Gündəm

Müsahibə

  • " width="300" height="266" />
    GENERAL MƏHƏRRƏM ƏLİYEV İSLAHATLARDAN DANIŞDI:"Önəmli işlər görülür" - Müsahibə
  • " width="300" height="266" />
    Deputat Qüdrət Həsənquliyev:“Pulları yeyib, özlərinə villa, yaxta alıblar, indi dövlət onların borcunu ödəyir” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Britaniyalı jurnalist Edvard Lukas:"Putin rejimi xaricdən sabit görünür, daxildə ciddi qayğıları var" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    “PLAN MƏLUMDUR…” –Nazirdən Qarabağ danışıqları ilə bağlı mühüm açıqlamalar
  • " width="300" height="266" />
    Deputat Fəzail Ağamalı prezident seçkilərindən danışdı:"...Mehriban xanım prezidentlik marafonuna qoşulmayacaq" - Müsahibə
  • " width="300" height="266" />
    Keçmiş prezident Kərzai:“Əfqanıstandakı İŞİD-i ölkəmizi qurban vermək istəyən xarici qüvvələr yaradıb” – Müsahibə
  • " width="300" height="266" />
    PUTİNİN AZƏRBAYCANLI DOSTUNDAN SENSASİON QARABAĞ AÇIQLAMASI:"Sülhməramlıların yerləşdirilməsində Moskvanın şərti var" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Bakı Metropolitenində yeniliklər:liftlər, yeni stansiyalar, yeni qatarlar... (Müsahibə)
  • " width="300" height="266" />
    PUTİNİN BAŞ STRATEQİNDƏN SENSASİON AÇIQLAMALAR:"MKİ o gecə Putinin ətrafıyla danışmışdı ki, Ərdoğana qarşı mövqe tutsun" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Tofiq Zülfüqarov yeni qurum yaradır:“Eldar Namazovla görüşəcəyik...” MÜSAHİBƏ

Qaynar Qazan

  • " width="300" height="266" />
    Tomrid Hatəmi yaxın tarixin yaralarından danışır:“Elçibəylə Hatəmini kimlər ayırdı?!”-VİDEO
  • " width="300" height="266" />
    Məhəmməd Hatəminin qardaşı:“Meydan”dakı döyüşkən ruh, Məhəmməd Hatəminin ruhu idi...-VİDEO
  • " width="300" height="266" />
    Məhəmməd Hatəminin qardaşı Tomrid Hatəmi:“NKVD Pişvərini oğurlayıb Bakıya gətirdi”-VİDEO
  • " width="300" height="266" />
    Elçibəyin icra başçısı gizlinlərdən danışdı:“Tamara söhbəti 100 faiz yalandır”-VİDEO
  • " width="300" height="266" />
    Elçibəyin icra başçısı qiyamın səbəblərini açdı:“Sürət Hüseynovla hakimiyyəti üz-üzə qoyan üçüncü qüvvə var idi...”-VİDEO
  • " width="300" height="266" />
    Keçmiş başçıdan tarixi açıqlamalar:“Elçibəy Nizami məqrəbəsində məni yanına çağırdı ki...”-VİDEO
  • " width="300" height="266" />
    Məhəmməd Əminin silahdaşı danışdı:“Məhəmməd Əmini prezident kimi dəfn etdilər”-VİDEO
  • " width="300" height="266" />
    “Quran”a izah yazan Sərdar Cəlaloğlu:“Təriqətlərə bölünmənin yanlış olduğu "Quran"da göstərilib” - VİDEO
  • " width="300" height="266" />
    Sərdar Cəlaloğlu Rəsul Quliyevdən danışdı:"Onda gördüm ki, bu, Heydər Əliyevin siyasətini dəstəkləmir" - VİDEO
  • " width="300" height="266" />
    Nobeli adiləşdirən adam – Sərdar Cəlaloğlu:"Gücsüz mitinqlər güclü iqtidarı bir az da gücləndirir"-VİDEO

Qapalı Mövzu





Vəkil Bürosu

Noyabr 2017
BE ÇA Ç CA C Ş B
« Okt    
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

XƏBƏR LENTİ

22 Noyabr 2017
21 Noyabr 2017

22 Oktyabr 2017 - 10:41

“Quran”a izah yazan Sərdar Cəlaloğlu:“Təriqətlərə bölünmənin yanlış olduğu "Quran"da göstərilib” - VİDEO

Onun adı bu günlərdə o qədər çox olayda çəkilir ki, bəzən təqib etmək belə çətin olur. “Qaynar Qazan”ın da son bir neçə hissəsində qonaqlarla ondan – Nobel mükafatını Azərbaycana gətirmək istəyən bu adamdan danışmışıq. Tariximizin yaralı yeri müzakirə olunanda Sərdar Cəlaloğlunu görürük. Şəhidlərimiz mövzusunda ailəsindən şəhid vermiş Vətən övladı kimi Sərdar Cəlaloğlu yazır. Ədəbiyyat söhbətləri – tarixin qalmaqallı arxivlərinin pərdəarxasından danışanda Sərdar Cəlaloğlu meydana çıxır. Azərbaycan siyasi sisteminin önəmli məhək daşlarından biri də odur – Sərdar Cəlaloğlu. Özü demiş, ölkənin siyasi gündəmini müəyyənləşdirən 3-5 adamdan biri. Azərbaycan siyasətinin ən çox kitab yazan partiya sədri də odur. Qurani-Kərimin izahını yazan – indiyə qədər hətta 22 cildini hazır edən də Sərdar Cəlaloğludur. Baxmayaraq ki, ərəb dilini bilmir. “Ərəb dilini və onun incəliklərini bilmədən Qurani-Kərimi Azərbaycan Türkcəsində necə izah edəcəksiniz” deyə soruşdum, çox maraqlı cavabı oldu. Müsahibəni sonadək izləyənlər o cavabı oxuyacaqlar. Burada məqsədim Sərdar Cəlaloğlunun – 65 yaşlı bu enerjili adamın etdiklərinin və onu xarakterizə edən əsas amillərin qısa xronikasını verməkdir. Mən Sərdar Cəlaloğlunu ən azı 20 ildir tanıyıram.

Türkiyədə oxuyanda Azərbaycandan gələn siyasətçilərin əksəriyyəti ilə görüşüb söhbətləşərdim. Mən xüsusilə fəal idim. Kim olursa-olsun, Bakıdan gələn hər kəslə – alimi, siyasətçisi, tarixçisi ilə görüşər, tanış olar, əlaqələr yaradar, ölkədən xəbərlər alardıq. Günümüz Ankaranın bu başından o başına – otellərə, qonaq evlərinə şütüməklə keçərdi. Çox vaxt yol pulumuz olmazdı. Ya da gecə çox gec olar, payi-piyada yataqxanaya qədər gedərdik. Uşaqlar o qədər də həvəsli deyildilər, yük mənim üzərimə düşər, tək-tənha Ankaranın küçələrində boy göstərərdim. Azərbaycanın bütün ünlü adamları və siyasətçiləri ilə o zamanlarda – tələbəlik illərində tanış olmuşam. Bu tanışlıqların əksəriyyəti günəgün “Ankara gündəlikləri”mdə əksini tapıb – bəlkə qismət, enerji və həvəs olsa, o gündəlikləri də kitab şəklində dərc edəcəyəm bir gün. Və təbii ki, o gündəliklərdə Sərdar Cəlaloğlu ilə də bağlı sətirlər var. Mən Sərdar Cəlaloğlunu bax, o zamanlardan tanıyıram. Və elə ilk görüşdən Sərdar bəylə dost olduq. Yaxşı münasibətlər qurduq və tələbəlik illəri boyunca hər zaman qarşılıqlı hörmətə dayanan münasibərlərimiz oldu.

Bütün tələbə təşkilatlanmalarımıza dəstək verdi Sərdar bəy. Son dərəcə demokrat, istiqanlı və səmimi bir adamdır o. O zamanlar – bizim tələbəlik illərimizdə Sərdar Cəlaloğlu və partiyası çox aktiv idi. Mitinqlər ara vermir, piketlər kəsilmirdi. Ölkənin ən qaynar partiyalarından biri idi ADP. İlyas İsmayılovun gəlişi bir, Rəsul Quliyevin gəlişi başqa cür gücləndirmişdi onları. Biz də hər tələbə tətilinə gələndə günümüzün çoxunu ADP-nin qərargahında keçirər, o zaman çox qaynar olan gənclik təşkilatları ilə görüşər, müzakirələr aparar, diskussiyalar edərdik. Yaxşı xatırlayıram, sədri olduğum “Axın” Tələbə Birliyinin böyük tədbirləri olardı və onların əksəriyyətini ADP-nin qərargahında edərdik. Hətta Sərdar Cəlaloğlu bizə – Ankarada fəaliyyət göstərən “Axın” Tələbə Birliyinə partiyasının qərargahında 1 otaq da vermişdi. Biz Azərbaycana gələndə o otaqda fəaliyyət göstərirdik – təbii ki, təmənnasız.

