Gündəm

Müsahibə

  • " width="300" height="266" />
    Ramil Quliyev iddialara cavab verdi:"Bu uğuru Azərbaycanda qazanmağım mümkün deyildi"
  • " width="300" height="266" />
    Fransa səfiri xanım Orelia Buşez:“Fransa şirkətləri Azərbaycan iqtisadiyyatına dəstək göstərməyə hazırdır” - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Gülər Əhmədova:“İnsan özü ilə xoşbəxt deyilsə, heç kimlə də xoşbəxt olmayacaq” - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    “Qarabağın 18-ci əsrədək olan etnik tərkibi və əhali sayı barədə dəqiq məlumatlar yoxdur” –MÜSAHİBƏ
  • " width="300" height="266" />
    50 yaşlı Elçin Mirzəbəyli:“Mənim kimi adamlar, adətən, ayaq üstə ölürlər” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Qəzada ölən 74 yaşlı kişinin oğlu:"Əli Həsənov və onun ailəsindən heç kəs bizə zəng etməyib"
  • " width="300" height="266" />
    “Mənə Əli Həsənovun heç nəyi lazım deyil, oğlumu qaytarsınlar…” –Qəzada ölən gəncin anasından fəryadlı açıqlamalar
  • " width="300" height="266" />
    Sürət Hüseynov adının qəsdən gündəmə gətirildiyini açıqladı:"Bütün bunları Sinan edib" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Erməni politoloqdan xoflu bəyanat:“Türkiyə S-400-ü Naxçıvanda yerləşdirsə, Azərbaycan İrəvanı və bütün Ararat vadisini təhdid etməyə başlayacaq"
  • " width="300" height="266" />
    Məşhur alman politoloqu:“Amerika Rusiyaya iqtisadi müharibə elan edib, Avropa isə bunun girovuna çevrilib” – Müsahibə

Qaynar Qazan

  • " width="300" height="266" />
    Sabiq Baş nazir Nobelə gedir:"Turan Birliyini yeni nəsil texnologiya ilə qura bilərik"-VİDEO
  • " width="300" height="266" />
    Beycan Fərzəliyevdən tarixi açıqlamalar:“Eiçibəy xəstəliyini uzun müddət gizlətdi, heç kimə demədi” - VİDEO
  • " width="300" height="266" />
    Sabiq Baş nazirdən heyrətamiz iddia:“Yusif Məmmədəliyevin ölümü müəmmalıdır, onu öldürdülər” - VİDEO
  • " width="300" height="266" />
    Becan Fərzəliyevdən şok müsahibə:“Elçibəy Heydər Əliyevi sevirdi”-VİDEO
  • " width="300" height="266" />
    Rusiyadakı keçmiş səfirimizdən ilginc proqnoz:“Rusiya çökəcək, o zaman çox şey dəyişəcək”- VİDEO
  • " width="300" height="266" />
    Azərbaycanın Rusiyadakı keçmiş səfirindən maraqlı açıqlamalar:“İlham Əliyev Rusiyaya qarşı bizdən yaxşı siyasət aparır”-VİDEO
  • " width="300" height="266" />
    “Qaynar Qazan”da Elşad Musayev:"Vahid namizəd kənardan gətirilə bilər" (VİDEO)
  • " width="300" height="266" />
    İsa Qəmbər bəzi sirlər açdı:"Qurban Məmmədovun baş prokuror olmasını Elçibəy məsləhət bilmədi"-VİDEO
  • " width="300" height="266" />
    İsa Qəmbər 24 il əvvəlki həbsindən danışdı:"...onda bildim ki, məni həbs edəcəklər"-VİDEO
  • " width="300" height="266" />
    Müsavat Başqanı 1993-cü il hadisələrindən danışdı:“Sürət Hüseynova hərbi təzyiq nəticəsində Milli Qəhrəman adı verildi”-VİDEO

