Gündəm

Müsahibə

  • " width="300" height="266" />
    Ramil Quliyev iddialara cavab verdi:"Bu uğuru Azərbaycanda qazanmağım mümkün deyildi"
  • " width="300" height="266" />
    Fransa səfiri xanım Orelia Buşez:“Fransa şirkətləri Azərbaycan iqtisadiyyatına dəstək göstərməyə hazırdır” - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Gülər Əhmədova:“İnsan özü ilə xoşbəxt deyilsə, heç kimlə də xoşbəxt olmayacaq” - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    “Qarabağın 18-ci əsrədək olan etnik tərkibi və əhali sayı barədə dəqiq məlumatlar yoxdur” –MÜSAHİBƏ
  • " width="300" height="266" />
    50 yaşlı Elçin Mirzəbəyli:“Mənim kimi adamlar, adətən, ayaq üstə ölürlər” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Qəzada ölən 74 yaşlı kişinin oğlu:"Əli Həsənov və onun ailəsindən heç kəs bizə zəng etməyib"
  • " width="300" height="266" />
    “Mənə Əli Həsənovun heç nəyi lazım deyil, oğlumu qaytarsınlar…” –Qəzada ölən gəncin anasından fəryadlı açıqlamalar
  • " width="300" height="266" />
    Sürət Hüseynov adının qəsdən gündəmə gətirildiyini açıqladı:"Bütün bunları Sinan edib" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Erməni politoloqdan xoflu bəyanat:“Türkiyə S-400-ü Naxçıvanda yerləşdirsə, Azərbaycan İrəvanı və bütün Ararat vadisini təhdid etməyə başlayacaq"
  • " width="300" height="266" />
    Məşhur alman politoloqu:“Amerika Rusiyaya iqtisadi müharibə elan edib, Avropa isə bunun girovuna çevrilib” – Müsahibə

Qaynar Qazan

  • " width="300" height="266" />
    Sabiq Baş nazir Nobelə gedir:"Turan Birliyini yeni nəsil texnologiya ilə qura bilərik"-VİDEO
  • " width="300" height="266" />
    Beycan Fərzəliyevdən tarixi açıqlamalar:“Eiçibəy xəstəliyini uzun müddət gizlətdi, heç kimə demədi” - VİDEO
  • " width="300" height="266" />
    Sabiq Baş nazirdən heyrətamiz iddia:“Yusif Məmmədəliyevin ölümü müəmmalıdır, onu öldürdülər” - VİDEO
  • " width="300" height="266" />
    Becan Fərzəliyevdən şok müsahibə:“Elçibəy Heydər Əliyevi sevirdi”-VİDEO
  • " width="300" height="266" />
    Rusiyadakı keçmiş səfirimizdən ilginc proqnoz:“Rusiya çökəcək, o zaman çox şey dəyişəcək”- VİDEO
  • " width="300" height="266" />
    Azərbaycanın Rusiyadakı keçmiş səfirindən maraqlı açıqlamalar:“İlham Əliyev Rusiyaya qarşı bizdən yaxşı siyasət aparır”-VİDEO
  • " width="300" height="266" />
    “Qaynar Qazan”da Elşad Musayev:"Vahid namizəd kənardan gətirilə bilər" (VİDEO)
  • " width="300" height="266" />
    İsa Qəmbər bəzi sirlər açdı:"Qurban Məmmədovun baş prokuror olmasını Elçibəy məsləhət bilmədi"-VİDEO
  • " width="300" height="266" />
    İsa Qəmbər 24 il əvvəlki həbsindən danışdı:"...onda bildim ki, məni həbs edəcəklər"-VİDEO
  • " width="300" height="266" />
    Müsavat Başqanı 1993-cü il hadisələrindən danışdı:“Sürət Hüseynova hərbi təzyiq nəticəsində Milli Qəhrəman adı verildi”-VİDEO

