Gündəm

Müsahibə

  • " width="300" height="266" />
    GENERAL MƏHƏRRƏM ƏLİYEV İSLAHATLARDAN DANIŞDI:"Önəmli işlər görülür" - Müsahibə
  • " width="300" height="266" />
    Deputat Qüdrət Həsənquliyev:“Pulları yeyib, özlərinə villa, yaxta alıblar, indi dövlət onların borcunu ödəyir” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Britaniyalı jurnalist Edvard Lukas:"Putin rejimi xaricdən sabit görünür, daxildə ciddi qayğıları var" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    “PLAN MƏLUMDUR…” –Nazirdən Qarabağ danışıqları ilə bağlı mühüm açıqlamalar
  • " width="300" height="266" />
    Deputat Fəzail Ağamalı prezident seçkilərindən danışdı:"...Mehriban xanım prezidentlik marafonuna qoşulmayacaq" - Müsahibə
  • " width="300" height="266" />
    Keçmiş prezident Kərzai:“Əfqanıstandakı İŞİD-i ölkəmizi qurban vermək istəyən xarici qüvvələr yaradıb” – Müsahibə
  • " width="300" height="266" />
    PUTİNİN AZƏRBAYCANLI DOSTUNDAN SENSASİON QARABAĞ AÇIQLAMASI:"Sülhməramlıların yerləşdirilməsində Moskvanın şərti var" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Bakı Metropolitenində yeniliklər:liftlər, yeni stansiyalar, yeni qatarlar... (Müsahibə)
  • " width="300" height="266" />
    PUTİNİN BAŞ STRATEQİNDƏN SENSASİON AÇIQLAMALAR:"MKİ o gecə Putinin ətrafıyla danışmışdı ki, Ərdoğana qarşı mövqe tutsun" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Tofiq Zülfüqarov yeni qurum yaradır:“Eldar Namazovla görüşəcəyik...” MÜSAHİBƏ

Qaynar Qazan

  • " width="300" height="266" />
    Tomrid Hatəmi yaxın tarixin yaralarından danışır:“Elçibəylə Hatəmini kimlər ayırdı?!”-VİDEO
  • " width="300" height="266" />
    Məhəmməd Hatəminin qardaşı:“Meydan”dakı döyüşkən ruh, Məhəmməd Hatəminin ruhu idi...-VİDEO
  • " width="300" height="266" />
    Məhəmməd Hatəminin qardaşı Tomrid Hatəmi:“NKVD Pişvərini oğurlayıb Bakıya gətirdi”-VİDEO
  • " width="300" height="266" />
    Elçibəyin icra başçısı gizlinlərdən danışdı:“Tamara söhbəti 100 faiz yalandır”-VİDEO
  • " width="300" height="266" />
    Elçibəyin icra başçısı qiyamın səbəblərini açdı:“Sürət Hüseynovla hakimiyyəti üz-üzə qoyan üçüncü qüvvə var idi...”-VİDEO
  • " width="300" height="266" />
    Keçmiş başçıdan tarixi açıqlamalar:“Elçibəy Nizami məqrəbəsində məni yanına çağırdı ki...”-VİDEO
  • " width="300" height="266" />
    Məhəmməd Əminin silahdaşı danışdı:“Məhəmməd Əmini prezident kimi dəfn etdilər”-VİDEO
  • " width="300" height="266" />
    “Quran”a izah yazan Sərdar Cəlaloğlu:“Təriqətlərə bölünmənin yanlış olduğu "Quran"da göstərilib” - VİDEO
  • " width="300" height="266" />
    Sərdar Cəlaloğlu Rəsul Quliyevdən danışdı:"Onda gördüm ki, bu, Heydər Əliyevin siyasətini dəstəkləmir" - VİDEO
  • " width="300" height="266" />
    Nobeli adiləşdirən adam – Sərdar Cəlaloğlu:"Gücsüz mitinqlər güclü iqtidarı bir az da gücləndirir"-VİDEO

Qapalı Mövzu





Vəkil Bürosu

Noyabr 2017
BE ÇA Ç CA C Ş B
« Okt    
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

XƏBƏR LENTİ

22 Noyabr 2017
21 Noyabr 2017

06 Noyabr 2017 - 14:27

Keçmiş başçıdan tarixi açıqlamalar:“Elçibəy Nizami məqrəbəsində məni yanına çağırdı ki...”-VİDEO

Pənah Məmmədov: “Heydər Əliyevdən sitat gətirdiyimə görə, heç kim cınqırını da çıxara bilmədi”

                                    

Pənah Məmmədov 1992-1993-cü illərdə Əbülfəz Elçibəyin komandasının üzvü kimi Xanlar (indiki Göygöl) rayonunun icra hakimiyyətinin başçısı olub. Onunla illərdən sonra görüşdük və sıradan bir görüşün nəticəsi olaraq onu “Azadlıq Salnaməsi”ndə danışdırmaq qərarına gəldim. Pənah bəyin danışdıqları mənə çox maraqlı gəldi – ona görə.