Sonralar bu əməkdaşlıq “Hürriyyət” qəzeti ilə də davam etdi və zaman hətta məni bir xeyli “Hürriyyət” qəzetinin əməkdaşı da etdi. Orada həyatıma yön verən hadisələrlə qarşılaşdım.

Beləcə, Türkiyədə tələbəlik illərimiz sona çatana qədər bu əməkdaşlığımız davam etdi və biz təhsilimizi bitirib Azərbaycana qayıdanda düşünürdük ki, elə ADP-yə daxil olub orada da siyasi fəaliyyətlə məşğul olaq. Xoş bir təsadüf – Sərdar Cəlaloğludan gözləmədiyimiz soyuq münasibət, bizi siyasi partiyalara daxil olmaq düşüncəsindən azad etdi və mən sonralar Sərdar bəyə içimdə o qədər təşəkkürlər etdim ki. Əgər mənim planım baş tutsaydı, əvvəlcə dostum ADP-yə daxil olmalı, sonra ona münasibətə görə mən də dalısıyca gəlməli idim. Mən elə düşünürdüm ki, ADP-də mənim və silahdaşımın onların sıralarına gəlmə xəbərimiz toy-bayramla qarşılanacaq, bizi dərhal partiyaya qəbul edib partiyanın rəhbərliyinə qədər gətirəcəkdilər. Bilmirəm, niyə elə düşünmüşəm, amma şükür ki, düşüncələrim gerçəkləşmədi. Sərdar bəyə müraciət edən silahdaşım soyuq və həvəssiz şəkildə “ərazi təşkilatına müraciət edin, ərizənizin qəbul olunmasına yardımçı olmağa çalışaram” sözlərindən şok olmuş halda yanıma qaçdı. Biz dərhal hesabımızı götürdük və partiyaya daxil olmaq düşüncəsindən daşındıq. Vəssalam. Və bu haqda bir də indi – Sərdar Cəlaloğlu haqqında yazarkən düşündüm. O zaman niyə ADP-yə getməyə qərar vermişdik – Sərdar bəy bizə ən yaxın partiya sədri idi, ona görə.

Sonra Azərbaycan bizi də bir az özünə oxşatdı. İncikliklər, ayrılıqlar girdi aramıza. İllər, aylar derkən, bu günlərə qədər gəldik. Bir zaman ən yaxın dostlarkən, bir zaman ən uzaq yadlara çevrildik. Aylar illəri qovdu, köhnə dostluqlar unuduldu və siyasətin boz üzü özünü göstərməyə başladı.

Bütün hallarda Sərdar Cəlaloğlu mənim üçün o illərin ən əziz və çalışqan partiya sədri olaraq qaldı. ADP-nin böyük qərargahının adam əlindən hərəkət edilmədiyi günlərini görmüşəm mən. Suyu soğulmuş dəyirman kimi bir nəfərin belə uğramadığı ADP də olub gözlərimin qarşısında. Amma Sərdar Cəlaloğlu hər zaman öz dinamikliyini qoruyub saxlayıb. Durmadan, dayanmadan çalışıb öz üzərində. Biz siyasətçilərimizi “niyə kitablar yazmırsınız?” deyə yarğılayanda, Sərdar Cəlaloğlu cild-cild kitablar yazıb. O kitabları oxuyub anlamaqda əziyyət çəkmişik bəzən, amma Sərdar bəy kitabı kitab dalınca yazıb. Yorulmayıb. Həbsə düşüb. Mübarizə aparıb. Həbsdən çıxıb yoluna davam edib. O zaman Sərdar Cəlaloğlu bizim indiki yaşımızdan da cavan olub. Bəlkə ona görədir ki, onun gözlərimizdə elə o yaşda görür, ondan elə o yaşdakı enerjini gözləyirik. Bəzən heç fərqinə də varmırıq ki, yaşı 65-dir artıq…

Sərdar Cəlaloğlu Azərbaycan siyasətinin ən birləşdirici siyasətçilərindəndir. O, milli maraqları öz maraqlarından üstün tutduğunu ən azı 2 dəfə sübut edib. Heç kim öz yerindən qımıldanmazkən və kreslosundan bərk-bərk yapışarkən, Sərdar Cəlaloğlu iki dəfə ADP-nin sədrliyindən könüllü gedib və öz yerini İlyas İsmayılova və Rəsul Quliyevə təhvil verib. Bu, Azərbaycan siyasətində misli-bərabəri görünməmiş olaydır və düşünürəm ki, bu addımları müxalifətin və millətin birliyi naminə atıb Sərdar bəy. Düzdür, nəticəsi yenə Azərbaycanvarı olub, ancaq fakt da faktlığında qalır. İnanıram ki, günü bu gün də lazım olarsa, Sərdar bəy millətin maraqları naminə yenə partiyadakı vəzifəsindən gedər.

Onunla “Qaynar Qazan”da müsahibə götürəndə də elə bu yazdıqlarım haqqında düşündüm. Heç dəyişməyib. Demək olar ki, o illərdən bəri onunla müsahibə götürməmişdim. Amma iddialar və səmimiyyət ölçüsü də eyni qalırdı. Bir dəfə tələbə yoldaşlarımdan biri Ankarada “Nobeli Azərbaycana mən gətirəcəyəm” demişdi. Tələbəmizin o sözünü eşidəndə sehrlənmişdim sanki. Mən o qədər böyüklük aşiqiyəm ki, bir tələbənin bu iddiası məni xoşbəxt etmişdi. Mən o tələbəmizlə hər zaman qürur duydum. Sonu yaxşı olmadı, o tələbəmiz təhsilini başa vura bilmədi, çıxıb gəldi Azərbaycana, indi də buralarda hansısa xeyirli bir işlə məşğuldur, amma adını eşidəndə yenə o hissləri yaşayıram. Mənə elə gəlir ki, o cavan uşaq Nobel mükafatını Azərbaycana gətirəcək – bu millətin haqqını Nobel qardaşlarının varidatından götürəcək. Baxmayaraq ki,o tələbə artıq nə gənc deyil, nə də heç o iddiaları güman ki, yoxdur, bəlkə də özü belə öz sözünü unudub, amma mənim üçün bir xəyallar aləmi var. Mən zatən xəyallar adamı deyiləmmi?

Bəlkə Sərdar Cəlaloğlunu mənim üçün hər zaman özəl edən həm də bu Nobel mükafatı iddiasıdır. Olmazmı? Niyə olmasın? Niyə ola bilməz ki? Biz hər şeyə qadir millət deyilikmi? Biz istəyəndə dağ dağa qovuşmurmu? O zaman niyə millət olaraq bu gücün, bu enerjinin, bu iddianın arxasında olmayaq ki?

Sərdar Cəlaloğlu ilə xatirələrdən kənar həm də ciddi bir söhbət etdik. Dindən, fəlsəfədən, Səməd Vurğundan, Cəfər Cabbarlıdan, qazaxlılardan, Ağa Məhəmməd Şah Qacardan, Nadir Şahdan, Şah İsmayıldan danışdıq. Azərbaycan müxalifətinin niyə birləşə bilməməsindən də danışdıq. Mitinqlərdən və bəzi etiraflardan bəhs etdik. Söhbətimizin necə alındığına isə əlahəzrət Oxucu və Tamaşaçı qərar verəcək.

“Qaynar Qazan”ın 42-ci qonağına bu xatirələri yadıma salıb yaddaşımı təzələdiyinə görə təşəkkür edərək onu Sizinlə baş-başa qoyuram. Qonağımız Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğludur.

Əvəz Zeynallı

“Qaynar Qazan”

 

I hissəni buradan oxuya bilərsiniz:

http://strateq.az/manshet/204866/nobeli-adil%C9%99sdir%C9%99n-adam-s%C9%99rdar-c%C9%99laloglu.html 

(Nobeli adiləşdirən adam – Sərdar Cəlaloğlu:"Gücsüz mitinqlər güclü iqtidarı bir az da gücləndirir"- VİDEO)

 

II hissəni buradan oxuya bilərsiniz:

http://strateq.az/manshet/205933/s%C9%99rdar-c%C9%99laloglu-r%C9%99sul-quliyevd%C9%99n-danisdi.html

(Sərdar Cəlaloğlu Rəsul Quliyevdən danışdı:"Onda gördüm ki, bu, Heydər Əliyevin siyasətini dəstəkləmir")

 

III – sonuncu hissə

 

Mirzə Fətəli Axundov, Cəfər Cabbarlı… Rusiyanın tapşırıqlarını yerinə yetiriblər

– Əslində, onlar da İslamla vuruşmayıblar ki… İstər Axundov olsun, istər elə Cabbarlı olsun. Onlar İslam dini ilə vuruşmayıblar ki… O dövrün cəhaləti ilə vuruşublar…

– Onlar o dövrün cəhaləti ilə vuruşmayıblar. Onlar Rusiyanın tapşırıqlarını yerinə yetiriblər. Qəti… Nə cəhalət ey… Mən başa düşmürəm. Afşin gəlir Babəklə vuruşmağa – türk oğlu. Elə əsərdəki Afşin də odur.

