Gündəm

Müsahibə

  • " width="300" height="266" />
    GENERAL MƏHƏRRƏM ƏLİYEV İSLAHATLARDAN DANIŞDI:"Önəmli işlər görülür" - Müsahibə
  • " width="300" height="266" />
    Deputat Qüdrət Həsənquliyev:“Pulları yeyib, özlərinə villa, yaxta alıblar, indi dövlət onların borcunu ödəyir” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Britaniyalı jurnalist Edvard Lukas:"Putin rejimi xaricdən sabit görünür, daxildə ciddi qayğıları var" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    “PLAN MƏLUMDUR…” –Nazirdən Qarabağ danışıqları ilə bağlı mühüm açıqlamalar
  • " width="300" height="266" />
    Deputat Fəzail Ağamalı prezident seçkilərindən danışdı:"...Mehriban xanım prezidentlik marafonuna qoşulmayacaq" - Müsahibə
  • " width="300" height="266" />
    Keçmiş prezident Kərzai:“Əfqanıstandakı İŞİD-i ölkəmizi qurban vermək istəyən xarici qüvvələr yaradıb” – Müsahibə
  • " width="300" height="266" />
    PUTİNİN AZƏRBAYCANLI DOSTUNDAN SENSASİON QARABAĞ AÇIQLAMASI:"Sülhməramlıların yerləşdirilməsində Moskvanın şərti var" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Bakı Metropolitenində yeniliklər:liftlər, yeni stansiyalar, yeni qatarlar... (Müsahibə)
  • " width="300" height="266" />
    PUTİNİN BAŞ STRATEQİNDƏN SENSASİON AÇIQLAMALAR:"MKİ o gecə Putinin ətrafıyla danışmışdı ki, Ərdoğana qarşı mövqe tutsun" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Tofiq Zülfüqarov yeni qurum yaradır:“Eldar Namazovla görüşəcəyik...” MÜSAHİBƏ

Qaynar Qazan

  • " width="300" height="266" />
    Tomrid Hatəmi yaxın tarixin yaralarından danışır:“Elçibəylə Hatəmini kimlər ayırdı?!”-VİDEO
  • " width="300" height="266" />
    Məhəmməd Hatəminin qardaşı:“Meydan”dakı döyüşkən ruh, Məhəmməd Hatəminin ruhu idi...-VİDEO
  • " width="300" height="266" />
    Məhəmməd Hatəminin qardaşı Tomrid Hatəmi:“NKVD Pişvərini oğurlayıb Bakıya gətirdi”-VİDEO
  • " width="300" height="266" />
    Elçibəyin icra başçısı gizlinlərdən danışdı:“Tamara söhbəti 100 faiz yalandır”-VİDEO
  • " width="300" height="266" />
    Elçibəyin icra başçısı qiyamın səbəblərini açdı:“Sürət Hüseynovla hakimiyyəti üz-üzə qoyan üçüncü qüvvə var idi...”-VİDEO
  • " width="300" height="266" />
    Keçmiş başçıdan tarixi açıqlamalar:“Elçibəy Nizami məqrəbəsində məni yanına çağırdı ki...”-VİDEO
  • " width="300" height="266" />
    Məhəmməd Əminin silahdaşı danışdı:“Məhəmməd Əmini prezident kimi dəfn etdilər”-VİDEO
  • " width="300" height="266" />
    “Quran”a izah yazan Sərdar Cəlaloğlu:“Təriqətlərə bölünmənin yanlış olduğu "Quran"da göstərilib” - VİDEO
  • " width="300" height="266" />
    Sərdar Cəlaloğlu Rəsul Quliyevdən danışdı:"Onda gördüm ki, bu, Heydər Əliyevin siyasətini dəstəkləmir" - VİDEO
  • " width="300" height="266" />
    Nobeli adiləşdirən adam – Sərdar Cəlaloğlu:"Gücsüz mitinqlər güclü iqtidarı bir az da gücləndirir"-VİDEO

Qapalı Mövzu





Vəkil Bürosu

  • " width="300" height="266" />
    Cinayət Məcəlləsinə edilmiş dəyişikliklər və əlavələr nədən xəbər verir? –Vəkil Tağı Qənbərovun şərhi
  • " width="300" height="266" />
    Şəmsəddin Əliyev yazır:"İslam hüququ: sosial tənzimləmənin universal sistemi"
  • " width="300" height="266" />
    Yalçın İmanov vəkillikdən niyə uzaqlaşdırılıb? –Kollegiya bir söz deyir, vəkil isə başqa...
  • " width="300" height="266" />
    Vəkil Yalçın İmanovun fəaliyyəti dayandırıldı, Elçin Sadıqov haqda isə şikayətə xitam verildi –Kollegiyadan qərarlar
  • " width="300" height="266" />
    Vəkillər Kollegiyası bəyanat yaydı:“Hazırda məhkəmələrdə çıxış edən nümayəndələr Kollegiyaya qəbul oluna bilər”
  • " width="300" height="266" />
    “Vəkillər və vəkillik fəaliyyəti haqqında” yeni qanun təsdiqləndi –Nümayəndəlik institutu məhdudlaşdırıldı
  • " width="300" height="266" />
    İradə Cavadova: “Vəkil makler yox, hüquqşünas olmalıdır” –Hüquqşünaslar toplandı + FOTOLAR
  • " width="300" height="266" />
    Etiraz edən hüquqşünaslar 7 maddəlik təklif irəli sürdülər –Müraciət + Təkliflər
  • " width="300" height="266" />
    Parlamentin qərarı hüquqşünasları hərəkətə gətirdi –Bakıda mitinq keçirməyə qərar verdilər
  • " width="300" height="266" />
    Hüquq Mərkəzinin rəhbəri:"Vəkillər Kollegiyası heç Aşıqlar Birliyi qədər də aktiv bir qurum deyil"
Noyabr 2017
BE ÇA Ç CA C Ş B
« Okt    
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

