq istəyirəm. Biz o strateji məsələlərə gələcəyik – sizin dediyiniz, bizim dediyimiz söhbətlərə gələcəyik. Azərbaycandan 24 ildir çıxıbsınız, baxın, bu siyasi arenada danışmamısınız. İndi insanların çoxlu sualları var. Hər kəs də danışanda sizdən bəhs edir. Necə xatırlayırsınız 24 il əvvəli?

– İnsanlarımı necə xatırlayıram, ya olanları?

– İnsanları, olayları, təşkilatı. Naxçıvanın baş naziri birdən-birə…

– İstəyirsinizsə, bu “baş nazir” sözünü ortadan çıxaraq? Baş nazir qısa bir sürədə oldum. O zaman baş nazirin o qədər də böyük səlahiyyətləri yox idi. Çünki Naxçıvanın özü-özünü təmin eləməsi üçün 30/100 Naxçıvan tərəfindən parasal, maddi idi. Yerdə qalanı Azərbaycandan gəlirdi.

– Bakıdan…

– Bakıdan gəlirdi. İnsanların yaşayışı üçün Bakı nə qədər pul göndərirdisə, – onlara da çeşidli servis xidmətləri yapılırdı – bununla çox sərbəst imkanları olan baş nazir deyilsən.  

– Siz Elçibəy hakimiyyətindən əvvəl, AXC hakimiyyətə gəlməmişdən əvvəl Naxçıvanın baş naziri oldunuz?

– Bəli.

– Bu, necə oldu?

– Əslinə baxarsan, mən siyasəti heç də çox sevən birisi deyiləm. Yəni siyasət adamı deyiləm. Bunu demək istəyirəm. Azərbaycanda – o zaman mənə verilən ilk sualla başlayaq. AXC ilə bağlı bir sual verilib…

– Hə, Namiq Salam soruşub ki, indiki AXCP-ni AXC-nin varisi sayırsınızmı?

– Bir kəlmə bunu demək lazımdır. Azərbaycan Xalq Cəbhəsi – AXC dediyiniz Azərbaycan xalqını təmsil eləyən bir quruluş idi. Orada kommunisti də var idi, bitərəfi də var idi, hər düşüncədə olan insanlar var idi.

– Yəni bütün xalqın təşkilatı idi.

– Bəli, bütün xalqın təşkilatı idi. İndi sizinlə danışanda da məlum olur ki, 4-5 Xalq Cəbhəsi Partiyası var.

 

İlk toplantımız laboratoriyada oldu

– Ən azı dördü var.

– İndi hansı Cəbhənin varisidir, mən onu çətin bilərəm. Çünki çox da məntiqi bir sual deyil. Hansıdır varisi? Yəqin hər biri özünü varis hesab eləyir. Və nəyin varisidir? O zaman birləşmiş, bütöv bir Azərbaycan var idi. Maddi və mənəvi hər kəs o Xalq Cəbhəsinin yanında, içində olmaq istəyirdi, onu müdafiə edirdi. Amma səbəb nə idi? Xalq Cəbhəsi niyə yaranmışdı? İki ciddi səbəbi var idi: 1. Qarabağ məsələsi – Ermənistan birdən-birə Qarabağı özünün torpağı elan etdi.

– Beycan bəy, üzr istəyirəm, yəni siz ilk quruluş günlərindən hadisələrin içində olmusunuz?

– Bəli.

– Əbülfəz bəyi nə vaxtdan tanıyırdınız? Əbülfəz bəy vasitəsilə Cəbhədə olmusunuz, yoxsa ayrı gəlmisiniz?

– Xeyr, Əbülfəz bəylə AXC-ni birləşdirmək olmaz.

– Ayrı-ayrı mövzulardır?