– Əmisi oğlu…

– Afşin necə cəhalətdə olan bir insan olub ki, gedib İslam ordusunun komandanı olub? Bu, necə cəhalətdir? İndi bizim o cəhalətdəkilər haradadırlar ki, gedələr ya rus ordusunda, ya da Amerika ordusunda yüksək rütbəli zabit olalar?

– Sərdar bəy, belə bir fikriniz də var ki, Babəkin Azərbaycan xalqına, Azərbaycan tarixinə heç bir aidiyyəti yoxdur…

– Bəli. Azərbaycan ərazisində fəaliyyət göstərmək, bu ərazidə hansısa hadisənin baş verməsi o demək deyil ki, bunu Azərbaycan xalqı eləyib. Məsələn, İsgəndər tutaq ki, Azərbaycan ərazisindən keçib gedəndə burada hansısa bir hadisə baş verir, bunu biz Azərbaycan tarixi kimi öyrənirik? Məsələn, Teymurləng gəlib Təbrizi yandırıb, Teymurləng gedib onu eləyib, Teymurləngin dəstəsində kimsə bir qəhrəman olub, biz bunu Azərbaycan tarixinə aid edirik? Məsələn götürək, Həsən Sabbahı, “Ələmut” qalası haradadır? Təbrizin yaxınlığında… Həsən Sabbah 25 il “Ələmut” qalasında olub, bütün dünyanı heyrətə gətirib. Babəkdən də yüz dəfə güclü mübarizə aparıb. Həm Avropa ölkələri, həm də İslam xilafəti ilə. Nə əcəb, Həsən Sabbaha demirsən, azərbaycanlıdır? Fəxr eləmirsən ki, xəlifənin başını belə kəsdi, Nizamül-mülkü belə öldürdü? Babək də xürrəmilər hərəkatının… Baxın, maraqlı olan nədir. Xürrəmilər məzdəkilər hərəkatının bir qanadıdır. Əgər məzdəkilərin Azrbaycan tarixinə bir aidiyyatı varsa, onda əvvəlki məzdəkilər hərəkatı da Azərbaycan tarixi kimi öyrənilməlidir.

 

Xürrəmilər “gey”, Babəkin arvadı erməni olub

– Məntiqlidir…

– Niyə əvvəlki tarixlər – qırmızıbayraqlılar tarixi öyrənilməyib, ondan əvvəlki məzdəkilərin tarixi öyrənilməyib, gəlir, məhz Babəkin dövrü öyrənilir? A balam, özü də xürrəmilərin böyük çoxluğu hind və fars mənşəli olublar. Çünki xürrəmilərdə – əgər təriqətliyi öyrənsəniz bilərsiniz – İslamın elementləri çox azdır. Xürrəmilər hərəkatında daha çox atəşpərəstliyin və hind sofistikasının elementləri var. Bunların adı – xürrəmilər sözü – müasir “qay”, “qey” deyirik ha, “geylər” hərəkatı deməkdir. Niyə? Bunlar həyatlarını şərab içməklə və eyş-işrətlə – xürrəm içində keçirdikləri üçün bu adı götürüblər. Onu da İslam ölkəsi niyə qadağan eləyib? Çünki bu, İslam əxlaqına ziddir. Məsələn, onlar irsi cinsi əlaqəyə icazə veriblər – ana-bacı ilə olmağa və s. Babəkin bir arvadı erməni olub. Qaladan qaçanda həmin erməni arvadı ilə qaçıb qızın dayısıgilə. O da bunu tutub, o vaxtkı 2 milyon dirhəmə ərəblərə satıb. İndi deyirlər, Babək belə oldu. 10 dəfə xəlifəyə deyib ki, məni bağışla, xəlifə də ona deyib ki, sənin bu qolların minlərlə müsəlmanın qanına batıbdır, ona görə də sən mütləq edam olunmalısan. Sənə 100 dəfə məktub yazdıq ki, əl çək…

 

Babək Xəlifəyə onu bağışlamaq üçün yalvarıb

– Babək yalvarıb ki, bağışlayın məni?

– Əlbəttə. Bunların hamısı tarixdə olan şeylərdir. Hətta xəlifənin əmri belə olub ki, onun qolunu kəsin, qolu ilə sifətinə vurun, qoy bilsin ki, İslama ləkə… nə deməkdir. Amma bizim kitablarda yazırlar ki, üzü saraldı, ona görə qolunu üzünə sürtdü. Bunların hamısı yalan şeylərdir. Babəkin əsl adı nədir? Tarixdə var – Babok Hasan. Babok hansı xalqın dilindədir? Biz dilimizə uyğunlaşdırıb Babək deyirik. Babok puştuların adlarıdır. Gedin baxın, onlarda var.

– Pakistanlıların?

– Pakistanlıların. Onun bizə nə aidiyyəti var? Hə, o hərəkat Azərbaycan ərazisində olub. İndi İŞİD də İraqa, Suriyaya gəlib girdi. Biz deyirik ki, İŞİD İraqın tarixidir? Nə dəxli var? Hadisə burada olub, Həsən Sabbah da burada olub. Siz o haqda bilirsiniz də…

 

Qaçaq Nəbi keçi oğrusu olub

– Bəli.

– Bilirsiniz də, həşhəşilər hərəkatı… Bir nəfər də olsun, Azərbaycan tarixçisi həşhəşilər hərəkatı ilə bağlı bir cümlə belə yazmayıb. Çünki onun lideri də bizdən olmayıb. Baxmayaraq ki, tərəfdarlarının çoxu azərbaycanlı olub. Amma bunun lideri puştudur. Bartold yazır ki, “Sovet hökuməti 1939-cu ildə qərar qəbul elədi ki, SSRİ xalqlarından qəhrəmanlar düzəldilsin”. Bunu Bartold yazır. Ondan sonra Azərbaycanda Qaçaq Nəbi, Koroğlu, Babək qəhrəman oldular. Özü də necə seçirdilər? Koroğlu fəhlə-kəndli hərəkatının başçısı, Babək din əleyhinə çıxan qəhrəman, Nəbi də yerli idarəçiliyə qarşı çıxan obraz olub. Maksim Qorki “Qafqaz quldurları” əsərində yazır ki, “Qara Nəbi keçi oğrusu olub. Sadə vətəndaşlar onun əlindən boğaza yığılıb, neçə dəfə ondan hökumətə şikayət eləyiblər. Amma Qaçaq Kərəm də var, qardaşı pristavdır. O, rus çarına qarşı vuruşur, rejimə qarşı vuruşur”.

– İsrafil ağa ilə…

– Ay sağ ol. Qaçaq Kərəmi biz nə vaxt tanıdıq? Sovet hökuməti dağılana yaxın.

– Təzə-təzə, hə.

– Bəs, Qaçaq Nəbini nə vaxtdan tanıyırıq? Lap əvvəldən.

– İndi də deyirsiniz ki, Qaçaq Nəbi keçi oğrusu olub. İndi də üstünüzə qubadlılar qalxacaqlar.

– Qardaşım, bunu mən yox, Maksim Qorki yazıb. Bunu dəfələrlə demişəm, bir dəfə də təkrar edirəm. Maksim Qorki “Qafqaz quldurları” əsərində yazır. Mənbəni də göstərirəm, gedin oxuyun da… Özü də orada deyir, “Qara Nəbi”. Bu xalqın Cavad xan kimi, Qacar kimi, Qacarın anası Ceyran xanım kimi, Fətəli xanın bacısı Bikə xanım kimi, Cavad xanın arvadı Ceyran xanım kimi qəhrəman, qadın idealları var. Bu xalqa gətirib Əslini, Şirini, Nigarı, Leylini niyə nümunə eləyirsən? Babəki, Nəbini, Koroğlunu da kişilərinə… A, bu xalq Koroğlu ruhunda tərbiyə olunub da… Koroğlu nə edirdi? Hər dəfə döyüşdən qaçırdı da. “Koroğlu” dastanını oxuyanlar bilir. Sovet Ensiklopediyasında Koroğlu Səfəvilər imperiyasına qarşı mübarizə aparan cəlalilərin kəndli üsyanının başçısı olub.

– Bəli.

– Sonradan onu bütövlükdə Səfəvi imperiyasına qarşı qonşu xalqlar simvol götürüb.

 

“Koroğlu” dastanı ermənilərdən götürülüb, niyə?!..

– Səfəvilərə, osmanlılara?

