Gündəm

Müsahibə

  • " width="300" height="266" />
    Cahangir Hacıyev həbsxanadan Samir Şərifovu ittiham etdi:“Devalvasiyanın günahkarı banklar yox, maliyyə naziridir” - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Zərdüşt Əlizadə Şeyxin müdafiəsinə qalxdı:“Ona qarşı danışanlar Rusiyanın agentləridir” - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Lapşin Akif Çovdarovla həbsxanadakı görüşündən danışdı:"Hakimiyyəti söyürdü..." - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Allahşükür Paşazadənin qudası olan sabiq deputat:"Şeyx cavan adamdır, nə istefa, nə bir şey!"
  • " width="300" height="266" />
    XİN rəsmisi:"ÜAK-ın ləğvi barədə qərar ciddi sual və dərin təəssüf doğurur"
  • " width="300" height="266" />
    İraq Kürdüstanı politoloqu İqbal Dürrə:“Kərkük Kürdüstanın ürəyidir, onu heç kimə vermərik” – Müsahibə
  • " width="300" height="266" />
    Rəsul Quliyev yeni neft sazişinin görünməyən tərəflərindən danışdı:"Azərbaycan buna məcbur edildi" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Deputat Fazil Mustafa:"Rusiyaya nökərlə dost arasındakı fərqi çatdırmağa çalışmalıyıq"
  • " width="300" height="266" />
    Rəsul Quliyev 2005-ci illə bağlı sensasion faktlar açıqladı:"Saakaşvili Gürcüstana gəlməməyimi tələb etdi" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Deputat Qüdrət Həsənquliyev:“İlham Əliyev iqtidar daxilində yeganə birləşdirici fiqurdur” – MÜSAHİBƏ

Qaynar Qazan

  • " width="300" height="266" />
    Elçibəyin dostu 17 illik sirri açdı:“Cənazəsi ilə birlikdə bir çanta pul gətirdim” - VİDEO
  • " width="300" height="266" />
    Mirmahmud Mirəlioğlundan şok açıqlamalar:“Elçibəyin ölümündə müəmma var!”-VİDEO
  • " width="300" height="266" />
    Zəminə Allahyarova yaxın tarixə işıq salır:“Heydər Əliyev Beycana "oğlum" deyirdi” - VİDEO
  • " width="300" height="266" />
    23 illik dostu Elçibəyin son günlərindən danışdı:“Elçibəyin əleyhinə danışanların hələ də günahı var və cəzalarını çəkib qurtarmayıblar”-VİDEO
  • " width="300" height="266" />
    Beycan Fərzəliyevin xanımı 25 ildən sonra danışdı:“Heydər bəy də, Əbülfəz bəy də çox maraqlı həmsöhbət idilər”-VİDEO
  • " width="300" height="266" />
    Sabiq Baş nazir Nobelə gedir:"Turan Birliyini yeni nəsil texnologiya ilə qura bilərik"-VİDEO
  • " width="300" height="266" />
    Beycan Fərzəliyevdən tarixi açıqlamalar:“Eiçibəy xəstəliyini uzun müddət gizlətdi, heç kimə demədi” - VİDEO
  • " width="300" height="266" />
    Sabiq Baş nazirdən heyrətamiz iddia:“Yusif Məmmədəliyevin ölümü müəmmalıdır, onu öldürdülər” - VİDEO
  • " width="300" height="266" />
    Becan Fərzəliyevdən şok müsahibə:“Elçibəy Heydər Əliyevi sevirdi”-VİDEO
  • " width="300" height="266" />
    Rusiyadakı keçmiş səfirimizdən ilginc proqnoz:“Rusiya çökəcək, o zaman çox şey dəyişəcək”- VİDEO

Qapalı Mövzu




Vəkil Bürosu

Sentyabr 2017
BE ÇA Ç CA C Ş B
« Avq    
 123
45678910
11121314151617
18192021222324
252627282930  

XƏBƏR LENTİ

23 Sentyabr 2017
22 Sentyabr 2017

16 Avqust 2017 - 11:00

Sabiq Baş nazir Nobelə gedir:"Turan Birliyini yeni nəsil texnologiya ilə qura bilərik"-VİDEO

Beycan Fərzəliyev: “Mənimlə Rusiyada da hesablaşırlar”

 


 

 

Vətən üstündə gəzdiyin torpaq deyil, Vətən içində gəzdirdiyin torpaqdır…

 

“Qaynar Qazan”ın budəfəki qonağı Beycan İbrahimoğlu Fərzəliyevdir. Zamanın önəmli hərəkatçılarından biri, Əbülfəz Elçibəyin yaxın dostu olan, sonra da Naxçıvan kimi kritik bir bölgənin Baş naziri vəzifəsinə yüksələn və oradan müəmmalı şəkildə uzaqlaşdırılan bir siyasi xadim. Onu Azərbaycan ictimaiyyəti yaxşı tanıyır. Haqqında hələ də danışırlar. Xüsusilə, “Qaynar Qazan” və “Azadlıq Salnaməsi” verilişlərində hərəkat illərindən danışan bir çox adamların dilindən “Becangilin evindəki toplantıda danışdıq ki”, ““Becangilin evində qərar verdik ki”, “Becangilin evində müzakirə olundu ki” sözlərini çox eitmişəm. Beycan Fərzəliyevin evi Azərbaycan Xalq Cəbhəsinin bir növ qərargahı olub sanki. Hamı onların evindən gəlib keçib. Məxsusən, həyat yoldaşı Zəminə xanım bütün hərəkatçıların dillərinin əzbəridir. Bu ailə və bu ev Azərbaycan Milli Azadlıq Hərəkatının məhək daşlarından biri olub. Bu haqda onların özləri ilə görüşdükdən sonra adamda daha aydın təsəvvür yaranır. Ev olmayıb onlarınkı, qərargah olub, qərargah…