– Ayrı-ayrıdır. Xalq Cəbhəsi ilk öncə insanların rahatsızlığı, məsələn o zaman…

– Topxana meşəsindən…

– Topxana meşəsinin ermənilər tərəfindən kəsilməsinə etiraz edən insanlar meydana toplaşmağa başladılar. Ondan öncə də narahatlıqlar var idi, televiziyadan bilirdik. Ondan başqa, Qarabağda iki adam öldürülmüşdü. O hadisələrdən Ermənistanın təcavüzkar ruhu bilinirdi. Və rus siyasətçilərinin ikiüzlülüyü, o tərəfə meyl eləməyi insanlarda – bir az da bizdə rus şovinizmini ortaya çıxarırdı. Xalq Cəbhəsi belə, qısa-qısa yarandı. 10 kişi, 15 kişi ilə. Xalq Cəbhəsi birdən-birə yaranmadı. Birdən-birə yarananın da adı Xalq Cəbhəsi deyildi. Sonralar yarandı. Bayaq dediyiniz bir sual var ki, “Beycan bəyin evi təşkilatın qərargahı idi?” Onu deyim ki, Azərbaycan Xalq Cəbhəsi öncədən bilinmiş bir təşkilat deyildi ki, yeri, yurdu olsun? İnsanların bir yerə yığışması, toplaşması, dərdləşməsi lazım idi. Toplaşmaq üçün çayçılar var idi, amma yavaş-yavaş da çayçıdan başqa bir yerə getmək lazım idi. İlk yer Azərbaycan Politexnik İnstitutu, bizim laboratoriya oldu. İlk toplantımız da laboratoriyada oldu.

– Siz o zaman Politexnik İnstitutunda müəllim işləyirdiniz?

– Bəli.

– Orada özünüzün də laboratoriyanız var idi…

– Mən eyni zamanda Xalq Təhsili Nazirliyində idim. Politexnik institutunda da 0,25 ştatla dərs deyirdim. İlk toplantlarımızdan biri orada başladı.

– Oradakı laboratoriyada?

– Oradakı laboratoriyada. Sonra yavaş-yavaş adamların sayı çoxaldı. Say çoxaldıqca da laboratoriyada yer olmadı. Digər tərəfdən də institutun rektoru, prorektorlar, digər rəhbərlikdəki adamlar rahatsız olurdular. Hökumət bir az etiraz kimi baxırdı bu toplantılara. Hətta yeri gəlmişkən deyim, bir gün rektorluqda bir toplantı çağırdılar və mənimlə birlikdə bir-iki professoru cəzalandırdılar.

– İnstitutda? Niyə?

– İnstitutda. Çünki biz meydana tələbələrimizlə birlikdə getmişdik. O zaman tarix kafedrasının müdiri var idi, Salman müəllim. Çox da dəyərli bir adam idi. Dedi ki, “Beycan müəllimdə günah yoxdur, tələbələri gedib, o da onları geri gətirmək istəyib”. Məni qorumaq istəyirdi.

– Hə, müdafiə eləmək üçün..

– Mən o zaman dedim, “xeyr, elə olmadı, mən getdim, tələbələrim də gəldi”. Ondan bir həftə, 10 gün sonra məni universitetdən uzaqlaşdırdılar. Yəni belə şeylər var idi.

 

Bir evə yığışacaqsansa, evin kişisindən çox, onun xanımına görə yığışacaqsan

– Yəni bundan sonra evə keçdiniz… Mənim üçün maraqlı gəlir. Başqa adamın evi yox idimi, elə sizin eviniz var idi?

– Bir az ağır bir sual oldu. Hər kəsin evi var idi.

– Niyə sizdə yığılırdılar?

– (Pauza…)

– Sizi üzüyumşaq tapmışdılar, yoxsa necə?

– Bir az elə idi. Hər halda əslində, iki şeyi doğru söyləmək lazım idi. Bir evə yığışacaqsansa, evin kişisindən çox, onun xanımına görə yığışacaqsan. Xanım qarşına çay gətirəcək, üzünə gülər baxacaq…

– Yəni bir az da Zəminə xanımın gülərüzlülüyü olub?

– Məsələn, toplantıların, iclasların çoxunu bizim evdə keçirərdik. Ona görə insanlar elə deyirlər.

