Gündəm

Müsahibə

  • " width="300" height="266" />
    GENERAL MƏHƏRRƏM ƏLİYEV İSLAHATLARDAN DANIŞDI:"Önəmli işlər görülür" - Müsahibə
  • " width="300" height="266" />
    Deputat Qüdrət Həsənquliyev:“Pulları yeyib, özlərinə villa, yaxta alıblar, indi dövlət onların borcunu ödəyir” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Britaniyalı jurnalist Edvard Lukas:"Putin rejimi xaricdən sabit görünür, daxildə ciddi qayğıları var" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    “PLAN MƏLUMDUR…” –Nazirdən Qarabağ danışıqları ilə bağlı mühüm açıqlamalar
  • " width="300" height="266" />
    Deputat Fəzail Ağamalı prezident seçkilərindən danışdı:"...Mehriban xanım prezidentlik marafonuna qoşulmayacaq" - Müsahibə
  • " width="300" height="266" />
    Keçmiş prezident Kərzai:“Əfqanıstandakı İŞİD-i ölkəmizi qurban vermək istəyən xarici qüvvələr yaradıb” – Müsahibə
  • " width="300" height="266" />
    PUTİNİN AZƏRBAYCANLI DOSTUNDAN SENSASİON QARABAĞ AÇIQLAMASI:"Sülhməramlıların yerləşdirilməsində Moskvanın şərti var" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Bakı Metropolitenində yeniliklər:liftlər, yeni stansiyalar, yeni qatarlar... (Müsahibə)
  • " width="300" height="266" />
    PUTİNİN BAŞ STRATEQİNDƏN SENSASİON AÇIQLAMALAR:"MKİ o gecə Putinin ətrafıyla danışmışdı ki, Ərdoğana qarşı mövqe tutsun" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Tofiq Zülfüqarov yeni qurum yaradır:“Eldar Namazovla görüşəcəyik...” MÜSAHİBƏ

Qaynar Qazan

  • " width="300" height="266" />
    Tomrid Hatəmi yaxın tarixin yaralarından danışır:“Elçibəylə Hatəmini kimlər ayırdı?!”-VİDEO
  • " width="300" height="266" />
    Məhəmməd Hatəminin qardaşı:“Meydan”dakı döyüşkən ruh, Məhəmməd Hatəminin ruhu idi...-VİDEO
  • " width="300" height="266" />
    Məhəmməd Hatəminin qardaşı Tomrid Hatəmi:“NKVD Pişvərini oğurlayıb Bakıya gətirdi”-VİDEO
  • " width="300" height="266" />
    Elçibəyin icra başçısı gizlinlərdən danışdı:“Tamara söhbəti 100 faiz yalandır”-VİDEO
  • " width="300" height="266" />
    Elçibəyin icra başçısı qiyamın səbəblərini açdı:“Sürət Hüseynovla hakimiyyəti üz-üzə qoyan üçüncü qüvvə var idi...”-VİDEO
  • " width="300" height="266" />
    Keçmiş başçıdan tarixi açıqlamalar:“Elçibəy Nizami məqrəbəsində məni yanına çağırdı ki...”-VİDEO
  • " width="300" height="266" />
    Məhəmməd Əminin silahdaşı danışdı:“Məhəmməd Əmini prezident kimi dəfn etdilər”-VİDEO
  • " width="300" height="266" />
    “Quran”a izah yazan Sərdar Cəlaloğlu:“Təriqətlərə bölünmənin yanlış olduğu "Quran"da göstərilib” - VİDEO
  • " width="300" height="266" />
    Sərdar Cəlaloğlu Rəsul Quliyevdən danışdı:"Onda gördüm ki, bu, Heydər Əliyevin siyasətini dəstəkləmir" - VİDEO
  • " width="300" height="266" />
    Nobeli adiləşdirən adam – Sərdar Cəlaloğlu:"Gücsüz mitinqlər güclü iqtidarı bir az da gücləndirir"-VİDEO

Qapalı Mövzu





Vəkil Bürosu

Noyabr 2017
BE ÇA Ç CA C Ş B
« Okt    
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

XƏBƏR LENTİ

22 Noyabr 2017
21 Noyabr 2017

14 Noyabr 2017 - 21:31

ABŞ-la RUSIYA ARASINDA “XARİCİ AGENT” QALMAQALI- Kremldən Vaşinqtona cavab zərbəsi

Bu gün Rusiya Dövlət Duması "İnformasiya haqqında" və "KİV haqqında" qanunlara dəyişiklikləri qəbul edib. Dəyişikliklərə əsasən, Rusiyada hansı media qurumlarının "xarici agent" siyahısına düşəcəyi müəyyənləşdirilib. 

Bundan sonra 3 kriteriyadan birinə uyğun gələn KİV "qara siyahıya" düşəcək. Həmin kriteriyalar isə bunlardır – ölkə xaricində qeydiyyatdan keçən, xaricdən maliyyələşən və maliyyəsi xaricdən gələn Rusiya şirkəti tərəfindən maliyyələşən KİV-lər. Bundan başqa, qanuna yeni anlayış da əlavə olunub – əcnəbi KİV-lər. 

