Gündəm

Müsahibə

  • " width="300" height="266" />
    PROFESSOR QULU MƏHƏRRƏMLİ JURNALİSTİKAMIZ HAQDA:“Ev iti olub, yağlanıb-piyləniblər…” - (MÜSAHİBƏ)
  • vahid_ehmedov_yeni.jpg" width="300" height="266" />
    Vahid Əhmədov:“Azərbaycanda 2018-ci ildə bu iki nəfərdən biri prezident seçiləcək” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    İLYAS İSMAYILOV NƏRİMANOVUN MÜDAFİƏSİNƏ QALXDI:"Generallarımızı məhz o, ermənilərin əlindən xilas etdi..." - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    MEHMAN ƏLİYEV HÖKUMƏTİN MEDİA SİYASƏTİNİ SƏRT TƏNQİD ETDİ:"Hakimiyyət cəmiyyətlə informasiya mübadiləsini tamam itirib"- Müsahibə
  • " width="300" height="266" />
    Tomas de Vaal:“Qafqaz Moskvanın gündəliyində daha aşağı prioritetə keçib” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    POLİS RƏİSİ NARDARAN ƏMƏLİYYATININ DETALLARINI AÇDI:"Onların başı üzərində Azərbaycan yox, "Hizbullah"ın bayrağı dalğalanırdı" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Deputat Vahid Əhmədov:"Azərbaycan üçün bu qədər nazirlik, komitə çoxdur..."
  • " width="300" height="266" />
    Keçmiş deputatdan sensasion müsahibə:"Ətrafımda olanlar mənə şər atdı, ən böyük zərbəni isə rəfiqəm vurdu..."
  • " width="300" height="266" />
    Sabiq türk kəşfiyyatçısı:"Türkiyənin artıq səhv addımlar atmağa dözümü qalmayıb..."
  • " width="300" height="266" />
    Xalq artisti Rasim Balayev:"İş yoxdur, işsizəm, sıxılıram..."

Qaynar Qazan

Qapalı Mövzu





Vəkil Bürosu

Dekabr 2017
BE ÇA Ç CA C Ş B
« Noy    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

XƏBƏR LENTİ

11 Dekabr 2017
10 Dekabr 2017
09 Dekabr 2017

27 Sentyabr 2017 - 07:44

İlkin Rüstəmzadənin Anasından şok müsahibə:“İlkin müdafiədən narazıdır, dostlarından incimişəm”-VİDEO

“Mənim Anam” layihəsində siyasi və vicdan məhbusu İlkin Rüstəmzadənin Anası Atlas Hüseynovadır…

İlkin Rüstəmzadə və onun valideynləri hər zaman medianın diqqətində olsalar da, onlar haqqında çəkiliş düşüncəmiz xeyli əvvəllərə aid olsa da, hər şey indilərə təsadüf elədi. Biz İlkinlə azadlıqda “Qaynar Qazan”da söhbətləşmək istərdik, amma nə yazıq ki, azadlıq İlkində alınmır ki alınmır. Ona – bu gənc dəliqanlıya hakimiyyətin aqressiyası o qədər böyük və amansızdır ki, ona azadlıq yolu hələ görünmür.

İlkin Rüstəmzadə ilə tanışlığımın həzin bir tarixi var. Ağır Cinayətlər Məhkəməsinin binasında məhkəmələrim gedirdi. Təxminən həftədə bir dəfə proses keçirilir və ölkənin ictimai-siyasi xadimləri ara-sıra məhkəmələrimə gəlirdilər. Mənim məhkəmə prosesimdə adətən yaxınlarım, qohumlarım iştirak edirdilər. Zaman o zaman idi ki, ölkənin bərkgedən partiyalarının sədrləri, yeriyəndə yer yerindən oynayan QHT-lər məhkəməmə gəlmir, gündəlik və müstəqil qəzetlər mənim məhkəmə prosesimi iclaslarında planlaşdırmaya daxil etmirdilər. Məni həbs etdirənlər güclü çıxmış, medianı demək olar ki, müdafiəmdən çəkindirmişdilər. Bu ölkədə hər qəzetin və hər yazarın qiyməti var və hərə öz qiymətini alıb yerində oturmuşdu. Bax, belə günlərdən birində məhkəmə zalında bir gənc gözümə dəydi. Mən adətən, gələnlərin hamısını tanıyırdım, amma bu gənc dəliqanlını tanıya bilməmişdim. Üzü-gözü də saqqallı idi və əməlli-başlı şübhələndim. Elə prosesin ortasındaca özümü saxlaya bilmədim və “sən, cavan oğlan, ayağa dur, de görüm kimsən” dedim. Tanımadığım bir gənc prosesdə niyə iştirak etməli idi, edirdisə nə məqsədlə edirdi, onu öyrənmək istəyirdim. Gənc dəliqanlı sakitcə ayağa qalxdı və çaşqın halda “tələbəyəm, adım İlkin Rüstəmzadədir” dedi və bu məqamda bacımın oğlu Vüsal məsələyə nöqtə qoydu: “Dayı, İlkin mənim tələbə yoldaşımdır.” Vəssalam. Hər şey yoluna qoyuldu və bu cəsur gənci beləcə tanıdım. O, mənim məhkəmə prosesimə gələn cəsur adamlardan biri olaraq mənim həyat tariximə daxil oldu.