Mən onu tələbəlik illərindən tanıyıram. O zaman biz arzu dolu tələbələr, Pənah bəygil də arzu dolu başçılar idik. Biz ürəklə Azərbaycan üçün oxuyur, ölkənin gələcəyində iştirak etmək üçün alışıb-yanır, onlar da Azərbaycanı qurmaq üçün gecə-gündüz işləyirdilər. Yadımdadı, tələbə kimi tətilə gələndə şahidi olmuşdum onun çalışmağına. Bir-iki dəfə Atam məni onun rayonuna aparmış, onunla tanış eləmişdi. İndi xatırlayıram, mən nə qədər gələcəyə hazırlaşırdımsa, Pənah bəy də o qədər hazırlaşırdı. Onun gecəli-gündüzlü çalışmağının şahidi olmuşdum. Atamla bir cəbhədə idi – həm Xalq Cəhbəsində çiyin-çiyinə idilər, həm də həyatda dostluqları vardı. Sən demə, əvvəldən onun başçı olacağını bilən adamlardan biri də mənim Atammış. Mən də bunu indi – Pənah bəyin bu müsahibəsindən sonra bilmişəm. Xatirələr məni illərin o tayına apardı…

Və… biz növbəti il qayıdanda Azərbaycan hakimiyyətinin dəyişdiyini, hər şeyin pərən-pərən olduğunu gördük. Azərbaycanı idarə edənlər, ümid və pənah yerlərimiz vəzifələrinin öhdəsindən gələ bilməmiş, Pənah bəyin təmsil olunduğu siyasi komanda idarəetmədən uzaqlaşdırılmışdı. Ölkə əl dəyişdirmişdi.

Biz onunla son illərdə çox az-az görüşdük. Əvvəlcə o həbs olundu, sonra mən. Beləcə, illər bir-birini qovaladı və bu günlərdə bir araya gəldik. Söhbətimizdə maraqlı məqamlar vardı. Elə bu məqamlar da Pənah Məmmədovu “Azadlıq Salnaməsi”nə gətirib çıxardı. Xüsusən, Əbülfəz Elçibəy hakimiyyətinin əyalət rəhbərlərindən biri kimi onunla söhbət etmək tarixin pərdəarxasının açılmasında maraqlı məlumatlar verir. Pənah Məmmədov AXC-nin mərkəzdəki yox, əyalətdəki nümayəndələrindən biri olub. Onun baxışları çox maraqlıdır. Hətta AXC hakimiyyətində pərakəndəlik və müxtəlif siyasi komandalar şəklində təşkilatlanmaq o qədər bariz şəkildə özünü göstərib ki, Pənah Məmmədovu hakimiyyətdaxili komandalardan birinə açıqca dəvət ediblər. Bu gündən baxanda dəhşətli görünür, elə deyilmi? Təsəvvür etməsi belə çətindir. Bir hakimiyyətin daxilində ən azı 2 müxtəlif komanda olub və Pənah bəy Elçibəyin komandasında təmsil olunub. Özünün dediyinə görə, hətta sona qədər də mövqelərini dəyişməyib.

