Gündəm

Müsahibə

  • " width="300" height="266" />
    Sabiq respublika prokuroru İlyas İsmayılov:“Yazıçı Anarı  Prokurorluğa dəvət elədim, cinayət işini qabağına qoydum...”
  • " width="300" height="266" />
    Rauf Arifoğludan sensasion açıqlamalar və etiraflar:"HEYDƏR ƏLİYEVƏ XEYLİ HAQSIZLIQ ETMİŞİK" - Müsahibə
  • " width="300" height="266" />
    Təhsil Nazirliyinin şöbə müdiri:"Tarix İnstitutu xəritə ilə bağlı heç bir irad bildirməyib, təklif verməyib"
  • " width="300" height="266" />
    Türkiyəli politoloq:“Rusiya bizim üçün qətiyyən Qərbin alternativi ola bilməz” - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    “ABŞ RƏSMİ ANKARADAN QİSAS ALIR” –“Mehr News”a müsahibəsində türk politoloq gərginliyin səbəblərini açıqlayır
  • " width="300" height="266" />
    Deputat Asim Mollazadə:“MƏMURLARIN CİLOVLANMASININ VAXTI ÇATIB” - Müsahibə
  • " width="300" height="266" />
    Fransa tarixçisi:“RUSİYA İRANLA SƏUDİYYƏ ARASINDAKI ZİDDİYYƏTİ AZALTMAĞA ÇALIŞIR" – Müsahibə  
  • " width="300" height="266" />
    Sabiq Xarici İşlər naziri Tofiq Zülfüqarov:"İctimaiyyətə "Lavrov planı"nın mahiyyəti tam açıqlanmalıdır" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    KOREYA LİDERİ: “MƏN TERRORA İNANIRAM, İNTİHARA YOX” –"Washington Post"da xəyali müsahibə
  • " width="300" height="266" />
    Rusiya eksperti Qırğızıstanda hərbi bazanın nəyə gərək olduğunu açıqladı:"Fərqanə vadisi Orta Asiyanın barıt çəlləyidir” – Müsahibə

Qaynar Qazan

  • " width="300" height="266" />
    Sərdar Cəlaloğludan skandal yaradacaq sözlər:"Cəfər Cabbarlının “Od gəlini” pyesi qadağan olunmalıdır"-VİİDEO
  • " width="300" height="266" />
    Nobeli adiləşdirən adam – Sərdar Cəlaloğlu:"Gücsüz mitinqlər güclü iqtidarı bir az da gücləndirir"-VİDEO
  • " width="300" height="266" />
    İlkin Rüstəmzadənin Anasından şok müsahibə:“İlkin müdafiədən narazıdır, dostlarından incimişəm”-VİDEO
  • " width="300" height="266" />
    Elçibəyin dostu 17 illik sirri açdı:“Cənazəsi ilə birlikdə bir çanta pul gətirdim” - VİDEO
  • " width="300" height="266" />
    Mirmahmud Mirəlioğlundan şok açıqlamalar:“Elçibəyin ölümündə müəmma var!”-VİDEO
  • " width="300" height="266" />
    Zəminə Allahyarova yaxın tarixə işıq salır:“Heydər Əliyev Beycana "oğlum" deyirdi” - VİDEO
  • " width="300" height="266" />
    23 illik dostu Elçibəyin son günlərindən danışdı:“Elçibəyin əleyhinə danışanların hələ də günahı var və cəzalarını çəkib qurtarmayıblar”-VİDEO
  • " width="300" height="266" />
    Beycan Fərzəliyevin xanımı 25 ildən sonra danışdı:“Heydər bəy də, Əbülfəz bəy də çox maraqlı həmsöhbət idilər”-VİDEO
  • " width="300" height="266" />
    Sabiq Baş nazir Nobelə gedir:"Turan Birliyini yeni nəsil texnologiya ilə qura bilərik"-VİDEO
  • " width="300" height="266" />
    Beycan Fərzəliyevdən tarixi açıqlamalar:“Eiçibəy xəstəliyini uzun müddət gizlətdi, heç kimə demədi” - VİDEO

Qapalı Mövzu




Vəkil Bürosu

Oktyabr 2017
BE ÇA Ç CA C Ş B
« Sen    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

XƏBƏR LENTİ

19 Oktyabr 2017
18 Oktyabr 2017

09 Avqust 2017 - 12:32

Rusiya Gürcüstan və Amerikanı hədələdi:“2008-ci il müharibəsindən dərs almayıbsınız” – Təhlil