– Yox, Səfəvilərə qarşı… Nəyə görə “Koroğlu” dastanının Azərbaycan variantı yoxdur? Nəyə görə bu dastanın 12 variantı var – Azərbaycan variantı istisna olunmaqla – bu variantların hamısında Korğlu Səfəvilərə qarşı mübarizə aparır, gürcü variantında isə I Şah Abbasa qarşı mübarizə aparır? Sual verirəm, niyə? Niyə qırğız variantı var – Səfəvilərə qarşı… Niyə özbək variantı var – Səfəvilərə qarşı… Moskva variantı var – Səfəvilərə qarşı… Bir dənə erməni variantı var – biz götürdüyümüz də erməni variantıdır, o da osmanlılara qarşı. Əgər bu, həqiqətən də Azərbaycan xalqının qəhrəmanıdırsa, o zaman bunu niyə ermənilərdən götürmüsən? Onun şeirləri də erməni şairi var, ondan götürülüb, məzmunu da erməni Təbrizyan var, onun kitabından götürülüb. Bunu mən demirəm, bunu “Koroğlu” dastanını yazan Təhmasib kitabın müqəddiməsində yazıb ki, “bu dastanın mətni filan erməninin tarix kitabından, şeirlər isə filan erməninin şeirlər kitabından götürülüb, tərcümə olunub”.

– Allah… Allah…

– İndi əgər sən bunları bilmirsən, deyirsən ki, Koroğlu…. Ə, Koroğlu sənin idisə, Şah İsmayıla qarşı niyə mübarizə aparırdı? Şah Abbasa qarşı niyə mübarizə aparırdı? Bax, bu türkə qarşı niyə mübarizə aparıb? Xalq qəhrəmanları, Əvəz, yadelli işğalçılara qarşı mübarizə aparan adamlara deyirlər.

– Bəli.

– Hansı yadelli işğalçıya qarşı mübarizə aparıb? Gəlib, taciri tutmaq, lap elə xanı tutmaq yadelli işğalçıya qarşı mübarizə aparmaq deməkdir?

– Gedib kiminsə qızını qaçırmaq…

– Kommunistdir, yoxsa fəhlə hərəkatının lideridir bu Koroğlu? Ona görə, əsas məsələ bilirsənmi, nədir? Bir xalqı qoyun eləmək üçün ona qoyun ideallar verirlər. Bir xalqı qəhrəman eləmək üçünsə, ona qəhrəman idealları ver. Bizə təlqin olunan adamlar psixologiyamıza elə oturub ki, Babəkə inananlar dinə nifrət edir. Nəbini sevən, onu özünə ideal seçənlər düşünürlər ki, niyə müharibəyə getməliyəm, elə qaçım, kol-kos dibində gizlənim. Koroğlunu da sevənlər qarınqululuq, “igidlik ondur, doqquzu da qaçmaqdır” ideyaları ilə yaşayanlardır.

– Qatır Məmməd necə?

– O heç. O, inqilabçıdır. Qatır Məmməd əməlli-başlı inqilabçıdır. Müsavat hökumətinə qarşı vuruşan bir adam olub. Qatır Məmməd siyasi adamdır. Bu üç adam isə Sovet hökumətinin mistifikasiya elədiyi tarixi “şəxsiyyətlərdir”. Məsələn, Koroğlu həyatda olmuş adamdır. Onun Cəlali hərəkatında bir kəndçisi olub, Şah İsmayıl Xətaiyə qarşı üsyana qalxıb.

 

Quran müsəlmanlara gəlibsə, niyə yarıdan çoxu xristian və yəhudilər haqqındadır?

– Sərdar bəy, burada maraqlı fikirlərə rast gəlmək olur. Məsələn, “Məhərrəmlik xristianlıqdan götürülmüş bir adətdir. Şiəlik xristianlığın, sünnilik yəhudiliyin İslam dininə tətbiqidir” deyirsiniz…

– Bəli. Bizim müsəlmanlar Quranı oxuyurlar və elə başa düşürlər ki, bu Quranda yəhudilər haqqında yazılanlar yəhudilər haqqındadır, xristianlar haqqında yazılanlar da xristianlar haqqındadır. Onda sual olunur: Quran müsəlmanlara gəlibsə, niyə Quranın yarıdan çoxu xristian və yəhudilər haqqındadır? Əgər biz deyiriksə ki, Quranda hər bir ayə bir işarədir, bu, o deməkdir ki, yəhudilər və xristianlar haqqında deyilənlər müsəlmanlara işarədir. Qurani-Kərimin “Bəqərə” surəsi sünni təriqətinin mahiyyəti ilə bağlıdır. “Ali-İmran” surəsi şiə təriqəti ilə bağlıdır. Sadəcə işarə ilə verilib. Məsələn, Allah-Təala hər şeyi görəndirsə, səncə İslamın gələcəyini görməyib? Əgər İslamın gələcəyini görübsə, onun təriqətlərə parçalanacağını görübsə, təriqətlərlə bağlı Quranda heç bir ayə verməyib? İnanırsan buna?

– Əgər Allah hər şeyi görən və biləndirsə, o zaman verib.

– Onda bu Quranda şiə və sünniliklə bağlı hansı işarələr var? “Ali-İmran” şiəliklə bağlıdır, “Bəqərə” surəsi isə sünniliklə bağlıdır. Bu surə sünniliyin yanlış yol olduğunu, “Ali-İmran” surəsi isə şiəliyin yanlış olduğunu göstərir. İslam dininin təriqətlərə bölünməsi və təriqətlərin hər ikisinin yanlış olduğu göstərilir. Niyə? Quranda ayə belədir. Allah-Təala deyir: “Mənim bir yolum var. O yol Quranda göstərilən əmrlərimin sözsüz yerinə yetirilməsidir. Yerdə qalan bütün yollar əyridir”. Əgər şiəlik Allahın yolu deyilsə, sünnilik Allahın yolu deyilsə, – Allahın yolu deyil, çünki şiəliyə də "Əli yolu" deyirsən – deməli, bunlar əyri yoldur da…

– “Məhərrəmlik xristianlıqdan götürülüb”, deyirsiniz. 12 həvariləri deyirsiniz?

– Yox. Məhərrəmliyi yox. İmam Hüseyn təziyədarlığı ki var – təziyədarlığın – əzabkeşliyin özü xristianlıqdan irəli gəlir. Yəqin ki, “Yelizaveta” kinosuna baxmısan. Həmin kinoda da göstərilir ki, o gedir və görür ki, yerin altında kilsə düzəldiblər və orada – o zamanlar katoliklər təqib olunurdular – İsa peyğəmbərin çarmıxa çəkildiyi gün şaxsey gedir, zəncir vururlar. Eynilə Məhərrəmlikdə bizimkilərin elədikləridir: şaxsey vururlar. Tutur ikisinin də başını kəsir. 600 il xristianlar İsa peyğəmbərin çarmıxa çəkildiyi gün onun xaçını daşıyırdılar, özlərini mıxlayırdılar, baş yarırdılar, şaxsey gedirdilər. Eynilə biz şiələrin elədiyi kimi. Mən də deyirəm ki, bu əzabkeşlik İmam Hüseyndən 600 il qabaq xristianlıqda olub. Eyni şəkildə – qantökmə, baş yarma, zəncir vurma. İndi də xristianlar bunu eləyirlər.

– Sərdar bəy, həbsxanada dinlə bağlı çoxlu kitablar oxudum. Hətta gündəliklərimdə qeydlərim də var. 12 həvari, 12 imam özlərinə…

– İmam Sahib-əz Zamanın və İsa peyğəmbərin qeybə çəkilməsi. Bəli, bunların hamısı var.

– İsa peyğəmbərin tərəfdarları uzun illər özlərinə əzab-əziyyət vermək üçün dəridən yapıncı geyiniblər. Eynilə bizim dərvişlər kimi…

– Bəli, bəli. Zunlar deyirlər buna.

– O qədər oxşarlıqlar var ki…

– Təkcə o deyil. Fəlsəfəsi eynidir. Yəni burada biz müsəlmanlar, tutaq bilirik ki, Allah "Həyy"dir. Yəni Allah əbədi diridir. Əgər Allah əbədi diridirsə və ona şərik qoyulmursa, deməli, Allahdan başqa əbədi diri ola bilməz, düzdürmü?

– Əlbəttə, təbii ki…

– Şiələr nə deyirlər? Deyirlər ki, 12-ci imam diridir. Bu, nə deməkdir? Xristianlar da deyirlər ki, İsa peyğəmbər diridir.

– Zühur edəcək…

– İndi də İncil mənim stolum üstündədir. İndi gəlin mənə orada göstərin yazılsın ki, İsa peyğəmbər diridir və qiyamətdən qabaq gələcək və 600 il yerdə guya hökmranlıq edəcək. Tapın, İncildə bunu mənə göstərin.

– Qurani-Kərimin izahını verirsiniz…

– Bəli.

