Gündəm

  • " width="300" height="266" />
    “Qüds gedərsə, Məkkə, Mədinə, İstanbul, İslamabad, Şam da gedər…” –  Ərdoğandan dünyaya xəbərdarlıq
  • " width="300" height="266" />
    ELDAR MAHMUDOV YENİDƏN İSTİNTAQDA! –Çovdarov sabiq nazirin əleyhinə ifadə verib! FOTOLAR
  • " width="300" height="266" />
    Bakıda Qətərin Milli Günü qeyd edilib –Kəmaləddin Heydərov tədbirdə çıxış edib - FOTO
  • " width="300" height="266" />
    Rəsmi Vaşinqton hədəfə kilidlənir:“İranın qarşısını almaq üçün koalisiya yaratmağımızın şahidi olacaqsınız”
  • " width="300" height="266" />
    Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə yeni səlahiyyət verildi –Detallar
  • " width="300" height="266" />
    Rəsmi Ankara Ermənistana sərt bəyanatla cavab verdi:"Əvvəlcə işğal etdiyiniz torpaqların, Xocalının hesabını verin..."
  • " width="300" height="266" />
    Ərdoğanın baş müşaviri istefa verdi –Yazılı şəkildə səbəbi açıqladı
  • " width="300" height="266" />
    Putinlə Sobçak mətbuat konfransında “atışdı”:"Küçələrdə "saakaşvililərin" qaçmasına imkan verməyəcəyik!"
  • " width="300" height="266" />
    TÜRKİYƏ HƏR AN “AFRİN ƏMƏLİYYATI”NA BAŞLAYA BİLƏR –- Müxalifət də bu əməliyyat üçün hazır vəziyyətdə gözləyir
  • " width="300" height="266" />
    Putin 1700 jurnalistin qabağına çıxdı: “Mənə səs-küy salmaq yox, nəsə təklif etmək vacibdir” –CANLI YAYIM

Müsahibə

  • " width="300" height="266" />
    İLYAS İSMAYILOVDAN QÜDSLƏ BAĞLI MARAQLI AÇIQLAMALAR:"ABŞ dünyanı qlobal dini müharibəyə sürükləyir" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    FAZİL MUSTAFADAN ELÇİBƏY HAQDA MARAQLI XATİRƏLƏR:"Heydər Əliyev Elçibəylə müttəfiqlikdən imtina etdi" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Səyavuş Aslanın oğlu:"Atamdan sonra ocağımız söndü, bir qab yeməyə möhtacam..."
  • " width="300" height="266" />
    Politoloq Armen Badalyan:“Ermənistanın Moskvanın təsirindən çıxması sürətlənir” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Elçin Şıxlıdan maraqlı açıqlamalar:"Mehriban Əliyeva öz komandasına rüşvətə meyli olmayan ağıllı şəxsləri seçir" – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Məşhur fransız kəşfiyyatçısı Alen Rodye:“Qərbdə kim özünü dəyərə mindirmək istəyirsə, rus kəşfiyyatının onu izlədiyini deyir” – Müsahibə
  • " width="300" height="266" />
    70-ə ÇATMIŞ RƏSUL QULİYEV:"Unudulmadığımı və camaatın məndən hələ də nəsə gözlədiyini gördüm" - (MÜSAHİBƏ)
  • " width="300" height="266" />
    Heydər Əliyevin 27 il çap olunmayan müsahibəsi:"Ziyalıların gözləmə, yaxud tam bitərəf mövqeyi məni çox narahat edir..."
  • " width="300" height="266" />
    “VERGİ VƏ GÖMRÜK BİRLƏŞDİRİLİR, YENİ NAZİRLİK YARADILIR…” –İqtisadçıdan sensasion açıqlamalar
  • " width="300" height="266" />
    SÜLHƏDDİN ƏKBƏRDƏN MARAQLI PROQNOZLAR:“Hakimiyyət daxilində böyük müxalifət formalaşır” – MÜSAHİBƏ

Qaynar Qazan

Qapalı Mövzu





Vəkil Bürosu

Dekabr 2017
BE ÇA Ç CA C Ş B
« Noy    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

XƏBƏR LENTİ

15 Dekabr 2017

03 Dekabr 2017 - 10:59

ReAL-çı Azər Qasımlı niyə çilədən çıxdı:"Gedib evdə oturaqmı?!..."-VİDEO

Azər Qasımlı: “İqtidar yeni bir siyasi partiyanın, strukturlaşmış yeni bir siyasi təşkilatın yaranmasını istəmir”

 