 

Rusiyanın məlum qanunlara dəyişiklik etməsi təsadüfi deyil. Rəsmi Moskva bu addımı ABŞ-ın analoji addımına cavab olaraq atıb. Belə ki, Amerikanın Ədliyyə Nazirliyi  Rusiyanın məşhur RT telekanalının ABŞ-da "xarici agent" kimi qeydiyyatdan keçməsini tələb edirdi. Və bunun üçün Moskvaya noyabrın 13-dək vaxt verilmişdi.

Telekanal rəhbərliyi bu tələbi yerinə yetirib. Lakin tələbdən olduqca narazı olduqlarını da bəyan edib: "Ya cinayət işi qaldırılmalı idi, ya da razılıq verməli idik. Biz ikincini seçdik. Bu münasibətlə ABŞ-da söz azadlığını və hələ də ona inananları təbrik edirik".

Hələ ötən cümə günü Rusiya Dumasının deputatları ABŞ-ın RT-yə qarşı bu tələbinə eyni şəkilədə cavab verəcəklərini bildirmişdilər. 

Birləşmiş Ştatlar bu tələbini irəli sürərkən "Xarici agentlər haqqında akt"a (FARA) əsaslanıb. 1938-ci ildə qəbul edilmiş bu akt əsasən ABŞ-da nasist təbliğatının qarşısını almağa yönəlmişdi. Aktın qəbulu həmin vaxt ABŞ-ın potensial düşmənlərinin böyük narazılığı ilə qarşılaşmışdı. O vaxtlar Amerikanın əsas hədəfi Almaniya idi. Çünki Almaniya İkinci dünya savaşına bir neçə il qalmış Birləşmiş Ştatlarda ictimai rəyə təsir göstərməyə cəhdlər edirdi. 

 

RT və "xarici agent" statusu

 

"Xarici agentlər haqqında akt" xarici dövlətlərin casus və ya agentlərinə yönəlməyib. Aktın təsir dairəsinə başqa ölkənin maliyyəsi ilə ABŞ ictimai rəyinə təsir etməyə çalışan qurumlar və şəxslər düşür. Bu cür fəaliyyət lobbi vasitəsilə də həyata keçirilə bilər. Belə qurumlar və ya şəxslər ABŞ Ədliyyə Nazirliyində qeydiyyatdan keçməli və hər yarım ildən bir hesablarına daxil olan vəsait, həmçinin xərcləri barədə məlumat verməlidirlər.  

FARA həmçinin tələb edir ki, yayılan təşviqat xarakterli informasiya xüsusi işarə ilə qeyd olunsun. Və göstərilsin ki, bu informasiya xarici subyektin adından yayılır. Belə materialların bir surəti də ABŞ Ədliyyə Nazirliyinə göndərilməlidir. 

ABŞ-ın "xarici agentlər" siyahısına düşən KİV təkcə RT telekanalı deyil. Çinin "The China Daily" qəzeti, Yaponiyanın NHK telekanalı da bu siyahıda yer alır.

 

10 min dollar cərimə və 5 il həbs cəzası…

 

Qanunun bir hədəfi də onun tələblərinə əməl etməyənlər və onların sifarişçiləri barədə bilgilərin şəffaf olmasıdır. Bu arada, akt ifadə azadlığını məhdudlaşdırmamalıdır.
  
1966-cı ildə ABŞ "Xarici agentlər haqqında akt"a bəzi dəyişikliklər etdi. Və fokus siyasi təşviqatdan siyasi lobbiyə keçdi. Bundan başqa, 1950-ci illərin sonlarında – kommunizmin ABŞ-a təsirinin artdığının iddia olunduğu vaxtda qanunda "xarici agentlər"in tərifi daha da kəskinləşdi.

Qanuna "xarici ölkənin və ya təşkilatın birbaşa sifarişi ilə işləyən şəxs və qurumlar anlayışı" əlavə olundu. Mübahisəli məqamlarda ABŞ hökuməti sübut etməli idi ki, həmin "agentlər" həqiqətən də Birləşmiş Ştatların siyasətinə təsir göstəriblər.

Qanunun bu tələbi ona gətirib çıxardı ki, FARA-nın pozulmasına görə cəzalandırılma halları nadir oldu. Qanunu pozanları isə 5 ilə qədər həbs və 10 min dollara qədər cərimə cəzası gözləyir. 

Hazırda ABŞ-ın "xarici agentlər" siyahısında 1700 şəxs və təşkilat var. ABŞ Ədliyyə Nazirliyində qeydiyyatdan keçəndən sonra onlar fəaliyyətlərini davam etdirə bilərlər.  

FARA-nın tələbləri qeyri-siyasi lobbiçiliyə şamil edilmir. Kommersiya, mədəni, elmi və dini səpkili informasiyaları yayanlar "xarici agent" hesab olunmur

Yeri gəlmişkən, 2012-ci ildə Rusiyada da "Xarici agentlər haqqında" qanun qəbul edilib. Həmin vaxt prezident Vladimir Putin bildirmişdi ki, qanunu ABŞ nümunəsinə əsaslanaraq qəbul edirlər. Əslində isə bu iki sənəd eyni hesab oluna bilməz. Belə ki, ABŞ-da qəbul edilən akt birbaşa xarici hökumət və ya təşkilatlar tərəfindən maliyyələşən şəxs və qurumları nəzərdə tutur. Rusiyada isə "xarici agent" statusunu almaq üçün  xaricdən qrant almaq belə, kifayət edir. 

Strateq.az