– Mənə də bu haqda yazdılar. Deyəsən, bir nəfər də bu haqda yazmışdı ki, ərəb dilini bilmədən Qurani-Kərimə necə izah vermək olar?

– Mən ingilis dilini bilmirəm, amma Nyutonun qanunlarını əzbər bilirəm.

– Amma ərəb dilində də sözlərin mənaları var.

– Elə məsələ də bundadır da… Ayətulla Mütəhərri deyir ki, mən kəlam elminə istinad eləmirəm, çünki kəlam elmi İslamın belini sındırdı… Ayətulla Mütəhərri şiələrin ən çox hörmət elədikləri şəhid ayətulladır. Deyir, kəlam elmi nədir? İndi sənin dediyin. Ərəb sözlərinin çoxmənalılığını bilmək və hər mənaya görə də Quranın yazdıqlarını icra eləmək. Allah-Təala Quran vasitəsilə bizə mütləq həqiqətləri çatdırıb. Mütləq həqiqəti ifadə eləyən söz adi insanın sözü ola bilməz. Mən bunu bir dəfə izah eləmişəm. Sən “su” sözünü elə su kimi başa düşürsənsə, onda belə çıxır ki, su da Allah kimi əbədi varlıqdır. Niyə? Qurani-Kərimin bir ayəsində deyilir ki, “Taxtı su üzərində, yeri-göyü yaratdı”. Deməli, su da Allah kimi əvvəldən var imiş də. Onda daha nə oldu? Sən suyu Allaha şərik qoşdun da. Əgər “su”nu su kimi başa düşsən, onda belə çıxır ki, su yerdən və göydən qabaq yaranmış varlıqdır.

 

“And olsun əncirə, and olsun zeytuna…”

– Belə başa düşdüm ki, ərəb dilini bilmədən də İslamın izahını yazmaq olar.

– İzah nə deməkdir? Quranı anlamağın 3 yolu var. Biri təfsirdir, biri təvildir, biri izahdır. Təfsir – ancaq Qurandan çıxmadan, Quranın bir ayəsindən başqa bir ayəsi ilə birlikdə, birindən digərinin mənasını tapıb deməkdir. Bu zaman Qurandan ayrıla bilməzsən. Deyərsən ki, Quranın filan ayəsindəki filan ayə bu mənanı verir. Buna təfsir deyirlər. Allah-Təala da deyir ki, “bu kitab özü-özünü təfsir eləyir…” Bununla bağlı da ayə var.

İkincisi, təvildir. Bu, nə deməkdir? Bir mətni anlamaq üçün arxadan başlayıb, tərsinə oxuyursan. Bu, yeganə Qurana aiddir. Dünyəvi kitabların heç birində mətni anlamaq üçün arxadan önə gəlmək kimi bir üsul yoxdur. Niyə? Bütün dünyəvi kitablarda asanlıqdan mürəkkəbə doğru gedir, xüsusidən ümumiyə doğru gedir. Quranda tərsinədir. Ümumidən xüsusiyə doğru gedir. Ümumi əvvəl verilib, xüsusi sonra. Ona görə də sondan qabağa gəlməlisən. Buna da təvil deyilir. Burada da Qurandan kənara çıxa bilməzsən. Quranı axırdan oxuyub, gəlirsən və ayənin mənasını tapırsan. Məsələn, Quranda Allah-Təala deyir ki, “and olsun əncirə, and olsun zeytuna…” Bundan nə başa düşdün, de görüm hələ? Nə deməkdir bu?

– Hər halda bir mənası var. Əncirə, zeytuna meyvə kimi and ola bilməz axı.

– Ay sağ ol. Amma bunu təvil edəndə ən axırıncı cümlə nədir? Mömin və kafirlər. Həmin surənin axırıncı ayəsi budur – Mömin və kafirlər. Oradan başlayıb yuxarıya doğru gəlirsən və məlum olur ki, ənciri Allah-Təala möminlərə bənzədir, zeytunu da kafirlərə… Əncirin rəngi qara, sarı, yaşıl ola bilər, amma içini açırsan ki, qırmızı, xoşagələn bir nemət var. Möminlər də elədir – zəncisi, sarısı, ağı ola bilər, amma onların hamısının eyni ruhu var, mömin olduqlarına görə. Amma qara zeytunun içi də qaradır, göy zeytunun içi də göydür, sarı zeytunun içi də sarıdır. Yəni kafirlərin xarici necədir, daxili də elədir, onlarda ruh yoxdur. Allah-Təala ona görə deyir ki, “and olsun əncirə, and olsun zeytuna…” İndi baxın görün ki, kafirlə mömin necə fərqlənir.  Möminlərdə Allahdan ruh var, kafirlərdə ruh yoxdur. Bu da təvildir. Üçüncü izahdır. İzah nədir? Əqli elmlərlə izahi elmi insanlara başa salmaq. Məsələn, Allah-Təala deyir ki, “mən sizə minmək üçün qatır, eşşək, dəvə, at yaratdım. Bundan sonra da başqa miniklər yaradacam.” Bu başqa miniklər deyəndə, sən də ağıllı oğlansan, düşünürsən ki, hə, sonradan tank yarandı, qatar yarandı, təyyarə yarandı və s. Deməli, bu ayənin mənası budur ki, bu ayədə başqa minik vasitələri – texniki minik vasitələrinin yaranacağını göstərir. Və yaxud da belə bir ayə də var – siz istəsəniz Yerin və Kainatın orbitindən çıxa biləcəksiniz. Amma sizə əlavə güc lazımdır. Bütün müsəlmanlara baxırsan, yazırlar izahda ki, Allah-Təala bunu ruh olaraq nəzərdə tutub. Amma fizika elmi sübut elədi ki, Yerin orbitindən çıxmaq üçün əlavə güc lazımdır. Doğrudan da əlavə gücü tapdılar xristianlar. O zaman müsəlmanlar xurafatla məşğul olurdular. Xristianlar da Yerin orbitindən çıxdılar. Quranda açıq şəkildə yazılıb ki, Yerin orbitindən çıxmaq üçün əlavə güc lazımdır.

 

Mən Allah-Təalaya ali siyasətçi kimi baxıram

– Fizikadır da…

– Əlavə güc – reaktiv güc deməkdir, geri itələmə… O, Yerin cazibəsini dəf eləmək üçündür. Məsələn, bunun elmi şəkildə izahı var.

– Sərdar bəy, sizə həm də fizika, kimya fənnlərini bilməyiniz Quranın izahını verməkdə kömək edir…

– Quranı bilmək üçün ən azı 6-7 elm haqqında ən ümumi biliyə malik olmaq lazımdır. Xüsusi yox ha, ümumi biliyə. Ümumi bilik nə deməkdir? Məsələn, fizika elmi nəyi öyrənir? Əsas sahələri nədir? Fizikanın əsas qanunları nədir? Biologiyanın əsas sahələri nədir? Kimyanın da elə. Bu nəyə lazımdır? Qurani-Kərim bütün dünyəvi elmləri özündə bir ayə şəklində verir. Çox çətindir onu tam olaraq açmaq. O baxımdan, gərək o biliklərin də olsun ki, ayənin zahirindən onların mənalarını tapasan. İndi deyirlər ki, necə izahını verirsən? Mən dəfələrlə məsciddə olmuşam.

– Hətta burada Əli Məmmədli də yazır ki, “Sərdar bəy siyasətçidən çox, din xadimi kimi həqiqəti deyir”.

– İndi bax, görürsən? Baxın, Allah-Təalanın 3 işi var. Biri Yeri-göyü yaratmaqdır. Özü bunu Quranda buyurub. Biri yaratdıqlarını tənzim eləməkdir. Biri də yaratdıqlarına nəzarət eləməkdir. Siyasət təşkil etmək, nəzarət və tənzimləmə elmidir. Siyasətçi gərək Quran oxusun, çünki niyə? Allah-Təala özü siyasətçiyə yol göstərir. Mənim “İlahi siyasət” kitabım elə ona həsr olunub da. Mən Allah-Təalaya ali siyasətçi kimi baxmışam. Axı, əgər siyasət təşkil olunmadır, nəzarətetmə və tənzim etmədirsə, deməli, Allah yaradıbsa, tənzim edib nəzarət edib. Deməli, Allah ən böyük siyasətçidir də. Mütləq siyasətçidir. Ona görə də kitabın adını “İlahi siyasət” qoydum.

– Danışdıqlarınız o qədər maraqlıdır ki… Elə bil hər şey bir bütövün hissələridir. Lap elə Nobelə təqdim etdiyiniz kosmik dəyişilmələr nəzəriyyəsi, Quranın izahı və s. sanki bir hormoniyanı təşkil edir.

– Mənası olmalıdır.

– Nobel demiş, burada bir xırda, sual kimi bir şey var. Siz  bizim “Qaynar Qazan”da Beycan Fərzəliyevlə olan müsahibəmizə baxdınız?