“Qaynar Qazan”da bu dəfə ReAL partiyasının Təşkilat Komitəsinin koordinatoru, partiya sədrinin siyasi məsələlər üzrə katibi Azər Qasımlı ilə söhbətləşmək qərarına gəldik. ReAL-çıların hamısı – daha doğrusu, əksəriyyəti, maraqlı insanlardır. Xüsusilə, hakimiyyətin onların üzərinə xüsusi amansızlıqla getməsi və İlqar Məmmədovu hər yoldan istifadə edərək azadlığa buraxmaması ReAL-ı daha da cazibə mərkəzinə çevirib. Onlar da elə bu amansızlığın altında əzilə-əzilə bərkiyir və alternativ olma yolunda əmin addımlarla irəliləyirlər. Biz “Qaynar Qazan”da ReAL-dan Erkin Qədirli ilə söhbətləşmişik və o müsahibə xeyli də səs-səda gətirmişdi. Sonra Natiq Cəfərli həbsxanaya düşdü və tez də çıxası oldu. Qrafikimizin də ağır olması bir müddət ReAL-çılarla müsahibəmizi ertələdi. Amma bu günlərdə, xüsusilə, ReAL-ın qurultayı ətrafında yaradılan salon bumu bir daha ReAL-ı gündəmimizə daşıdı. Bu dəfə ReAL-ın daha maraqlı bir səlahiyyətlisinə – Təşkilat Komitəsinin koordinatoruna müraciət etdik – Azər Qasımlıya. Bizi iqtidarın, ya da iqtidaryönümlülərin etdiyi kimi çək-çevirə salmadı, razılaşdıq və ReAL-ın ofisində görüşdük.

İşlərimizin həddindən artıq çox və ağır olması, bu dəfə məni qəfildən yaxalamışdı. Heç hazırlaşa bilməmişdim. Mən ReAL-ın ofisini zar-zor tapanda və ReAL-ın zalına daxil olub çəkilişə başlayanda məlum oldu ki, nə qalstukum, nə də kostyumum var. Mən rəsmi geyinməmişdim. Amma Azər Qasımlı rəsmi geyimdə idi. O, “Qaynar Qazan”ın əvvəlki bir neçə çəkilişlərinə də baxıb, mənim rəsmi geyinəcəyimi təxmin edib və elə də geyinib. Necə deyərlər, çəkilişə başlamadan bir geyim böhranı yaşadıq. Yapacaq bir şey yox idi, belə də davam etməli idik çəkilişə və elə bu məqamda birdən Azər bəy, “bir dəqiqə gözləyin” deyib ReAL-ın ofisinə – başqa bir otağa getdi. Bir neçə dəqiqədən sonra əlində bir kostyum, bir neçə qalstukla geri qayıtdı. Axı bu haqda bir neçə dəqiqə bundan əvvəl danışmışdıq. Mən ofisdə kostyum-qalstuk ola biləcəyini soruşmuşdum, amma Azər bəy olmadığını demişdi. Nə isə ki, mən dərhal gətirilən kostyumla qalstuku geyindim və bir azdan baxacağınız formada müsahibəyə başladıq. Tarazlıq təmin olunmuşdu. Azər bəylə ikimiz də rəsmi geyimdə idik…

Azər Qasımlı ilə ilk dəfə idi ki, müsahibə götürürdüm. Onun bəzi fikirləri ilə tanış idim. Xüsusilə, son günlər ReAL-ın qurultayı ilə bağlı çalışmalarını və yazdığı statuslarının ətrafında qoparılan müzakirələri nəzərdən keçirmişdim. Ümumiyyətlə, ReAL-çıların ilginc adamlar olduğunu bilirdim, amma hər tanımadığın müsahib də bağlı qazan kimidir – aça bildincə, açılar, aça bilmədinsə, qapana qapana gedər.

Mən Azər Qasımlı ilə söhbətdən çox pozitiv düşüncələrlə ayrıldım. Onu təxmin etdiyimdən maraqlı gördüm. Diqqətli, dəqiq, məsuliyyətli, nə istədiyini bilən, qərarlı, hökmlü və mübariz bir xarakter. Açığı, indiyə qədər rastlamadığım dərəcədə mənə uyan bir ReAL səlahiyyətlisi. Xüsusilə, onun xalqa münasibəti, “heç bir halda xalq günahkar ola bilməz” fəlsəfəsini daşıması – o, ReAL-ın da bu fəlsəfəni daşıdığını deyir, amma mən bunu ReAL-dan qabarıq formada hiss etməmişəm – “bacarmasaq, çəkiləcəyik”, “biz Azərbaycanın son şansıyıq” düşüncələrini əxz eləməsi, mənə xüsusi zövq verdi. Ənənəvi kimi qiymətləndirilən müxalifətə yanaşması da maraqlı idi və bu haqda indiyə qədər ReAL-çı dostların heç birindən bu qədər doyurucu bilgi almamışdım. Açığı, ReAL-a münasibətimin birmənalı olmamasına baxmayaraq, Azər Qasımlı ilə müsahibədən sonra fikirlərimdə bir açıqlıq yarandı və ReAL-ın, belə gənc siyasətçilərin olduğuna sevindim.