Beycan Fərzəliyev uzun zamandan bəri Ankarada fəaliyyət göstərib. Özü ilə birlikdə ailəsi də orada yaşayıb. Övladları da Ankarada təhsil alıblar. Özünü qiyabi tanımışam, Zəminə xanım haqqında həmişə tanınmış hərəkatçılardan eşitmişəm. Oğlu İbrahimlə tələbəlik illərindən tanımışıq bir-birimizi. Amma nə qərib bir təsadüfdürmü, yoxsa bunda da bir hikmət varmı ki, biz Ankaradakı 8-9 ildə heç qarşılaşmadıq. Çalxantılı, təlatümlü Ankarada heç bir dəfə belə, hər hansı toplantıda belə Beycan bəylə, Zəminə xanımla qarşılaşmadıq. Baxmayaraq ki, mən Ankarada çox fəal idim və demək olar ki, bütün tədbirlərdə bu və ya digər formada var idim. İşə bax ki, Beycan bəyi heç görməmişdim. Demək istədiyim odur ki, Beycan Fərzəliyev o qədər hər şeydən uzaqlaşmışdı. Azərbaycan Kültür Dərnəyinin toplantılarında iştirak etmirdi, Azərbaycanı Tanıtma Dərnəyinin toplantılarında da görməmişdim onu. Bircə rəhmətlik Müzəffər Özdağın sədri olduğu Türkiyə-Azərbaycan Dostluq Dərnəyinin İdarə Heyətinin bəzi üzvləri onun Ankaraya gəlişindən və yerləşməsindən danışmışdılar, vəssalam. Beləcə, Beycan İbrahimoğlu Fərzəliyev bizim üçün də müəmmalı və sirli bir adam idi. Haqqında ən müxtəlif əfsanələr danışılan bir adam…

25 ildən çoxdur ki, Beycan İbrahimoğlu Fərzəliyev danışmır. Mən ümumiyyətlə, onun hansısa müsahibələrinə, danışıqlarına rast gəlməmişəm. İxtisasına görə, bəzi elmi dərgilərdə müsahibələri ola bilər, ancaq Azərbaycan ictimaiyyətini maraqlandıran, ictimai-siyasi hadisələrdən bəhs edən müsahibələrinə – hələ-hələ bir “Qaynar Qazan” müsahibəsinə heç rast gəlməmişəm. Onun adı axtarışlarda yalnız 1-2 qədim fotolarda və yazılarda keçən halı ilə çıxır. Hətta Ankarada “Qaynar Qazan”ın elanını dərc edəndə bütün axtarış sistemlərindən axtarmağıma baxmayaraq, bir şəklini belə tapa bilmədim. Türklərin Beycan İbrahimoğlu dedikəri, ancaq bizim Becan Fərzəliyev kimi tanıdığımız adam o qədər bizdən – Azərbaycandan uzaqlaşmışdı. İllərdir danışmır, müsahibə vermir, mətbuat da ondan bəhs etmirdi.

Beycan Fərzəliyevlə bax belə bir vəziyyətdə görüşdük. Ona az sual gələcəyini düşünmüşdüm. Necə olsa da, illərdir kənarda idi və yeni nəsil onu çox az xatırlayırdı. Amma gözlədiyimin əksinə olaraq, Beycan bəyə gündəmdə olan siyasətçilər və partiya başqanları qədər sual yağışı gəldi. Ona keçmişdən, partiyalararası münasibətlərdən, Naxçıvandan necə çıxdığından və indidən suallar verirdilər. Ortada 25 ilin bir hesabatı vardı və hər kəs hər sualın cavablandırılmasını istəyirdi.

Mən Beycan bəyi xeyli demokrat gördüm. Halını, tövrünü pozmadan bütün sualları cavablandırdı. Bəzilərinin üstündən keçdi, bəziləri haqqında heç danışmaq istəmədi, amma ümumən, heç bir sualımıza sərt və radikal yanaşmadı. Özü də bəzi məsələlərdə çətinlik çəkirdi sanki. Onu başa düşmək olardı. Suallarla əvvəlcədən tanış olmaq imkanları olmuşdu deyə, bəzi məsələləri mənimlə dəqiqləşdirdi də. Məsələn, AXCP-nin AXC-nin mirası olması haqqındakı suala cavab verməmişdən əvvəl neçə AXCP-nin olduğunu dəqiqləşdirdi. 4 olduğunu deyəsən, heç özü də bilmirdi.

Beycan Fərzəliyev sualları cavablandırdı, amma deyəsən, daha çox öz sahəsindən, plazma enerjisindən, bu enerjinin dünyanın gələcəyində oynayacağı roldan və Türkiyə ilə Azərbaycanın bu enerji sahəsində etməli olduğu əməkdaşlığından danışmaq istəyirdi daha çox. O haqda da danışdıq və sözün bütün mənalarında heyrətləndim. Türkiyədə böyük uğurlara imza atan Beycan Fərzəliyev sürətlə Nobel mükafatına doğru gedir və bu haqda Rusiyadan, hətta müraciət belə olunub. Təsəvvürü belə gözəldir və biz Nobelə gedən çalışmaların şahidi olduq, laboratoriyada işləri çəkdik, təxminən 40-a qədər əməkdaşın çalışdığı xüsusi çalışmaları gördük. Bu, hələ bizim gördüyümüz laboratoriya idi. Hələ Beycan bəyin başqa laboratoriyaları da vardı ki, o haqda hələ danışa bilmədik.

Təkcə Beycan bəylə müsahibə almadıq. Biz Ankaradan əlidolu gəldik və Beycan bəyin ömür-gün yoldaşı, həmin ev-qərargahda Milli Azadlıq Hərəkatının qulluğunda duran, hamıya ana-bacılıq edən Zəminə xanımdan da müsahibə götürdük. Beycan Fərzəliyevin 4 hissədən ibarət olan müsahibəsindən dərhal sonra “Azadlıq Salnaməsi”ndə Zəminə Allahyarova ilə müsahibəmiz yayınlanacaq. İkisi də bir-birindən gözəl müsahibədir. Beycan bəy kimi, Zəminə xanım da indiyə qədər mətbuata danışmayıb. Onlar ilk dəfədir Azərbaycan mətbuatına bu həcmdə müsahibə verirlər.