Bunlardan əlavə, Pənah Məmmədov Elçibəyin Gəncəyə səfərlərinin şahidi olub. Və o səfərlər zamanı illərdir şayiə kimi danışılan “Tamara söhbəti”nin canlı şahidi olub. Mən bir dəfə illər bundan əvvəl rəhmətlik Mürşüd Məmmədli ilə o haqda müsahibə götürmüş və o müsahibəni “Xural”da yayınlamışdım. Yadımdadır ki, o müsahibə böyük əks-səda da yaratmışdı. İndi Pənah bəyin də həmin “Tamara söhbəti”nin şahidlərindən biri olduğunu görüncə və söhbətin də şayiələrdə danışılan kimi olmadığını bilincə, daha bir şahidin danışmasını və tarixə qeyd düşməsini istədim. Sən demə, Tamara əslində cəmiyyətin yaxından tanıdığı adamlardan birinin ailə üzvü, Elçibəyin silahdaşlarından biri olan Xanım Xəlilovanın doğmaca bacısı imiş və Elçibəy heç Gəncədə Tamara ilə yox, onun anası Marus arvadla görüşməyə gedibmiş. Pənah Məmmədov o tarixçəni, o küçəni, o evi o qədər yaxından tanıyır ki. Səbəbi var. O, Xalq Dirçəliş Partiyasının Gəncə şəhər təşkilatının sədri olaraq, partiyanın sədri rəhmətlik Rafiq İsmayılovun xanımı Xanım Xəlilovanın anası Marus arvadın yanına tez-tez gedirmiş – Xanım müəllimənin tapşırığı ilə. Vəssalam. Tarixçə bu olduğu halda, 20 ildən çoxdur yayılan bir şayiə həqiqəti əks etdirmir – onu müzakirə etdik həm də. Bu gizli tarixi ortaya çıxarmaq baxımından Pənah Məmmədovun müsahibəsi önəmlidir.

“Azadlıq Salnaməsi”nin 22-ci qonağı Elçibəy hakimiyyəti zamanı Göygöl (keçmiş Xanlar) rayonunun icra hakimiyyətinin keçmiş başçısı Pənah Məmmədovdur. Onunla yaxın tarixdən danışırıq…

Əvəz Zeynallı,

“Azadlıq Salnaməsi”

 

 

I hissə

 

“Azadlıq Salnaməsi”ndə Pənah Məmmədov dedi ki:

– Mən sırf Əbülfəz Elçibəyin komandasına daxil olan adamlardanam və axıra qədər də Elçibəyin komandasında qalmışam

– Əbülfəz Elçibəy hakimiyyətində Əbülfəz Elçibəydən və Əli Kərimovdan başqa heç kimi qəbul etməmişəm – onlardan başqa kimsə ilə hətta məsləhətləşməmişəm də

– Elçibəy hakimiyyətinin devrilməsinin ən başlıca səbəbləri daxildəki ziddiyyətlər idi

– Daxildən mənə “keç bizim komandaya” təklifləri olurdu, mən də qısa-konkret cavablarını verirdim ki, məndən əlinizi üzün, mən bir komandadayam, axıra qədər də o komandada olacağam

– İsa Qəmbər-Pənah Hüseynov-Arif Hacılı komandası hakimiyyətə daxil olsalar da, ayrı bir komanda idilər

– Mənə təklifi Mürşüd Məmmədov vasitəsilə göndərirdilər

– Mən köhnə kommunist olmuşam, amma Xalq Hərəkatı başlayanda hamısından imtina etmişəm və qoşulmuşam hərəkata

– Gəncədən Qazaxa qədər – Azərbaycanın Qərbində fəal işlər görmüşəm

– Xanlarda icra başçısı olanda Daşkəsən və Samux rayonlarının da qeyri-rəsmi kuratoru mən olmuşam

– Harada işləmişəmsə öz sözüm olub

– Heydər Əliyevdən sitat gətirdiyimə görə, heç kim cınqırını da çıxara bilmədi

– 1978-ci ildən 1990-cı ilin iyun ayına qədər Kommunist Partiyasının üzvü olmuşam

– Partiya biletini atanlar, sonra gedib xahiş-minnətlə biletlərini geri aldılar

– Rafiq İsmayılovun sədri olduğu Xalq Dirçəliş Partiyasının Gəncə təşkilatının sədri idim

– Dedim ki, vəzifəyə gedirəm deyə, özümü oda ata bilmərəm

– Mürşüd Məmmədovun yanına gəldim ki, icra başçısı olmağa hazıram

– İcra başçısı gedəcəyimi cəmi 3 adam bilirdi

– Nizami məqbərəsini ziyarət edərkən, prezident Elçibəy məni yanına çağırdı və Mürşüd Məmmədli ilə birlikdə üçümüz söhbət etdik və Əbülfəz bəy mənə dedi ki, bu günlərdə səni çağırıb əmrini verəcəyəm

– Mənim fərmanın verilən gün gecə saat 00.00-da prezident Elçibəylə görüşdük

– Məni Əli Kərimov təqdim elədi

– Əli Kərimov hətta yemək yeməyə belə qalmadı

– İcra başçısı təyin olunmağa gələndə dostlarım cibimə pul qoyub

 

 

I hissənin sonu

 

"Azadlıq Salnaməsi" fotolarda:

  

 

Strateq.az