Azər Qasımlı İlqar Məmmədovla tanış olanda, ona “bu yola kəfənini geyinib gəlməlisən” deyilib. O fəlsəfəni daşıyır. Bu da mənim üçün maraqlı idi. Adətən, belə düşünmür siyasətçilərimizin əksəriyyəti. İndi siyasətə daha çox dəbdəbə, ya da iş-iş yeri kimi baxanlar var. Amma bura “boynuna kəfən geyinib” gələn adamların sayı yox deyəcək qədər azdır və bunu heç ReAL-çıların çoxu demir də. İlqar Məmmədova münasibətdə, onun azadlığı yolunda aparılan mübarizədə də bu, aydınca görünür. Hamı “boynuna kəfən geyinsəydi”, İlqar Məmmədov indi heç içəridə qalmazdı. Ən azından, ölkə hakimiyyətinə alternativ olduğunu iddia edən bir siyasi qüvvə, gərəkdir ki, ilk öncə öz liderini dartıb içəridən çıxara. Bunu edə bilmir ReAL və biz bu haqda da danışdıq Azər Qasımlı ilə. O da İlqar Məmmədovun yetərincə müdafiə olunmadığı fikri ilə razılaşır.

Azərbaycana, onun problemlərinə özlərinin məxsusi baxışları var. ReAL-ı hakimiyyətə alternativ görürlər və hakimiyyətə gələcəkləri təqdirdə, ən ibtidaidən ən aliyə qədər Azərbaycanı dəyişdirəcəklərinə söz verirlər. Elə buna görə də özlərini Azərbaycanın sonuncu şansı hesab edirlər. Bütün güclərini də qoyublar ki, qurultaylarını keçirib partiya olsunlar, ancaq hakimiyyət ən ağlasığmaz yollardan istifadə edərək, bunun qarşısını alır. Biz hakimiyyətin bu cür oyunlarını bilirik, tanışıq. Bu boyda ölkədə ReAL-a qurultay keçirməyə bir salon belə vermirlər. Heç bu gedişlə verməyəcəklər də. Amma gərəkdir ki, ReAL da elə alternativlər tapa ki, hakimiyyət onun arxasınca gedə, getməyə məcbur ola. Birini mən dedim Azər Qasımlı ilə müsahibədə – qurultayı çadırda keçirin! Niyə də olmasın? Mənə yer verməyən hakimiyyəti gedib Muğanda – Kür çayı ilə Araz çayının qovuşuğunda qurultay keçirib rəzil-rüsvay edərəm. Nadir Şahdan kəm olmamalıyıq axı, kişi Suqovuşanda qurultay keçirib özünü Şah seçdirib, tarixdə qalacaq qərarlar almışdı. Məsələn yəni… Qurultayı qəfildən – hərəyə bir stul götürüb hansısa bir meydanda, ya da parkda da keçirmək olar. Hakimiyyət özünə gələnə kimi qurultay da bitər, sədr də seçilər. Zatən ReAL-ın qurultayında alternativ namizəd olmayacaq – indiki halında İlqar Məmmədovun qarşısına kim çıxa bilər ki…

Azər Qasımlı ilə çox şeydən danışdıq. Saat yarımlıq söhbət o qədər maraqlı oldu ki, necə bitdiyinin fərqində olmadıq. Maraqlı adamdır Azər bəy. Getdikcə açıldı və nitqi də açıldıqca rəvanlaşdı, fikirləri qətiləşdi və daha inandırıcı olmağa başladı. Beləcə, saat yarımlıq müsahibəmizdə ReAL-ın Azərbaycanı necə dəyişəcəyindən ReAL-ın kadr potensialına, “kölgə kabineti”nə qədər hər şeydən bəhs etdik. Yarızarafat olsa da, Azər Qasımlı ReAL hökumətinfə Xarici İşlər naziri ola biləcəyini dedi. Nədən olmasın?!

Müsahibə bitəndə isə daha maraqlı bir məlumatla qarşılaşdıq. Sən demə, Azər Qasımlının mənə gətirdiyi kostyum-qalstuk İlqar Məmmədovun dəsti imiş. O zaman həbs olunandan elə ReAL-ın ofisində imiş. Azər bəy söz verdi ki, yaxın gələcəkdə – Azər Qasımlıda dərin inam var ki, hakimiyyət tezliklə İlqar Məmmədovu azad edəcək – İlqar bəy azadlığa çıxanda bu kostyumla qalstuku mənə hədiyyə verəcək. Mən də məmnuniyyətlə razılaşdım. Gələcəkdə yaratmağı düşündüyüm “Siyasi Məhbuslar Muzeyi”nə eksponat kimi gözəl olar bu hədiyyə!

Beləcə, budəfəki qonağımız, “Qaynar Qazan”ın 43-cü müsahibi ReAL partiyasının Təşkilat Komitəsinin koordinatoru, partiya sədrinin siyasi məsələlər üzrə katibi Azər Qasımlıdır. Onu dinləyirik. Bəlkə də Azərbaycanın gələcək Xarici İşlər naziri Azər Qasımlını…

Əvəz Zeynallı,

“Azadlıq salnaməsi”

 

I hissə

 

Hakimiyyət özünə alternativ olma iddiasından çəkinir

– “Qaynar Qazan”ın növbəti qonağı ReAL partiyasının Təşkilat Komitəsinin koordinatoru, partiya sədrinin siyasi məsələlər üzrə katibi Azər Qasımlıdır. Azər bəy, əslində biz sizin partiyada olsaq da, verilişimizə xoş gəlibsiniz. Suallarımıza qurultaydan başlamaq istəyirəm. Nədir məsələ? İşlər nə yerdədir?