Bu müsahibənin alınması mənim Ankarada birlikdə oxuduğumuz tələbə yoldaşlarım sayəsində baş tutdu. Sağ olsun əziz dostum Fizuli Həmidovu. Onunla danışdıq, məsləhətləşdik və alındı. Həm illərin ayırdığı günlərin xatirələrini canlandırdıq, həm də Azərbaycan mətbuatı üçün möhtəşəm bir layihəyə imza atdıq. Xəbərin və müsahibənin ardınca “Qaynar Qazan” və “Azadlıq Salnaməsi” olaraq buradan ta Ankaraya qədər getdik. Bir media olayı yaratdıq və bu olayın nəticəsində Beycan Fərzəliyev və həyat yoldaşını 25 ildən sonra Azərbaycan mediasının tarixinə qazandırdıq. Qoy bu millət və məmləkət üçün davamı gəlsin…

Sakit, bir az soyuq adam təsiri bağışlayan, çox ağıllı, təmkinli bir adamdır Beycan bəy. Tərəddüdlü və şübhəkar bir halı vardı və görüşümüz boyu bu hal onu heç tərk etmədi. Hər zaman düşüncəlidir. Danışanda çox ehtiyatlı bir üslub qurdu, amma onun normal vəziyyəti də bu idi. Böyük olaylar haqqında düşünür. Danışdıqları inandırıcıdır. Hələ təbii ki, hər şeyi danışmadı və bunu anlamaqda çətinlik çəkmədim. Çünki bu dövlətin onun başına açdığı oyunların başqa bir variantını da mən yaşamışam. Ona görə də Beycan bəyin müsahibəsindən razı qaldım. Əslində, Beycan bəyin nə deməsindən asılı olmayaraq bu müsahibə tarixi müsahibə olacaqdı. Ki, Beycan bəy çox şey dedi…

Uzun illər sonra ilk dəfə getdiyim Ankaradan, eləcə də bu müsahibədən, Beycan bəydən, Zəminə xanımdan, İbrahim bəydən, Fizulidən o qədər təəssüratlarım var ki, bəlkə bir roman qədər… Bitməz… Amma mən Beycan Fərzəliyevlə “Qaynar Qazan”-ı Oxuculara təqdim etməliyəm.

“Qaynar Qazan”da 41-ci qonağımız Azərbaycan Milli Azadlıq Hərəkatının önəmli simalarından biri, Naxçıvan Muxtar Respublikasının keşmiş Baş naziri Beycan Fərzəliyevdir. 25 ildən sonra ilk dəfə Azərbaycan mətbuatına danışır…

Əvəz Zeynallı,

“Qaynar Qazan”

 

I hissəni buradan oxuya bilərsiniz:

http://strateq.az/manshet/189138/becan-f%C9%99rz%C9%99liyevd%C9%99n-sok-musahib%C9%99.html (Becan Fərzəliyevdən şok müsahibə:“Elçibəy Heydər Əliyevi sevirdi”-VİDEO)

II hissəni buradan oxuya bilərsiniz:

http://strateq.az/manshet/189377/sabiq-bas-nazird%C9%99n-heyr%C9%99tamiz-iddia.html (Sabiq Baş nazirdən heyrətamiz iddia:“Yusif Məmmədəliyevin ölümü müəmmalıdır, onu öldürdülər” – VİDEO)

III hissəni buradan oxuya bilərsiniz:

http://strateq.az/manshet/190211/beycan-f%C9%99rz%C9%99liyevd%C9%99n-tarixi-aciqlamalar.html (Beycan Fərzəliyevdən tarixi açıqlamalar:“Eiçibəy xəstəliyini uzun müddət gizlətdi, heç kimə demədi” – VİDEO)

 

IV sonuncu hissə

 

Kiprlə Naxçıvanın çox ortaq məqamları var

– Hökumətin adından qərar vermişdiniz, eləmi? Yoxsa, bəyanatmı vermişdiniz?

– Hökumət nə demək idi o zaman? Əgər mən Baş nazirəmsə, mən tanıyıram. Kiprin bizə göndərdiyi…

– Rauf Denktaşın bir təşəkkür məktubu var, oxudum…

– Təşəkkür məktubu var. Rauf Denktaş…. Birincisi, Kiprlə Naxçıvan bir-birilərinə o qədər yaxındırlar ki… Danışmaqları, dilləri, şivələri, torpaqları və insanları yaxın. İlkin iş münasibətlərin qurulması idi. Sonralar qurulmadı.

– Burada bir sual var, amma bilmirəm, ona cavab verəcəksiniz, yoxsa verməyəcəksiniz? Məhəmməd Məhəmmədbəyli yazır: “Beycan bəyin Fərəməz Novruzoğluna münasibəti necədir? Xatırlayıram ki, elə “Xural”da Fərəməz bəy onu çox tənqid edirdi.” Yəni Fərəməz Allahverdiyevlə…

– Harada tənqid edirdi? Mənim heç xəbərim yoxdur tənqid eləməyindən. Amma eləyib eləyib də. Küfr eləməyibsə, bağışlayaram onu. Əgər bir tənqid yolunu tapıbsa, buyursun.

– Buradakı suallardan da görünür ki, Fərəməzin sizə olan münasibəti normaldır. Ən azından, hər halda soruşurlar.

– Əgər söhbət o Fərəməzdən gedirsə…

– Fərəməz Allahverdiyev – Şərur rayonunun keçmiş icra başçısı…

– Bizim II Yasamalda evimiz vardı…

– Hə.

– O evimizin də bir bağçası vardı. Fərəməz o bağçada çox uzanıb yatıb.

– Fərəməz sizin evinizdə olub, demək?

– Olub yox. Gecələr də orada yatıb.

– Hə, deyirsiniz ki, o Fərəməzdirsə, olmamalıdır, hə?

– Ola bilər, niyə olmamalıdır? O da ola bilər. Bir şey də söyləyim sizə. Hüseyn Həsənov var idi – Naxçıvanın baş prokuroru idi. Naxçıvanda mənə qarşı bir şeylər başlayanda – onun danışdıqlarını heç unutmadım – dedi ki… O zaman da belə bir şey vardı. Türkiyədən yardımlar gəlmişdi. Onda bir komissiya yaratdıq. Televiziyadan, “Şərq qapısı” qəzetindən, mənim bir xanım müavinim var idi, o idi, sonra yoldaşım Zəminə xanım ilə birlikdə bir qrup yaratdıq. Gələn şeyləri şəhid ailələrinə payladıq. O zaman Heydər Əliyev demişdi ki, “baş nazirin həyat yoldaşı belə şeylərlə məşğul olur, gedir-gəlir, bir güllə dəysə, nə bilim, nə olsa…” O zaman H.Həsənov demişdi ki, “burada oturanların – yəni Naxçıvan Ali Məclisində oturanların hamısı o evdə Zəminə xanımın bir stəkan çayını içib…” Əslində, o Xalq Cəbhəsi məsələsi deyildi. Hüseyin fərqli bir adam idi. Xalq Cəbhəsinin üzvləri məndən kənar getdilər. Amma o dedi ki, “hamınız o evdə çay içmisiniz, çörək kəsmisiniz…” Belə söhbətlər olub. İndi də bunlar belə lazım biliblər, elə eləyiblər. Fərəməz də niyəsə, kiminsə xoşuna gəlsin deyə, məni tənqid eləyib. Eləyib, eləyib.

