Gündəm

Müsahibə

  • " width="300" height="266" />
    GENERAL MƏHƏRRƏM ƏLİYEV İSLAHATLARDAN DANIŞDI:"Önəmli işlər görülür" - Müsahibə
  • " width="300" height="266" />
    Deputat Qüdrət Həsənquliyev:“Pulları yeyib, özlərinə villa, yaxta alıblar, indi dövlət onların borcunu ödəyir” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Britaniyalı jurnalist Edvard Lukas:"Putin rejimi xaricdən sabit görünür, daxildə ciddi qayğıları var" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    “PLAN MƏLUMDUR…” –Nazirdən Qarabağ danışıqları ilə bağlı mühüm açıqlamalar
  • " width="300" height="266" />
    Deputat Fəzail Ağamalı prezident seçkilərindən danışdı:"...Mehriban xanım prezidentlik marafonuna qoşulmayacaq" - Müsahibə
  • " width="300" height="266" />
    Keçmiş prezident Kərzai:“Əfqanıstandakı İŞİD-i ölkəmizi qurban vermək istəyən xarici qüvvələr yaradıb” – Müsahibə
  • " width="300" height="266" />
    PUTİNİN AZƏRBAYCANLI DOSTUNDAN SENSASİON QARABAĞ AÇIQLAMASI:"Sülhməramlıların yerləşdirilməsində Moskvanın şərti var" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Bakı Metropolitenində yeniliklər:liftlər, yeni stansiyalar, yeni qatarlar... (Müsahibə)
  • " width="300" height="266" />
    PUTİNİN BAŞ STRATEQİNDƏN SENSASİON AÇIQLAMALAR:"MKİ o gecə Putinin ətrafıyla danışmışdı ki, Ərdoğana qarşı mövqe tutsun" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Tofiq Zülfüqarov yeni qurum yaradır:“Eldar Namazovla görüşəcəyik...” MÜSAHİBƏ

Qaynar Qazan

  • " width="300" height="266" />
    Tomrid Hatəmi yaxın tarixin yaralarından danışır:“Elçibəylə Hatəmini kimlər ayırdı?!”-VİDEO
  • " width="300" height="266" />
    Məhəmməd Hatəminin qardaşı:“Meydan”dakı döyüşkən ruh, Məhəmməd Hatəminin ruhu idi...-VİDEO
  • " width="300" height="266" />
    Məhəmməd Hatəminin qardaşı Tomrid Hatəmi:“NKVD Pişvərini oğurlayıb Bakıya gətirdi”-VİDEO
  • " width="300" height="266" />
    Elçibəyin icra başçısı gizlinlərdən danışdı:“Tamara söhbəti 100 faiz yalandır”-VİDEO
  • " width="300" height="266" />
    Elçibəyin icra başçısı qiyamın səbəblərini açdı:“Sürət Hüseynovla hakimiyyəti üz-üzə qoyan üçüncü qüvvə var idi...”-VİDEO
  • " width="300" height="266" />
    Keçmiş başçıdan tarixi açıqlamalar:“Elçibəy Nizami məqrəbəsində məni yanına çağırdı ki...”-VİDEO
  • " width="300" height="266" />
    Məhəmməd Əminin silahdaşı danışdı:“Məhəmməd Əmini prezident kimi dəfn etdilər”-VİDEO
  • " width="300" height="266" />
    “Quran”a izah yazan Sərdar Cəlaloğlu:“Təriqətlərə bölünmənin yanlış olduğu "Quran"da göstərilib” - VİDEO
  • " width="300" height="266" />
    Sərdar Cəlaloğlu Rəsul Quliyevdən danışdı:"Onda gördüm ki, bu, Heydər Əliyevin siyasətini dəstəkləmir" - VİDEO
  • " width="300" height="266" />
    Nobeli adiləşdirən adam – Sərdar Cəlaloğlu:"Gücsüz mitinqlər güclü iqtidarı bir az da gücləndirir"-VİDEO

Qapalı Mövzu





Vəkil Bürosu

Noyabr 2017
BE ÇA Ç CA C Ş B
« Okt    
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

XƏBƏR LENTİ

22 Noyabr 2017
21 Noyabr 2017

08 Noyabr 2017 - 13:42

SƏUDİYYƏ ƏRƏBİSTANI VƏ İRAN MÜHARİBƏ HƏDDİNDƏ:kim güclüdür? – TƏHLİL

Mixail Koşkin

vz.ru, 07.11.2017

 

Səudiyyə Ərəbistanı “müharibə aktı”na görə İranı ciddi nəticələrlə təhdid edib. Bəhanə Yəməndən buraxılmış və Səudiyyə paytaxtının yaxınlığında vurulan “Skad” sovet raketinin modifikasiyası olub. Tehran hücumda əli olduğunu inkar edir. Lakin səudlar “uyğun vaxtda uyğun formada İrana cavab vermək” hüququnu özlərində saxlayırlar.