– Eviniz bir az da təbii olaraq, qərargah rolunu oynayıb, eləmi?

– İlk qərargah orada idi. Ta ki, Xalq Cəbhəsi, Xalq Cəbhəsi olana qədər, bir yer olmalı idi. O baxımdan əsas toplantıları evdə keçirirdik.

 

O bombanı bizim evə atmışdılar

– Eşitmişəm ki, o zaman sizin evinizə bomba da atılıb.

– Keçmiş şeyləri çox qurdalamayaq. O bombanı bizim evə atmışdılar. Xoş bir şey deyil. Heç düşünmək istəmirəm. Çünki…

– Araşdırdınızmı, haradan atılıb, kim atıb, necə olub atıb?

– Heç araşdırmaq istəmədim, çünki kimin atdığını bilirdik.

– Bilirdiniz?

– Hə.

– İndi demək olmazmı, onu kim atıb?

– Xeyr, heç demək istəmirəm.

– Aradan 25 il keçib.

– İstər üzərindən 100 il keçsin. Onu bir erməni atmamışdı, azərbaycanlı atmışdı. Özü də Azərbaycanda KQB tərəfindən öyrədilən adam tərəfindən atılmışdı. İndi onu deməyin mənası yoxdur.

 

Fikir ayrılıqları yavaş-yavaş Xalq Cəbhəsini dağıtdı

– Beycan bəy, bir şey soruşmaq istəyirəm. Bunu mən bir neçə dəfə də hərəkatın öndə gedən adamlarından soruşmuşam. Ən müxtəlif adamlar bir aradaydınz. Ki, sonra məlum olur ki, bunların hərəsi tamamən ayrı-ayrı cinahlara, ideologiyalara, müəyyən siyasi qruplara bölünüb. Siz də var idiniz, deyək ki, Leyla Yunus da var idi, Zərdüşt Əlizadə də, Əbülfəz Elçibəy də var idi. O adamlar necə birləşə bilirdilər? Bu günün prizmasından baxırsınızmı ki, bu adamları bir yerə toplayan nə idi?

– Əslində, bu sualı mən bir neçə dəfə özümə verdim. Azərbaycanda doğulan hər bir kəsi Qarabağ ətrafında birləşdirdi. Bu birləşmənin də adı Xalq Cəbhəsi oldu. Yəni biz insanları bir bilgisayar kimi düşünməməliyik. Bir düyməyə sıxarsan, hamı eyni düşüncəyə sahib olur.

– Bir ideologiya ətrafında olub, hə…

– Əslində, burada başqa düşüncə sahibləri də torpaq, Qarabağ ətrafında birləşməyə məcbur idi. Amma zamanla fikir ayrılıqları ortaya çıxdı. Fikir ayrılıqları yavaş-yavaş Xalq Cəbhəsini dağıtdı. Yəni belə deyək, Xalq Cəbhəsinin üzvləri özləri-özlərini yedilər. Fikir ayrılıqlarının səbəbi də diqqətə alsanız o idi. Məsələn, o zaman meydana yığışan insanların böyük bir qismi türmədən gələn insanlar idi.

– Həbsxanadan…

– Həbsxanadan gəlmişdilər. Hər kəs torpağı üçün gəldi, Qarabağ üçün gəldi. Amma illər keçdi, Qarabağ çözülmədi. Bir atalar sözü var, “torpaq bərk olanda, öküz öküzdən görər.” Qarabağın çözülməməsi, Xalq Cəbhəsinin çözümlənməsinə gətirib çıxardı. Çünki ortaya fərqli düşüncələr çıxdı – bir qrup silahla, bir qrup siyasətlə, bir qrup Moskva ilə, bir qrup Amerika ilə çözəcəyik dedi, bir qrup Elçibəy kimi adamlar da, “biz özümüz çözməliyik”- düşüncəsində qaldı.