 

Türk ordusunda heç bir vəzifəm yoxdur

– Heydər Oğuz soruşur: “Türkiyənin hərbi sənaye kompleksində çox mühüm vəzifəsi olduğu bildirilir. Hətta iddialara görə, bu vəzifəyə strateji bir kəşfi hesabına gətirilib. Bu informasiya nə dərəcədə doğrudur?”

– Cümləni bir də oxuyarmısınız?

– “Türkiyənin hərbi sənaye kompleksində …”

– Türkiyədə hərbi sənaye kompleksi yoxdur.

– Türk əsgəriyyəsində, belə deyək… “Türk ordusunda çox mühüm vəzifəsi olduğu bildirilir…”

– Mənim orada heç bir vəzifəm yoxdur. Mən araşdırmaçıyam…

– “…Hətta iddialara görə bu vəzifəyə strateji bir kəşfi hesabına gətirilib. Bu informasiya nə dərəcədə doğrudur?”

– Heç doğru deyil.

– “…Sirr deyilsə, kəşfi nədən ibarətdir? Deylənlərə görə, Beycan bəy maddənin yeni aqreqat halını tapıb. Bu məlumat nə dərəcədə doğrudur?”

– Ona cavab vermişdim.

– Hə.

– İnsanlar belə bir şey düşünə bilərlər: “…Hər şeyə yox dedi, amma niyə əsgəri sürücüsü var, əsgəri avtomobili var?” Mən bir araşdırmaçıyam. Mənim araşdırmam həm sivil – mülki, həm də əsgəri – ordunu maraqlandırır. Məsələn, “yakıt pili” dediyimiz bir şey var – toplum limit deyərlər, flüsel deyərlər – onun ən çox istifadə olunan yeri kosmos maşınlarıdır. Bu, daha çox ordu sahəsinə aiddir. Məndən bir rica etmişdilər, mən də o zaman Türkiyədə “Vestel” deyilən bir firma var, o firmanın da başında duran sahibi orduya demişdi ki, “Azəri Xoca bu işlə ilgilənir, mən də buna maddi dəstək verirəm. Bizim də orduya jestimiz, hədiyyəmiz bu olsun”. O zaman mən öz evimi laboratoriya elədim, bu şeylərlə məşğul olmağa başladım. Sonra plazma ilə məşğul olanda gördüm ki, plazma çox ciddi bir işdir. Amma silah olaraq deyil, enerji olaraq… Mənim yapdığım çeşidli araşdırmalar, Türkiyədə zamanında doğru qarşılanmayıb və istifadə olunmayıb. Məsələn, Sovetlər birliyində Müdafiə Nazirliyinin ciddi laboratoriyaları var idi. Başında general, o-bu durmaqla…

 

Əsas strategiya enerjidir

– Araşdırmalar aparmaq üçün…

– Hə, araşdırmalar üçün. Türkiyə Milli Savunma Bakanlığının araşdırmaları informasiya xarakteri daşıyır. Yəni universitetlərə deyir ki, bunu edin. Universitetlərə…

– Sifariş verir. ARGE-mi, yoxsa?

– ARGE deyərlər, hə. Mən o zaman dedim ki, “çox da doğru şeylər etmirsiniz. Məsələn, bir silah verərsiniz ki, bunu təkmilləşdir. O da Kalaşnikovu daha bir metrə uzadar və ya qısaldar. Bu sənin işinə yarayarmı?” Yox. Dedim, “o zaman bu cür şeyləri öyrənmək üçün əsgəriyyə ilə bir yerdə çalışmağımız lazımdır”. Strateji məsələ deyəndə, hər kəs silah düşünür, bomba düşünür. Bu, o deyil. Bu məqamda strateji olan enerjidir. Enerjin varsa, bir yerə qədər gedəcəksən, yoxsa getməyəcəksən. Kipr hərəkatında birdən-birə yağ vermədilər, təyyarələr uçmadı. Sadəcə yanacaq idi, benzin idi. Gəlişdirdiyin nə varsa, bu önəmli bir şeydir. Məsələn, Genelkurmay II Başkanının başkanlığında “J” başkanları deyilən bir şey var. Bunları dairələrə verirlər. Uzun müddət, hər 3 aydan bir mən brifinq verirəm. Yığışırlar, dinləyirlər. Brifinq vermək, məsələn, mən lazer mütəxəssisi deyiləm, amma lazerlə bağlı oturub hazırlaşarsan, bilgi verib, deyərsən ki, lazer mülki sahədə bu cür istifadə olunur. Əsgəri məqsədlər üçün isə orada istifadə olunur. Yəni lazer budur. Təyyarələr enməlidir, amma dumanlı havada enə bilmirlər. Əgər sizin belə bir sahəniz varsa, orada istifadə edə bilərsiniz, təyyarələrin doğru enməsi üçün.

– İstəyən istifadə eləyər, istəməyən eləməz…

– Ordunun da işinə gələrsə, istifadə eləyər, gəlməzsə, eləməz. Niyə mən dövriyyəyə çıxdım? Hər halda görünür, bəzi şeylər daha xoş gəldi. Yapdığım şeylərin nəticəsi olurdu. Çünki mən ciddi şəkildə, – bəlkə də Azərbaycanda məni tanıyarlar – ekperimentatoram. Yəni ekperiment aparan biriyəm. Mənimlə Rusiyada da hesablaşarlar. Qroznıda bir institut var. O zaman Moskvada texnoloji elm sahələri vardı, onlar da bizimlə bərabər çalışırdılar. Onların əməkdaşlarının hər biri Beycan deyəndə hörmətlə yanaşırlar.