Sonra onun başına gələn bütün hadisələrdə mən bu olayı xatırladım və hər dəfə, hamıya danışıb durdum. Bax, indi də Oxucularıma danışdım və İlkin Rüstəmzadə mənim üçün ayrıca yerə sahib oldu hər zaman. Mənim həbsxana gündəliklərimdə demək olar ki, mənim dövrümdə türmə görən bütün siyasi məhbusların tarixi var, amma İlkinin tarixi orada ayrıdır – elə bu xatirə ilə.

Taleyin işinə baxın ki, mənim Ağır Cinayətlər Məhkəməsində məhkəməmə gələn bu gənc dəliqanlının da məhkəməsi elə Ağır Cinayətlər Məhkəməsində oldu və digər dostları ilə birlikdə ona da ən ağır cəza kəsildi və İlkin 8 il azadlıqdan məhrum edildi.

İlkin bir qrupda həbs olundu – NİDA-çılarla birlikdə. Amma işin qərib tərəfi orasındadır ki, onunla bir yerdə həbs olunanların hamısı indi azadlıqdadır, bircə İlkin içəridədir. Mən bu söhbətdə İlkinin Anasının üsyanını dinlədim, elə Atası da hayqırır və bunun hesabını sorurlar. Həqiqətən, mən indiyə qədər onu anlamaqda çətinlik çəkirəm ki, niyə bütün “podelniklər” buraxılır, amma İlkin yox?! Çoxmu cəsarətlidir, barışmazdırmı, hakimiyyətə o qədər qorxulu və vahiməlidirmi? Elədir, amma o qədər də inandırıcı deyil bütün bunlar. Bəs səbəb nədir ki, İlkinə Əli İnsanova, İlqar Məmmədova göstərilən münasibət göstərilir?! Niyə?!

Səbəb Ananın – Atlas Ananın hayqırtılarında gizlidir. Bu müsahibə çox kritik və maraqlı müsahibədir. Atlas Ana İlkinin uşaqlıq illərindən, orta məktəbdə oxuduğu çağlardan, ali məktəb dövründən danışıb. Və… gəlib həbs olunma zamanına. Və… elə şeylər deyib ki, adamın ayağının altından yer qaçır. Atlas Ana ilk dəfə İlkinin dostlarından incikliyini dilə gətirib, onların qurduqları müdafiə işinin zəifliyindən danışıb. Ananın dediyinə görə, İlkinin istər yerli, istərsə beynəlxalq müdafiəsi çox zəifdir və dostları azad olunsalar da, nə onu müdafiə edirlər, nə də ictimai-siyasi sahədə yoxdur heç birisi. Təbii ki, haqlılıq payı var, amma iş bununla da yekunlaşmır.

Atlas xanım İlkinin yanına gedib-gəlməkdə də çətinlik çəkdiklərini dilə gətirir. Hər dəfəsində 500 manat lazım olan ziyarət ayda 2 dəfə olur və bunun üçün də minimum 1000 manat lazım olur. Bu pul müntəzəm verilmir və ailə sıxıntı içərisində çabalayır. Bu, həyəcan siqnalıdır və mən bunun nə demək olduğunu çox yaxşı bilirəm.

Biz İlkinin Anasının bu dərəcədə dərd küpü olduğunu bilmirdik. Elə Atası Bakir bəy də elədir. Görünən odur ki, İlkin həbsdən çıxanda məhşər qopacaq. Haqq-hesab günü o zaman başlayacaq. O zamana qədər isə bizə İlkin Rüstəmzadənin müdafiəsini yaxşı təşkil etmək, onun ailəsinə bacardığımız hər fürsətdə yardımçı olmaq, İlkinin həbsdən çıxmasına nail olmaq qalır. Gerisi düzələcək…

“Mənim Anam” layihəsində qonağımız siyasi və vicdan məhbusu, hazırda 13 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, 8 il azadlıqdan məhrum edilmiş, onun 5 ildən çoxunu artıq çəkmiş İlkin Rüstəmzadənin Anası Atlas Hüseynovadır. O, İlkin Rüstəmzadədən danışır…

“Mənim Anam”,

Əvəz Zeynallı

 

 

"Mənim Anam"dan fotoların yaddaşında qalanlar:

 

Strateq.az