Məsələ o yerdədir ki, bizə qurultay keçirmək üçün yer vermirlər. Bu, açıq-aşkar görünür. Yer verməmələrinin səbəbi də budur ki, bu qurultayın keçirilməsini hakimiyyət istəmir. Niyə istəmir, çünki hər halda düşünür ki, həm İlqar Məmmədovun populyarlığı artar, həm də İlqar bəyin bu qurultayda partiyanın təsis olunmasından sonra sədr seçilməsi, İlqar Məmmədovun işinə daha siyasi çalar gətirər və hakimiyyətə alternativ olma iddiasını bir daha ortaya qoymuş olar. Digər tərəfdən də yeni bir siyasi partiyanın, strukturlaşmış yeni bir siyasi təşkilatın yaranmasını iqtidar istəmir. Çünki bu partiya yenidirsə, bunun ətrafında yeni bir cazibə qüvvəsi yarana bilər. Yəni hər iki məsələyə görə, hakimiyyət bunu istəmir. Hər halda biz prosesi belə görürük.

– Neçə müddətdir bu yer məsələsi davam edir? Hər halda xeyli vaxtdır, eləmi?

– Biz oktyabr ayının 2-də Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinə etdiyimiz müraciətlə Əmircan qəsəbəsində yerləşən Mədəniyyət Sarayını qurultayımızın keçirilməsi üçün istəmişik. Yeri gəlmişkən, onu da deyim ki, həmin ərazidə, həmin yerdə digər siyasi partiyalar da öz qurultaylarını vaxtilə keçiriblər.

– Yəni zaman-zaman orada qurultaylar keçirilib?

– Bəli, yaxın bir il ərzində burada qurultaylar keçiriblər. Hər halda düşündük ki, bizə də o yeri verə bilərlər. Çünki belə bir praktika olub. Ayın 2-də biz müraciətimizi göndərdik. Bizim müraciətimizə 15 gün içində baxılmalı idi. Yəni qanunun gərəyi budur. Amma təəssüflər olsun ki, 15 gün içərisində müraciətimizə baxmadılar və burada da qanunu pozdular. Və yalnız ayın 26-da günorta bizə məktub göndərdilər ki, oktyabr ayının 29-da – biz qurultayımızı keçirmək istədiyimiz gün – həmin mədəniyyət sarayında, həmin zalda hansısa film nümayiş etdiriləcək. Bunu əsas gətirərək bildirdilər ki, həmin gün qurultayınızı keçirə bilməzsiniz. Amma başqa bir gün və başqa bir vaxt da təklif etmədilər. Yeri gəlmişkən, dostlarımız həmin gün gedib əraziyə baxdılar. Orada heç bir tədbir keçirilməyib.

 

400-600 yerlik otellər hamısı bizə “yox” dedilər…

– Açıq şəkildə görünür ki, icazə verilmir.

– İcazə verilmir…

– Siz alternativ yer təklif edirsinizmi? Yoxsa deyirsiniz, harada icazə verirsinizsə verin?

– Əslində, biz Əmircan qəsəbəsində yerləşən həmin zalla bağlı müraciətdən əvvəl Bakıda yerləşən və 400-600 nəfərlik zalı olan 4 və 5 ulduzlu otellərin hamısına müraciət etmişdik.

– Otellər hamısı yox deyir?

– Otellər hamısı yox deyir… Yalnız ondan sonra biz Mədəniyyət və Turizm İdarəsinə müraciət etmək məcburiyyətində qaldıq. Əslində, biz qurultayı normal bir oteldə keçirmək istəyirdik. Çünki bu, bizim haqqımızdır. Burada nəsə mənfi bir şey yoxdur, adi bir qurultay keçiriləcək. Qonaqlar və nümayəndələrlə birlikdə 500-600 nəfər gəlib orada iştirak edəcək. Yəni istənilən otel üçün bu, bir biznesdir. Təbii ki, biz onun kirayəsini ödəyəcəyik, əgər bir furşet olacaqsa, onun pulunu ödəyəcəkdik. İstənilən otel normal ölkədə buna “hə” deməli idi. Hətta bizim qurultayımızı öz otelində keçirmək üçün hər şeyi etməli idi.

– Həm də reklamdır…

– Təbii ki, həm də reklamdır. Amma təəssüflər olsun ki, bizdə vəziyyət fərqlidir.

– Beynəlxalq təşkilatlarla hər zaman əməkdaşlıq edən bir siyasi qüvvəsiniz. Belə deyək, Qərb yönümlüsünüz. Otellərin də əksəriyyətini avropalılar işlədir, xaricilər tikir. Yəni buradakı qərblilər oradakılardan fərqlidirmi? Yoxsa onlar da buraya gəlib öyrəşirlər? Yəni sizə nə deyirlər məsələn?