Qapalı Mövzu

  • " width="300" height="266" />
    “Eldar Mahmudov bura gəlsin, dindirilsin” –Generalların məhkəməsində sensasion faktlar açıqlandı
  • " width="300" height="266" />
    “O ev mənə yox, bacıma məxsus olub” –Beytulla Hüseynov MTN generallarının məhkəməsində ifadə verdi
  • " width="300" height="266" />
    “Çingizin qardaşının oğurlanması ilə bağlı sübutlar var, niyə cinayət işi açmırsız?” –Çovdarovdan ilginc açıqlamalar
  • " width="300" height="266" />
    Baş mühasib 567 min, aparat rəhbəri 2 milyon ödədi… –Həbsdəki rabitəçilərdən yeni xəbər
  • " width="300" height="266" />
    “Onların Fərhad Əliyevin yaxın adamları və kəndçiləri olduğunu öyrəndim və…” –Generalın “Vosmoy bazarı” üzrə ifadəsi
  • " width="300" height="266" />
    General məhkəməyə gəldi, jurnalistlərin sualından yayındı –VİDEO, FOTOLAR
  • " width="300" height="266" />
    General Hilal Əsədovun arvadı Çovdarovun məhkəməsində ifadə verdi:“Atam bazarı mənə bağışladı”
  • " width="300" height="266" />
    “Məni şəhərə gətirib Əli Abbasovla üzləşdirdilər…” –Rabitəçilərdən şok ifadələr
  • " width="300" height="266" />
    Eldar Mahmudovun dəstəsi MTN polkovnikini niyə intihara sövq edib? –Kərəm Həsənovun adı keçən işdə heyrətamiz faktlar üzə çıxır
  • " width="300" height="266" />
    MTN-in Antiterror Mərkəzinin agentura şəbəkəsinə xərclədiyipulun məbləği açıqlanıb


Vəkil Bürosu

Avqust 2017
BE ÇA Ç CA C Ş B
« İyl    
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

XƏBƏR LENTİ

18 Avqust 2017
17 Avqust 2017

09 Avqust 2017 - 20:27

Türkiyə uyğurlardan üz döndərir –Rəsmi Ankara "xəyanət"in əvəzini çıxır - Təhlil

Fəhim Taştəkin

“Al-Monitor”

 

Xarici işlər naziri Mövlüd Çavuşoğlunun Çinə səfəri Şərqi Türküstan (uyğur) siyasətində böyük qırılmaya işarədir.

Avqustun 3-4-də Çavuşoğlu Türkiyədəki Çin əleyhinə olan qüvvələri ləğv etməyə dair vəd verib. Bundan əvvəl Çinin terrorçu təşkilat saydığı Şərq Türküstan İslami Hərəkatı üzvlərinin Türkiyə vasitəsilə Suriyadakı müharibəyə qatılması Türkiyə-Çin əlaqələrini gərmişdi. Rəsmi Pekin uyğurların Suriyaya keçidində Türkiyəni suçlayır, Çindən qaçan bəzi uyğurların saxta türk pasportu ilə tutulmasını buna əsas gətirirdi.

Suriya-Türkiyə sərhədində bəzi təşkilatlar arasında parçalanma yaşanarkən, uyğurlar da “Əl-Qaidə” ilə əlaqəli “Nusra Cəbhəsi”nə – “Heyət Təhrir əl-Şam”a qatılaraq Ankaraya əks mövqe tutub.

Pekində Çavuşoğlunu qəbul edən Çinin xarici işlər naziri Vanq Yi ortaq mətbuat konfransında deyib: "Çavuşoğlu Çinin təhlükəsizliyinin Türkiyənin təhlükəsizliyi olduğunu və ölkəsində Çinə yönəlik heç bir mənfi fəaliyyətə icazə verməyəcəklərini vurğulayıb. O, Türkiyənin Şərq Türküstan İslami Hərəkatını terror siyahısına daxil etdiyini söyləyib. Çin, Türkiyənin bu mövqeyini təqdir edir”.

Çavuşoğlu da “İstər ölkəmizdə, istər bölgəmizdə Çinə yönəlik heç bir mənfi fəaliyyətə icazə vermirik" ifadələrini işlədib. Nazir türk mediasında Çin əleyhinə çağırışları ləğv etməyə çalışacaqlarını da əlavə edib.

Şərq Türkistan İslami Hərəkatını terror təşkilatı kimi tanıma qərarı isə hətta beynəlxalq agentliklərin diqqətini çəkib.

Türkiyənin Suriyada döyüşə iştirak edənlərə dair açıq sərhəd siyasəti, – Asiyadan gələn türk mənşəlilərdən söz düşdükdə, – daha təşviqedici ölçü qazanıb. Bu, bir-birinə onsuz da şübhə ilə baxan Pekin-Ankara əlaqələrində mənfi əks olunub.