Birbaşa münaqişə gözləmək olarmı?

Bizim dost məsləhətimiz – Yəmənin günahsız və müdafiəsiz insanlarına hücumları dərhal dayandırmaq, səmərəsiz ittihamlar qasırğasını bir kənara qoymaq”. İran XİN rəsmi təmsilçisi Bəhram Qasimi səudların İran tərəfdən “təcavüz aktı” ittihamlarına bu cür cavab verib.

İran Yəmən ərazisindəki mövqelərdən Səudiyyə ərazisinə raket atəşinə, heç olmasa, hər hansı dəxli olduğunu inkar edir. Bu günlərdə məlum olub ki, Səudiyyə Ərəbistanı paytaxtı Ər-Riyada sarı ballistik raket buraxılıb. Səudiyyə Müdafiə Nazirliyindən bildiriblər ki, krallıq HHM “Burkan-1” raketini paytaxtdan 35 km şimalda kral Xalid aeroportu bölgəsində vurub. Buraxılışa görə məsuliyyəti üzərinə alan Yəmənin qiyamçı husiləri deyirlər ki, raket hədəfə dəyib.

 

Səudlar iranlıları nədə ittiham edirlər

 

Səudiyyə Ərəbistanının başçılığı ilə Yəməndə döyüşən ərəb koalisiyası İranı təkcə husilərə ballistik raket verməkdə ittiham etmir. Koalisiyanın rəsmi təmsilçisi, səud polkovnik Turki əl-Maliki bildirib: "İran şiə üsyançıları pilotsuzlardan tutmuş öldürücü silahlara qədər “silahın bütün növləriylə” təchiz edib".

Səudiyyə hərbçiləri iddia edirlər ki, “Burkan-1” raketləri də “İranda hazırlanıb”. Koalisiyanın versiyasına görə, İran ekspertləri husilərə raket buraxılışı texnologiyası veriblər. Hətta krallıq hökuməti iddia edir ki, bu raketlərin Səudiyyə Ərəbistanındakı hədəflərə buraxılışında iranlı mütəxəssislər birbaşa iştirak ediblər.

Səudlar bu hücuma “uyğun vaxtda və gərəkən şəkildə” cavab vermək hüququnu özlərində saxlayırlar. Rusiya EA Şərqşünaslıq İnstitutu Ərəb və İslam Araşdırmaları Mərkəzinin baş elmi əməkdaşı Boris Dolqov “Vzqlyad” qəzetinə şərhdə qeyd edir: “Biz artıq eşitmişik ki, Səudiyyə Ərəbistanı BMT Nizamnaməsinin 51-ci maddəsi əsasında İrana hərbi cavab hüququna malikdir”.

BMT Nizamnaməsinin 51-ci maddəsi hücum zamanı üzv dövlətin fərdi və ya kollektiv müdafiə hüququna zəmanət verir. Ərəbistan koalisiyasının komandanlığı isə hələlik Yəməndə bütün aeroport və limanların bağlandığını elan edib.

 

Yəmən bölgüsü

 

Yəməndə indiki silahlı münaqişə 2014-cü ildən gedir. Müharibəyə bir tərəfdən Səudiyyə Ərəbistanı və səudların rəhbərlik etdiyi Fars körfəzi ərəb dövlətlərinin əməkdaşlıq Şurasının (FKƏDƏŞ) dəstəklədiyi devrilmiş süni prezident Əbdurəbb Mənsur Xalidin qoşunları qatılıb. Digər tərəfdən aparıcı şiə dövləti İranın siyasi dəstəyindən faydalanan husilərin şiə hərəkatı (və yaxud “Ənsari-Allah”) fəaliyyətdədir.

Dolqov göstərir: “Tehran husi hərəkatına hərbi dəstəyi inkar edir, lakin husilərə açıq şəkildə diplomatik, siyasi dəstək verir, humanitar yük tədarük edir”.

Münaqişənin üçüncü tərəfi kimi İŞİD-in Yəmən “filialı” və “əl-Qaidə”yə bağlı “Ənsar əl-Şəriyə” koalisiyası çıxış edir.

Boris Dolqov etiraf edir: “Son hadisələr, xüsusən Yəmən ərazisindən Səudiyyə Ərəbistanının atəşə tutulması həm bütünlükdə bölgədə, həm də Səudiyyə Ərəbistanı ilə İran arasında münasibətləri aşkar şəkildə kəskinləşdirib”.

