Gündəm

Müsahibə

  • " width="300" height="266" />
    Cahangir Hacıyev həbsxanadan Samir Şərifovu ittiham etdi:“Devalvasiyanın günahkarı banklar yox, maliyyə naziridir” - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Zərdüşt Əlizadə Şeyxin müdafiəsinə qalxdı:“Ona qarşı danışanlar Rusiyanın agentləridir” - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Lapşin Akif Çovdarovla həbsxanadakı görüşündən danışdı:"Hakimiyyəti söyürdü..." - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Allahşükür Paşazadənin qudası olan sabiq deputat:"Şeyx cavan adamdır, nə istefa, nə bir şey!"
  • " width="300" height="266" />
    XİN rəsmisi:"ÜAK-ın ləğvi barədə qərar ciddi sual və dərin təəssüf doğurur"
  • " width="300" height="266" />
    İraq Kürdüstanı politoloqu İqbal Dürrə:“Kərkük Kürdüstanın ürəyidir, onu heç kimə vermərik” – Müsahibə
  • " width="300" height="266" />
    Rəsul Quliyev yeni neft sazişinin görünməyən tərəflərindən danışdı:"Azərbaycan buna məcbur edildi" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Deputat Fazil Mustafa:"Rusiyaya nökərlə dost arasındakı fərqi çatdırmağa çalışmalıyıq"
  • " width="300" height="266" />
    Rəsul Quliyev 2005-ci illə bağlı sensasion faktlar açıqladı:"Saakaşvili Gürcüstana gəlməməyimi tələb etdi" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Deputat Qüdrət Həsənquliyev:“İlham Əliyev iqtidar daxilində yeganə birləşdirici fiqurdur” – MÜSAHİBƏ

Qaynar Qazan

  • " width="300" height="266" />
    Elçibəyin dostu 17 illik sirri açdı:“Cənazəsi ilə birlikdə bir çanta pul gətirdim” - VİDEO
  • " width="300" height="266" />
    Mirmahmud Mirəlioğlundan şok açıqlamalar:“Elçibəyin ölümündə müəmma var!”-VİDEO
  • " width="300" height="266" />
    Zəminə Allahyarova yaxın tarixə işıq salır:“Heydər Əliyev Beycana "oğlum" deyirdi” - VİDEO
  • " width="300" height="266" />
    23 illik dostu Elçibəyin son günlərindən danışdı:“Elçibəyin əleyhinə danışanların hələ də günahı var və cəzalarını çəkib qurtarmayıblar”-VİDEO
  • " width="300" height="266" />
    Beycan Fərzəliyevin xanımı 25 ildən sonra danışdı:“Heydər bəy də, Əbülfəz bəy də çox maraqlı həmsöhbət idilər”-VİDEO
  • " width="300" height="266" />
    Sabiq Baş nazir Nobelə gedir:"Turan Birliyini yeni nəsil texnologiya ilə qura bilərik"-VİDEO
  • " width="300" height="266" />
    Beycan Fərzəliyevdən tarixi açıqlamalar:“Eiçibəy xəstəliyini uzun müddət gizlətdi, heç kimə demədi” - VİDEO
  • " width="300" height="266" />
    Sabiq Baş nazirdən heyrətamiz iddia:“Yusif Məmmədəliyevin ölümü müəmmalıdır, onu öldürdülər” - VİDEO
  • " width="300" height="266" />
    Becan Fərzəliyevdən şok müsahibə:“Elçibəy Heydər Əliyevi sevirdi”-VİDEO
  • " width="300" height="266" />
    Rusiyadakı keçmiş səfirimizdən ilginc proqnoz:“Rusiya çökəcək, o zaman çox şey dəyişəcək”- VİDEO

Qapalı Mövzu




Vəkil Bürosu

Sentyabr 2017
BE ÇA Ç CA C Ş B
« Avq    
 123
45678910
11121314151617
18192021222324
252627282930  

XƏBƏR LENTİ

23 Sentyabr 2017
22 Sentyabr 2017

27 Avqust 2017 - 11:00

Elçibəyin dostu 17 illik sirri açdı:“Cənazəsi ilə birlikdə bir çanta pul gətirdim” - VİDEO

Mirmahmud Mirəlioğlu: “Dəfn mərasiminə Heydər Əliyevin gələcəyini bilmirdik”