Qapalı Mövzu

  • " width="300" height="266" />
    “Eldar Mahmudov bura gəlsin, dindirilsin” –Generalların məhkəməsində sensasion faktlar açıqlandı
  • " width="300" height="266" />
    “O ev mənə yox, bacıma məxsus olub” –Beytulla Hüseynov MTN generallarının məhkəməsində ifadə verdi
  • " width="300" height="266" />
    “Çingizin qardaşının oğurlanması ilə bağlı sübutlar var, niyə cinayət işi açmırsız?” –Çovdarovdan ilginc açıqlamalar
  • " width="300" height="266" />
    Baş mühasib 567 min, aparat rəhbəri 2 milyon ödədi… –Həbsdəki rabitəçilərdən yeni xəbər
  • " width="300" height="266" />
    “Onların Fərhad Əliyevin yaxın adamları və kəndçiləri olduğunu öyrəndim və…” –Generalın “Vosmoy bazarı” üzrə ifadəsi
  • " width="300" height="266" />
    General məhkəməyə gəldi, jurnalistlərin sualından yayındı –VİDEO, FOTOLAR
  • " width="300" height="266" />
    General Hilal Əsədovun arvadı Çovdarovun məhkəməsində ifadə verdi:“Atam bazarı mənə bağışladı”
  • " width="300" height="266" />
    “Məni şəhərə gətirib Əli Abbasovla üzləşdirdilər…” –Rabitəçilərdən şok ifadələr
  • " width="300" height="266" />
    Eldar Mahmudovun dəstəsi MTN polkovnikini niyə intihara sövq edib? –Kərəm Həsənovun adı keçən işdə heyrətamiz faktlar üzə çıxır
  • " width="300" height="266" />
    MTN-in Antiterror Mərkəzinin agentura şəbəkəsinə xərclədiyipulun məbləği açıqlanıb


Vəkil Bürosu

Avqust 2017
BE ÇA Ç CA C Ş B
« İyl    
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

XƏBƏR LENTİ

18 Avqust 2017
17 Avqust 2017

08 Avqust 2017 - 17:32

Müəmmalı qəzada həlak olmuş şahzadə Diana:“Çarlza kral olmağa imkan verməməkdən ötrü hər şeyi etməyə hazıram”

Viktoriya Nikoforova

vz.ru, 07.08.2017

 

Britaniyada milli miqyasda qalmaqal gurultusu gəlir. Şahzadə Diananın əvvəllər naməlum videoyazıları təkcə onun taxt varisi Çarlzla evlənmə  tarixinə ayrıntılar gətirmir, həm də ola bilsin, onun həlak səbəblərinə işıq salır. Hakim Vindzorlar evini çoxdan Diananın ölümündə şübhəli bilirdilər. Lakin motiv yalnız indi göstərilir.

Britaniya televiziyası bazar günü axşam “Diana: öz sözləri ilə” sənədli filmi göstərib. Piter Settelenin – nitq və natiqlik ustalığı üzrə şahzadənin repetitorunun çəkdiyi videoyazılar Ülyahəzrətin təbəələrinə ilk dəfə təqdim olunub. Filmin yayımından əvvəl mətbuatda səs-küylü  kampaniya baş verib, Diananın qardaşı – qraf Spenser – və kral ailəsinin dostları isə Channel 4-ün rəhbərliyindən qəti şəkildə tələb ediblər ki, qalmaqallı dəlillər göstərilməsin, “xalq şahzadəsi”nin işıqlı obrazı istismar olunmasın və onun oğullarına zərbə vurulmasın. Televiziyaçılar bu tələbləri eşitməyib və “Diana: öz sözləri ilə” filmi şahzadənin faciəli  həlakının 20-ci ildönümünə 25 gün qalmış efirə çıxıb.