– Yəni buradakı qərblilər?..

– Qərb təfəkkürlü adamlardır, onu demək istəyirəm. Tutaq ki, beynəlxalq təşkilatların yerləri var burada, ATƏT-in deyəsən, “Landmark”da böyük salonu var, amma onu da vermirlər axı.

– Əslində, ATƏT-in missiyası indi yoxdur Azərbaycanda. Bildiyiniz kimi, onlar Azərbaycanı tərk ediblər.

 

Biz Qərbyönümlü deyilik

– Amma onların elə zalları var idi. Biz bir dəfə istədik, vermədilər, dedilər ki, biz yalnız mədəni tədbirlər üçün veririk.

– Əvvəla, biz qərbyönümlü deyilik. Biz Azərbaycan yönümlüyük.

– Belə yerləşib ictimai rəydə…

– Başa düşürəm, amma o yanlış fikirdir. Onu öncə qeyd edim ki, biz Azərbaycan yönümlüyük, çünki biz Azərbaycanda fəaliyyət göstəririk, bizim üzvlər hamısı Azərbaycan vətəndaşlarıdır, İlqar Məmmədovun özü təbii ki, Azərbaycan vətəndaşıdır, daim Azərbaycanda yaşayan bir insandır və Azərbaycan həbsxanalarında artıq 5-ci ilə keçdi ki, artıq həbsdə olan şəxsdir. Bizim üçün önəmli olan Azərbaycandır. Biz bilirik ki, hər biz ölkənin özünün maraqları var. İstər Qərb ölkələri olsun, istər Rusiya olsun, istər İran, istər Türkiyə olsun – bizim üçün önəmli olan Azərbaycan maraqlarıdır. Bu, birincisi. İkincisi, burada olan xaricilər də təbii ki, Azərbaycanda yerləşirlər. Necə ki, Azərbaycanda olan biznesmenlərə, iş adamlarına o şərait yaradılıb ki, fəaliyyət göstər, amma müəyyən qırmızı cizgilərə qədər, o qırmızı cizgiləri keçə bilməzsiniz. Eyni məsələ xaricilərə də aiddir, deyək ki, burada hansısa xarici oteldir, yaxud xarici sərmayə ilə tikilmiş bir oteldir, halbuki məncə, belə bir otel yoxdur. Bildiyiniz kimi, indi Azərbaycanda inhisarçılıq ciddi bir problemdir. Məsələn, bir Kempinski oteli vardı, onlar Azərbaycanı tərk etdilər. O, sadəcə bir otel idi, onun adını almışdılar, amma onu işlədən, belə deyək, arxasında duran azərbaycanlılar, Azərbaycan məmurları idi.

– Ona elə Kəmaləddin Heydərovun oteli deyirdilər…

– Hər kimindirsə, demək istədiyim odur ki, burada olan otellər də bilavasitə Azərbaycan iqtidarına bağlı olan yerlərdir.

 

400-600 nəfərlik bir yer tapa bilmirik ki…

– Tez-tez facebook səhifənizdə yazırsınız, bu da müəyyən söz-söhbətlərə səbəb olur. Deyirsiniz ki, siyasi partiyalara mitinq, yürüş üçün icazə verirlər, amma bizə heç bağlı olan salonlarda da icazə vermirlər. Nə deməkdir bu?

– Bu, faktın konstotasiyası deməkdir. Hər halda gördüyümüz odur ki, eyni mədəniyyət sarayında digər siyasi partiyalar öz qurultaylarını, siyasi tədbirlərini keçirilər. Amma bu gün Azərbaycanda istər rayonlar olsun, istər Bakının özü olsun, biz 400-600 nəfərlik bir yer tapa bilmirik ki, öz qurultayımızı keçirə bilək. Mən sadəcə faktı konstotasiya edirəm. Mitinqə icazə verirlər, halbuki açıq havadadır, kənardan iştirak etməyənlər, binalarda yaşayanlar da görə, müşahidə edə, baxa bilərlər. Bunlar açıq tədbirdir, elə deyilmi? Biz isə qapalı bir tədbir keçirmək istəyirik, amma buna baxmayaraq, bizə icazə vermirlər. Mən sadəcə faktı konstotasiya edirəm. Yəni burada kiməsə mesajmı deyim, kimə qarşısa bir kampaniyamı deyim, səslənmiş bir fikirmi deyim – belə bir şey yoxdur, heç nə gizlənmir bunun arxasında. Bu, hansısa siyasi təşkilatlara, mitinq keçirənlərə qarşı səslənmiş bir fikir deyil. Yanlış anlaşılmasın.

– Şəbnəm Karslı soruşur: “Hərəkat formasında enerjilərini tək istiqamətdə istifadə edirdilər. Təşkilatlanma, yeni partiyalaşma prosesi güclərini zəiflətməyəcək ki? Ümumiyyətlə, seçki prosesinin mənasız və nəticəsiz olduğu mühitdə partiyaya nə ehtiyac hiss etdilər?”