XƏBƏR LENTİ

23 Noyabr 2017

21 Avqust 2017 - 10:58

Beycan Fərzəliyevin xanımı 25 ildən sonra danışdı:“Heydər bəy də, Əbülfəz bəy də çox maraqlı həmsöhbət idilər”-VİDEO

Zəminə Allahyarova: “Meydanda aşağı və yuxarı yox idi, kirli və təmiz yox idi, küçə qadınları ilə din adamlarının qucaqlaşdığı yer idi orası…”

 

      

 

Naxçıvanın keçmiş Baş naziri, Milli Azadlıq Hərəkatının önəmli simalarından biri Beycan Fərzəliyevlə müsahibəni danışan və qərarlaşdıran kimi, Zəminə xanımla – Beycan bəyin həyat yoldaşı ilə müsahibə götürmək imkanlarının olub-olmadığını da araşdırdım. Soruşdum, imkan olarsa, elə onunla da “Azadlıq Salnaməsi”ndə söhbətləşmək istədiyimi dedim. Dostlar sağ olsunlar, danışdıq, qərarlaşdırdıq və Zəminə xanımla müsahibə götürmək məsələsini həll edə bildik. Təbii ki, 25 il Azərbaycan mətbuatına danışmayan Beycan bəy qədər Zəminə xanım da danışmamışdı və deyəsən, Zəminə xanımın ümumiyyətlə, bu çapda müsahibəsi olmamışdı. Ona görə də mən Beycan Fərzəliyev qədər Zəminə xanım Allahyarova ilə də müsahibəyə hazırlaşdım. Həyat yoldaşı olmaqlarına baxmayaraq, fərqli adamlar kimi fərqli baxışlara sahibdirlər həm də…

“Hər bir başarılı kişinin arxasında bir başarılı qadın var” kəlamı bir çox hallarda həqiqətdir. Beycan bəylə Zəminə xanımda da belədir. Araşdırmalarımın, götürdüyüm müsahibələrin və danışdığım hərəkat adamlarının əksəriyyətində belə düşüncələr var ki, Zəminə xanım Beycan bəyin başarılarında əsas yükü daşıyan adamdır. Bunun şahidi də oldum. Səviyyəli, elitar bir münasibət var aralarında. Ümumiyyətlə, ailədaxili münasibətlər sistemi xoş təsir bağışladı. Bir neçə dəfə Beycan bəyin oğlu İbrahimlə telefon danışığının şahidi oldum. Sakitcə qulaq asan İbrahim hər zamankı təmkinlə “Əmr et, Ata”, “Əmrin olur, Ata” deyə cavab verir, amma öz düşündüklərini də aramla söyləyə bilirdi. Tam Türk hərb sisteminin gərəkləri kimi. Hər hallarından Türk hərb sisteminin bir parçasına çevriliblər artıq İbrahimoğlular ailəsi. Zəminə xanım isə bu hərb sisteminin başında, təbəssümlü və gülərüzlü siması ilə eyni missiyanı daşımaqdadır – 25-30 il bundan əvvəl olduğu kimi…

Prezidentlərin qarşısına çay gətirən, prezidentlərə yemək verən bir qadın kimi görür, tanıyırdım. Eşitdiklərimdən belə çıxırdı. Təbii ki, söhbət fəaliyyətdə olan ölkə prezidentlərindən getmir. Söhbət gələcəkdə Azərbaycana hökm edəcək, onun taleyini dəyişdirəcək gələcək prezident Əbülfəz Elçibəydən, SSRİ-nin qüdrətli şəxslərindən olan və Azərbaycana qayıdıb onun tarixini və simasını büsbütün dəyişdirəcək Heydər Əliyevdən gedir. Bu iki tarixi şəxsiyyətlə bir dəfə görüşmək belə tarix hesab edilərkən, Zəminə xanım onlara saysız dərəcədə çay-çörək gətirib. Bununla da yetinməyib tarix – Zəminə xanım həm də gələcək prezidentlərin belə demək mümkündürsə, sirr yoldaşı, dərd ortağı olub. Onlar şikayətlərini ona ediblər, dərdlərini ona danışıblar, onunla məsləhətləşiblər, bəzən aldıqları qərarda onun məsləhətlərinin təsiri olub. Onlar barədə də danışdıq təbii ki…

Tam açılmadı məncə, tam geniş danışa bilmədik məncə, amma Zəminə xanımın bu müsahibəsi bilmədiyimiz maraqlı məqamları anladır. Zəminə xanım Beycan bəyin müsahibəsinə canlı-canlı diqqətlə qulaq asır, kənardan bəzi hərəkət müdaxilələri edir, bəzən bizi hizaya gətirirdi. Eyni şeyi də Beycan bəy etdi. Biz Zəminə xanımla müsahibəyə oturanda Beycan bəy də kənardan müsahibəni seyr etməyə və bəzi hərəkət müdaxilələri etməyə cəhd etdi. Normal idi təbii ki. 25 ildən sonra 25 il əvvəlin xatirələri canlanır. Bəzən bəzi xatirələr belə olduğu kimi danışılmaz, amma danışılan da səmimi danışıldı. Ən azı, mən özüm Zəminə xanımı daha yaxından gördüm, müşahidə etdim, dinlədim.