 

Şahzadə söyləyir

 

Diananın Piter Settelenlə məşğələləri 1992-ci ilin sentyabrında başlanıb.  O, Kensinqton sarayında ilk görüşdə videokameranı işə salıb və ledi Didən özü haqda bir neçə kəlmə deməyini xahiş edib. Taxt varisinin arvadı öz nigahının ən intim məqamları haqda ürəyini açanda onun heyrəti necə də böyük idi. Ülyahəzrət şahzadə xüsusən də Uelsli şahzadə Çarlzın ona qarşı nə qədər yöndəmsiz pərəstişkarlıq etdiyini müəlliminə nağıllayıb.

O yanıma soxulub məni öpməyə və s. və i.a.-a başlayanda düşündüm: “Tfu! Axı belə etmirlər!”

Şahzadə Diana və taxt varisi Çarlz

 

O sonra gileylənib ki, ailə həyatının ilk illərində onlar üç həftədə cəmi bir dəfə sekslə məşğul olublar. Özü də əri son yeddi ildə ümumiyyətlə yatağı onunla bölüşməyib və asudə vaxtını məşuqəsi Kamilla Parker-Boulzla keçirib.

Diana Settelenə əsil sevgisi haqda da danışıb. Toydan dörd il keçəndən sonra öz cangüdəninə – yaraşıqlı, qarabuğdayı Barri Manakiyə vurulub. O, evli idi və Diana iddia edirdi ki, “onda artıq nəsə deyil, atasının simasını görürdü”. Bu ya düzdür, ya da yalan, amma Manakini tezliklə başqa iş yerinə keçiriblər, bundan üç həftə sonra isə öz motosikli ilə möhkəm yerə çırpılıb.

Diana bu haqda belə nağıl edib: “Hər şey üzə çıxdı və onu işdən çıxardılar, sonra da öldürdülər. Bu, həyatımda ən dəhşətli zərbə idi”.

Settelen sonradan jurnalistlərə etiraf edib ki, bu açlıqlamalardan “əməlli-başlı” qorxubmuş, amma Diananın məqsədini tez başa düşüb. O, artıq boşanma haqda düşünürdü və jurnalistlər qabağında özünü necə aparacağını əvvəlcədən məşq etmək istəyirdi. Kobudcasına deyilsə, Settelen ona “müdafiə xətti”ni çızmaqda yardım olub. Onlar Çarlzın və anası kraliça Yelizavetanın ünvanına ittihamları 1993-cü ilin axırına qədər məşq ediblər, məşhur cütlük 1996-cı ildə isə həqiqətən də boşanıb.

Diana sağ olarkən Settelin bütün videoyazıları qadının evində saxlanıb. Onun həlakından (31 avqust 1997) dərhal sonra yoxa çıxıb, amma bir neçə ildən sonra qadının eşikağasında tapılıb. Diananın qardaşı qraf Spenser və yazıların müəllifi kimi Settelen qeydlərə sahiblik uğrunda höcət ediblər. O, işi udaraq lentləri “Channel” telekanalına satıb.  

Bu lentlərin dərci Britaniya kral ailəsi üçün son dərəcə ağrılı məsələləri yenidən qaldırır. Manakiyə sevginin etirafı Diananın uğursuz nigahını müşayiət edən digər sevgililərini də yada salır. Atsürmə üzrə təlimatçı Ceyms Hyuit və saray zabiti Devid Uoterhauz və biznesmen Ceyms Gilbi bunların içində idi. Bu, şahzadələr Uilyam və Harrinin əsil atasının Britaniya taxtının varisi olduğu haqda labüddən şübhələr doğurur.  

Manakinin həlakı haqda Diananın xatirələri də dəhşətli görünür. Şahzadə ilə romandan sonra onun məqsədyönlü şəkildə öldürüldüyü haqda şübhələr Diananın müəmmalı həlakından sonra yenidən meydana çıxıb. Onun sevgilisi Dodi əl-Fayədin və sürücünün də həlak olduğu avtoqəza bütün bu 20 il müddətində cürbəcür sui-qəsd nəzəriyyələri doğurub. Demək olar, hər şey qəribə görünür. əl-Fayədin yüksəkhazırlıqlı sürücüsü niyə idarəçiliyin öhdəsindən gələ bilməyib? Qabaq oturacaqda əyləşmiş və sağ qalmış yeganə sərnişin – cangüdən Riz-Cons niyə susur?  