– Açığını deyim, mən bir şey anlamadım sualın qoyuluşundan. Amma gəlin belə yanaşaq məsələyə, partiya sözünü bir anlıq unudaq. Bu sözü götürək kənara qoyaq, yoxdur belə bir söz, yoxdur belə bir fikir. Partiya yoxdur. Siyasi təşkilat, hansı ki, Azərbaycanda siyasi islahatların keçirilməsini istəyir, özünü alternativ hesab edir, hesab edir ki, o hakimiyyətdə olsa, bu ölkəni daha yaxşı idarə edəcək və bu iqtidarın, bu sistemin alternativini gətirəcək – bu, təbii ki, siyasi təşkilatdır və belə bir təşkilat siyasi iddiasını ortaya qoymuş olur. Elə deyil? Və üstəgəl, bu təşkilatın əsas məqsədi nədir? Bu təşkilatın əsas məqsədi odur ki, hakimiyyətə gəlib öz proqramında yazılanları həyata keçirmək. Yəni söhbət konkret olaraq Respublikaçı Alternativ Partiyasından gedirsə, biz Azərbaycanda bütün sahələrdə islahatların vacibliyini vurğulayaraq o islahatları həyata keçirmək istəyən siyasi təşkilatıq. Bu gün Azərbaycanda elə bir sahə yoxdur ki, onun islahata ehtiyacı olmasın. Ümumiyyətlə, biz Azərbaycanda sistemi dəyişmək istəyirik. Yəni bu avtoritar, oliqarxik sistemi, tamamilə başqa bir sistemə dəyişmək istəyirik. Bu da təbii ki, hakimiyyətə gəlməkdən keçir. Hakimiyyətə gəlmək üçün nə etmək lazımdır? Güclü olmaq lazımdır. Güclü olmaq nə deməkdir? Strukturlaşmaq, təşkilatlanmaq deməkdir. Azərbaycanın bütün bölgələrində, hər kəndində, hər küçəsində üzvlərin və tərəfdaşların olması deməkdir. İndi sual verirəm, dünyada, o cümlədən də Azərbaycanda bütün bax bu dediklərimi özündə ehtiva edən anlayış hansıdır? Partiyadır. Partiya təşkilatıdır. Kimsə yeni bir ad qoya bilər, problem yoxdur. Eyni şəkildə ona hərəkat adı da qoya bilərsiniz, QHT adı da qoya bilərsiniz. Bizim üçün önəmli olan bu deyil, önəmli olan bu işin mahiyyətidir. Bax, bu mahiyyətin də adı partiyadır. Bunu heç kəs ləğv etməyibdir, bu, İngiltərədə də belədir, bu, Fransada da belədir, bu, hətta Ermənistanda da belədir, Rusiyada da belədir və yeri gəlmişkən, Azərbaycan respublikasının qanunvericiliyində də belədir.

 

Gedib evdə oturmalıyıq?

– Güclü olmaq üçün bütün dediklərinizlə bərabər, həm də böyük pul lazımdır. Varmı sizdə böyük pul?

– Bilirsiniz, yanlış bir təsəvvür var ki, siyasət böyük pullar üzərində qurulur. Mən qismən razıyam bu fikirlə, amma həyatda heç nə obsolyut deyil. Demək ki, bu, idealdır, mütləqdir, yalnız pul olmalıdır, pul olmasa heç nə olmayacaq – belə deyil. Tarixin müəyyən dönəmlərində – təkcə Azərbaycanda deyil – müxtəlif hadisələr, inqilablar olub. Sistemlərin transformasiyaları olub. Və yeri gəlmişkən, bütün bunlar yalnız böyük pullar hesabına olmayıb. Cəmiyyətdə gedən dinamikanın və proseslərin nəticəsi olaraq bunlar meydana gəlib, bu dəyişikliklər olubdur. Ona görə də mən düşünürəm ki, maliyyə məsələsini birinci sıraya qoymaq yanlışdır. Çünki başqa resurslar da var – insan resursu var, ölkədə gedən proseslər var, xarici faktor var, daxili faktor var. Təbii ki, maliyyənin də öz yeri var. Yeri gəlmişkən, bu əsnada bir fikir də söyləyim ki, Azərbaycan kiçik bir ölkədir. Məsələn, biz ABŞ-da olsaydıq, mən deyərdim ki, maliyyənin önəmi daha çoxdur. Birinci də olmasa, ikincidir ən azından. Mən hesab edirəm ki, bizdə elə deyil. Adi bir faktı deyim sizə. Məsələn, Bakıda az benzin istifadə edən bir maşına oturub Azərbaycanın ən ucqar bir rayonuna getsəniz, Qazax, Gəncə, ya da Gürcüstan sərhəddi tərəfə keçsəniz, benzinə nə qədər pul xərclənəcək? Və siz buna nə qədər zaman – ki o da önəmli bir resursdur – sərf edəcəksiniz? Yəni Azərbaycanda prezident kampaniyasında bir ay yaxşı, gözəl seçki kampaniyası keçirmək olar. Amma Amerikada siz bir aya prezidentliyə seçki kampaniyasını keçirə bilməzsiniz. Rusiyada da o cümlədən. Çünki bölgələr çox, ərazi böyükdür, ərazilər arasında saat fərqi var. Azərbaycanda bu, belə deyil. Yeri gəlmişkən, müasir texnologiyalar da bizə imkan verir, sosial şəbəkələr, internet. Bir status yazırsan, yüz min adam oxuya bilir. Yaxud hətta elə statuslar, videolar var ki, 1 milyon adama çatır.