Beycan bəylə müsahibənin giriş hissəsində də yazmışdım. Mənim Ankarada təhsil aldığım illərdə və fəaliyyətimin qaynar olduğu dönəmlərdə Beycan bəylə olduğu kimi Zəminə xanımla da görüşə bilmədik. Təbii ki, bunun obyektiv və subyektiv səbəbləri vardı, o haqda da danışdıq. Səbəblər və səbəbkarlar haqqında da sözarası müzakirə etdik, amma mənim anladığım bir şey oldu. Bəzən vaxtında tanışmalar və vaxtında qarşılaşmalar bir çox hadisələrin axarını dəyişdirə bilir. Müsahibə gedə-gedə o haqda düşünürdüm – zamanında tanışlıq bəlkə də çox fərqli və möhtəşəm işlərin başlanğıcı ola bilərdi. Görünür, Tanrı səbəbləri və səbəbkarları da ortaya çıxaranda, hər şeyi düşünür. İndi də belədir. Zəminə xanım, illərdir Azərbaycanda deyil, amma olayları çox yaxşı xatırlayır. Səbəbə və səbəbkarlara baxmayaraq…

Zarafat deyil, olmamalıdır. Milli Azadlıq Hərəkatının ən qızğın günlərində Beycan bəyin evi hərəkatçıların qonaqlama, məsləhətləşmə, toplanma yeri olub. Beycan bəy kişidir, anlaşılandır hər hərəkəti, amma Zəminə xanımın bir qadın kimi bu boyda fədaklarlığı necə etdiyi maraqlıdır. Hamının qarşısına çay qoymaq, çörək gətirmək, dərdini dinləmək, sirrinə şərik olmaq, evi saxlamaq, təmizləmək – və daha nələr, nələr edib bu qadın. Bir dəfə yorulduğunu, uf dediyini də görən, danışan, xatırlayan olmayıb. Və bütün bunlardan sonra onun evinin qonaqları gəlib Azərbaycanın hakimi olublar. Hamısı vəzifələrdə təmsil olunublar, prezident olublar, hətta onu da Beycan Fərzəliyev kimi hansısa vəzifələrə dəvət ediblər. Amma Zəminə xanım qəbul etməyib. Başqaları qəbul ediblər, müxtəlif vəzifələrdə olublar, müxtəlif işlər görüblər, amma Zəminə xanım heç bir yerdə təmsil olunmayıb və AXC hakimiyyəti çevrilən kimi də çıxıb ölkədən gedib. Bir daha da Beycan Fərzəliyev kimi qayıtmayıb. Heç bir zaman da Azərbaycan mətbuatına danışmayıb. Vəssalam.

Səmimi, sadə, gözəl insandır. Bir neçə gün bir yerdə olduq, evlərinə qonaq getdik, birgə qəlyanaltı etdik, qızının gözəl balasının ad günü münasibətilə Ankaranın gözəl səmtlərinin birində piknikə getdik. Onun necə canıyananlıq və səmimiliklə davranışını görəndə illər öncəni gözlərinin önünə gətirməyə bilmirsən. Bizə, indi belədirsə, gör illər bundan əvvəl millətin möhtəşəm və əzəmətli günlərində millətin gələcək vəd edən gənclərinə, böyüklərinə necə olub. Tanrı bu böyük millətin uğrunda etdiklərinə görə onun əvəzini versin və millətimizin balalarına halal olsun. Hansı ki, müsahibənin sonunda “bu müsahibəyə ona görə razılıq verdim ki, hamıya halallıq vermək istədim” dedi və hamımızı kövrəltdi.

Halalınız olsun, Zəminə xanım! Haqqınızı Siz də halal edin!

Hə, 19-cu qonağımız – “Azadlıq Salnaməsi”nin bu duyğusal qonağı Zəminə Allahyarovadır. Onunla Ankarada görüşdük. 25 ildən sonra Azərbaycana bunları söylədi…

Əvəz Zeynallı,

“Azadlıq Salnaməsi”

 

I hissə

 

Həyatımda ilk dəfədir ki, bir görüntülü müsahibə verirəm

– Bu gün “Azadlıq Salnaməsi”nin 19-cu qonağı, Ankarada yaşayan və uzun illər bizim Milli Azadlıq Hərəkatının pərdəarxası qəhrəmanlarından olan Beycan Fərzəliyevin həyat yoldaşı Zəminə xanımdır. Zəminə xanım, xoş gəlmisiniz.

– Siz də xoş gəlmisiniz.

– Bir neçə gündür, biz bu müsahibələrə hazırlaşanda və müsahibələrə hazırlaşmazdan əvvəl də mən sizin adınızı hər kəsdən duymuşam. Milli Azadlıq Hərəkatının qəhrəmanlarından, Meydan Hərəkatının liderlərinin simasında, siyasətçilərdən eşitmişəm. O illərin xatirələrini indi də sizdən duymaq istəyirəm. O illər necə yadınızda qalıb?

– Əslində, mən həyatımda ilk dəfədir ki, bir görüntülü müsahibə qəbul elədim.

– Mən uzun illərdir – təxminən 25 ildir ki, jurnalistika ilə məşğulam, uzun müddət Ankarada təhsil almışam. Siz də Ankarada yaşamısınız, mən də Ankarada fəaliyyət göstərmişəm. Amma mən sizi görməmişəm. İndi ilk dəfədir ki, görürəm.

– Hə.

 

Mən tribun olmağı heç sevmədim

– Ona görə də deyəcəkləriniz çox maraqlıdır. Bununla yanaşı, sizin haqqınızda hər zaman, hər müsahibdən eşitmişəm.

– Türklər deməli, o onların təvəccühüdür (Gülür…) Əgər hələ də xatırlayırlarsa, yaxşı və ya yaman – heç fərq eləməz, demək ki, yadda qalan bir şeylər varmış. Amma müsahibəni qəbul eləməyimin səbəbi bu deyil. Mən Beycan bəylə 51-ci ildir ki, tanışam. 47, 48-ci ilə keçdi ki, biz evliyik. Mən tribun olmağı heç sevmədim. Fikrimcə, hər bir qadının özünəməxsus bir missiyası var. Adını eşidib özünü görmədiyimiz şey, mənim həyat missiyamdır. Mən həyat yoldaşımla “tariçelli qabları” kimi yaşadıq. Yəni bir-birimizi tamamlayaraq yaşadıq, deyə düşünürəm. Beycan bəy özü bu haqda nə deyər, bunu bilmirəm, mən belə düşünürəm. Həyatımızdakı gözəl, yanlış, doğru olan hər şeyi paylaşdıq.