Prezident Rəcəb Tayyib Ərdoğan 2009-cu ildə Şərq Türküstandakı (Sincan Muxtar Bölgəsi) hadisələri soyqırımı adlandırıb. Bu çıxışın yol açdığı gərginliyi azaltmaq asan olmayıb. Uyğurların Türkiyə vasitəsilə Suriyadakı müharibədə iştirakı Çin-Türkiyə soyuq müharibəsini yenidən alovlandırıb.

Türkiyənin 2015-ci ildə Çindən qaçan və Tailandda tutulan uyğurlara sığınacaq təqdim etmə səyi Pekini ciddi şəkildə narahat edib. Çin saxta türk pasportları ilə uyğurların ölkə xaricinə çıxışlarını təşkil etməklə günahlandırdığı 10 türkü də həbsə atıb.

Ərdoğanın Şanxay Əməkdaşlıq Təşkilatına girmə həvəsi, "Bir Qurşaq-Bir Yol" adı verdiyi yeni İpək Yolu layihəsinin Ankarada həyəcan yaratması və Türkiyənin Rusiya ilə koordinasiya halında Suriya siyasətində dəyişikliyə getməsi Pekin-Ankara yaxınlaşmasının önünü yenidən açıb. 2018 – Çində "Türkiyə turizmi ili" elan edilib. Türkiyə indi illik 3 milyon çinli turist gözləyir.

Çin əleyhinə fəaliyyətə icazə verilməyəcəyi öhdəliyi sayı 300 min olan uyğur mühaciri narahat edir. Uyğurlar Türkiyənin Şərqi Türküstanın azadlıq axtarışına verdiyi dəstəyi kəsib-kəsməyəcəyi müzakirəsinə kilidlənib.

Sosial mediadan rəsmilərə çağırış kampaniyaları başlayıb. Şəbəkədə "Türkiyə Türküstana xəyanət etdi," "Türkiyə Şərqi Türkistan İslami Hərəkatını terror təşkilatı olaraq tanıdı" ifadələrinə rast gəlinir.

Kürdlər kontekstində muxtariyyət fikrinə son dərəcə allergik olan Türkiyədə cəmiyyət, siyasət və media Şərqi Türküstana son dərəcə rəğbətlə baxır. Amma Dünya Uyğur Konqresinin sədri Rəbiyə Kader Türkiyəyə buraxılmır. Halbuki Türkiyənin açdığı qapılardan “əl-Qaidə” və “Taliban”la bağlı uyğurlar rahatca keçə bilir. Bununla bərabər, Şərqi Türküstan İslami Hərəkatı ilə əlaqəli hər cür nəşr Türkiyədə toxunulmazlıq içindədir.

Suriyanın şimalında “Heyət Təhrir əl-Şam”ın idarəsindəki İdlibdə xeyli uyğur var. Bundan başqa, “Taliban”ın köməyi ilə Pakistan-Əfqanıstan sərhədi onlar üçün yeni ünvandır.

2015-ci ildə “Nusra Cəbhəsi” və “Əhrar əl-Şam” liderliyindəki “Fəth Ordusu”nun İdlib ələ keçirməsindən sonra bölgəni tərk edən ələvi və digər dini azlıqların evlərinə uyğurların yerləşdiyi deyilir.

Suriyadakı uyğurların sayına dair fikirlər müxtəlifdir. Suriyanın Çindəki səfiri İyad Mustafa, Suriya ordusuna qarşı döyüşən uyğurların 4 min 500-dən 5 min nəfərə qədər olduğunu söyləyib. Müstəqil qaynaqlar, ailələri istisna olmaqla, Şərqi Türküstan İslami Hərəkatı üzvü olan 300-1000 nəfəri “sayıb”.

“Əhrar əl-Şam” və “Heyət Təhrir əl-Şam” arasında ayrılma dərinləşərkən, uyğurlar da Türkiyə hökuməti baxımından səhv səfə addım atıb. Əgər “Əhrar”a qatılıb “Fərat Qalxanı”na dəstək versəydilər, onlara qarşı rəftar bəlkə də fərqli olacaqdı.

 

Tərcümə: Strateq.az