– Yox, mən onda xaricdə idim.

– O da sizin haqqınızda danışmışdı.

– Nə danışmışdı?

– Onun sizə bir tövsiyəsi var idi, çünki o da Nobel mükafatına doğru gedir.

– Hə, sən ona yanlış demişdin, ona görə o cür cavab verib. Sən ona deməmişdin ki, Sərdar bəy ora gedib, gizli səsverməyə qədər də gedib çıxıb.

– Onu bilmirdim axı.

– Sən demişdin ki, Sərdar bəy Nobelə təqdim edib. O da demişdi ki, kollegial…

– Hə.

– Mən Nobelin 3 komissiyasından keçmişəm. Mükafata getmişəm və amerikanlara uduzmuşam. O deyirdi ki…

– Deyirdi ki, Nobel mükafatı üçün kollegial işləmək vacibdir.

– Hə, o elə bilir ki, mən Nobelə müraciət eləmək istəmişəm, alınmayıb. Əgər sən desəydin ki, gizli səsverməyə qədər gedib çıxmışam, o zaman o bilərdi söhbət nədən gedir.

– Mən də onu bilmirdim.

– Necə bilmirsən? Mətbuatda Nobel Komitəsinin özü açıqladı ki, Azərbaycandan bir nəfər gizli səsverməyə qədər gedib çıxıb.

– Onu mən bilməsəm də, Beycan bəyin özü bilməli idi. Çünki söhbət Nobel mükafatından gedir.

– Ola bilər. O ki qaldı onun deməyi ki, “Nobel mükafatı üçün kollektiv şəkildə işləmək lazımdır”, bu, belə deyil. Nobel mükafatı alanların 90 faizi fərdi qaydada müraciət edib. Məsələn, Rentgen. İlk dəfə bu mükafatı fizika sahəsində Rentgen alıb.

– Beycan bəy deyirdi ki, mükafat üçün kollektiv işləməlidir.

– Kollektiv işləmişəm də. 10 nəfər mənə rəy verib. O bilmir yəqin. Neçə nəfər elmlər akademiki, professorlar mənə rəy verdilər ki, mən o işi göndərdim.

 

Qurani-Kərimin fəlsəfəsi elə demokratiyadır

– Ceyhun Mirzəli yazır: “Bir mərhum ilahiyyatçı Yaşar Nuri Öztürk Quranda laikliyin yerinin olduğunu söyləyirdi. Quranı tətqiq edən Sərdar bəy necə düşünür, Quranda laikliyin və demokratiyanın yeri varmı?” Bir də burada maraqlı bir sualı var: “Türkiyədə artmaqda olan yeni osmanlıçılıq fikrinə münasibəti necədir? Bu ideya Türkiyəni böyüdəcək, yoxsa bu aldatmacadır?”

– Əvvəlcə birinci suala cavab verim. Allah-Təala Quranda “Bəqərə” sursində buyurur ki, “dində məcburiyyət yoxdur, mən sizə seçim azadlığı vermişəm, cənnət-cəhənnəm yaratmışam. İstədiyinizi seçə bilərsiniz”. Demokratiya da nədir? Məcburiyyət olmayan seçim azadlığını insana verməkdir. Yəni Qurani-Kərimin fəlsəfəsi elə demokratiyadır. Ona görə də 1966-cı ildə YUNESKO İslam İnsan hüquq və azadlıqlarının Deklorasiyasını qəbul elədi. Quran əsasında. Hansı ki, BMT-nin İnsan hüquq və azadlıqlarının Deklorasiyası ilə eynidir. Yəni BMT qəbul edib ki, bu Quranın da… Məsələn, ABŞ-ın Kolumbiya Universitetinin hüquq fakultəsinin qarşısında “Nisə” surəsinin 165-ci ayəsi yazılıb. Nə yazılıb? “Atanızın əleyhinə olsa da, şahidlik elə ki, ədalət üzə çıxsın…” Yəni Qurani-Kərimdə insan hüquq və azadlıqları, demokratiya haqqında o qədər ayə var ki, mən oturub saatlarla onları deyə bilərəm. Quranda yazılır ki, “Firon hakimiyyət tapdı, biz Davud peyğəmbərə hakimiyyət verdik.” Baxın, “hakimiyyəti tapmaq” bir hakimiyyəti oğurlamaqdır. “Hakimiyyəti vermək” isə bir adamın qanuni yolla hakimiyyətə gəlməsidir. Qurani-Kərimdə başdan-ayağa demokratiyanın fəlsəfəsi, mahiyyəti ilə bağlı minlərlə ayələr var. Ədalətli cəmiyyəti necə qurmaq olar? Qurani-Kərim, şəriət ədalətli cəmiyyəti qurmağın yollarını göstərir də sənə. Ona görə də o tamamilə düz deyir.

– Osmanlıçılıq məsələsinə necə baxırsınız? Yoxsa, siz buna xilafətçilik deyirsiniz?

– Xilafətçilik osmanlıçılıq demək deyil. Xilafətçilik başaqa şeydir, osmançılıq da başqa şey. Xilafətin iki dövrü var: 1. Ərəb xilafəti dövrü, 2. Sultan Səlimdən sonra türk xilafəti dövrü…

– Bəli, 1517…

– Bəli. Türk xilafəti həm də Osmanlı imperiyası… Çox maraqlıdır. Çaldıranda müharibə gedib. Sonra Sultan Səlim girib Təbrizə, Şah İsmayıl Xətai də Təbrizdə olub. Bu, necə ola bilər? İki döyüşən adam. Sultan Səlim gəlib Təbrizə, Şah İsmayıl da orada olub. Çünki xəlifə kimi gəlib. Xəlifə kimi gəldiyinə görə Şah İsmayıl ona müqavimət göstərmək hüququ yox idi. Amma Çaldırana Türkiyə Osmanlı imperatorluğunun imperatoru kimi gəldi, girdi müharibə eləməyə. Yəni Sultan Səlimdən sonra Osmanlı imperatorları iki vəzifəni eyni zamanda daşıyıblar: 1. Xilafət, xəlifə vəzifəsini – dinlə bağlı, bütün İslam dünyası ilə bağlı – hamı da onu qəbul eləyib. 2. Osmanlı dövlətinin ayrıca dövlət siyasəti – bu vəzifələri onlar paralel aparıblar.

Türk tarixinə, eləcə də türk-Azərbaycan əlaqələrinə baxışda bu məqamı bütün tədqiqatçılar unudur. Türkiyənin İslam ölkələri ilə bağlı, o cümlədən Avropa ölkələri ilə bağlı siyasətini yenə unudurlar. Məsələn, bir də görürsən, Türkiyə Osmanlı dövrünün bir siyasəti ilə bağlı çoxlu şübhələr yaranır. Anlaşılmır ki, bu, niyə belə olur? Məsələn, bayaq dediyim Sultan Səlim Təbrizə gəldi, Şah İsmayıl Xətai də Təbrizdən çıxmadı, orada oturdu. O da gəldi, gəzdi, çıxdı getdi. Niyə? Çaldıranda vuruşan bir adam, burada niyə döyüşmədi? Şah İsmayıl Sultan Səlim Təbrizə gələndə ona niyə müqavimət göstərmədi? Çünki xəlifə kimi gəlirdi. Şah İsmayılın da borcu idi ki, onu qəbul eləsin və əslində çox hörmətlə də qarşılasın. Yəni bu baxımdan, Osmanlı-İslam tarixinin öyrənilməsi mənə elə gəlir ki, Türkiyədə də, Azərbaycanda da düzgün araşdırılmayıb. O ki qaldı müasir siyasətə, müasir dünyada sübut olunub ki, imperiyalar keçmiş təsir dairələri üzərində müasir milli siyasətlərini aparırlar. Məsələn, Birləşmiş İngiltərə krallığı – 56 ölkənin vətəndaşı olaraq vizasız gedir-gəlir.

– Ora Ərəb ölkələri də daxildir?