Aleksandr Xrolenko

RİA Novosti, 08.08.2017

 

Gürcüstan doqquz il əvvəl bu gün müstəqil Cənub Osetiya Respublikasını məhv etmək qəsdilə “Təmiz meydan” hərbi əməliyyatına başlayıb (Cənub Osetiya tutulandan sonra Abxaziyaya qarşı hücum əməliyyatı planlaşdırılırdı). Gürcü qoşunları avqustun 8-ə keçən gecə Cənub Osetiya paytaxtı Sxinvalini və Rusiya sülhməramlılarının mövqelərini birikmiş artilleriya atəşinə məruz qoyub, bundan sonra Gürcüstan xüsusi təyinatlı hissələri və tankları Cənub Osetiya ərazisinə daxil olub.

Müdaxilə ciddi-cəhdlə planlaşdırılıb və Gürcüstan-Amerika birgə təlimləri zamanı məşq edilib. Kiyev Tiflisə Ukrayna hesablamaları ilə birlikdə “Buk” və “Top” HHM kompleksləri tədarük edib. İsrailli mütəxəssislər də (SAXAL) yardım ediblər. ABŞ 2008-ci ilin avqustunda təcili şəkildə İordaniyadan Gürcüstan silah və döyüş sursatı atılan aviakörpü təşkil edib.

Rusiya prezidenti avqustun 8-də gündüz Gürcüstanı sülhə məcbur etmək əməliyyatının başlanması haqda qərar qəbul edib. Nəticə dördtərəfli sülh sazişinin imzalanması və Moskvanın Cənub Osetiya və Abxaziya respublikalarının dövlət müstəqilliyini tanıması olub. Gürcüstan Rusiya ilə diplomatik münasibətləri kəsib.

Gürcüstan qoşunları doqquz ildən sonra əvvəlki kimi ABŞ və NATO birgə təlimlərində iştirak edir. Amerikanın “Abrams” tankları və “Bradley” piyada döyüş maşınları Tiflis yaxınlığındakı Vaziani poliqonunda gücənir. Gürcüstan Müdafiə Nazirliyi məlumat verir ki, “Layiqli tərəfdaş-2017” (Noble Partner) manevrlərinin məqsədi ölkənin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi, NATO üzvləri və tərəfdaşlarının qoşunları ilə uyğunluğun yüksəldilməsidir (Gürcüstan, ABŞ, Böyük Britaniya, Almaniya, Ukrayna, Ermənistan, Sloveniya, Türkiyənin 2800-ə yaxın hərbçisi iştirak edir).

Dövlət başçısı Georgi Marqvelaşvili Gürcüstanın NATO ilə “özəl münasibətləri”ndən, alyansa inteqrasiyanın yeni mərhələyə keçidindən  danışır. Bu məsələ ABŞ Konqresində də müzakirə olunur.

Ola bilsin, başıqapazlı rolu Gürcüstana xoş gəlir, amma istənilən halda ABŞ və NATO ilə bu cür tərəfdaşlığın davamı bölgənin sabitsizləşdirilməsinə yeni addımdır. Görünür, 2008-in avqustu tərəfdaşlarımızı heç nəyə öyrətməyib.

 

Əlli səkkizinci ordu xatırladır və reaksiya verir

 

Cənub Osetiyanın Gürcüstanla sərhədində durumun mümkün kəskinləşməsinə görə məsuliyyət Tiflis, Brüssel və Vaşinqtonun üzərinə düşür. Bununla belə, Rusiyanın 58-ci ordusu həmsərhəd dövlətlərin şübhəli hərbi fəallığına ənənə kimi manevr və məşqlərlə reaksiya verir. Başqa cür olmaz.

2008-ci il avqust hadisələri Gürcüstan-Amerika tərəfdaşlığının xarakterini tam açıb – alyansın standartları üzrə yaradılmış, təlim almış və silahlandırılmış gürcü birləşmələri Cənub Qafqazda NATO-ya əməliyyat meydanı yaratmaq üçün Cənub Osetiyaya soxularkən.  Lakin hesablamalar yanlış çıxıb və Gürcüstan qoşunları silah və texnikanı ataraq sayca bərabər rəqibin əlindən Sxinvalidən Tiflisədək qaçıb. 2004-2008-ci illərdə ABŞ və NATO yardımı ilə 20 min nəfərlik Gürcüstan milli silahlı qüvvələri qurulub (buna iki milyard dollar sərf olunub), döyüş vərdişləri İraqda təkmilləşdirilib. Alyans Gürcüstan üçün dağ şəraitində döyüş aparmaq haqda konsepsiya hazırlayıb. Cənub Osetiya ərazisində “konstitusiya qaydalarının nizamlanmasını” bir xeyli gediş öncədən düşünüblər. Yeni taktiki fəndlər hazırlanıb, Transkama boyunca hakim yüksəkliklərdə gizli atəş nöqtələri yaradılıb (Rusiya xüsusi təyinatlıları bu “qartal yuvaları”nı sürətlə söküb).