– Yəni buradakı layihələrinizi dəyərləndirirlər, qiymətləndirirlər də…

– Bir şeyi doğru eləyirsənsə və onun da nəticəsi olursa, o zaman səni də, işini də dəyərləndirirlər. “Əsgəri lojman” deyirlər, mən 18 il orada çalışdım. Azərbaycandan gələn kimi mənə imkan yaratmadılar. O zaman mən Qazi universitetində müəllim idim. Yapdığım layihələrə görə… Cani-dildən ortaya bir layihə qoyarsan… İnsanlar elə düşünürlər ki, əgər əsgəriyyə alanında çalışırsansa və strateji işlərlə məşğulsansa, deməli, hansısa silah, bomba üzərində işləyirsən. Yox elə bir şey.Yetər ki, etdiyin şeyin məmləkətə, əsgərə faydası olsun.

 

Türkiyə mərkəz olmaq şərtilə bütün türk respublikaları bir Araşdırma Mərkəzi qursunlar

– Türkiyədə yeni dönəmmi başlayır? Türkiyə klassik NATO ölkəsidir, amma Rusiya ilə çox yaxınlaşma dönəmi gəlir. Bir dəyişiklikmi olur? Onu soruşmaq istəyirəm, türk ordusunun strateji hədəflərimi dəyişir?

– Belə bir şey var. Ciddi araşdırma söhbətidir. Strateji istəyirlər. Amma bir müşahidəçi olaraq, mən belə bilirəm – Türkiyənin Rusiya ilə yaxınlaşması normaldır. Azərbaycan, Qazaxıstan, Türkmənistan – türk respublikaları da Rusiya ilə bərabər hərəkət edirlər. Türkiyə Azərbaycana, Özbəkistana, Türkmənistana qardaş deyir – ki, həqiqətən də elədir, o zaman qardaşları ilə birlikdə olmasında da bir şübhə yoxdur. Amma tamamilə oradan ayrılıb, bura gəlin də demək istəmir. Səbəbkar olduğum bir şeyi söyləyim sizə. Mən bir toplantıda dedim ki, Türkiyə mərkəz olmaq şərtilə bütün türk respublikaları bir Araşdırma Mərkəzi qursunlar.

– Türkiyədə türk respublikaları ilə bağlı ciddi araşdırma mərkəzləri yoxdur.

– Yoxdur. O zaman hörmətli Süleyman Dəmirəl…

– 500 ildir üzü qərbə doğru gedən bir Türkiyə var.

– Üzün yenə Qərbə doğru get. Üzün Qərbə getməsi bir texnoloji inkişafa mane olmaz, əksinə… Türkiyə ortada bir yerdir. Amerikanın da texnolojisindən, Avropanın da texnolojisindən, Rusiyanın da texnolojisindən bir şeylər gəlişdirəcək. Rusiyanın da çox önəmli texnolojisi var.

 

Plazmanı amerikanlar kəşf etdi, amma ruslar inkişaf etdirdi

– İrəli gedən texnologiyadır, bəli.

– Məsələn, mənim bu gün çox ciddi çalışdığım bir sahə var – plazma. Plazmanı amerikanlar kəşf etdi, amma ruslar inkişaf etdirdi, ən çox da Ukrayna inkişaf etdirdi. Ukrayna Milli Akademiyasının başında duran Boris Paton var, onun da ixtisas sahəsi plazma idi. Plazma deyib, elə-belə keçməyin. Maddənin bərk, maye, qaz halları var. Bütün dünyada belə hesab olunur. O, kainatın 1/100-dir. 99/100-u plazma halındadır.

– Allah, Allah…. Bu, kəşf olunarsa, tamamilə başqa bir dünya olar ki o zaman…

– Plazma olmasa, həyat olmaz. Plazmanın varlığı həyatın varlığı deməkdir. Bu, haradan çıxdı? Əgər günəş plazmadırsa, o zaman günəş olmasa həyat da olmaz. Bunun istifadə sahəsinə baxın, plazmanın istifadə sahəsinə… Amerikalılar bunu gördü, amma daha çox da Rusiya, Ukrayna inkişaf elətdirdi. Onun Ordu sahəsindən çox harada istifadə olunmasına diqqət eləsəniz, daha çox tibb sahəsində istifadə olunur. Amerikada Fridman adlı alim var, bu işin başında duran. Bu saat ABŞ-da 11 departamentdə kanser yöntəmi üçün (Xərçəng xəstəliyinin müzlicə olunması) istifadə olunur. Tibb sahəsində çox geniş istifadə olunur. Enerji, Metallurgiya sahələrində, sənayenin müxtəlif sahələrində istifadə oluna bilər. Məsələn, kosmosa, rusların dili ilə desək sputnik atdınızsa, onun orada hərəkətinə ehtiyacınız var. Onu orada plazma ilə saxlayırsınız. Niyə ruslar amerikanları bu sahədə üstələdilər? Çünki ruslar amerikanlardan daha əvvəl kosmosa getmişdilər. Məsələn, ilk dəfə Qaqarin kosmosa uçanda yerə 40 km. məsafədən danışıq əlaqəsi kəsilmişdi. Danışa bilməmişdilər, əlaqə kəsilib. Sonra kəşf etdilər ki, burada da plazmadan istifadə olunmalıdır və bunun da üzərinə getdilər.

– Yəni indi də Türkiyə bu sahənin üzərinə gedir?

– Türkiyə də ciddi şəkildə gedir, amma enerji sahəsində gedir.

 

Vətən içində gəzdirdiyin torpaqdır

– Belə bir sual da var: “Azərbaycana qayıtmağı düşünmürsünüz ki?”  Yoxsa, daha artıq türkiyəlisiniz?

– Mən bu haqda çox düşünmüşəm – Vətən, torpaq. Bilirsinizmi, bizim ailəmizdə belə bir söz var: “Vətən üstündə gəzdiyin torpaq deyil, Vətən içində gəzdirdiyin torpaqdır…” Azərbaycana dönsəm nə olacaq, dönməsəm nə olacaq?

– “İçimdə gəzdirdiyim Azərbaycandır”, deyirsiniz?