Mirmahmud Mirəlioğlu ilə həm “Qaynar Qazan”da, həm də “Azadlıq Salnaməsi”ndə görüşümüz, demək olar ki, bu verilişlər yaranandan, hətta ondan da əvvəldən planlaşdırılsa da, alınmır ki, alınmırdı. Hər dəfə bir iş çıxır, ya vəlvələdən, ya zəlzələdən görüşümüz baş tutmurdu. Təbii ki, bu işdə əsas yük bizim üzərimizə düşmür. Siyasilərimiz bəzən könülsüz, ya da soyuq yanaşırlar istəyimizə. “Qaynar Qazan” bir az başqa formatlı olduğu üçün bəziləri ümumiyyətlə, siyasətçi olsa da, gəlməyə risk etmirlər, “Azadlıq Salnaməsi” isə qismən uyğun olsa da, eyni yanaşmalar bəzən bizi çətinə sala bilir. Təbii ki, Klassik Xalq Cəbhəsinin sədri Mirmahmud Mirəlioğlunun çəkinməyə, ya da ehtiyat etməyə bir səbəbinin olmadığını hamıdan yaxşı bilənlərdən biri mənəm, ancaq alınmayanda alınmır da…

Bu dəfə ötən ilin elə bu zamanlarında etdiyim təklifi yenə etdim Mirmahmud Mirəlioğluna. Onunla sırf Elçibəydən, onun son günlərindən danışmaq istəyirdim. Ötən il də bu barədə müraciət etmişdim, amma alınmamışdı. Bu il də etdim. Zaman qısa idi, ancaq bu dəfə Ağadan müsbət cavab ala bildik və çəkilişə KXCP-nin qərargahına, kabinetinə gəldik. Söhbətimiz alındı.

Əbülfəz Elçibəy haqqında danışmaq heç bir zaman asan deyil. Bəyin fəaliyyəti o qədər ziqzaqlı, təzadlı, mürəkkəbdir ki, istər-istəməz, çətinlik törədir. Ona görədir ki, ölümündən 15 il keçməsinə baxmayaraq, hələ də gündəmdədir Elçibəy. Yenə tənqid edənlər arqumentlərini müdafiə edirlər, dəstəkləyənlər eyni tezislərlə cavab verirlər. Dəyişən bir şey yoxdur arqumentlərdə. Təkcə müşahidə etdiyim maraqlı bir məqam var. Hər gün keçdikcə Əbülfəz Elçibəyə maraq artır, yeni nəsil onu daha yaxşı tanımağa başlayır və çalışır. Önəmlisi odur ki, yeni nəslin qəhrəmanı yoxdur və onlar bugünkü harın və qudurğan məmurların, onların balalarının Azərbaycanı talaması və dağıtması fonunda Elçibəy kimi borc içində ölən birisinin qəhrəmanlığına ehtiyac duyurlar. Düşünürəm ki, bir müddət də keçəcək və Elçibəy bu günümüzdəkindən daha güclü və populyar olacaq. İndi o günlərin ərəfəsindəyik. Bir nəsil qəhrəmanını qəbul etdisə, onun yanında nə edirsən et, qəhrəmanına sahib çıxacaq. Bax, Elçibəy düz ölümünün bir az öncəsində olduğu kimi, çox güclü və çox maraqlıdır. İndi fərqi odur ki, onu daha öldürmək, ya da aradan götürmək mümkün olmayacaq. Onunla döyüşdükcə böyüyəcək…

Mirmahmud Mirəlioğlu ilə belə bir zamanda görüşdük. Maraqlı söhbət oldu, amma hər zamankı kimi, tam olmadı, məncə. Daha səmimi, daha açıq, daha çılpaq bir söhbət də ola bilərdi. Zənnimcə, Əbülfəz Elçibəy haqqında hələ çox şey danışılmayıb. Xüsusilə, son günləri haqqında suallarıma, Elçibəyin öldürülə biləcəyi haqqında ehtimallara hər zamankı kimi qapalı cavablar verdi Ağa. Hər cür açıq danışmaqdan yayındı. Elçibəylə dostluqlarından Novella Cəfəroğlunun iddialarına qədər hər məqamdan səthi keçdi, düşüncələrimə görə. Bəlkə mən çox şey gözləyirdim, bəlkə mən çox şey bilirəm, ya da bilmək istəyirəm, bilmirəm, amma açığı, bu söhbət ürəyimin dərinliklərinə işləmədi. Deyəsən, heç Elçibəyin cənazəsi ilə birlikdə gətirilən pullardan başqa yeni bir söz də deyilmədi. Hər halda, mənim nə deməyimdən asılı olmayaraq, Mirmahmud Mirəlioğlunun bu müsahibəsinə ən böyük qiyməti Oxucu-Tamaşaçı verəcək və güman edirəm ki, Elçibəyin şəxsiyyətinə olan maraq məni yanıldacaq.