– Yox, bunlar o ölkələrdir ki, onlar İngiltərə imperiyasının müstəmləkəsi olublar. Biz necə Rusiyaya gedib-gəlmirik? Biz də Rusiyanın müstəmləkəsi olmuşuq. Eyni zamanda dəfələrlə Qəddafi də açıq dedi: İraq, Suriya, Misir – bunların hamısı Türkiyənin, Osmanlı imperiyasının sərhədlərinə daxil olub. Bir var xilafət, bir də var Osmanlı imperiyası… Bunlar həm də dövlətin tərkibinə daxil olublar. Məsələn, xəlifə Məkkənin başçısını çağırıb, ingilislərə satqınlıq elədiyinə görə asdırıb. Yəni bu baxımdan, Türkiyə, Osmanlı imperiyası keçmişdə öz sərhədlərinə dxil olan ölkələrə laqeyd qala bilməz. Çünki tarixi-siyasi əlaqələr var. Məsələn, türk ordusunun qələbəsində ərəblərin, farsların və başqa müsəlman xalqlarının böyük rolları var. Ona görə də, tamamilə haqlı olaraq, Ərdoğan keçmiş Osmanlı sultanlığının siyasi ərazisindəki hadisələrə laqeyd qalmır. Birinci səbəb budur. İkinci səbəb nədir? Bütün dünya ölkələri öz siyasətlərini üçüncü ölkələrdə aparırlar. Məsələn, Amerika ilə Rusya harada müharibə edirdi? Vyetnamda, Koreyada…

 

Xilafətimizi bərpa eləməliyik…

– İndi də Suriyada…

– İndi də Suriyada və İraqda. Türkiyə artıq inkişaf edərək milli dövlətdən qalxıb, elə bir səviyyəyə çatıb ki, bu bölgəsəl dövrə köçüb. Necə? Türkiyə dünyada 4-cü hərbi gücə malik dövlətdir. Amma dünyada nə qədər bölgəsəl dövlət var. Deməli, Türkiyə də avtomatik olaraq bölgəsəl dövlətdir. İqtisadiyyatına görə ilk 20 dövlətin cərgəsindədir. Deməli, iqtisadi gücünə görə də bölgəsəldir. Siyasi coğrafiyasına görə Türkiyəyə anoloji dövlət yoxdur. Deməli, siyasi coğrafiyasına görə də bölgəsəl bir gücə çevrilib. Bu baxımdan, bütün bu üstünlüklərini – iqtisadi gücünü, hərbi gücünü, geopolitikasını nəzərə alanda Türkiyə bir milli çərçivədə siyasət apara bilməz. İndi bəzən deyirlər ki, bütün bunlar Ərdoğanın başının altından çıxıb. Ay qardaşım, bu inkişaf Ərdoğanın vaxtında olduğuna görədir…

– Müəllifi odur da, təbii ki..

– O da indi bu siyasəti aparır. Məsələn, indi xilafətlə bağlı deyirlər… Xilafətlə bağlı fikirlərimə görə facebook-da məni söyürlər. Bu xilafəti kim məhv eləyib? I Dünya müharibəsində 35 xristian dövlət xilafəti də, Osmanlı imperiyasını da süquta uğratdılar. İslam ölkələri, İslam dövlətləri könüllü şəkildə xilafətdən imtina eləməyib ki? Əgər xilafəti xristianlar məhv eləyiblərsə, bu gün də xristianlar İslam ölkələri üçün təhlükə yaradırlarsa, biz nə etməliyik? Xilafətimizi bərpa eləməliyik də… Niyə avropalılar birləşib Avropa Birliyini yarada bilirlər, müsəlmanlar birləşib, Müsəlman Birliyi yaratmaq istəyəndə bu, pis bir şey olur.

– Onda xəlifə kim olacaq?

– Hə, söhbət xəlifədən getmir ki, mən demişəm ki, modern üsulla. Avropa Birliyinin xəlifəsi kimdir?

– Yəni Avropa Birliyinin üsulları ilə? Bu modellə deyirsiniz?

– İslamın dəyərlərinə uyğun İslam xəritəsində olan dövlətləri götürüb, iqtisadi, hərbi gücü birləşdirmək olar. Məsələn, bir İslam  hərbi ittifaqı yaradırıq – NATO kimi. Deyirsən ki, atom bombamız yoxdur. Pakistanın var. Pakistan da ordunun tərkibində olur. Atom bombamız var, silahımız var. O zaman sən mənim müsəlmanımı qıra bilməzsən ki. O zaman bilərsən ki, dalımda güclü ordu var, gələr, sənin gözünü çıxarar. İndi parçalanmışıq. Qətər, İraq, Küvet – bu boyda. O bunun başını əzir, bu onun başını əzir. Əfqanıstanı burada dağıdır, keçir Pakistanı dağıdır. Əgər biz burada vahid bir birlikdə olsaydıq, bütün bu hadisələr olardı?

 

Mən 2013-cü il seçkilərindən qalib çıxmışam

– Yox, təbii ki… Osmanlıda olmurdu. Deməli, Sərdar bəy, biz tam axıra gəlib çatdıq, hələ vaxtımızdan da keçdi. Sizin haqqınızda təqdiredici fikirlər də var. Şəmsəddin Cami deyir ki, “Sərdar bəy sözünün çəkisi olan şəxsiyyətlərdəndir.” Məsud Hüseyn deyir ki, “Çox xahiş edirəm, mənim salamımı o kişiyə çatdır. Sərdar bəy əqidəli, qiymətli insan və liderdir”. Məhəmməd Talıblı bizim iqtisadçıdır. O yazır ki, “Maraqlı müsahibdir. Tam fərqli müsahibə alınacaq”. Sizə son bir sualı da verim. Namiq Salam yazır: “Prezidentliyə namizəd olanda aldığı 16 min səs ona necə təsir etdi?” Məhəmməd İmanlı da soruşur ki, “2013-cü il prezident seçkilərindəki fiaskodan sonra Sərdar bəy yenidən 2018-ci il seçkilərində namizəd olacaqmı? Özünü prezident kimi görürmü?”

– Əvvəla, mən bir qanuni seçkidə qanuni yolla bir adama uduzmuşamsa, həqiqətən məğlub olmuşam. Bir söz var: “Bir nəfər meydanda vuruşur, çoxlu xəncər zədələri alır, qan itirir, yerə yıxılır və son nəfəsində düşmənə son zərbəsini vurmaq istəyib vura bilmirsə, o, məğlub deyil, o, şəhiddir”. Qeyri-bərabər bir güclə qeyri-qanuni bir prosesdə mənim iştirakımın qələbə və məğlubiyyətini siz necə təyin eləyirsiniz ki? Mən oradan qalib çıxmışam. Niyə? Xalqımı düşündürən problemlərlə bağlı, həm o problemlərin səbəbləri – tənqid eləmirəm hökuməti. Niyə? İl boyu tənqid edirəm. Mənə verilən fürsətdə xalqa həm də gələcəyə bir ümid göstərməliyəm ki, çıxış yolu nədir. Çünki əhalinin 90 faizi deyir ki, “mümkün deyil, biz bu vəziyyətdən çıxa bilmərik”. Mən orada, birinci, o çıxış yollarını göstərmişəm, bir də elə şeylər təklif etmişəm ki, Azərbaycanda o təkliflərin bir çoxlarını indi həyata keçirməyə başlayıblar. Məsələn, ucuz evlər. İlk dəfə mən dedim, indi başlayıblar tikməyə. Fond yaradıblar. Gənclər üçün kvadratı 100 manata olan ucuz evlər tikməyə başlayıblar. Uşaq pulu təminatı. Evdar qadınlara iş stajının hesablanması. Mənim bu kimi sosial ideyalarımı hökumət götürüb, icra edirsə və bundan hansısa uzaq dağ kəndindəki Fatmanisə bəhrələnirsə, bu mənim qələbəmdir e, qardaşım. Guya, iştirak eləməsəydim, oturub hökuməti söysəydim, o Fatmanisəyə nəsə çatacaqdı?

– 2018-ci prezident seçkilərində iştirak edəcəksiniz?

– O ki qaldı 2018-ci ilə… 2013-cü ildə də mən, belə deyək, seçkilərdə iştirak etmək üçün “sino” getmirdim. Dedik, gəlin müxalifət birləşsin, bir namizəd verək. Axtardıq, aradıq, hətta gedib kiməsə dedik ki, gəl, sən namizəd ol, alınmadı. Sonra da “Qarabağ” blokunda biz İqbal bəylə hesab elədik ki, əgər bütün müxalifət bir araya gələ bilmirsə, ən azı, efir vaxtını ikiqat istifadə eləyək. Yəni 5 dəqiqə mən, 5 dəqiqə də İqbal bəy, ümumilikdə 10 dəqiqə olsun. Getdik o cürə iştirak elədik. Hökumət tərəfindən 5 nəfər gəldi, bizim tərəfdən cəmi 3 nəfər oldu – Cəmil, İqbal bəy və mən. Ən azı, pis, yaxşı, İqbal bəyin taktikası bu idi ki, hökuməti tənqid eləsin, ifşa eləsin və təkliflərini versin. Mənim taktikam bu idi ki, heç kəsin ağlına gəlməyən və Azərbaycan xalqına çıxış yollarını göstərib, bəzi müqayisələr – yadına gələr, dövlət büdcələri, əhalinin sayı, gəlirləri müqayisə edirdim. Cəmil bəyin də missiyası ondan ibarət idi ki, iqtidarı ancaq ifşa eləsin. Prezidentliyə namizəd kimi proqramdan-zaddan danışmasın, ancaq bu iqtidarı ifşa eləsin. Üçümüzün bir yerdə apardığımız kampaniya faktiki olaraq, Azərbaycan müxalifətinin belə deyək, prezident seçkilərində vahid namizəd olardısa, onun təbliğatına bərabər oldu. İndi növbəti seçkilərdə, əgər müxalifət bir araya gələcəksə, bir vahid namizədlə seçkilərə qatılacaqsa, Azərbaycan Demokrat Partiyası (ADP) o namizədi birmənlı olaraq dəstəkləyəcək. Getməyəcəksə, belə deyək, bir çox partiyalar təklif edəcəklərsə ki, biz gedək, öz tərəfimizdən deyirik ki, biz güzəştə getməyə hazırıq. Namizədimizi verib gedəcəyik. Yox, bu olmayacaqsa, ADP ya öz namizədi ilə gedəcək, ya da seçkilərdə iştirak edəcək, amma namizədliklə bağlı yox.