Ekspert göstərir ki, amma bu qarşıdurmanın başlanğıcını səudların Yəməndə daxili münaqişəyə birbaşa qarışdığı 2014-cü ildən hesablamaq lazımdır.

Səudların rəhbərlik etdiyi koalisiyanın sistemli şəkildə endirdiyi aviazərbələr “Yəməndə hərfi mənada humanitar fəlakətə səbəb olub”. Həmsöhbətimiz göstərir: “20 mindən çox dinc sakin həlak olub. İnfrastruktur (o cümlədən su təchizatı və sutəmizləmə qurğuları) dağılıb ki, bu da minlərlə həyatı aparan vəba epidemiyasına şərait yaradıb”.

 

Modifikasiya olunmuş “Skad"la Səudiyyə Ərəbistanını artıq vurublar

 

Səudiyyə Ərəbistanının Yəmən kampaniyasına qatılması üsyançı husilərin cavab qıcığını doğurub.

Ekspert yada salır: “Səudiyyə ərazisi atəşə tutulmağa başladı. İndiki raket atəşi bu qəbildən ilk hadisə deyil. Əvvəllər Səudiyyə Ərəbistanı ərazisində iki neft emalı zavodu dağıdılıb”.

Söhbət bu il iyulun sonunda baş vermiş hücumdan gedir. Husi qoşunları Səudiyyə-Yəmən sərhədindən min km məsafədə yerləşən Yanbu şəhəri bölgəsində NEZ-ə raket zərbəsi endiriblər.

Ərəb KİV-ləri xəbər verib ki, husilər “Burkan-2” ballistik raketi işlədiblər. Bu silah faktiki sovet hərbi irsinin tərkib hissəsidir. “Burkan”  9K72 “Elbrus” sovet əməliyyat-taktiki raket kompleksinin (ƏTRK) modifikasiyasıdır. ƏTRK-ə birpilləli R-17 raketləri (NATO təsnifatında Scud) daxildir. “Elbrus”lar 1970-ci illərdə fəal şəkildə ixracata, o cümlədən SSRİ-yə istiqamətlənmiş Yəmən Xalq Demokratik Respublikasına (YXDR və ya Cənubi Yəmənə) tədarük olunub. Bu kompleksləri Liviya vasitəsilə İran da alıb.

“Burkan” ilk dəfə bu ilin aprelində Səudiyyənin “Kral Fəhd” aviabazasına zərbə üçün işlədilib. Bu ilin yayında NEZ-ə ikinci zərbə təsdiqləyib ki, Səudiyyə Ərəbistanı HHM köhnəlmiş sovet örnəkləri əsasında yaradılan raketləri neytrallaşdıra bilmir.

Husilər “yerdə” də Səudiyyə Ərəbistanına qarşı fəal şəkildə hərəkət edirlər. Dolqov işarə edir: “Husi dəstələrinin Səudiyyə Ərəbistanı ərazisinə soxulub sərhəd postlarını atəşə tutduğu, qoruma dəstələrinə həmlə etdiyi hadisələr olub”.

Lakin İranla Səudiyyə Ərəbistanının vasitəli deyil, birbaşa toqquşması mümkündürmü? Rəqabət aparan bölgə dövlətlərinin gücü necədir və “döyüş meydanı” hara ola bilər?

 

Kim kimi?

 

Yaxın Şərq və Mərkəzi Asiya ölkələrinin araşdırılması Mərkəzinin direktoru, ehtiyatdakı polkovnik Semyon BaqdasarovVzqlyad” qəzetilə söhbətdə göstərir ki, İran canlı qüvvə baxımından xeyli udur.  600 mindən 900 min nəfərədək İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) daxil olmaqla üstəgəl əhəmiyyətli dərəcədə çevik resurs, xüsusən də “bəsic” yarıhərbi könüllü yığması. Həmsöhbətimiz əlavə edir: “Təşkilati baxımdan İİKK-ə tabe olan könüllü yığma bir neçə milyon adam çıxarda bilər”.

Səudiyyə Ərəbistanı kral silahlı qüvvələrinin sayı milli qvardiya və yarıhərbi birləşmələrlə bir yerdə, təxminən, 220 min nəfərdir. Bununla yanaşı qeyd etmək lazımdır ki, krallıq hərbi xərclərin səviyyəsinə görə dünyada dördüncü yeri tutur (Rusiya ABŞ və Çindən sonra üçüncü yerdədir). SIPRI-nin məlumatına əsasən, səudlar 2017-ci ildə müdafiəyə 63,7 milyad dollar və yaxud ümumi daxili məhsulun 10%-i xərcləyiblər. İran həmin reytinqdə bəyan edilmiş 12,3 milyard dollarlıq hərbi xərclə və yaxud ÜDM-in 3%-i ilə 19-cu yerdədir.