 

Başlanan səhv hələ də davam edir

– Biz harada səhv edlədik. 24 il xeyli uzun bir müddətdir. Üst-üstə götürəndə təxminən 30 il keçir. Yəqin sizin də düşünməyə vaxtınız olub. İndi də böyük işlərlə məşğulsunuz. Harada səhv elədik ki, Qarabağı çözə bilmədik? Xalq Cəbhəsi də çözə bilmədi.

– Harada səhv eləmişik deyəndə ki, guya indi səhvlərimizi düzəltmişik? Başlanan səhv hələ də davam edir. Hələ də Azərbaycan torpaqlarının 100-dən 25-i ermənilərin işğalı altındadırsa, deməli, bu səhv hələ də davam edir. Hə, bunun necə qarşısını ala bilərik? Bütün məsələ buradadır. Bu cür şeyləri birliklə alarsınız. Əgər o vaxt yaranan Xalq Cəbhəsi 4-5 yerə parçalanmışsa, bu birlik demək deyil, parçalanma deməkdir. Yəqin ki, o parçalanma da indiki iqtidara, hökumətə çox sıcaq baxmr. Bu parçalanmanın bir araya gətirilməsi lazımdır Azərbaycanda.

– Sizcə mümkündürmü? Kənardan baxırsınız.

– Təbii ki, mümkündür. Bu, iqtidara bağlıdır. İqtidar hamını ətrafına yığa bilər. Məsələ bundadır.

 

Hələlik Rusiyanın təsir nöqtələrindəyik

– Yeri gəlmişkən, Qarabağ məsələsindən danışırıq. Onun çözülməsinin açarı haradadır, Beycan bəy? Moskvadadır, Tehrandadır, Ankaradadır, Bakıdadır? Yəni siz nə cür görürsünüz?

– Bu, qlobal məsələdir. Dünyəvi bir məsələdir. Əgər bu gün bir açardan açar kimi yapışırsansa, o da dünya bölünmüş bir yerdədir – bunun Avropası var, Amerikanın təsir nöqtələri var, Rusiyanın təsir nöqtələri var. Hələlik biz Rusiyanın təsir nöqtələrindəyik. Amma Rusiyanın təsir nöqtələri təkcə elə Putinə bağlı bir şey deyil. Orada İranın da, Türkiyənin də – hər kəsin öz görüşü, öz düşüncəsi var. Qarabağın çözülməsində, bir fakt deyim sənə. Məsələn, Ermənistanda neft yoxdur. Amma Ermənistanda arabaların hər biri neftlə – benzinlə çalışır.

– Hələ deyəsən, benzin orada Azərbaycandan bir az daha ucuzdur…

– Hə, orasını demək istəmədim, çünki küsə bilərlər ki, Ankarada oturub, belə deyir. Hər kəs qiymətləri görür. Hər kəs hər şeyi bilir. Fəqət dəyərini bilmir. Hər şeyin qiymətini bilirsən, amma dəyərini bilmirsən. Ermənistanda bizdən daha ucuzdur. Əgər orada neft yoxdursa, o zaman benzin haradan gəlir? Rusiyadanmı gəlir, İrandanmı gəlir, yoxsa…

 

Azərbaycanı o qədər şərəfsiz hesab eləmirəm ki…

– …Bəlkə bizdən gəlir?

– Əlimdə o qədər fakt yoxdur. Bir də Azərbaycanı o qədər şərəfsiz hesab eləmirəm. Savaş yapdığı bir millətə silah versin ki, məni vur. Benzin bir silahdır. Mən belə düşünürəm.

– Arif Əliyevin 3 sualı var.

– O kimdir?

– Facebook istifadəçisidir.

– Hə.

– “Azərbaycan siyasətini izləyirmi?” Maraqlanırsınızmı, Bakıda baş verənlərlə, ictimai-siyasi hadisələrlə?