– Hə, burada elm adamı olaraq mənim üçün daha yaxşı şərait varsa, çalışa bilirəmsə, bir şeylər əldə edə bilirəmsə, burada mənə xoşdur. Ailəm gedir, oğlum gedir, qızım gedir… Bir də texnoloji elə inkişaf elədi ki, bu saat telefonu yığırsan, görüntülü hər kəslə danışırsan.

– Azərbaycana bir sözünüz, silahdaşlarınıza, məsləkdaşlarınıza bir mesajınız varmı?

– Azərbaycanda tək istədiyim şey, Qarabağ məsələsidir. Əgər bu çözülərsə, Azərbaycan da rahatlar. O çözümün də bir tək yolu var. Birləşmək. Necə birləşsinlər? İqtidar müxalifətdən küskündür, müxalifət də iqtidardan. Bununla heç nə eləmək olmaz. Bağışlamağı bilməlidirlər. Bağışlamağı bacarmalısan. Türkiyədə bir söz var: “Bağışlayan böyükdür.” Böyüklüyü saxlasınlar, cəhd eləsinlər. Bu məsələ çözülən bir şeydir, çözülməyən deyil. Bəzən burada eşidirəm. Azərbaycandan gələn bəzi adamlardan da eşidirəm, “yox, çözülməz!” Yox elə bir şey! İstəsəniz, həll edərsiniz. Ən son bir şey deyim. Mənim qaynanam tərəfində bir məsəl var. Deyir ki, “əlini at, torpaq götür və cani-könüldən inan, mənim əlimdəki torpaq yox, altundur, qızıldır. Əlini açsan qızıl olar.” Bu inamdır həll şeyi həll edən. Bir millət inanmalıdır, “Mən gedərəm, torpağımı da alaram!” Gedərsən də, alarsan da. Yoxsa, bütün günü qəzetlərə baxırsan, “Qarabağ mənimdir, Qarabağ mənimdir…” Muğamat oxuyurlar, “Canım Qarabağ, gözüm Qarabağ”. Bu qədər…

– Təşəkkürlər, sağ olun.

– Sağ olun.

 

 

 

P.S.

 

Nobelə aparan YOL

Beycan İbrahimoğlu: “Mən Azərbaycanın gələcəyində yeni texnolojilərin önəmini görürəm. Çox böyük ehtiyac var!”

 

– Əslində, bu gördüyünüz laboratoriya əsasən, plazma texnolojilərinin enerji alanında istifadə olunması ilə bağlı bir laboratoriyadır. Türkiyədə olan 4-cü laboratoriyamdır. O biri laboratoriyaların məqsədi də fərqlidir, vəzifələri də fərqlidir, yerləri də fərqlidir. Bu enerji bakanlığı ilə əlaqəli bir laboratoriyadır. Bu laboratoriyada 40-a qaxın gənc araşdırmaçılar çalışır. O biri laboratoriyalar da bundan az adam çalışır.

 

Anadolu Plazma Texnoloji Mərkəzi

– Əslində plazma çox ilginc bir sahədir. Mən Azərbaycanda plazma ilə bağlı təhsil almamışdım. Mən Azərbaycan Politexnik İnstitutunun mexanika fakultəsini bitirmiş biriyəm. Amma elmi işlərim, doktorluq müdafiəm istilik fizikası üzrədir. Dünyada bir tendensiya vardır. Bir də məni maddənin halları çox maraqlandırır. Maddənin bərk halı, maye halı, qaz halı və bir də plazma halı. Bir az oxuduqca gördüm ki, plazma bizim kainatımızın 99 faizini təşkil edir. Yerdə qalan bərk, maye, qaz halları yüzdə birini təşkil edir. Yüzdə 99-u təşkil edən plazma marağımı çox çəkdi. O zaman kitablara qaçdım ki, baxım, bu sahə üzrə nələr edilib. Belə bir araşdırmaya rast gəldim və marağımı çəkdi. Bir az da fərqli yanaşdım və bununla ilgili təcrübələr qoydum, eksperimentlər qoydum. Sizə indi göstərə bilərik – 20-yə yaxın patentimiz oldu. Bizi yavaş-yavaş qəbul elədilər. İlk dəfə dünyada – yakıt pili ilə bağlı bir şeylər danışmışdım – plazma yakıt pilini biz inkişaf elətdirdik.

 

Haşiyə:

Yakıt pili – yakıt ile havanın elektrokimyasal tepkimesi sonucu yakıtın kimyasal enerjisi doğrudan elektrik enerjisine dönüştürür. Reaksiyon sonucu saf su ve ısı açığa çıkar. Elektrolizin ters reaksiyonu olarak da tanımlanabilecek olan yakıt pili reaksiyonu sonrası, doğru akım (DC) formunda elektrik.

 

Türkiyənin 2 təyyarəsini düşürdülər – ikisini də plazma ilə…

Plazma tamamilə fərqli bir şeydir. İstifadə olunan sahələrinə baxsanız… Məsələn, Türkiyənin 2 təyyarəsini düşürdülər. İkisini də plazma ilə düşürdülər. Artıq o zaman bitdi ki Kalaşnikovla, tankla, bomba ilə vurasınız, yox…

– Yəni minlərlə kilometr o tərəfi hədəf götürüb vurmaq mümkündür?

– Bəli, plazmanız varsa, bunu edə bilərsiniz. Hərbi sahədə çox geniş istifadə etmək olar. Laboratoriyada tibbi cihaz var, İbrahim bəy (Anadolu Plazma Texnoloji Mərkəzinin genel müdiri İbrahim İbrahimoğlu – Beycan İbrahimoğlunun oğlu) onu çalışdırsın, sizə də göstərək. O qansız əməliyyat eləmək üçün bir cihazdır. İnsanın qarnında, gözündə, bədəninin istənilən hissəsində əməliyyat edəcəklərsə, plazma ilə bunu həyata keçirmək çox əlverişlidir.

– Plazma, yəni lazer əməliyyatları kimidir?

– Plazma lazerin başqa bir formasıdır. Lazeri sintetik yaradarsınız. Plazma təbiətdə vardır. Günəşdə, ulduzda…

– Yəni hər şeydə vardır?

– Bəli, ildırımlar belə plazmadır.

