Gündəm

  • " width="300" height="266" />
    “Qüds gedərsə, Məkkə, Mədinə, İstanbul, İslamabad, Şam da gedər…” –  Ərdoğandan dünyaya xəbərdarlıq
  • " width="300" height="266" />
    ELDAR MAHMUDOV YENİDƏN İSTİNTAQDA! –Çovdarov sabiq nazirin əleyhinə ifadə verib! FOTOLAR
  • " width="300" height="266" />
    Bakıda Qətərin Milli Günü qeyd edilib –Kəmaləddin Heydərov tədbirdə çıxış edib - FOTO
  • " width="300" height="266" />
    Rəsmi Vaşinqton hədəfə kilidlənir:“İranın qarşısını almaq üçün koalisiya yaratmağımızın şahidi olacaqsınız”
  • " width="300" height="266" />
    Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə yeni səlahiyyət verildi –Detallar
  • " width="300" height="266" />
    Rəsmi Ankara Ermənistana sərt bəyanatla cavab verdi:"Əvvəlcə işğal etdiyiniz torpaqların, Xocalının hesabını verin..."
  • " width="300" height="266" />
    Ərdoğanın baş müşaviri istefa verdi –Yazılı şəkildə səbəbi açıqladı
  • " width="300" height="266" />
    Putinlə Sobçak mətbuat konfransında “atışdı”:"Küçələrdə "saakaşvililərin" qaçmasına imkan verməyəcəyik!"
  • " width="300" height="266" />
    TÜRKİYƏ HƏR AN “AFRİN ƏMƏLİYYATI”NA BAŞLAYA BİLƏR –- Müxalifət də bu əməliyyat üçün hazır vəziyyətdə gözləyir
  • " width="300" height="266" />
    Putin 1700 jurnalistin qabağına çıxdı: “Mənə səs-küy salmaq yox, nəsə təklif etmək vacibdir” –CANLI YAYIM

Müsahibə

  • " width="300" height="266" />
    İLYAS İSMAYILOVDAN QÜDSLƏ BAĞLI MARAQLI AÇIQLAMALAR:"ABŞ dünyanı qlobal dini müharibəyə sürükləyir" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    FAZİL MUSTAFADAN ELÇİBƏY HAQDA MARAQLI XATİRƏLƏR:"Heydər Əliyev Elçibəylə müttəfiqlikdən imtina etdi" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Səyavuş Aslanın oğlu:"Atamdan sonra ocağımız söndü, bir qab yeməyə möhtacam..."
  • " width="300" height="266" />
    Politoloq Armen Badalyan:“Ermənistanın Moskvanın təsirindən çıxması sürətlənir” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Elçin Şıxlıdan maraqlı açıqlamalar:"Mehriban Əliyeva öz komandasına rüşvətə meyli olmayan ağıllı şəxsləri seçir" – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Məşhur fransız kəşfiyyatçısı Alen Rodye:“Qərbdə kim özünü dəyərə mindirmək istəyirsə, rus kəşfiyyatının onu izlədiyini deyir” – Müsahibə
  • " width="300" height="266" />
    70-ə ÇATMIŞ RƏSUL QULİYEV:"Unudulmadığımı və camaatın məndən hələ də nəsə gözlədiyini gördüm" - (MÜSAHİBƏ)
  • " width="300" height="266" />
    Heydər Əliyevin 27 il çap olunmayan müsahibəsi:"Ziyalıların gözləmə, yaxud tam bitərəf mövqeyi məni çox narahat edir..."
  • " width="300" height="266" />
    “VERGİ VƏ GÖMRÜK BİRLƏŞDİRİLİR, YENİ NAZİRLİK YARADILIR…” –İqtisadçıdan sensasion açıqlamalar
  • " width="300" height="266" />
    SÜLHƏDDİN ƏKBƏRDƏN MARAQLI PROQNOZLAR:“Hakimiyyət daxilində böyük müxalifət formalaşır” – MÜSAHİBƏ

Qaynar Qazan

Qapalı Mövzu





Vəkil Bürosu

Dekabr 2017
BE ÇA Ç CA C Ş B
« Noy    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

XƏBƏR LENTİ

15 Dekabr 2017

01 Dekabr 2017 - 18:52

3 MİN CÜT AYAQQABI, MİLYON DOLLARLIQ ALIŞ-VERİŞ, 300 ÇAMADANLIQ “BAQAJ”…- Xalqın nifrətini qazanan həris və iddialı diktator xanımları

Diktatorların rəhbərlik etdiyi ölkələrdə birinci ledilər, adətən, sevilmir, hətta bir çox hallarda xalqın nifrəti ilə üzləşirlər. İnsanların güzaran qayğıları arasında çarpışdığı vaxtda onların dəbdəbəli həyat sürməsi xalqda təbii olaraq qəzəb yaradır. Demokratiyanı boğan, iqtisadiyyatı çökdürən, siyasi opponentlərini qətl edən və ya ölkədən qovan ərlərini müdafiə etmələri isə bu qəzəbi bir qədər də alovlandırır.