– Hə, onu da deyirlər ki, Zəminə xanım olmasaydı, Beycan bəy heç bu qədər irəli gedə bilməzdi.

– Ola bilməz. Bəlkə Beycan bəy daha azad bir siyasətçi ola bilərdi. Ola bilməz. Bu, bilinəcək bir şey deyil. Biz bir həyatı yaşamışıq. O biri həyat necə olardı, bu, artıq bizim, necə deyərlər düşüncələrimizdən kənar bir şeydir.

– Tələbəlik dövründən tanışsınız?

– Hə, biz tələbəlik dövründəykən evləndik.

 

Naxçıvanlı ilə evlənməyimə görə, nənəm mənə “Vətən xaini” kimi baxdı

– Yəni siz Beycan bəyin yerlisi olaraq, naxçıvanlı deyilsiniz?

– Mən qarabağlıyam, həm də təmiz qarabağlıyam. Demək ki, Beycan bəy siyasətçi deyil. Heç siyasətçi olmaq istəmədi də. Əgər o məsələlərdə – yavaş-yavaş 85-ci ildən orada Xankəndində – indi Stepanakert deyirlər – hadisələr başlayanda Beycanın diqqətini çəkən bir torpaq, bir Vətən idi. Birindən soruşanda ki, haralısan, deyir, evlənməmişəm. Görünür, Beycan bəy də o məqsədlə bu işə başladı. Mən təmiz qarabağlıyam. Hətta mən Beycan bəylə evlənəndə nənəm mənə “Vətən xaini” kimi baxırdı ki, “necə oldu ki, getdin naxçıvanlı ilə evləndin”, deyə… Yəni o qədər. Biz nəsilbənəsil təmiz qarabağlıyıq. Və torpağına bağlı, bunu idrak eləyən bir qarabağlıyam. Biz ikimiz də texnik insanlarıq. Biz ata-baba, nənə-dədə çörəyi ilə ayaqda durmadıq. Çünki bizim hər ikimiz yaxınlarımızı, valideynlərimizi itirmişdik. Biz bir-birimizə tutunaraq, bir-birimizi qoruyaraq ailə olduq, cəmiyyət içində yer tutaraq yaşadıq. Bəlkə də bizim bu qədər sərbəst olmağımızın, qərarları özümüzün almağımızın kökündə də o yatır.

– Bir yerdə oxuyurdunuz, eyni fakultədə?

– Yox, ayrı-ayrı fakultələrdə, amma eyni institutda oxuyurduq. Beycan bəy abırlı adamdır. Əgər bir kişinin üstün keyfiyyətlərini demək istəsən, ilk ağıla gələn budur. Beycan bəy özü haqqında danışmağı heç xoşlamaz. İcraatları, ətrafındakılar haqqında da danışmaz. Yaxınları bəlkə də onun bu ciddiliyini tikanlı danışan kimi anlar, onu bir az basqınçı sanar, amma bu, ondan irəli gəlmir. Mənim tanıdığım Beycan çox doğru-dürüst bir adamdır. Həyatı boyu da buna əməl elədi. Əgər mən onun arxasında oldumsa, onunla bunu paylaşdımsa, türklər deməli, “nə mutlu bana…”

– Zəminə xanım, Milli Azadlıq Hərəkatının ilk günlərində siz də hadisələrin içində olubsunuz. Eviniz də qərargah kimi olub. Niyə önə çıxmadınız? Hər yerdə varsınız, hamı sizdən danışır. Verilən qərarlara təsir eləmisiniz, prezidentlərin qərarlarına təsir eləmisiniz, onların hamısı sizinlə məsləhətləşib…

– Vallah, mən o qədər də düşünmürəm (gülür…) Bilirsinizmi, heç nə özbaşına olmur. Bu hadisələr başlayanda birdən-birə ikimiz də evimizin qapılarını hamıya açıb, “buyurun, gəlin”, demədik. Biz zatən bu hadisələrin içindəydik. Mənim bir az tarixə, ədəbiyyata, psixologiyaya meylimin olması və Beycan bəyin də hər zaman məni dəstəkləməsinin buna təsiri olub. Bizim evimiz ona qədər də şeir, sənət, tarix dünyasına açıq idi. Belə deyək… Mən indi sıralamaqla ad çəkməyi də özümə sığışdırmaram… O dövrün tanınmış şairləri, tarixçiləri bizə gəlib-gedərdilər. Onlarla bir yerdə oturardıq, danışardıq. Bu erməni hadisələrinin haradan yarandığını, bu daşların haradan çıxdığını… Rəhmətlik Tofiq bəy Hacıyevin adını çəkə bilərəm. Həmişə zarafatla deyərdi ki, “Vallah, Azərbaycan bir füzulişünas qadın yetişdirəcəkdi, sizin yemək eşqiniz onu aşbaz elədi”…

– Yəni bunu Füzulini çox sevdiyiniz üçün deyirdi?

– Füzulini çox sevirəm. Mən çox da kumir sevən deyiləm, amma kimi kumir seçərsən, deyə soruşsalar, Füzulini seçərəm.

– Füzulidən çox şeirlər bilirsiniz, demək…

– Təbii ki, bilirəm.

– Bizim çox hörmətli yazar vardı. Bakıda yağış yağanda bunun evi damırdı. Füzulidən bir sitat gətirir, ardınca da yazır ki, “Füzulinin də evi damırmış…” Əslində, Füzulinin də dərdi çox olub.

– Yox, mən Füzulinin evini görmədiyim üçün o iddiada buluna bilmərəm. Füzulinin yazdığı şeirlərin arxasında bir anlam, bir məna, bir nöqtə var.

– O da zamanının, dövrünün şairi olmayıbmı?

– Dövrün şairi olub.

– Yeri gəldi soruşum. Bir əsər yazasan, sonra da pulunu verməyələr, sən də “Şikayətnamə” yazasan…

– Bax, görürsünüz, Füzulinin elə dərin misraları var ki, arxasında nələr durur. Cəmiyyət onu xatırlamır, amma almadığı 5 quruş pulunu xatırlayır. Sizə elə gəlmirmi ki, bütün hərəkatların, bütün anlamı olan şeylərin arxasında belə kiçik şeylər də var.