 

Almanlar günəşin yerdə modelini qururlar

– Bu, sonsuz bir şeydir ki, Beycan bəy. Yəni sərhəddi yoxdur, sonsuz bir enerji qaynağıdır.

– Biz belə düşünürük. Məsələn, almanlar dünyada ən önəmli layihələrdən biri olan günəşin yerdə modelini qurmaqla məşğuldurlar. Və Avropa Birliyi bununla bağlı haradasa çox böyük bir layihə başladı. Türkiyə ona üzv olmadı. Sonralar gündəmə biz gətirdik. Bu haqda mətbuatda da yazılar var. Bu saat almanlar günəşin yerdə modelini qururlar. Bu, nə deməkdir? Plazma ilə enerji alırsınızsa, orada 100 milyon dərəcəlik bir istiliyin üzərinə çıxırsınız. İndiyə qədər o yüksək istilik, o yüksək temperatur nəzarət altına alına bilməyib. İndi isə nəzarət altına alınır. Almanlar bunu eləyir. Bu isə çox yaxşı bir şeydir. Əgər ilk dəfə kəşf olunanda tapança sadəcə 2 metrəyə qədər ata bilirdisə, bu gün 200 metrlik məsafədən adam öldürə bilirsə, yəni hər şeyi də inkişaf etdirə bilərsiniz. Yəni dünyanın bir enerji qaynağına ehtiyacı var. Bu qaynağı…

– Gələcəyin hakimiyyəti plazmanın əlindədir, deyə bilərikmi?

– Bu, mütləqdir. Bir də bu plazmanın xüsusiyyəti nədir? Hidrogenin heliuma dönüşməsidir. Əgər 3 kubmetrlik bir sahədə hidrogeni formalaşdıra bilirsinizsə, təcrübi olaraq siz də bunu ala bilərsiniz. Hətta yavaş-yavaş universitetlərin içərisində kiçik “tokamak”lar qurulmağa başladı. (https://www.youtube.com/watch?v=g8BZyiggEAE). Bunu ilk olaraq ruslar başladı, bilirsinizmi? Hidrogen bombasının partlaması ilə ortaya çıxan enerjinin plazma olduğunu gördülər. 1955-ci ildə Rusiya, ABŞ və Yaponiya bir araya gəldilər. Uzun müddət bəzi yanlışlıqlar oldu, amma son zamanlarda bunun bir doğru olduğu ortaya çıxdı. Bu yanlışlıqlar nə idi? Plazma əgər maddənin bir halıdırsa, ona da eyni gözlə baxacaqsan. Əvvəllər plazmaya qaz kimi baxırdılar. Qazın bir halı kimi. İndiyə qədər tələbələrə dərs keçərkən də belə anladılıb.  “Plazma tamamən və ya qismən ionlaşmış qazdır”. Plazmaya maddənin qaz halı kimi baxılmasının özü yanlışlıqdır.

 

Plazma xərçəngin müalicəsidir

– Yanlış olmuş, əslində plazma qaz deyil?

– Qaz deyil. Qaz elektrik keçirmir, amma plazma elektrik keçirir. Qazdan tamamilə fərqli xüsusiyyətləri var. Ondan sonra fərqli bir modelləmə meydana çıxdı. Son zamanlarda İtaliyada keçirilən konfransda Fridman deyilən bir alim var – o da Sank-Peterburqda 10-cu sinfi bitirmiş və sonradan Amerikaya köçmüş bir adamdır. Bir neçə il əvvəl cild kanser əməliyyatları zamanı plazmadan 11 klinikada istifadə olunması üçün izin aldı və çox da başarı qazandı. Daha sonra iç xəstəlikləri, diabetdə çox istifadə olunan bir şeydir. Tibbdə çox geniş yayılıb. Ən çox istifadə olunan sahə kosmos sahəsidir, avtomobil sənayesidir, tekstil istehsalı sahəsidir. Tekstildə ən önəmli şey boyaların alınmasıdır. Bir parçanın üzərinə bir rəng qoyacaqsınızsa, onu bir neçə dəfə duz, soda və başqa şeylərlə emaldan keçirmək lazımdır. Amma plazmadan istifadə olunarkən, bunların heç birinə ehtiyac qalmır. Plazmadan istifadə etməklə tekstilə istədiyiniz gözəl rəngi verə bilərsiniz…

– Allah, Allah…

– Yəni həyatımızn hər sahəsində istifadə olunacaq bir şeydir. Bizim laboratoriyada bir neçə təcrübə aparmışıq. Əgər bunlardan kənd təsərrüfatında istifadə olunarsa, bir bitkiyə plazma suyu versəniz – suyu plazmadan keçirərkən, içərisində ozon olur – o zaman 2-3 dəfə normal su verilən bitkilərdən ən qısa zamanda məhsul əldə edə biləcəksiniz. Biz bunun təcrübəsini apardıq və belə bir nəticə aldıq ki, plazma ilə sulanan bitkilər 5 həftə ərzində məhsuldar olur. Adi su ilə suvarılan bitkilər fərqli şəkildə geridə qalır. İnsanların plazmadan keçirilən su ilə yaxalanması ilə gəncləşmə kimi bir nəticə əldə etmək mümkündür. Siz Ozon ilə maraqlanın və görərsiniz ki, ozon nədir. Plazmadırsa, havanı ozonlaşdırıb, verərsiniz. Sputniki kosmosa buraxarkən, orada qalacaq. Onun hərəkət etməsi üçün motor mütləq plazma olmalıdır, başqa bir şey olmaz. Bir şeyi də düşünün. Əgər yuxarıda kosmonavtınız varsa, o, su içəcəkmi, yaxalanacaqmı? Axı, o az qala bir il müddətində kosmosda yaşayır və suya ehtiyacınız var. Suyu plazma vasitəsilə orada təmizləyə bilirsiniz. Plazma o qədər önəmli bir şeydir həyatımız üçün. Ən son olaraq plazma motorlu maşınlar yaratmağa başladılar. Hazırda bunu gizli saxlayırlar. İndi bunu mən sizə göstərərəm. Plazmada məqsəd nə idi? Plazma əgər maddənin 4-cü halıdırsa, o zaman hər bir maddəni plazma halına gətirə bilirsiniz. İndi bizim laboratoriyamızda plazma suyunun alınmasını görəcəksiniz. O zaman əgər motor plazma motorudursa, siz plazma suyu ilə motoru çalışdıra biləcəksiniz. Yəni bu baxımdan deyirəm, düşünməyin ki, gələcəkdə benzin məhdudlaşsa, motorun çalışmasında qıtlıq yaranacaq. Xeyr, elə bir şey yoxdur.