Diananı şahzadə Filippin əmri ilə Mİ-6-nın öldürdüyü haqda versiya Dodinin atası, oliqarx Məhəmməd əl-Fayəd tərəfindən ictimaiyyətə buraxılıb. O, bir neçə təhqiqatda iştirak edib və həmişə bildirib ki, kral ailəsi Diananın müsəlmanla nigahına yol verməmək üçün onu cəzalandırıb.

Burası da var ki, əl-Fayəd Diananın ölüm anında Dodidən hamilə olduğunu iddia edib, lakin yarılma bunu təsdiq etməyib. Milyarder bunun cavabında deyib ki, kral ailəsinin tələbi ilə yarılmanın nəticələri saxtalaşdırılıb.

Çoxsaylı məhkəmə araşdırmalarından sonra baş vermiş hadisənin rəsmi versiyası biçimlənib. Əsas günahkar qanında alkoqol tapılmış sürücü bilinib. əl-Fayədin versiyasını əsassız konspirologiya kimi damğalayıblar. Xüsusən də oliqarx Diananın taleyində şübhəli rol oynayaraq onu ciddi-cəhdlə öz oğlu ilə hallandırıb.

Diananın həlakı ətrafında formalaşmış bütün sui-qəsd nəzəriyyələrinin bir zəif bəndi var idi: sui-qəsdçilərdə motivsizlik.

Bəli, taxt varisinin keçmiş arvadı özünün qalmaqallı müsahibəsində kral ailəsinin bütün çirkli mələfələrini ümummili sərvətə çevirib. Lakin bu, Vindzorlar ailəsinin populyarlığını yalnız paradoksal şəkildə yüksəldib. Onlar Diananın sayəsində bütün dünyanın izlədiyi sonsuz sabun operasının iştirakçısı olublar.

Bəli, Diana əxlaqı ilə seçilmir və özünün bütün romanlarını gözə çarpdırmaq üçün ortalığa qoyurdu. Lakin şahzadə Çarlz qalmaqal baxımından ondan geri qalmırdı. Ərli Kamilla Parker-Boulzla çoxillik əlaqəsini heç kimdən gizlətmir və təbii şəkildə ictimai rəyə tüpürürdü. Sanki quşbeyin və cazibədar Diana Vindzorlar evi üçün heç bir təhlükə təşkil etmirdi. Ən nəhayətdə, İngiltərə mütləqiyyəti başqa cür qalmaqallar da yaşamışdı. Taxt varislərinin – Uels şahzadələrinin sevgi macəraları çoxdan ənənə halını alıb. Danışırlar ki, Parker-Boulzun ulu  nənəsi şahzadə Çarlzın ulu babasının məşuqəsi olub.

Kamilla Parker-Boulz

 

Lakin oliqarx Rupert Merdoka məxsus “The Sun” qəzeti “Öz sözləri ilə” filminin efirə çıxacağı ərəfədə  bildirib ki, onun əlində ledi Dinin ölümündən 12 saat qabaq qeydə aldığı daha 12 saatlıq videoyazı var. Operator kimi BBC-nin adı çəkilməyən, bu gün ABŞ-da yaşayan  əməkdaşı çıxış edib. Bu lentlər təsdiq edir ki, keçmiş şahzadənin İngiltərə taxtına ciddi planları var imiş.

Diana bu yazılarda yenə də ərinin əxlaqsız davranışını ifşa edir, varisin onun əlindən tualetdə gizlənərək telefonda Kamilla ilə nalayiq söhbətlər apardığından danışır. Sonra isə kameraya bildirir ki, “bircə Çarlza kral olmağa imkan verməməkdən ötrü hər şey etməyə hazırdır”.