Baqdasarov göstərir: “İranın sərəncamında – o cümlədən özünün istehsal etdiyi – xeyli sayda tank var, səudlarda bu yoxdur”.

Açıq qaynaqlara əsasən, İran ordusunun silahlanmasında 1,6 mindən çox tank, o cümlədən 150 İran istehsalı “Zülfüqar” (T-72 və Amerikanın M48 və M60 tanklarının bazasında yaradılıb), həmçinin 480-ə yaxın T-72 tankı var.

Döyüş təyyarələrinin sayı 300 vahid dəyərləndirilir, sovetin MiQ-29, Su-24 və Su-25 təyyarələri bunların sırasındadır. HHM-dən danışarkən Rusiyanın tədarük etdiyi, uğurla sınaqdan keçirilən S-300 zenit raket kompleksini xatırladaq. Baqdasarov əlavə edir: “Raket qüvvələrini də yada salaq. Məsələn, “Şahab-3” raketlərinin iki min km-ədək uçuş mənzili var”.

Ekspertlərin məlumatına görə, Səudiyyə ordusunun sərəncamında Amerikanın, təxminən, 450 M1A2 "Abrams" tankı var (üstəgəl, təqribən, bir o qədər də PDM M2 "Bradley", həmçinin haradasa 2000 ZM). Kral HHQ 260-dan çox döyüş təyyarəsinə malikdir. Çindən 2,5 min km  hərəkət radiuslu 60-a yaxın “Dunfen-2” ballistik raketi alınıb.

 

Döyüş meydanı – Suriya?

 

Hərbi ekspertlər və şərqşünaslar şübhə edirlər ki, Səudiyyə Ərəbistanı və İran Fars körfəzi üzərindən və neftin əsas nəql kanalı Hörmüz boğazında raket zərbələri mübadiləsinə, donanmaların fəal hərəkətə, başlayacağı, desant çıxarılacağı və s. mərhələyə gedib çıxar. Neft yataqlı bölgənin hərbi əməliyyatlar səhnəsinə çevrilməsi aşkar şəkildə hər iki ölkəyə – həm səudlara (qara qızıl ehtiyatına görə ikinci yer), həm də İrana (dördüncü yer) sərf etmir.

Düşünmürəm ki, Səudiyyə Ərəbistanı hər halda İranla açıq hərbi münaqişəyə getsin, çünki İranın yetərincə hərbi potensialı var, – Dolqov işarə edir. – Münaqişə Səudiyyə Ərəbistanının marağında deyil, çünki bu, Ər-Riyadın xeyrinə inkişaf etməyə də bilər. Baxmayaraq ki, krallığın arxasında ABŞ durur, ölkədə Amerikanın hərbi müşavirləri var”.

Baqdasarov razılaşır: “Güman etmək lazım deyil ki, Səudiyyə Ərəbistanı İrana birbaşa hücum edər”.

Ekspert bununla yanaşı göstərir: “Təxmin etmək olar ki, birbaşa hərbi toqquşma Suriya ərazisində, daha dəqiqi, ölkənin İordaniya və İraq sərhədlərinə bitişik cənub bölgələrində mümkündür”.

Ekspert göstərir: "Həm Suriya hökumət qoşunları, həm də Livanın (Dəməşqlə əməkdaşlıq edən, lakin, adətən, Tehrana istiqamətlənən) “Hizbullah” şiə qruplaşması və Suriyanın özündə yaradılmış İranyönlü şiə birləşmələri hazırda bu rayonlara nəzarət etməyə can atır. Cəbhənin başqa tərəfində Suriya müxalifətinin bir hissəsi Səudiyyə Ərəbistanına sıx bağlıdır – bu qruplaşmalar “ər-Riyad qrupu” və yaxud “Danışıqlar üzrə ali komitə” ilə təmsil olunub”.

Baqdasarovun fikrincə, digər zəif zona Raqqa rayonudur. “İran Ali rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri, ölkənin keçmiş xarici işlər naziri Əliəkbər Vilayəti bu günlərdə Livanda olarkən bildirib ki, “Suriya Demokratik Qüvvələri”nin bu yaxınlarda götürdüyü “Raqqanı azad edəcəklər”, – ekspert xatırladır. – Səudiyyə Ərəbistanı isə Raqqanın bərpasına dəstək haqda bəyan edib, buna vəsait, SDQ-ə və “Şimali Suriya kürd Federasiyası”na humanitar yardım ayırıb. Bax, mümkün toqquşma üçün sizə birbaşa göstəriş”.

Tərcümə Strateq.az-ındır.