Çox məqamlardan danışdıq Mirmahmud Mirəlioğlu ilə. 1974-cü ildə ilk dəfə onun haqqında eşitməsindən 1980-vi il avqustun 21-də baş tutan ilk görüşlərinə, hakimiyyət illərindən son günlərinə qədər gəldikləri uzun yoldan danışdı Ağa. Özünün dəqiq ifadə etdiyi kimi – “23 il və son 23 gün” kimi bir mazisi var Əbülfəz Elçibəylə. Adamlar 1 dəfə alayarımçıq görüşüb özlərini Elçibəyin az qala qardaşı bilir, ya da təqdim edirlər, Mirmahmud Mirəlioğlu 23 il və son 23 gün də bir yerdə olmasına baxmayaraq, “mən kiməm ki, Elçibəyin dostu olum?” deyir. Bu, təbii ki, təvazökarlıqdır, amma hələ son deyil. Düşünürəm ki, onun Elçibəy haqqında demədiyi çox sözləri qaldı və əslində, nə dedi ki?!

Ölümündən bəri gündəmdən düşməyən bir mövzudur Elçibəy. Heç düşməyəcək də. Bu, belə də davam edəcək. Tariximizin son 30 ilinə damğa vuran 2 böyük şəxsiyyət haqqında belə çox davam edəcək hələ. Həm Heydər Əliyev, həm də Əbülfəz Elçibəy onlardan daha üstün, daha maraqlı, Azərbaycanın bütün problemlərini həll edəcək daha qüdrətli bir şəxsiyyət meydana çıxana qədər ölkənin gündəmini müəyyən edəcəklər. Tarix onlara işləyəcək…

Tarixin güclü şəxsiyyətlərindən birinin dostu, ömrünün 23 ilini və son 23 gününü onunla birlikdə olan Mirmahmud Mirəlioğlu Əbülfəz Elçibəy haqqında danışır – Azərbaycanın 2-ci, özünün dediyi kimi, “demokratik yolla seçilən ilk və son prezidenti” haqqında.

“Azadlıq Salnaməsi”ndə 20-ci Mirmahmud Mirəlioğludur. Klassik Xalq Cəbhəsi Partiyasının sədri…

Əvəz Zeynallı,

“Azadlıq Salnaməsi”

 

I hissəni buradan oxuya bilərsiniz:

http://strateq.az/manshet/192620/23-illik-dostu-elcib%C9%99yin-son-gunl%C9%99rind%C9%99n-danisdi.html (23 illik dostu Elçibəyin son günlərindən danışdı:“Elçibəyin əleyhinə danışanların hələ də günahı var və cəzalarını çəkib qurtarmayıblar”-VİDEO)

 

II hissəni buradan oxuya bilərsiniz:

http://strateq.az/manshet/193143/mirmahmud-mir%C9%99lioglundan-sok-aciqlamalar.html (Mirmahmud Mirəlioğlundan şok açıqlamalar:“Elçibəyin ölümündə müəmma var!”-VİDEO)

 

III sonuncu hissə

 

Mirmahmud Mirəlioğlu “Azadlıq Salnaməsi”ndə müsahibəsinin III sonuncu hissəsində dedi ki:

– Türkiyədə Əbülfəz Elçibəy üçün böyük bir törən planlaşdırılmışdı, Türkiyə Böyük Millət Məclisində vidalaşma olacaqdı – bu planlar sonradan pozuldu

– Elçibəy dəfn olunan gün təkcə “Azadlıq” qəzetində Elçibəyin əleyhinə 8 yazı dərc olunmuşdu

– Bəzi məsələləri bitirmək, tarixin bir küncünə atmaq lazımdır

– Elçibəylə qonşu otaqda keçmiş Genelkurmay başqanı qalırdı, təsadüf ola bilərmi?