– Böyük maliyyə məsələsini sözgəlişi dedim… Sualın 2-ci hissəsi var idi: “Ümumiyyətlə, seçki prosesinin mənasız və nəticəsiz olduğu mühitdə partiyaya nə ehtiyac vardı?”

– Yəni indi seçki mühiti yoxdur deyə, biz nə etməliyik? Gedib evdə oturmalıyıq? Siyasi iddiamız olmamalıdır? Ölkəni dəyişmək üçün heç bir çaba göstərməməliyik? Təşkilatlanmamalıyıq? Strukturlaşmamalıyıq? Saat mexanizmi kimi çalışan təşkilat qurmamalıyıq?

– Ziddiyyətli suallar var əslində. Məsələn, biri deyir ki, niyə partiya qurulur, bir başqa fikir var ki, ümumiyyətlə, seçki mühiti yoxdursa, niyə qurulur partiya? Belə bir sual da çıxır, niyə bu qədər gecikibsiniz?

– Gecikmənin əsasən, iki səbəbi var. Birinci səbəbi ondan ibarətdir ki, hər halda bu sualı verən şəxslər də bilirlər ki, Azərbaycanda bu gün avtoritar sistem mövcuddur. Avtoritar rejim altında, bu basqılar, bu təzyiqlər altında kimsə siyasi partiya qurmaq prosesindədirsə, ümumiyyətlə, bu ideyanı daşıyırsa, bu özü mən hesab edirəm ki, bir fenomendir. Bu özü bir qəhrəmanlıqdır. Bu prosesdə iştirak edən insanlar əsl qəhrəmandırlar – mən özümü və partiya rəhbərliyində olan insanları nəzərdə tutmuram, mən sıravi insanları nəzərdə tuturam. Və nə yaxşı ki, Azərbaycan cəmiyyətinin belə bir potensialı var ki, bütün bu basqılara, təzyiqlərə, ölkədəki avtoritar rejimə baxmayaraq, hələ də Azərbaycanın demokratik və cümhuriyyətçi gələcəyini görən və bunu istəyən insanlar var.

– Azər bəy, o komanda varmı?

– Təbii ki, var.

 

Güclü Lider, Güclü Komanda, Güclü Proqram!

– Yəni sizin özünüzün kölgə kabinetiniz varmı? Düşünürsünüzmü o haqda?

– Təbii ki, düşünürük. Yeri gəlmişkən, bir fikri də sizinlə bölüşmək istəyirəm. Bizim partiyalaşma prosesinin əsas sloqanı bilirsiniz hansıdır – Güclü Lider, Güclü Komanda, Güclü Proqram! İstənilən komandanı güclü lider idarə etməlidir. Proqramı da həm lider, həm də onun komandası həyata keçirməlidir. Amma proqram çox vacibdir. Çünki bir liderin ki komandası yoxdur, onun hakimiyyətə gəlməməsi daha yaxşıdır.

– Mütləq komanda olmalıdır…

– Bəli, komanda mütləqdir. O cümlədən də proqram. Proqram da mütləqdir. Çünki Azərbaycan cəmiyyəti əvvəlcədən bilməlidir ki, sən gəlib nə edəcəksən? Bu gün nədir və sən bunun yerinə nə təklif edirsən. Azərbaycan cəmiyyəti bunu əvvəlcədən bilməlidir. Proqram elə bil ki, sənin pasportundur. Adı vətəndaş ola bilər, amma onun vəsiqəsi yoxdursa, vətəndaş deyil. Hətta balaca uşağa da indi vəsiqə verirlər. Bir vəsiqəsi olmalıdır. Proqram da eyni şəkildə – mütləq olmalıdır. Təəssüflər olsun ki…

– Proqram varmı?

– Bizim proqramımız 2014-cü ildə yazılıb, 68 səhifədən ibarətdir, 4 bölümü var – Real Respublika, Real Güvənc, Real İnsan, Real Tərəqqi. Demək olar ki, Azərbaycanda elə bir sahə yoxdur ki, onunla bağlı biz öz fikirlərimizi, düşüncələrimizi və təkliflərimizi həmin proqramda əks etdirməyək.

– Çox təşəkkür edirəm. Mən bu proqramı oxumamışam, amma mütləq oxuyacam.