– Əslində, siyasət bir güvəndir. Güvən bir ruha bənzər, o ruh bədəndən çıxdısa, bir də təkrar geriyə gəlmir. Mən Azərbaycan siyasətini çox da izləmirəm. Çünki Azərbaycan başladığı siyasətdə həp məğlub olur. İnsanları yanıltmaq kimi, dostlarını yanıltmaq kimi…

 

Elçibəyə dedim ki, “mənimki bura qədər…”

– Beycan bəy, inciyibsinizmi? O vaxtdanmı küsübsünüz? Uzun müddət danışmamağınızın səbəbi bir də odurmu? Bir qırğınlıqmı var?

– Deyil, deyil. Çünki mən başından dedim, Azərbaycan Xalq Cəbhəsi Vəzirovun zamanında təsdiq olundu. Təsdiq olunan günün axşamı Elçibəyə dedim ki, “mənimki bura qədər…” Çünki mən özümü elm adamı sayıram. Tam olaraq mühəndisəm, belə sayaq. Siyasət başqa bir şeydir. Siyasətin incəliyinə qədər gərək biləsən. Əgər bunu bilmirsənsə, türklərin bir sözü var, “tostlayarsan”. Bir zamanlar, bizdən biri demişdi ki, Azərbaycan petrolu ilə Azərbaycanı milyarder eləyə bilərsən. Rəhmətlik Azad Mirzəcanzadəni mən çox sevərdim. Onun bir yazısı vardı – “Mən hesab verirəm”. Mən hesablama verirəm. Bir hesablama yapdı, gördü ki, Azərbaycan petrolu Azərbaycanı milyarder eləyə bilməz. Petrolla bərabər Azərbaycanın kənd təsərrüfatı və başqa qeyri-neft sektoru da inkişaf etdirilməlidir. Tək mənim petrolum var, deyib, Ərəbistan olarsan. Götürün Küveyti, çox zəngindirlər, hər şeyləri var. Amma içlərinə girərsən, heç bir şeyləri yoxdur. Pul-para hər şeyi həll eləmir, siyasi bilgi və texnoloji həll eləyir. Bu zaman o zamandır. O yoxdursa, bir şey yapamazsın.

 

Dedim ki, mən rus tankının burnunu görsəm, meydanda qalmayacam

– Elçibəyə deyəndə ki, “mən artıq yoxam”, nə dedi?

– Elçibəy güldü. Söhbətimizdən bəzi faktları demək istəyirəm. Bir dəfə meydana çıxmışıq. 10-15 gündür meydan davam eləyir. Bir gənc mənə yaxınlaşdı, adı Tofiq idi. Dedi ki, “Mən Tofiqəm, “KQB”-nin mayoruyam. Elçibəyə denən ki, sabah rus tankları meydana gələcək”…

– Allah, Allah… söhbət 1988-ci il, Meydan hərəkatından gedir?

– Hə. Elçibəy harada idisə axtarıb tapdım. Dedim ki, “gəl, evə gedək”… Evə gəldik. Neçə gündür evə gəlmirik, toz-torpağın içindəyik. Çay-filan içdik, dedim ki, belə bir şey oldu. Çay içə-içə dedim ki, birisi salam verdi, dedi ki, rus tankları meydana girəcək. Üzümə baxdı. Dedim ki, “bilirsən, nə demək istəyirəm, mən rus tankının burnunu görsəm, meydanda qalmayacam. Meydanda kiminlə olacaqsansa, indidən hesabını yap”.

– Bunu Elçibəy dedi?

– Mən dedim.

 

Elçibəy Kələkiyə getməklə tək qaldı

– Hə, siz dediniz.

– Dedim ki, rus tankını görsəm, o meydanda qalmayacam. Siyasi liderliyi sən görürsən, bu insanları da ora toplamısan. Kimlərlə tankın altına gedəcəksənsə, düşün. Zaman gəldi, Elçibəy Kələkiyə getdi, telefon açdı. Dedi ki, “Qaliba, səndən başqa tankın altına gedən olmadı”.

– Hamı tankı görəndə getdi…

– Bir şey demək istədi, mən onu anladım, nə demək istədi, onu o bilir, mən bilirəm. Bir də siz bilirsiniz. O Kələkiyə getməklə tək qaldı.