İki milyadc dollar boş-boşuna itirilib. Nəticədə Gürcüstan-Amerika tərəfdaşlığının nə hərbi-strateji, nə geopolitik vəzifələri yerinə yetirirlib. Qafqazda Rusiyanın  təsiri güclənib. “The American Interest” nəşri xəbər verir: “Gürcüstandakı müharibə və maliyyə böhranı Qafqazda qüvvələt tərtibini Qərbin ziyanına kökündən dəyişən ikiqat zərbə idi”.

 

NATO bazası və ya qaçqınlar düşərgəsi

 

Gürcüstan bu arada Rusiyanı dövri olaraq suverenliyə əl uzatmaqda ittiham edir, inadla NATO-ya can atır, Abxaziya və Cənub Osetiya ərazilərinə iddiaları davam etdirir, qüvvə işlətməmək prinsipindən imtina edir. Gürcüstan niyyətlərinin potensialını müvazinətləşdirmək üçün Abxaziya və Cənub Osetiyada ikitərəfli müqavilələr əsasında Rusiya hərbi bazaalrı açılıb, Rusiya sərhədçiləri müstəqil respublikaların Gürcüstanla sərhədlərini qorumağa yardım edir.

NATO-nun Qafqazda vurnuxması son dərəcə şübhəli görünür. Şimal Atlantika alyansı ən yaxın perspektivdə sanki Gürcüstanın Poti limanında sahil mühafizə bazası yerləşdirməyi planlaşdırmır, lakin alyansın istənilən ayrıca hər bir ölkəsi bunu edə bilər. NATO Gürcüstanın taleyini Rusiya ilə müzakirə etmək niyyətində deyil. Və Avropa Birliyində paralel olaraq Gürcüstanda Yaxın Şərq qaçqınları üçün mərkəz yerləşdirmək imkanları müzakirə olunur.

Elə, ya belə, Tiflis vizasız rejim və Qərbyönlü kursa görə bədəl ödəməli olacaq. Amma Gürcüstanda xarici hərbi baza və yaxud mühacirlərin yerləşdirilməsi ideyası Ruriya milli təhlükəsizliyini təhdid edir. Özü də Moskvanın reaksiyası gözlənilən şəkildə mənfi olacaq.

Qeyd etməyinə dəyər ki, Gürcüstan uzun illər boyu yad maraqlara qulluqdan sonra böyük tərəfdaşların sayğısına nail ola bilməyib. Tiflisi bəzən sadəcə saymırlar. Məsələn, Tiflis, demək olar, eyni zamanda iki xarici siyasət iradı alıb: İran xarici işlər naziri Tiflis aeroportunda sərhəd baxışından keçən zaman hicabın açılması tələbinə görə narazılığını ifadə edib, Türkiyə səfirliyi isə 12 avqust Didqorob Gününü qeyri-iş günü elan etməməyi xahiş edib, çünki bayram türklərin döyüşdəki məğlubiyyəti ilə bağlıdır. Gürcüstan tərəfinin reaksiyası iltifatlı olub. Yeri gəlmişkən, döyüşlər barədə. Gürcülər özlərini Donbasda Ukrayna SQ tərəfindəki ən çoxsaylı “xarici legion” dəstəsi sayırlar. 2014-cü ilin aprelindən vuruşur və hesab edirlər ki, onları ümumi düşmən – ruslar birləşdirir. Gürcü “legionerlər” deyirlər ki, Abxaziyada müharibə vaxtı ukraynalılar da onların tərəfindən döyüşüblər. Rusiya Müdafiə Nazirliyinin dərc edilmiş sənədləri şahidlik edir ki, birinci növbədə Cənub Osetiya və Abxaziya xalqlarının müdafiəyə ehtiyacı olub.

Və sonuncusu. Gürcüstan, ABŞ və müttəfiqləri Qafqazda Rusiya, Abxaziya və Cənub Osetiya maraqlarını nəzərə almasa, bundan “layiqli tərəfdaşlar”ın heç biri üçün yaxşı heç nə alınmayacaq.  

Tərcümə Strateq.az-ındır.