Gündəm

Müsahibə

  • " width="300" height="266" />
    SOCAR-ın trest müdiri ittihamlara cavab verdi:"Qarayaxanlara yalnız gördüyümüz işlərlə cavab verəcəyik..."
  • " width="300" height="266" />
    Avropa İttifaqının Azərbaycan üzrə xüsusi nümayəndəsi:“Tərəflərin razılığı olmadan Qarabağ münaqişəsinin həlli mümkün deyil” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    İrandan yenicə dönən VİP sədri seçkilər haqda:"Opponentliyimiz onları narahat edir" - Müsahibə
  • " width="300" height="266" />
    Rövnəq Abdullayev:“Xəzər dənizindən təbii qazın Avropaya nəql olunmasına bir addım qalıb” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    General İvaşov:“2018-ci ildə Rusiyada inqilab qaçılmaz olacaq” – Müsahibə
  • " width="300" height="266" />
    İsrail politoloqundan qalmaqallı açıqlamalar:“Azərbaycan İrana hücum üçün ən əlverişli yerdir" – Müsahibə
  • " width="300" height="266" />
    PƏNAH HÜSEYN SEÇKİLƏRDƏN DANIŞDI:"İsa Qəmbər iştirak etsəydi, bu, başqa bir situasiya olardı" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Erməni siyasətçisi Aram Manukyan:“Ermənistan Qarabağa görə Qafqaz iqtisadiyyatında sıfırıncı yerdə durur” – Müsahibə
  • " width="300" height="266" />
    Avropa İttifaqının Azərbaycandakı səfiri:“Bizim üçün söz azadlığı çox vacibdir” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Müvəqqəti azadlığa buraxılmış dustaq jurnalist:"Əsas anamdan narahat idim..." - MÜSAHİBƏ

Qaynar Qazan

Qapalı Mövzu





Vəkil Bürosu

Qadın Sözü

Fevral 2018
BE ÇA Ç CA C Ş B
« Yan    
 1234
567891011
12131415161718
19202122232425
262728  

XƏBƏR LENTİ

21 Fevral 2018
20 Fevral 2018

09 Sentyabr 2017 - 02:19

Rusiyanın qorxduğu başına gəlir –Tatarıstan öz ana dilinin müdafiəsinə qalxdı

Tatarıstan rəsmiləri məktəblərdə tatar dilinin tədrisinə son qoyulmasına çağırışları rədd ediblər. Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin ölkədəki milli azlıqların dilləri barədə ziddiyyətli bəyanatlar vermişdi.

Strateq.az AzadlıqRadiosu-na istinadla xəbər verir ki, sentyabrın 7-də Rusiya Federasiyasının subyekti olan Tatarıstan Respublikasının Təhsil Nazirliyi belə çağırışların “federal və regional qanunlara zidd olduğu və bəzi valideynləri çaşdırdığı” barədə bəyanat yayıb.

Rusiya etnik azlıqlarının ana dilləri barədə debatlar Vladimir Putinin ötən iyulda Mari El bölgəsinə səfərindən sonra qızışıb. Burada etdiyi çıxışda Putin regionlarda etnik rusların yerli dilləri öyrənməyə məcbur edilməsini pisləmişdi.

Bunun ardınca avqust ayında Putin “belə demək mümkündürsə, etnik respublikalarda” yerli dillərin zorla tədris edilməsi hallarının araşdırılmasını federal prokurorlara tapşırmışdı.

Putinin bu bəyanatlarının ardınca əhalisinin yarısını müsəlmanlar təşkil edən neftlə zəngin Tatarıstanda qeyri-tatar valideynlər yerli dilin orta məktəblərdə icbari tədrisinin ləğv olunması tələbi ilə etiraz aksiyalarına çıxmışdılar.

Lakin Tatarıstanın Təhsil Nazirliyi bu cür bəyanat və hərəkətlərə qarşı çıxaraq bildirib ki, Rusiya Konstitusiyası Rusiya Federasiyasına daxil bütün respublikalarda yerli dillərə dövlət dili statusunun verilməsi hüququnu tanıyır.

Nazirliyin bəyanatında bu da deyilir ki, Tatarıstanın öz Konstitusiyası və qanunları isə rus və tatar dillərinin orta məktəblərdə icbari tədrisini nəzərdə tutur.

Tatarıstanın 4 milyonluq əhalisinin yarısını türkdilli tatarlar təşkil edir və onların əksəriyyəti rus dilində səlis danışa bilir. Əhalinin ikinci yarısı isə ruslardan, udmurtlardan, başqırd və çuvaşlardan ibarətdir.

Ana dili mövzusunda kəskin debatlardan az əvvəl Kreml Tatarıstan Respublikasının xüsusi statusunu təsbit edən müqavilənin müddətini uzatmaqda tərəddüd keçirmişdi. Bu müqavilənin vaxtı bir neçə həftə bundan əvvəl başa çatıb.

Moskva və Kazan arasında hakimiyyət bölgüsünə dair ilk müqavilə Rusiya və Tatarıstanın ovaxtkı prezidentləri Boris Yeltsin və Mintimer Şaymiyev arasında 1994-cü ildə imzalanmışdı.

Bu müqavilə Tatarıstana öz qanunları, vergi sistemi və hətta vətəndaşlığı da daxil geniş muxtariyyət verirdi.

2000-ci ildə hakimiyyətə gələndən bəri Vladimir Putin “hakimiyyətin şaquliliyi” prinsipinə güc verməklə, bir çox tənqidçilərin fikrincə, “federalizm” prinsipini pozmağa başlamışdı.

Rusiyada qəbul edilmiş bir sıra qanunlar bütün regionları sərt şəkildə federal qanunvericiliyə bağlayır. 2005-ci ilədək Moskva ilə etnik regionlar arasında mövcud olan müqavilələr artıq ləğv olunmuşdu.

Hazırda Rusiyada yalnız iki inzibati vahid – Tatarıstan və Çeçenistan “xüsusi statusa” malikdir.

2007-ci ildə imzalanmış yeni müqaviləyə görə, Tatarıstana regionun iqtisadi, mədəni və digər sahələrdəki siyasətlərini Moskva ilə birlikdə yürütmək hüququ verilib.

İyul ayında Mari Eldə çıxış edən Putin demişdi: “Etnik respublikalarda kimisə onun ana dili olmayan dili öyrənməyə məcbur etmək, eyni zamanda rus dilinin tədrisinə ayrılmış saatları kəsmək yolverilməzdir”.

Onun bu bəyanatı internetdə həm təqdir, həm də tənqid edilmişdi.