– Heç kim dəstəkləmədi yəni?

– Dəstəkləməmək fərqli bir şeydir. Xalq Cəbhəsi artıq parçalandı. O Xalq Cəbhəsi deyildi. İqtidara gələndə Azərbaycan Xalq Cəbhəsi gəldi. Amma sonra parçalanma başladı – Müsavat partiyası yaratmaqla, nə bilim, nə partiyası yaratmaqla…

– ŞADP-dən gələn bir yol vardı, onu deyirsiniz…

– Bəli, belə şeylərdir. Bunlar bir az keçmişdə qalan şeylərdir, onları qurdalamayaq.

 

Biz evimizdə bir qərar almışdıq – bizim soydan kimsə vəzifəyə getməsin

– Maraqlıdır, onda sizin mövqeyiniz nə oldu? Cəbhə hakimiyyətə gələndən sonra da siz ümumiyyətlə yox idiniz, görünmədiniz.

– Yox, yoxam.

– Bəs, Əbülfəz bəy sizə heç bir vəzifə vermədimi və ya təklif eləmədimi?

– Tarix boyu kimsə mənə vəzifə verməz, mən istəməsəm. Mən özüm vəzifəni istəyərəm və bularam. Örnəyimi Türkiyədən verim. Türkiyədə gəl, Azərbaycandan birisi sənə “bu vəzifəyə gəl” deyə bilməz. Mən gələrəm, özümə vəzifəmi seçərəm. Elçibəy Azad Mirzəcanzadəni iki dəfə mənim yanıma göndərdi. Azad Mirzəcanzadənin iki vəzifəsi vardı –  Bir VAK-ın sədri idi və bir də Texniki Komitənin sədri idi. Biz evimizdə bir qərar almışdıq. Bizim soydan, bizim ailədən kimsə ora getməsin. Bu Elçibəydən küsmə məsələsi deyildi. Azərbaycana da xidmət eləməmək kimi bir şey deyildi.

– Nəsə görürdünüz də, yəqin. Yaxınlaşan iflasımı görürdünüz, ya komandamı yetərli deyildi? Maraqlıdır. Yoxsa niyə getməyəsiniz ki?

– Türkiyə ilə yaxından ilgilənən birisi kimi yəqin görərsiniz. Bir hökumət dəyişikliyi olur. Hökumət dəyişikliyində gələn insanlara baxın. Gələn insanların hamısı hüquqşünas olmaz, hamısı doktor olmaz.

 

Məğlubiyyətin səbəbi – AXC iqtidarı Akademiyadan formalaşdı

– Bəli, ən müxtəlif peşələr, ən müxtəlif ixtisaslar…

– Azərbaycan Xalq Cəbhəsinin iqtidarı Akademiyadan formalaşdı. Elçibəyi də, İsası da, Pənahı da, Hüseyni də, Həsəni də – hər kəsi… Akademiyadan hakimiyyətə gəldilər və akademik bir şey gətirdilər. Bir az xoş deyildi. Yəni yürüyəməzdi.

– Yəni siz bunu gördünüz, dedinizmi bəyə?

 

Mən Naxçıvanda işləmiş və oradan qaçmışdım

– Xeyr, mən bunu Xalq Cəbhəsinin özündə söylədim. İqtidara gəlməmişdən öncə. Bizim həyətdə bir toplantı oldu, həmin toplantıda söylədim. Bu bir. İkincisi də, mən Naxçıvanda işləmişdim və oradan qaçmışdım. Buradan da qaçacaq duruma düşməmək üçün heç getmədim.

– Hə…

– Məsələn, Rafiq müəllim var – Rafiq Əliyev. Mən onu çox sevərdim. Zaman-zaman görüşərdik. Çünki o AZİ-də çox tanınmış bir professor idi. Təkcə Azərbaycanda yox, keçmiş Sovetlər Birliyində, Rusiyada çox tanınmış bir adam idi. O, bir neçə dəfə mənə dedi, “bir işin qulpundan yapış, yapışa bilərsən, amma əgər bunun bir sonunu görmürsənsə, bir yerə getməyəcəksənsə, yapışmasan daha yaxşıdır.” Mən Türkiyəyə gəlməyi tərcih edirdim. Hazırlaşırdım ki, Türkiyəyə gəlim və bunu da etdim.