– Yəni motoru su ilə də çalışdırmaq mümkün olacaq.

– Son iki ildə avtomobilləri ya hidrogeni yandırmaqla çalışdıracağıq, ya da elektriklə çalışdıracağıq. Bu çalışmalar gedir. Məsələn, Yaponiya yanacaqla çalışmanı önə sürür, Avropa elektrikli motorların çalışmasını irəli sürür. ABŞ hələ ki, sakit mövqe tutub. Amma əslində, bu sahədə çox ciddi çalışmaları var, hər iki üsul üzərində çalışmalarını aparır. Rusiya yanacaqdan daha çox Çinlə bərabər elektrikli motorlar üzərində çalışır. O da əslində bir şeylər etməyə çalışır. Türkiyəyə gəlincə, o orta mövqedədir. Məsələn, yanacaqla bağlı üsulu biz başqa laboratoriyamızda inkişaf etdiririk. Amma ortada hələ də lazımi nəticə yoxdur. O baxımdan deyirəm ki, əgər Azərbaycan da bu işə qarışarsa, gələcəyin enerjisi nədir, gələcəyin texnolojisi nədir görəcək.

 

Nə Azərbaycanın, nə də Türkiyənin bu günə qədər öz motoru yoxdur

– Yəni Azərbaycan zaman itirməməlidir?

– İtirməməlidir. Bu cür texnolojidə itirməməlidir. Təkcə Türkiyə ilə Azərbaycanı demirəm, dünyanın gələcəyində yeni nəsil texnolojilər dediyiniz son ürün texnolojilər çox böyük önəm daşıyır. Bunun üçün də əslində elm adamlarının həvəsi var. Ki, bir mərkəz qurulsun. Bu işə böyük təkan verəcək tərəflər siyasilərdir. Azərbaycan-Türkiyə Texnoloji Araşdırma Mərkəzi qurula bilər. Hər iki hökumətlə bəlli bir plan çərçivəsində bir işlər görmək mümkündür. Azərbaycanda zamanında yetərincə elm adamları var idi. İndi necə olduğunu bilmirəm. Məsələn, Sovetlər Birliyində “Qorki” avtomobil zavodu vardı. Bu zavod ən önəmli araşdırmasını Azərbaycan Politexnik Universitetinə vermişdi. Arxivləri araşdırsanız, görərsiniz. Mən o zaman həmin universitetdə laborant çalışırdım. Türkiyənin də bu günə qədər öz motoru yoxdur. Zaman-zaman televiziyadan eşidərsiniz ki, cümhurbaşqanı “ya bizə bir motor yapın!” deyir. Eyni dərd Azərbaycanda da var. Bizim də milli motorumuz yoxdur. Mənə elə gəlir ki, siyasilər düşünməlidirlər ki, bugünkü gün nəyə ehtiyac var. Bu müxalifdir, bu iqtidardır, bu türkdür, bu azəridir deyə heç nəyə baxmadan, çox ciddi şəkildə 3-5 kişi tamamən bu məsələ ilə bağlı bir mərkəz qurub, bir plan çərçivəsində hərəkət edə bilər. Çünki gələcəyimiz buna bağlıdır. Petrolun qiymətinin necə dəyişdiyini bilirsiniz. Sabit gəlir deyil. Amma plazma sənayesi, kosmos sənayesi hər dəfə maddi cəhətdən gəliri artıra-artıra gedəcək. Son bir şey də söyləyim. Bu laboratoriyanın əsas önəmi kirli enerji qaynaqlarından təmiz enerjilər alınmasıdır. Kömür bütün dünyada kirli bir enerji sahəsidir, amma ondan o qədər təmiz və saf enerji ala bilirik ki… Plazma yöntəmli. Bu da fərqli bir şeydir.

– Yəni bir elm adamı olaraq beləmi deyirsiniz? Türkiyə və Azərbaycanın elm adamları milli motor yarada bilərlər?

– Yüzdə yüz yarada bilərlər. Nümunələri də var. Bizim bu çalışmalarımız buna sübutdur. Mən sizə bir yazı verərəm, onu da oxuyub, tanış olarsınız. Hətta Türkiyənin Quru Qoşunları Komutanlığının bununla bağlı əmri var ki, bu sahəni inkişaf etdirin. Türkiyə bunu çox istəyir. Azərbaycan da buna qoşula bilər, çünki hər cür potensialı var. Yanlarına başqa türk respublikalarını da ala bilərlər. O cümlədən Naxçıvanı da, Kipri də.

 

Turan Birliyini texnologiya ilə qura bilərik

– Deyirsiniz ki, Turanı texnoloji ilə də qura bilərik, hə?

– Mütləq qurmağımız lazımdır. Bundan qaçacaq bir yerimiz yoxdur. Bunu milliyyətçi qafa ilə, milliyyətçi düşüncə ilə demirəm. Əslində çox da demokratik bir düşüncə ilə deyirəm. Almaniyaya baxarsanız, nə qədər fabrikası var?

– Yüzlərlə…

– Mercedeclə, BMW ilə. Son zamanlarda, Sovetlər Birliyi zamanında Ukraynada bir avtomobil istehsal edirdilər. Bizdə də bir zamanlar – o vaxtlar gənc idim, aspiranturada oxuyurdum – Gəncədə avtomobil zavodu quruldu, motor, avtomobil istehsalı üçün nəzərə tutulmuşdu. Yenidən başlamaq olar. İndi çox böyük pullara da ehtiyac yoxdur. Mən Azərbaycanın gələcəyində yeni texnolojilərin önəmini görürəm. Çox böyük ehtiyacı olacaq. Buna bir yerdən başlamaq lazımdır. İndidən başlayarlarsa, gecikməzlər. Avropaya Türkiyə üzərindən çıxmaq daha asan olacaq. Türkiyənin də Azərbaycan üzərindən Rusiya, Ukraynaya çıxmaq şansı çox böyükdür. Mənim deyəcəklərim bu qədər.

 

 

SON

 

Strateq.az