Çəkilişlərin operatoru öz gündəliyində yazıb ki, Diana kraliça Yelizavetanın ölümündən sonra öz böyük oğlu, şahzadə Uilyamı taxta çıxarmağa hazırlaşır: “Onda “krallar düzəldən”, oğlunun arxasında duran ana olmağa bu cür romantik ideya var idi”.

“The Sun”-ın aşkarladığı lentlər hələlik dərc olunmayıb, amma bu versiya Diananın qeyri-adi davranışını yaxşı izah edir. Gözəl şahzadə camaata xoş gəlməyi bacarıb. O, yaxşı geyinir, özünü demokratik və sadə aparırdı, lakin xalqı xüsusən bu, ələ alırdı ki, varisin arvadı çoxsaylı müsahibələrdə ağır həyatından gileylənirdi: əri xəyanət edir, qayınanasının ondan zəhləsi gedir, göz yaşı sel kimi axır. Diana sakitləşmək üçün yeməyə başlayır və əl saxlaya bilmir. İstənilən ev sahibəsi bu inciklik siyahısında özünü tanıyar. “Varlılar da ağlayırlar”.

Millət yüksək mənşəyinə görə Diananın bu açıq-saçıqlığını bağışlayıb. Şahzadə Britaniyanın ən kübar ailələrindən birinə mənsub idi və qraf Spenserin qızı idi, amma xalqın təsəvvüründə kral sarayında incidilən zavallı Zoluşkaya çevrilmişdi.

Eyni zamanda “xalq şahzadəsi” öz ərini – taxtın varisini ən tünd boyada təsvir edirdi. Onun əlindən müdhiş qalmaqallar alışdı, ən xoşagəlməzi “Kamilla-geyt” oldu. Məsələ buradan başladı ki, kimsə Çarlzın Kamilla ilə telefon söhbətini mətbuata sızdırdı. Şahzadə söhbətdə məşuqəsinə deyir ki, onun tıxacı (tamponu-tərc.) olmaq istəyərdi.

The Sun” qəzeti bundan bir az əvvəl Diananın da danışığının dinləməsini dərc etmişdi – o öz sevgilsi Ceyms Gilbi ilə söhbətləşir. Ceysm onu nəvazişli ayamalarla çağırır, qadın isə hamiləlikdən qorxduğundan şikayətlənir.

İctimaiyyət Çarlzı lağa qoyaraq Diananı asanlıqla bağışladı. O ki üslub təbərrükü və “qəlblərin kraliçası” idi.

Şahzadə Diana oğulları ilə

 

Nigahlarının sonun yaxın Çarlz tamamilə gözdən düşmüşdü, Diana isə məsum qurban kimi görünürdü. Şahzadə boşanmadan sonra kral ailəsini daha çox ləkələməyə çalışıb. Bu onun planı işığında məntiqli görünür: şahzadə ümidvar idi ki, kraliça ictimai rəyin basqısı altında Diananın oğlu, şahzadə Uilyamı öz varisi etməyə məcbur olacaq. O, taxta çıxdıqdan sonra Diana qüdrətli “boz kardinal” olacaqdı.

Diananın, həqiqətən də, bu cür planı vardısa, onun həlakının konspiroloji versiyaları daha əcaib görünmür. Taxt oyununun baş qəhrəmanları həmişə ülgücün tiyəsində gəzişirlər. Xüsusən də monarxiyanın nüfuzunun durmadan düşdüyü bir dövrdə. Britaniyada isə indi məhz bu, baş verir. Hətta qatı mühafizəkarlar da dünyanın nə zamansa ən qüdrətli tacına daha parlaq perspektivlər vəd etmirlər və əksəriyyəti şəxsi söhbətlərdə qaşqabaqla etiraf edir ki, Vindzorlar evinin süqutu vaxt məsələsindən başqa bir şey deyil.

Tərcümə Strateq.az-ındır.