– Vallah, kiçikdirmi bilmirəm, amma dövrü müqayisə edəndə… Ağlıma birdən gəldi…

– İnsandır. Cəmiyyət içində yaşayıb. O da yeməlidir, o da yaşamalıdır. Tutalım, bir şeir  yazıb pulla, amma o yaşamla, o alacağı pulla o dövrə aidiyyatı olmayan elə şedevrlər yaradıb ki, bu günə qədər gəlib çatıb. Hansı anlamı olmayan bir söz bu günə qədər gəlib çatıb?

 

Ədəbiyyat xobbim olub

– Füzuliyə həm də “eşq şairi” deyirlər.

– Yox, eşq şairi demək olmaz. Mən ona fəlsəfi şair deyim. Mən ona insan qəlbinin, insan psixologiyasının bilicisi deyərdim.

– Ədəbiyyatla ayrıca məşğul olubsunuz, yoxsa bu, bir xobbi olub sizə?

– Xobbim olub. Belə deyək. Hər kəs boş zamanını – bilmirəm mənim o qədər boş zamanım necə olub – bir yerlərə sərf edib, mən də oxumağa sərf etmişəm.

– Başqa nə oxumusunuz, haralardan oxumusunuz, kimləri oxumusunuz?

– Hə, məsələn?

– Ümumiyyətlə, dünya ədəbiyyatından, Azərbaycan ədəbiyyatından…

– Dünya ədəbiyyatından demək olar ki, hamısını oxumuşam.

– Sovetlər Birliyində ədəbiyyatı sevən, oxuyan bir nəsil vardı.

– Doğrudur.

– Azərbaycanda hətta evdar qadınlar belə kitabxana oxuyurdular. Boş zamanlarını kitab oxumaqla keçirirdilər.

– Bəli, təbii… Zatən insanın beynini inkişaf etdirən şey televiziya izləmək deyil, oxumaqdır. Çünki nədən? Onun bir fizioloji əsası da var. Televiziyaya baxarkən kadrlar gözünün önündən gəlib keçir. Nə qədər yaxalamağa çalışırsan, nə qədər ona anlam verə bilirsən, beyninin analiz nöqtəsinə nə vaxt çatır, bilmirsən. Amma kitabı qovurma yemək yeyən kimi, yəni dada-dada, dəyərləndirə-dəyərləndirə, analiz eləyə-eləyə oxuyursan.

– Oxuduqlarınızı da yəqin ki, hərəkat başlaya qədər oxumusunuz. Çünki hərəkat başlayandan sonra sizin o qədər də kitab oxumağa vaxtınız qalmazdı. Yoxsa onda da oxuyurdunuz?

– Yox, niyə? Oxumaq istəyən oxuyar. Hər kəsin bir yaşam tərzi var. Mən elə bu gün də oxuyuram.

 

Hər nağılın fonunda bir tarix var

– O zaman bütün bu işləri necə çatdırırdınız? Bütün hərəkatçılar sizdə… Hətta Beycan bəy də bizə verdiyi müsahibədə dedi ki, bir gün evə gəldik, gördük ki, qalmağa yer yoxdur, o zaman maşında yatdıq.

– Doğrudur. Bir gecə Türkiyədən iki yazar, jurnalist gəlmişdi – Mətin İşıq, Farrux Bildirici. Gəldilər, gördülər ki, mən onları gözləyə-gözləyə kitab oxuyuram. Oxuduğum kitab da onları heyrətləndirdi. Oxuyurdum. Bir gün də həmin dövrün lideri gəldi ki, mən “Min bir gecə” nağılları oxuyuram. “Xanım, sən nağıl oxuyursan?” dedi. Dedim, “Təbii. Mən nağıl oxumuram, tarix axtarıram. Çünki tarixçilər tarixi yanılda bilər. Yanlış yaza bilər. Dövrün tələblərinə uyğun dəyişdirə bilər. Amma nağıllar dəyişdirmir. Hər nağılın fonunda bir tarix var”.

– Zəminə xanım, mən də elə onu soruşmaq istəyirəm və tam səmimi cavab gözləyirəm. Ümumiyyətlə, siz səmimi insansınız, gördüyüm qədərilə… Yorulmurdunuzmu, bezmirdinizmi? İnsanlara bu qədər qulluq edirdiniz…

– Lev Nikolayeviç Qumilyovun “Step” – “Çöl” əsərini oxuyanda orada çox gözəl bir sözlə rastlaşdım – passionarizm. Onun fikrincə, millətlər də insanlar kimidir. Doğulur, yaşayır, gənclik dövrünü başa vurur, sonra ixtiyarlayır və ölür. Və millətlərin milli hisslərini qaldıran passionarizm deyilən bir anlayışdır. Mən həyatımı ciddi bir şəkildə 1987-ci ildən 1993-cü ilə qədər yaşadım, desəm, inanan olmaz.

– O 6 ildə?

– O 6 ildə həyatımın 40 ilini yaşadım. Peşmanammı? Yox! Rabindranat Taqorun bir söz var, “qılınc qınında qalar paslanar, işlədərsən yeyilər…” Yeyilmək məncə paslanmaqdan yaxşıdır.

– Bir məqamı da soruşum, Zəminə xanım. Bir vaxtlar sizin evdə başınıza yığılan, əlinizdən çay içib çörək yeyən adamlar bir gün dövlətin başına gəldilər. Və dövlətin başına gələndə artıq biz hər kəsi fərqli pozisiyalarda gördük. Hətta qadınlar da nəsə istədilər, hamısı da müəyyən mənada vəzifəyə gəldilər. Hərə bir şey qurdu, biri təşkilat qurdu, digəri batalyon qurdu. Biriləri də nazir oldular. Bəs, siz niyə heç harada olmadınız?