– Arif Əliyevin suallarını bitirək, daha sonra o suallara gələcəm.

– Nə çox sualı var.

– Hə. “İsa Qəmbər, Əli Kərimli və Rəsul Quliyev arasında seçim imkanında qalsaydınız, kimi və niyə seçərdiniz?”

– Xoşuma gələn sual deyil.

– Ənənəvi bir sualdır.

– Bazardan adam seçmirik ki, bunu seçim, ya da onu seçim… Azərbaycanın mən bildiyim qədərilə 9-10 milyonluq vətəndaşı var. Niyə bu üç nəfərin üzərində durursan? Siyasi xadimdən əgər söhbət gedirsə… O zaman siyasi adamın yapdığı partiyanın nizamnaməsinə baxarsan, xoşuna gəlirsə, onu tərcih edərsən. Mən hər üçünə sayğı ilə yanaşıram. Hər üçünü də görsəm, salamlaşaram.

– Elə bir münasibətləriniz varmı?

– Niyə yoxdur? Hər üçünü tanıyıram.

– Yəni belə, mütəmadi əlaqə saxlayırsınız, yoxsa?

– Yox, mən mütəmadi olaraq heç kim ilə görüşmürəm. Heç biri ilə görüşmürəm.

 

Əliyev ləyaqətli bir insan idi

– Beycan bəy, bayaq dediniz, burada da onunla bağlı çoxlu suallar var. Baxın, Arif Əliyev də soruşur: “Bildiyim qədərilə Heydər Əliyevlə Naxçıvanda məlum toqquşmadan sonra özü Azərbaycandan getmişdi, ailəsi isə Azərbaycanda qalmışdı. Ailəsini Əliyevdən necə qorudu və onları Azərbaycandan çıxarmağa necə nail oldu?”

– Bir az Azərbaycan xalqı məndən küsməsin, inciməsin, Heydər Əliyev xortdan, adamyeyən-zad deyildi ki… Əliyev ləyaqətli bir insan idi. Əliyevlə fikirlərimiz fərqli idi. Buna görə yola getmirdik.

 

Mənim o qədər gücüm yox idi ki…

– Niyə yola getmirdiniz? Qırılma nöqtəsi harada idi? Çünki Heydər Oğuz da – Azərbaycanda çox tanınmış yazarlardandır – soruşur ki, “Heydər Əliyevin hakimiyyətə gətirilməsində nə kimi rol oynayıb? AXC-nin Naxçıvan şöbəsi bu tapşırığı haradan almışdı? Nə oldu ki, Heydər Əliyevi hakimiyyətə gətirən baş aktyorlarından biri oldu?..”

– Heç qatılmadığım bir sualdır. Mənim Naxçıvan parlamentində etdiyim bir çıxış var, onu dinləsinlər. Naxçıvanda Əliyevə qarşı dediyim sözlər var. Əvvəla, Naxçıvan Xalq Cəbhəsi, Naxçıvan bilmirəm nəyinin üzvü-zad deyildim.

 

Heydər Əliyevi çox da dərindən sevən birisi olmamışam

– Yox, bilirsinizmi, söhbət nədən gedir? Heydər Əliyevin hakimiyyətə gətirilməsində sizin də rol oynamağınızdan bəhs olunur. AXC Naxçıvan şöbəsi bu tapşırığı haradan almışdı? Bu yerdə Fərəməz Novruzoğlu da müdaxilə edib, yazır ki, “Beycan bəyin səmimi cavab verəcəyinə inanmırsınızsa, mən deyim. Əbülfəz Elçibəydən…” Yəni Əbülfəz Elçibəydən Heydər Əliyevi Naxçıvanda hakimiyyətə gətirilməsi üçün tapşırıq almısınızmı? Əsas bu sual verilir.