– İnternetdə bizim saytımız var – realpartiya.org. Orada həm pdf formatında var, həm Azərbaycan, həm ingilis dillərində o 68 səhifə. O cümlədən, həm Azərbaycan, həm ingilis dillərində bizim proqramın 36 qısa tezislər şəklində qısa, konkret özəti də var. Yəni 68 səhifəni oxumaq istəməyənlər girib özəti oxuya bilərlər. Məsələn, pensiyalarla bağlı ayrıca yazmışıq – pensiya sistemi necə dəyişəcək. Təhsil sistemi necə dəyişəcək. Orduda, Silahlı Qüvvələrdə hansı dəyişikliklər olacaq və s. və i.

 

2014-cü ildə təklif etmişdik: Milli Təhlükəsizlik Nazirliyi ləğv edilməlidir

– Bu proqram 2018-ci ildə yenilənəcəkmi, üzərində işlənəcəkmi, yoxsa proqramınız dəyişməzdir?

– Proqramda müəyyən dəyişikliklər edirik. Çox qısa dəyişikliklərdir, ciddi dəyişikliklər deyil. Məsələn, biz 2014-cü ildə təklif etmişdik, həmin proqramda da öz əksini tapıb – Milli Təhlükəsizlik Nazirliyi ləğv edilməlidir, onun bazasında da iki fərqli qurum yaradılmalıdır.

– Siz bunu proqramınızda yazmışdınız?

– Bəli, 2014-cü ildə yazmışdıq proqramımızda. Təbii ki, artıq Milli Təhlükəsizlik Nazirliyini ləğv ediblər, bunu proqramdan çıxarmaq lazımdır. Bəli, bu cür dəyişikliklər olacaq təbii ki. Amma prinsipial dəyişikliklər olmayacaq.

– O zaman hakimiyyət sizin proqramınızı diqqətlə oxuyur yəqin ki…

– Oxuyur… Oxuyur…

– Anar Əbülfət oğlu İsmayılov soruşur: “Yaxın gələcəkdə Respublikaçı Alternativ Partiyası bir partiya şəklində formalaşacaqmı? Partiya qurulmasına süni maneələr yaradılarsa, buna qarşı hansı addımlar atılacaq?”

– Müəyyən mənada mən bu sualın birinci hissəsinə cavab verdim. Belə ki, biz partiyanın təsis qurultayını keçirmək istəyirik və yeri gəlmişkən, burada da bir məlumat olaraq deyim ki, biz yenidən Mədəniyyət və Turizm İdarəsinə məktub göndərdik və həmin məktubda noyabr ayında və dekabr ayının 3-nə qədər olan müddətdə hər şənbə-bazar günlərini onlardan istədik. Dedik, özünüz seçin, hansı şənbə, hansı bazar günü – 5 həftə ərzində hər halda film, yaxud multfilm nümayiş etdirmədiyiniz bir günü bizə verin. İstədiyiniz zaman biz hazırıq. Bunu etməklə həm öz üzvlərimizə, həm də Azərbaycan cəmiyyətinə bildirmiş oluruq ki, biz bu qurultaya hazırıq. Və biz qurultayı istənilən zaman keçirə bilərik. Süni maneələr odur ki, hal-hazırda bizə qurultay keçirmək üçün yer verilmir. Və alternativ də yerlər təəssüflər olsun ki, hələlik tapa bilmirik. Amma biz bu yöndə çalışırıq, alternativ yerlər axtarırıq…

– Bəlkə açıq havada keçirəsiniz? Elə ideyalar olub zaman-zaman…

– Var, elə ideyalar da var. Fərqli-fərqli ideyalar səslənir. Amma məsələ burasındadır ki, açıq havada keçirilərsə, orada gizli səsvermə olmalıdır, mütləq şəkildə.

– Mağar qurmaq olar…

– Biz demokratik bir təşkilat qurmaq istəyirik. Demokratiyanın gərəyi gizli səsvermədir, bu, mütləqdir. Partiya məclisi qurultayda seçiləcək, o da yalnız gizli səsvermə yolu ilə keçiriləcək. Sədr, Nəzarət Təftiş Komissiyasının üzvləri gizli səsvermə yolu ilə seçiləcək. Bütün seçkilər gizli səsvermə yolu ilə keçiriləcək, o zaman da kabinlər quraşdırılmalıdır. İnsanlar sərbəst şəkildə o kabinlərə girməlidirlər, sonra çıxıb bülletenləri atmalıdırlar. Və bu proses ümumi götürəndə 8-10 saat sürəcək, əgər bir gün ərzində bunu edəcəyiksə. Yeri gəlmişkən, nizamnaməni, proqramı, digər bəzi sənədləri qəbul etməliyik. Orada müzakirələr olacaq. Yəni inanmıram ki, bizə açıq havada 3 saatdan çox şərait yaratsınlar. Şərait yaratsalar, mən əminəm ki, bizim üzvlər lap qar da, yağış da yağsa, 10 saat ayaq üstündə durarlar. Yəni o əzmimiz var. O əzmimiz var, amma bizə qapalı yeri vermirlərsə, açıq yeri 100 faiz verməzlər təbii ki.

– Respublikaçı Alternativ Partiyasının qurultayında alternativ olacaq, yoxsa seçkilər alternativsiz keçiriləcək?

 

 

I hissənin sonu

 

Strateq.az