– Mən demək bir az da yanlış olar, biz deyək.

– Beycan bəy sizin qərarınıza təsir elədi, yoxsa siz onun qərarına təsir etdiniz?

– Yox, bayaq da dedim. Biz “birləşmiş tariçelli qabları” kimiydik… Nə Beycan bəyin, nə də mənim ağlımda və könlümdə, “bir şey eləyim, əvəzində nəsə qazanım” kimi düşüncələrimiz olmadı. İnanın olmadı. İnsan qarşısındakılara dəyər verəndə, onların beyni ilə düşünmür ki… Öz beyni ilə ona dəyər verir. O qarşıdakı beyin necə düşünürsə, mən ona cavabdeh deyiləm. Mənim bir torpağım vardı (Kövrəlir)… Nə isə…

– Əsas istədiyiniz o idi?

– O idi.

– Torpağınızı istəyirdiniz…

– …

– Çox ağır günlər keçirmisiniz. Beycan bəy gəlib, amma siz Azərbaycanda qalmısınız.

– Beycan bəyin bura gəlməsi, kimdənsə qorxub, qaçmaq deyildi. Bunu mən sizə izah eləyim, bilməyənlər də bilsin. Beycan bəy Naxçıvandan gəldi. Yəqin ki, bu haqda Beycan bəyin özünə sual vermisiniz, o da cavablandırıb.

 

Beycan bəyə “qaçdı” deyənlər…

– Cavab verib.

– Həyatda kim nəyə dəyər verirsə, onu qorumağa çalışır. Beycan bəyə deyilən, “ay qaçdı…”, “ay qoydu…” kimi sözlər çox kiçik sözlərdir. Beycan bəy kişiliyinə, şəxsiyyətinə dəyər verən adamdır. O blokada şəraitində millət üçün getmişdi ki, ac-susuz olmasın. O şəraiti gözünüzün qabağına gətirin – hər tərəf bağlı, hər yan qapalı. O qədər çalışdığı bir millətin onun üzərinə yeriyib, onu kiçik düşürməsinə razı olmazdı. Anladınızmı nə demək istəyirəm?

– Bəli.

– Gəldi. Mən çox maraq edirəm, “qaçdı” deyənlər, onu analiz edənlər onun yerinə olsaydılar nə edərdilər? Bir də onu düşünsələr.

– Siz nə elədiniz, siz necə getdiniz? Bilirsinizmi, hansı məqamı soruşmaq istəyirəm?

– Bir  həftə öncə oturduq, danışdıq. “Müəllim, sən burada qalmaq istəyirsənmi?”, “artıq mümkünsüzdür”, dedi.

– Yəni siz bunu bilirdiniz?

– Bilirdik. Çünki artıq gedişat da onu göstərirdi. İnsanı insandan fərqləndirən, 5 addım qabağı görməyidir.

– Heç heyfsiləndiyiniz, heç peşiman olduğunuz oldumu ki, “biz bu qədər işlər gördük, sonu da belə oldu…”

– Yox, müəllim. Niyə peşman olum ki? Biz ora gedəndə Beycan bəyin bir karyera qurmaq istəmədiyini adımız kimi bilirdik. Mənə elə gəlir ki, biz missiyamızı yerinə yetirib geri döndük. Orada, o ağır günlərdə nə eləmək gərəkli idisə Beycan bəy hamısını elədi. Mən də orada idim. Ailəmiz yox. Mən və o. Bunu bir adamın bir adamın yanında barınmağı kimi qələmə vermək doğru olmazdı. Bir az hadisələrə də daha geniş, daha yuxarıdan baxmaq gərəkirdi. Niyyət çox önəmli şeydir. Əgər biz ora bir şey qoparmaq, bir şey qazanmaq, bir şey əldə etmək niyyəti ilə getsəydik, məsələlərin gedişi tamamən fərqli olardı.

– Heç nə qazanmadınız…

– Nə qazanacaqdım ki?

– Qazandıqlarınız evinizə atılan bombalarmı oldu?

– Yox, onu da mən… Belə deyim sizə, onu da mən şərəf kimi qəbul eləyirəm. Demək ki, bir şeylər görüblər, bir şeylərdən qorxublar ki, atıblar. Demək ki, hədəfə vurulmuş bir şeyin cavabı idi o. Niyə başqasının evinə atmadılar ki? Məni bomba qorxutmadı, bomba da incitmədi. Məni o məsələnin üstündə – izninizlə heç ad çəkməyim, bu məni incidər…

– Necə istəyirsiniz…

– Amma o dövrün siyasi, öndə gələn adamlardan birinin dediyi söz incitdi məni. “Bəlkə Beycan bəy nüfuzunu qaldırmaq üçün bombanı öz evinə atdırıb?” Görəsən, hansı namərd…

– Bunu kim demişdi?

– Yox, adını çəkməyim. Əgər eşidəcəksə, özü bilir. Vicdanı ilə ona buraxıram.

– Hə, guya Beycan bəyin evinə atılan bombanı…

– Guya Beycan bəy özü atdırıb ki, populyar olsun. Gecə saat 5-də, evində 9-10 yaşında qızı olan, övladları olan, xeyli sayda qonağı-qarası olan bir adam əgər öz evinə bomba atdırırsa, sizcə bu, ağlı olan bir adamdırmı? O rus ağlı, tutalım ki, bura aid deyil, bəs o sözü deyən şərəfinə, namusuna sahib çıxan bir adamdırmı? Yəni, böyük hadisələrdə insanları axtarmaq məncə yanlışdır. Çünki böyük adamlar böyük planları düzənləyə bilir. Kiçik sözlər, kiçik kəlmələr, kiçik münasibətlər insanın kişiliyinin bəlirləyicisidir. Bunu deməyə çalışıram.

– Maraqlıdır, o adam kimdir?

– Heç deməyim. Müsahibənin sonunda nədən müsahibə təklifinizi qəbul elədim, onun səbəblərini deyəcəm sizə. İndi yox.