 

Partiya lideri 5-ci mərtəbədən baxır…

– Kiməsə dəstək verəcək?

– Seçkilərin gedişinə nəzarət edəcək və s. O ki qaldı burada mənim haqqımda xoş söz yazan adamlara, əslinə baxanda məni dərindən tanımayan adamlar haqqımda xoş söz deyir. Məni dərindən tanımayan adamlar məni söyür. Məni tanıyan adamlar isə facebook-da heç belə sözlər yazmazlar, yazmırlar da… Məsələn, mənim elmlə məşğul olmağım. Mənim medinstitutda bir yerdə oxuduğum tələbə-həkim yoldaşlarımın hamısı təəssüflə deyirlər ki, Azərbaycan səhiyyəsi sənin simanda çox gözəl bir həkimi itirdi. Elm sahəsində məni tanıyan insanlar deyirlər ki, siyasət səni elmdən uzaqlaşdırdı. Məni yaxından tanıyanlar bilir. Mən çalışmışam ki… Bu adamlar haqqımda nə üçün belə nəticə çıxarırlar. Haqqımda acı-acı sözlər işlədirlər, söyüş yazırlar ki, ay hökumətə belə işləyir və s? Mən həmişə bir misal çəkirəm – bununla da danışığımı bitirəcəm. Bir dənə 5 mərtəbəli bina təsvir eləyin. Onun zirzəmisi də var. 5 nəfəri yerləşdirin bu binanın bütün mərtəbələrinə və zirzəmiyə, deyin ki, “baxın, nə görürsünüz?” Bu 5 nəfər, baxmayaraq ki, eyni binadadırlar, baxmayaraq ki, eyni istiqamətə baxırlar, 5-nin də gördüyü bir-birindən fərqli şeylər olacaq. Niyə? Çünki durduqları səviyyələr fərqlidir. Partiya lideri 5-ci mərtəbədən baxır. Uzaqda da dəniz görür. Podvalda oturan sadə adam isə deyir ki, “qardaşım, 4 divardır, işıq da gəlmir, sən nədən danışırsan gic-gic, dəniz haradadır?” Bu, o demək deyil ki, 5-ci mərtəbədəki adam yanlış deyir. Bu, o deməkdir ki, “podval”da oturan adam başa düşmür ki, o, “podval”da oturub. Onun şüuru məhduddur, məlumatı azdır, əlaqələri azdır. Öz xalqını, millətini gözləyən təhlükələrdən xəbəri yoxdur. Hadisələri proqnozlaşdırmaq imkanı yoxdur. Öz üzərində işləmir, kitab oxumur, dünyada baş verən hadisələrdən məlumatı yoxdur. Bütün bunlardan xəbərsizdir. O elə bilir ki, baxmaqla görmək mümkündür. Deyir ki, “bəs sən deyənləri mən niyə görmürəm. Sən görürsən, mən görmürəm”. Bir şeyi bilmək lazımdır. Baxmaqla görmək fərqli şeylərdir. Şerlok Holms doktor Vatsona deyir ki, “Sən Frankliyə diqqət elə”. O da deyir ki, “hə, gördüm”. Deyir, “Yox, mən sənə deyirəm ki, diqqət et!” Deyir, “axı nə fərqi var, gördüm də…” Soruşur ki, “sən bizim evə neçə dəfə gedib gəlmisən?” Deyir, “10 min dəfə” Soruşur ki, “bizim evin neçə pilləsi var?” Deyir, “saymamışam, diqqət eləməmişəm”. Deyir ki, “Gördün, baxmaqla görməyin arasında 10 min fərqi var? Bir dəfə diqqət eləsəydin, görərdin ki, 10 pilləsi var. Amma 10 min dəfə gəlmisən, bilmirsən ki, neçə pilləsi var”. Bizim Azərbaycan vətəndaşları diqqət eləmirlər. Mən siyasətçiyəm. Mən diqqət eləyirəm. Onların gördüyü ilə mənim gördüyüm fərqlidir. Mən eyni şeyi görmürəm. Mənə bəzən onların gördükləri təəccüblü gəlir. Mitinq belə gəldi, filan lider belədir. Mənə təəccüblü gəlir ki, bu adam nə görür bunda. Fikrim çatır?

 

Elçibəyin vaxtında nazir olmaq imkanım olub

– Bəli.

– Mən də təəccüblənirəm onların dediklərinə ki, “siyasətdən niyə getmirsən? Sən eləsən, sən beləsən…” Mənə də onların dedikləri qəribə gəlir ki, bunlar necə görürlər? Axı bir şeyi bilməlidirlər ki, mənim keçdiyim həyat yolu, təcrübəm, biliyim, savadım, mütaliəm, mənə daxil olan informasiyaların heç biri onlarla müqayisə olunmaz dərəcədədir. Ona görə mən fərqli qərar qəbul eləməliyəm. Bu qərar həmişə onların qərarlarından fərqli olacaq. Ona görə də söymək lazım deyil, düşünmək lazımdır ki, nəyə görə, Sərdar bəy nə bilir deyir ki, indi mitinqlərə ehtiyac yoxdur. Sərdar bəy niyə deyir ki, məsələn, indi hökuməti dəstəkləmək lazımdır. İndi filan şeyi belə eləmək lazımdır. Mən indi Azərbaycanda ailəsində şəhid olan – iki şəhidim var, – qardaşı da, özü də dəfələrlə həbsxanalarda olan, işgəncələrə məruz qalan, bu hökuməti 4 dəfə Avropa məhkəməsində məğlub edən adamam. Mənim Elçibəyin də vaxtında nazir olmaq imkanım olub, Heydər Əliyev də bizə vəzifə təklif eləyib. Vəzifə deyilən bir şeydə mənim gözüm olmayıb. Mənim dostlarım deyirlər ki, “sən necə adamsan, elə bil ki, bu şeylərin sənin üçün fərqi yoxdur”. Mən bu şeylərin üstündə vuruşmaq istəmirəm. Vuruşmaq istəmədiyimə görə, adamlar məni yanlış başa düşür. Fikrim çatdı, nə demək istəyirəm?

– Bəli.

– Adam var ki, ona bir icra başçısı vəzifəsini verərsən, dədəsini danar.

– Heydər Əliyev sizə vəzifə təklif eləmişdi?

– Əlbəttə…

– Nə vəzifəsi, Sərdar bəy?

– İndi o danışıqlar öz aramızda olan şeydir.

– Məsələn?

– Demişdi ki, gəlsin nazir postu verim. Qurbana (Qurban Məmmədov) da, mənə də. 1993-cü ildə hər ikimizə nazir vəzifəsi təklif etmişdi. Biz dedik ki, yox, müxalifətdə qalacağıq… Elə Naxçıvanda da mənə vəzifə təklif elədi, mən getmədim.

– Naxçıvanda?

– Bəli, Naxçıvan Ali Məclisinin sədri olanda…

– Siz 2013-cü il prezident seçkilərində İlham Əliyevi təbrik elədiniz?

– Yox.

– Çox təşəkkür edirəm.

– Sağ olun. İndi qeyri-rəsmi deyərəm də… 

– 2 saat bir nəfəsə getdi.

– Danko öz xalqını azmış meşədən çıxarmaq üçün ürəyini çıxarıb, əlinə alır və yolu işıqlandırır ki, xalqı meşədə azıb qurd-quşa yem olmasın. Bir müddət sonra onun tutduğu işıqla xalq meşədən çıxır. Son məqamda Danko artıq dayana bilmir və yerə yıxılır. Adamlar baxırlar ki, Dankonun ürəyi qığılcım saçır. Deyirlər: “Bu qığılcım meşəni yandıra bilər”. Halbuki bayaqdan həmin meşə onların həyatına son qoyacaqdı. Beləcə, təpiklə basıb Dankonun ürəyini tamamilə söndürürlər ki, o qığılcımlar bayaq azdıqları meşəni yandırmasın. Azərbaycan vətəndaşlarının da Azərbaycan liderlərinə münasibəti Dankonun xalqının ona olan münasibətindən fərqlənmir – onu biləsən.

 

SON

trateq.az