– Mənim o qədər gücüm yox idi ki, kimisə gətirim, kimisə götürüm. Məntiqsiz bir şeydir. Mən o zaman institutun bir müəllimi idim. Bu qədər. Bu bir. İkincisi də, mən Əliyevi sevən birisi olmamışam. Elçibəy Heydər Əliyevlə Atatürkün rəsmini bir yerdə evində tutan bir adam idi. Elçibəy onu sevirdi. Amma mən Heydər Əliyevi çox da dərindən sevən birisi olmamışam.

– Amma Elçibəydə bir Heydər Əliyev sevgisi var idi?..

– Bəli, var idi.

– Evində də şəkli var idi, eləmi?

– Bəli, amma bunu indi mənimlə əlaqələndirmək…

– O zaman sizə niyə deyirlər ki, Heydər Əliyevi hakimiyyətə gətirən baş aktyorlardan biri?

– Həm də baş aktyor?

– Bəli…

– O şeyləri mən sizdən soruşsam, yeridir. Məsələn, zaman-zaman Azərbaycandan bəzi qəzetlər göndərirdilər. Qəzetlərdə yazılırdı ki, “Beycan Fərzəliyev Tərtərə vertolyotla gəlib, icra başçısı ilə görüşüb, bir də geri dönüb”…

– İndilərdə?

– İndilərdə. Əvvəla, Türkiyə ilə Azərbaycan arasında bir hava sərhəddi var. Bir vertolyotun sərhəddi keçməsi necə ola bilər?

 

Tofiq Qasımov çox qızğın bir şəkildə, “gələməz”, dedi

– Bəlkə icra başçısını “vurmaq” istəyiblər?

– Yəqin ki, elədir. Bu da belə bir şeydir. Hedər Əliyev SSRİ-nin Siyasi Bürosunun üzərinə qədər gəlmiş bir adam idi. Burada bir şey söyləyim. Bir gün bizim həyətdə yenə də bir toplantı edirdik. Azərbaycan Xalq Cəbhəsinin toplantısını. Toplantıda Heydər Əliyevin Azərbaycana gəlməsi məsələsi müzakirə olunurdu. Tofiq Qasımov çox əsəbi bir şəkildə, “gələməz”, dedi.

– Söhbət Heydər Əliyevin hələ Moskvadan Azərbaycana gəlməsi məsələsindən gedirdi?   

–  Bəli. O zaman hələ Moskvadan gəlməsi məsələsi müzakirə olunurdu. Tofiq Qasımov, “gələməz!” dedi. Mən bir köylüyəm, kəndliyəm. Dedim, “Tofiq bəy, kimin harada doğulacağı, harada öləcəyi, harada yaşayacağı özünün haqqıdır. Heydər Əliyev gələ də bilər, bu millət istərsə, çalışa da bilər”. Heydər Əliyevə olan sevgimdən belə demədim. İnsani bir şey var. Bu gün Azərbaycan Xalq Cəbhəsi Azərbaycanda bir demokratik hakimiyyət qurmaq üçün gəlib. Qarabağı azad edəcəksənsə, təkrar kommunist düşüncəsi ilə gəlirsən.

– Təbii ki…

– “Torpağa gələ bilməz…” Yəni belə şeylər olub. Mən yenə təkrar edirəm. Mənim ona olan sevgimdən deyil. Amma bu, onun haqqıdır, insani haqqıdır. Azərbaycan Mərkəzi Komitəsinin katibi olmuş, Azərbaycanı idarə eləyən birisi olmuş. Kötümü olmuş, iyimi olmuş, yaxşımı olmuş, pismi olmuş – bunu siz daha yaxşı bilirsiniz. Bunu mənim yaşımdan öncəkilər daha yaxşı bilir. Amma olmuş bu…

– Heydər Əliyevlə münasibətləriniz nə vaxt yarandı?

 

 

I hissənin sonu

 

Strateq.az