 

Həris və zorba birinci ledi…

 

Bir neçə gün əvvəl "birinci ledi" statusundan məhrum olan Qreys Muqabe (Zimbabvenin bugünlərdə istefa verən prezidenti Robert Muqabenin xanmı) heç cür özünü xalqa sevdirə bilmədi. Əri R.Muqabe 37 il ölkəyə rəhbərlik etmişdi. Və niyyəti  özündən sonra hakimiyyəti Qreysə ötürmək idi. Lakin ölkənin hərbi elitası bununla razılaşmayaraq Muqabeni devirdi və onu postunu tərk etməyə məcbur etdi. 

 

Salli Muqabe, Qreys Muqabe

 

Qreys Muqabe ölkənin gündəminə ilk gündən mübahisəli fiqur kimi daxil olmuşdu. O, özündən yaşca çox böyük olan Muqabeylə hələ prezidentin birinci xanımı Salli sağkən münasibət qurmuşdu. Üstəlik, həmin dönəmdə özü də başqası ilə evli idi və ondan bir övladı vardı. Сütlüyün yaxın münasibətdə olduğu vaxtlarda Salli sağalmaz xəstəlikdən əziyyət çəkirdi. Sonradan Muqabe bildirmişdi ki, arvadı onun Qreyslə evlənməsinə razılıq veribmiş.

Birinci ledi statusunu qazanandan sonra Qreys kobud və hegemon davranışları ilə yadda qalır. O, rahat şəkildə istədiyi siyasətçini təhqir edir, hətta istədiyi şəxsə fiziki zor da tətbiq edirdi.

Qreys dəbdəbəli həyat tərzi sürür, xarici səfərlərində geyim alış-verişinə böyük pullar xərcləyirdi. Var-dövlət həvəskarı olan Qreysi mətbuat bu xüsusiyyətinə görə "Qreys Quççi" adlandırırdı.

Qreys mitinqlərə qatılaraq ərinin tənqidçiləri və rəqiblərinə meydan oxuyur, Muqabe hökumətinə təhlükə hesab etdiyi hər bir adamla  amansızca hesablaşırdı. Bütün bunlar ölkədə böyük nüfuz sahibi olan hərbi elitanın nəzərindən yayına bilmədi. Və ordu Qreysin hakimiyyətə gedən yolunu birdəfəlik bağladı.

Kot-dİvuarın keçmiş birinci ledisi Simon Qbaqbo da xalqın qəzəbinə tuş gələnlərdən idi. Deylənlərə görə, xanım Qbaqbo şəxsən özü 2010-cu ildə "ölüm batalyonu" yaradaraq üzvlərini silahlandırıbmış. Buna səbəb isə ərinin həmin il keçirilən seçkilərdə məğlub olması, bu məğlubiyyəti tanımaqdan imtina etməsi və bunların fonunda ölkədə yaşanan gərginliyi yatırmaq cəhdi idi.

 

Büdcədən mllyonlar sovuran İmelda 

 

İmelda Markos

Filippinin keçmiş diktatoru Ferdinand Markosun xanımı İmelda ərindən daha çox məşhur idi. Ona məşhurluq gətirən isə dəbdəbə və bahalı geyim həvəskarı olması idi. 20 il Filippinin birinci ledisi olan İmelda Markosun qarderobunda  3 min cüt ayaqqabısı varmış. Halbuki həmin illərdə yoxsulluq və səfələt içində yaşayan filippinlilərin bir qismi ayaqqabı tapmadıqları üçün ayaqyalın gəzirdi.

İmeldanın paltarlarının sayı-hesabı yox idi. Birinci ledi ən məşhur dizaynerlərin geyimlərini geyinirdi. Zinət əşyalarının qiyməti isə milyon funt-sterlinqlə ölçülürdü. Birinci xanımın təkcə inci kolleksiyası üçün 38 kvadrat metrlik yer ayrılmışdı. Dövlət səfərləri zamanı İmeldanın 300 çamadanlıq "baqajı" olurdu. Səfərlərdə onu xidmətçilər, aşpazlar və masajçılar ordusu da müşayiət edirdi.

Bank işçilərindən biri sonradan etiraf etmişdi ki, 73-cü ildən 86-cı ilədək İmeldanın bank hesabına 24 milyon funt-sterlinq köçürülüb. Xalqın acından öldüyü vaxtda birinci xanım büdcənin pullarını geninə-boluna xərcləməkdən çəkinmirdi.

İmeldanın alış-verişə xərclədiyi pullar şəhər əfsanəsinə çevrilmişdi. 70-ci illərin sonrarında İsveçrəyə səfəri zamanı prezident xanımı 9 milyon funt-sterlnq xərcləmişdi. Başqa bir gömrük sənədindən məlum olur ki, 83-cü ildə Nyu-Yorkdakı "şoppinq" zamanı da İmelda milyonlarla dollar xərcləyib.