– Hə, müsahibənin sonunda deyəcəksiniz… Bir çox görüşlərdə Beycan bəylə bir yerdə olubsunuz. Bütün qərarları bir yerdə almısınız. Hətta dövlət rəsmiləri ilə görüşəndə də bir yerdə görüşmüsünüz.

– Hə.

– Bunun səbəbi nə idi? Bayaq dediyiniz “tariçelli qabları” kimi olmağınız idimı?

– O, Beycan bəyin mənə olan təvəccühü idi ki, mənə dəyər verib. Sağ olsun.

– Hə, Beycan bəy istəyib, yoxsa siz istəmisiniz?

– Yox, yox, Beycan bəy özü istəyib. Mən heç vaxt… Mən gələnəksəl bir ailədə böyüdüm. Böyüdüyüm ailə dininə düşgün, gələnəklərinə düşgün, qadının və kişinin yeri bəlli olan bir ailə idi.

 

Həmidə xanımın qohumuyam

– Söhbət əsnasında öyrəndim ki, siz Cavanşirlərdənsiniz.

– Hə.

– Bu iddialılıq genetikmi gəlir?

– Yox, canım. Bəli, mənim ana tərəfim Cavanşir nəslidir. Həmidə xanımın, Əhməd bəyin əqrəbalarındandır, qohumlarındandır. Amma sizə də bir şey deyim. Mənim heç bir vaxt populizmə, tribunalara oynamağa, haradasa bir yeri tutmağa heç bir zaman niyyətim olmayıb. Mən bu işi sevməmişəm. Sevmədiyim bir işi niyə eləyim ki? Nəyin xatirinə? Mən şöhrəti çox ucuz bir şey kimi görürəm. Mənim pula, paraya da o qədər düşgünlüyüm yoxdur. Sağ olsunlar. Mənim dediyim sözlər, o zaman bizim həmfikirlərimiz olan, döyüş dostlarımız olan kişilərədir. O biri tərəfə heç nə demirəm, çünki onlar haqqında da bir başqa fikrim var. Deyib ki, “Beycan bəy rüşvət alırdı…” Çox güldüm…

– Bəs, neçə kiloqram qızıl almışdı?

– O qızıl başqa mövzunun söhbətidir. Kitabında da bu haqda yazıb. Yazdığı kimi də deyirəm. Düşündüm, daşındım ki…

– Desəniz, daha yaxşı olar…

– Yox, deməyim.

– Zərdüşt Əlizadədirmi, yoxsa…

– Hə, onun kitabında yazılıb və çox münasibətsiz də bir söz yazıb: “Papağını qoyub, rüşvət alırdı…” Bir məntiq deyilən bir şey var. Rüşvət alan kişi, evinin qapısını açıb, evini karvansaraya döndərib, aldığı rüşvəti sənə yedirdərmiydi?

– Zərdüşt Əlizadə də sizin evinizdə olubmu?

– Çox, çox. Sizə belə bir şeyi də deyim. Ağlına, fərasətinə hörmət elədiyim bir adamdır. Amma demək ki, çatışmayan bir tərəfi var. Məntiqi düşünməsi zəifdir ki, elə yaza bilib. Məntiq var. Rüşvəti niyə alırsan? Daha firavan yaşayasan. Əgər mən burda o rüşvəti səndən alıb, orda da sənə yedirirəmsə, niyə alım o rüşvəti? Zəka sorununmu var?

 

Rüşvət verən adam rüşvət alanın arxasınca o meydana gedərdimi canını qoymağa?

– Beycan bəy həm də dövlət məmuru deyildi axı.

– Beycan bəy o vaxt institutda çalışırdı. O vaxt da institutda çalışanların 90 faizi illah da rüşvət alırdı. Sağ olsun, Beycan bəyin rüşvət alması bir yana, yaxaladığı bütün tələbələri evə gətirirdi, mənə yedirtdirib, geri götürürdü. Halal xoşları olsun.

– Hə, o tələbələrin də sizə böyük axını olub da?..

– Təbii, canım. Belə düşünün. Hərəkat – insan axını deməkdir. İnsan axını demək, bir kişinin arxasınca bir çox kişinin getməyi deməkdir. Beycan yaxşı müəllim idi ki, arxasınca da tələbələri gedirdi. Mən belə bir şey deyim. Yaşımızın elə bir dövrü gəlib çatıb ki, həqiqətən də Zərdüştün dediyi kimi, qarşına papaq qoyub, düşünməlisən – “Mənim dalımca kim gəlirdi?” Meydanı meydan eləyən ora gələn insanlar və onların arxasınca gələnlərdir. Rüşvət verən adam rüşvət alanın arxasınca o meydana gedərdimi canını qoymağa? Beycan müəllimin yüzlərlə tələbəsi onun arxasınca meydana gəlirdi. Hamısından bir-bir soruşun.

– Həm də o dövrdə qəribə bir atmosfer də var idi. İnsanlar milli duyğularını açıb tökmək üçün elə bil meydana gəlirdilər.

– Meydanda aşağı və yuxarı yox idi.

– Bəli.

– Kirli və təmiz yox idi. Küçə qadınları ilə din adamlarının qucaqlaşdığı yer idi ora. Ora bir millətin müqəddəsliyə, təmizliyə, dürüstlüyə getdiyi yer idi. Saxlaya bildikmi? Təəssüflər.