– Novella xanıma hörmətim var, amma onun Elçibəyin İsrailə gündəliklərini göndərməsi haqqındakı informasiyasını əsaslı saymıram

– Bu yaxınlarda bir nəfər mənə Elçibəyin 96 vərəqli dəftərini gətirdi və satmaq istədi – Elçibəyin tələbəlik illərinin dərs dəftəri

– Heydər Əliyev bir neçə dəfə bizimlə danışdı, başsağlığı verdi

– Mən bilmirəm kimin nə planı vardı, mənim bir planım yox idi

– Türkiyədə böyük vidalaşma olmalı idi

– Heydər Əliyevə dedim ki, bəs burada hazırlıqlar-filan görülüb, dedi ki, burada hər şey hazırdır, Dəfn Komissiyası var və biz o hazırlıqlar haqqında Əhməd Necdət Sezərlə danışmışıq

– Dəfn mərasiminə Heydər Əliyevin gələcəyini bilmirdik

– Axşam çadırda Ramiz Mehdiyevin, Rafael Allahverdiyevin və Allahşükür Paşazadənin Asim Mollazadə ilə görüşü oldu, sonra məni çağırdılar

– Hökumət narahat idi, elə bilirdilər ki, biz “Azadlıq” meydanına gedəcəyik, ya da mənim xəbərim yox idi, guya, kimsə demişdi ki, Şəhidlər Xiyabanına gedəcəyik

– Bəyin xeyli borcları vardı…

– Bir şeyi ilk dəfə deyirəm – borcun qapanması pulunu cənazəni gətirəndə mən gətirmişəm, hamı da şoka düşüb

– Elçibəyin cənazəsini müşayiət edirdi millət vəkilləri, nazirlər, Türkiyə prezidentinin xüsusi bir nümayəndəsi – təyyarə də hərbi təyyarə idi. Mən cənazə kəfənlənəndən sonra demişəm ki, 8-ci mərtəbədə 3 çanta var, çantanın biri mənim, ikisi Bəyindir. Məəttəl qaldılar ki, bəs sən çantanı aparmamısan, dedim mən “Susurluq” düzəltməli idim? Çantanı mən niyə aparmalı idim ki? Çanta sizindir. Azərbaycan torpağında çanta mənimdir.

– Azərbaycana düşən kimi Murtuz Ələsgərov dedi ki, Allah rəhmət eləsin, başınız sağ olsun, Allah hamıya səbr versin və onu da dedi ki, nə lazımdır, deyin. Dedim ki, burada Bəyin 3 çantası var – biri onundur, ikisi mənimdir. Dedi ki, qoyun maşına.

– Çanta Almurada təqdim olundu, məsələ də onunla bitdi.

– Bu pul haqqında müxtəlif fikirlər oldu. Bəy özü də dedi ki, bu pul Cəbhənindir. Dedim ki, Cəbhə-filan tanıyan var? Sizi tanıyırlar, Sizə veriblər.

– O çantanı qəbul edənə qədər Əbülfəz bəylə bizim aramızda çox mübahisə oldu. Mən başqa otaqda idim. Çanta getdi-gəldi. Bəy israr edirdi ki, pul təşkilatın olmalıdır. Mən də dedim ki, təşkilat tanıyan var? Türkiyə Cümhuriyyətində Elçibəyi tanıyırlar. Bunu da sizə verirlər borclarınızı bağlamaq üçün, siz də qəbul etmirsiniz, amma mən borcların bağlanması üçün qəbul edirəm. Belə də oldu.

– Heç kəsin ağlına gəlməyən, heç kəsin düşünmədiyi bir iş görmüşəm

– Vətən eşqi babalardan qalmış əziz bir yadigar

– Biz yerliçilik məsələsindən çox-çox uzağıq

– Novella xanım bizə Elçibəyin dost əmanətidir

– Elçibəyin komandası bir dəfə toplanıb onun özünün arzusu ilə bir hesabat, bir müzakirə yapa bilmədi

– Hələ Savalanı ziyarət etməmişəm

 

 

Son

 

“Azadlıq Salnaməsi” fotolarda:

        

Strateq.az