Onu əhatə edən hər bir şey bahalı və gözqamaşdıran olmalı idi. Məsələn, saray üçün nəzərdə tutulan tualet kağızları incə ipəkdən hazırlanır, Taylanddan sifarişlə gətirilirdi.

 

Mülk və "şuba" həvəskarı 

 

Yelena Çauşevski

 

Yelena Çauşevski – əri Nikolay Çauşevski Rumıniyanı 24 il (1965-1989) sərt rejimdə saxlamışdı. Yelena özünün "şuba" kolleksiyası ilə məşhur idi. Özü də  tülkü, bəbir, zebra, yaquar və pələng dərisindən tikilən şubalar…

89-cu ildə çevriliş zamanı əri ilə birgə qaçmağa çalışarkən də Yelenanın üzərində belə kürklərdən biri vardı.

70-ci ilin sonlarında Rumıniya iqtisadiyyatı ağır günlərini yaşamağa başlayır. Vəziyyət o qədər pis olur ki, bütün ərzaq məhsulları talonla satılmağa başlayır. Əhali sürətlə yoxsullaşır, Yelena isə əksinə, dəbdəbə və təmtəraq içində yaşayırdı. Bahalı maşınlarının və mülklərinin sayı gündən-günə artırdı. Ailənin təkcə Buxarestdə 21 sarayı vardı. Ölkənin ayrı-ayrı bölgələrində isə daha 40 belə saray tikilmişdi. Bundan başqa, ov mövsümündə yollandıqları 28 evləri vardı.

Prezidentin evdə saxladığı itin yeməyi diplomatik poçt vasitəsilə Britaniyadan gətirilirdi.

 

Tunisin bəlası…

 

Leyla Trabelsi

 

"Mən siyasətə qarışmıram. Mən xalqın içindən çıxan qadınam".

Bunu Tunisin keçmiş birinci xanımı, sonradan 35 illik həbs cəzasına məhkum edilən Leyla Trabelsi deyirdi.

Tunislilər isə birinci ledini ölkənin bəlası adlandırırdılar. Tunis ənənələrinə görə, "birinci ledi" ölkənin həyatında böyük rola sahib olurdu. Bin Alinin hakimiyyəti illərində isə hər şey tam fərqli oldu. Ölkədə korrupsiya tüğyan etməyə başladı. Leyla və onun 10 qardaşı, eləcə də yaxın qohumları ölkəni sözün əsl mənasında talayırdı və istədiklərini edirdilər. Ölkə iqtisadiyyatının 30 faizə qədəri onların nəzarətində idi. Leyla Trabelsi və qohumları istənilən qanunsuzluğa imza atırdılar.

Var-dövlət, bahalı maşınlar, dəbdəbəli mülklər həvəskarı olan Leyla Trabelsini el arasında "Ərəblərin ledi Makbeti" adlandırırdılar.

Yalnız orta təhsili və saç ustası olan Leyla 1992-ci ildə Ben Ali ilə ailə qurur. Cütlük tanış olarkən Ben Ali hələ prezident deyildi və general rütbəsini daşıyırdı. Leyla evli və 3 qız atası olan Ben Alidən hamilə olduğunu və oğlunun olacağını deyərək onu boşanmağa vadar edir. Ben Ali özündən 21 yaş kiçik olan Leylanın hiyləsinə aldanır. Halbuki dünyaya gələcək uşaq oğlan yox, qız olur. Cütlüyün oğlan övladı isə yalnız illər sonra – ikinci qızdan sonra dünyaya gəlir.

Birinci ledinin qarajında 50-dən çox avtomobil vardı. Alış-veriş üçün Dubaya gedən Leyla hər dəfə yüzminlərlə dollar xərcləyirdi. Qızları da ondan geri qalmırdılar. Tunisdə ən çox kiçik qız Nəsrinə nifrət edirdilər. Deyilənə görə, Nəsrin sarayın yeməklərini dünyanın ayrı-ayrı ölkələrindən sifariş edirmiş.

Leyla Trabelsi bütün bu dəbdəbəni xeyriyyəçilik faəliyyəti ilə ört-basdır etməyə çalışsa da, xalq hər şeyin fərqində idi və birinci lediyə qarşı böyük qəzəb duyurdu.

 

Qan içində…

 

Əsma Əsəd

 

2012-ci ilin aprelində Almaniya və Britaniyanın BMT-dəki səfirlərinin xanımları Suriya lideri Bəşər Əsədin həyat yoldaşı Əsma Əsədə vidomüraciət ünvanlamışdılar. YouTube-da yayılaraq böyük populyarlıq qazanan müraciətdə səfir xanımları Əsma Əsəddən Suriyada axan qanı dayandırmağı xahiş etmişdilər. Videorolikdə qətl edilən uşaqlar göstərilir və "Bunların yerində sənin uşaqların ola bilərdi" fikri səslənirdi.

Sonradan üzə çıxmışdı ki, bu müraciət yayılan ərəfədə Əsma Əsəd internetdə 5 min dollarlıq ayaqqabı sifariş edirmiş…

 

Rebecca Seales

BBC News