 

Heç vaxt oyunçu olmaq istəmədim

– Niyə saxlaya bilmədik, Zəminə xanım? Siz hər şeyi daha içindən görürdünüz…

– Mənim özümün özümə qoyduğum bir adım var. Bunu da ilk dəfədir ki, sizə etiraf edirəm. Mən mükəmməl tamaşaçıyam. Mənim heç bir vaxt oyunçu olmaq kimi bir niyyətim olmadı. Mənə sorarsınız cavab verərəm. Başınızın üstünü kəsdirib, bunu belə elə demərəm. Düşüncələrimi deyim sizə. O elə bir hərəkat idi ki, dünyada iz buraxacaq bir şey idi. Bir millətə əsr atladacaq, zaman atladacaq bir şey idi. Bir də düşünün. Bu çevrəni o durum qane eləyirdimi? Bunun Rusiyası var, İranı var, Türkiyəsi var, Amerikası var, Fransası var, İngiltərəsi var. Birdən-birə Azərbaycan kimi kiçicik bir yerdə – Topxanadakı bir ağacın üstündən bir nur çıxmağa başlayır. Milli bir nur çıxmağa başlayır. Dünyanı dəyişdirəcək bir şey idi o.

– Azərbaycan 1989-cu ildə “İlin Xalqı” elan olundu.

– Bilmirəm, o şeyləri bilmirəm. Rəsmi şeylər də oxumaram. O nuru mən görürdüm. O dövlətlər müsaidə edərdilərmi ki, o nur böyüsün, bir atəş olsun. Siz əminmisiniz ki, orada neçə millətin, neçə dövlətin agenti var idi, nümayəndəsi var idi, analitiki var idi.

– O agentlərdəmi sizə gəlirdilər? Heç bu haqda bilirdinizmi?

– Ola bilsin ki gəlirdi. Mən evimə gələni ağırlayacaq ev sahibəsi idim. Başqa bir şey deyildim.

– Zəminə xanım, mən bilirəm ki, siz Azərbaycan prezidentlərinin əksəriyyətini tanımısınız.

– Tanıyırdım.

– Yaxından söhbətləriniz də olub. Onlarla bağlı nə kimi xatirələriniz var?

– Vallah…

– Əbülfəz bəyi tanımısınız…

– Tanıyırdım.

– Heydər Əliyevi tanıyırdınız…

– Tanıyırdım.

 

Heydər bəy də, Əbülfəz bəy də çox maraqlı həmsöhbət idilər

– Onların qarşılarına yemək qoymusunuz, söhbətləşmisiniz…

– Təbii, halal xoşları olsun.

– Hətta sizə də deyəsən öz sirrlərini, dərdlərini də açıblar…

– Olub. Əbülfəz bəylə biz hərəkatdan çox-çox əvvəldən tanış idik. Beycan müəllimlə dost idilər. Yaponların çox gözəl bir sözü var: “Heç nəyə pis deməzlər”. Məsələn, bir insan haqqında danışanda deyərlər ki, “filan yaxşı adamın belə bir pis tərəfi var”. Onlar o qədər fərqli insanlar idi, fərqli kişilər idilər… Mən siyasi olaraq düşünmürəm bu işləri. İnsan kimi düşünürəm. Mənə görə Heydər bəy də, Əbülfəz bəy də çox maraqlı həmsöhbət idilər. Mən fizikada qaz qanununu sevmərəm. Bilirsinizmi, niyə? Çünki ideal qaz üzərində qurulub. Halbuki ideallıqla reallıq arasında bir kosmik məsafə var. Fərd olaraq hər ikisi çox maraqlı adam idi. Əbülfəz bir az dünya ötəsi maraqlı adam idi. Məsələn, çox işləvsəl (real) bir adam deyildi. Yəni getsin, alsın, kəssin, götürsün, qərar versin – elə deyildi. Amma ruh gücü çox güclü idi. Söhbətləri çox maraqlı idi. Çox oxuyurdu. Zamanında, yerində danışdıqlarını çevrəsinə yansıtması çox güclü idi. Bir dəfə məndən soruşdu ki, “əgər biz hakimiyyətə gəlsək, mənimlə olarsınızmı?” Dedim, “Bir gün Yaponiyanın baş nazirinin arvadından soruşurlar ki, bu necə adamdır, deyir, vallah, mən onu bilmirəm, amma bilirəm ki, üzünü hamamda yuyanda salamat yer buraxmır. Bu, bu cür xasiyyətlə ölkəni necə idarə edəcək?” (Gülür…) Onlar məni siyasi sima kimi qəbul eləmirdilər ki, müəllim. Onlar məni həmsöhbət kimi görürdülər, bir az dərdə yanan kimi, bir az ana kimi, bir az bacı kimi görürdülər. Məsələn, Heydər bəylə oturub söhbət eləyəndə mənə danışdığı 2-3 elə xatirələri var idi ki, inanın, insanın içini sızıldadır.

 

Heydər Əliyev gözəl həmsöhbət idi

– Məsələn, o xatirələrdən demək olarmı?

– Allah ona qəni-qəni rəhmət eləsin. Onu mənə demişdi – uşaqlığından, kasıbçılığından, həyata tutunma eşqlərindən…

– Yəni bu qədər səmimi söhbət eləyə bilmisiniz?

– Belə söhbətləri eləyən adam idi. Çox gözəl həmsöhbət idi. Həqiqətən. Biz Beycan bəylə evliyik. Bizim beynimiz eyni deyil, insanlara yanaşma tərzimiz eyni deyil. Biz bəzən çox fərqli qərarlar verə bilirik insanlar haqqında. Belə düşünək. Sənin 70 yaşın var. Gəlmisən, torpağındasan və ömrün boyu da hadisələrlə yaşamısan. Sən onlardan kənarda qala bilərmiydin? Bir insan olaraq qala bilərdinizmi?

– Yox, təbii ki…

– O da qala bilmirdi. Amma ömrü boyu bir nöqtəyə gəlmişdi ki, hamıya göstəriş vermişdi ki, “bunu belə eləyin, onu elə eləyin!” İndi o göstərişlərini dinləməyən adamlara onun münasibəti necə olardı, sizcə? Onun övladları mənim dediklərimi, bəlkə də kənardakılardan çox-çox yaxşı anlayarlar. Çünki o, təcrübə sahibi idi.

– Hətta Beycan bəydən sizə şikayət eləyirmiş…

 

I hissənin sonu

 

 

Strateq.az