Gündəm

  • " width="300" height="266" />
    “Qüds gedərsə, Məkkə, Mədinə, İstanbul, İslamabad, Şam da gedər…” –  Ərdoğandan dünyaya xəbərdarlıq
  • " width="300" height="266" />
    ELDAR MAHMUDOV YENİDƏN İSTİNTAQDA! –Çovdarov sabiq nazirin əleyhinə ifadə verib! FOTOLAR
  • " width="300" height="266" />
    Bakıda Qətərin Milli Günü qeyd edilib –Kəmaləddin Heydərov tədbirdə çıxış edib - FOTO
  • " width="300" height="266" />
    Rəsmi Vaşinqton hədəfə kilidlənir:“İranın qarşısını almaq üçün koalisiya yaratmağımızın şahidi olacaqsınız”
  • " width="300" height="266" />
    Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə yeni səlahiyyət verildi –Detallar
  • " width="300" height="266" />
    Rəsmi Ankara Ermənistana sərt bəyanatla cavab verdi:"Əvvəlcə işğal etdiyiniz torpaqların, Xocalının hesabını verin..."
  • " width="300" height="266" />
    Ərdoğanın baş müşaviri istefa verdi –Yazılı şəkildə səbəbi açıqladı
  • " width="300" height="266" />
    Putinlə Sobçak mətbuat konfransında “atışdı”:"Küçələrdə "saakaşvililərin" qaçmasına imkan verməyəcəyik!"
  • " width="300" height="266" />
    TÜRKİYƏ HƏR AN “AFRİN ƏMƏLİYYATI”NA BAŞLAYA BİLƏR –- Müxalifət də bu əməliyyat üçün hazır vəziyyətdə gözləyir
  • " width="300" height="266" />
    Putin 1700 jurnalistin qabağına çıxdı: “Mənə səs-küy salmaq yox, nəsə təklif etmək vacibdir” –CANLI YAYIM

Müsahibə

  • " width="300" height="266" />
    İLYAS İSMAYILOVDAN QÜDSLƏ BAĞLI MARAQLI AÇIQLAMALAR:"ABŞ dünyanı qlobal dini müharibəyə sürükləyir" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    FAZİL MUSTAFADAN ELÇİBƏY HAQDA MARAQLI XATİRƏLƏR:"Heydər Əliyev Elçibəylə müttəfiqlikdən imtina etdi" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Səyavuş Aslanın oğlu:"Atamdan sonra ocağımız söndü, bir qab yeməyə möhtacam..."
  • " width="300" height="266" />
    Politoloq Armen Badalyan:“Ermənistanın Moskvanın təsirindən çıxması sürətlənir” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Elçin Şıxlıdan maraqlı açıqlamalar:"Mehriban Əliyeva öz komandasına rüşvətə meyli olmayan ağıllı şəxsləri seçir" – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Məşhur fransız kəşfiyyatçısı Alen Rodye:“Qərbdə kim özünü dəyərə mindirmək istəyirsə, rus kəşfiyyatının onu izlədiyini deyir” – Müsahibə
  • " width="300" height="266" />
    70-ə ÇATMIŞ RƏSUL QULİYEV:"Unudulmadığımı və camaatın məndən hələ də nəsə gözlədiyini gördüm" - (MÜSAHİBƏ)
  • " width="300" height="266" />
    Heydər Əliyevin 27 il çap olunmayan müsahibəsi:"Ziyalıların gözləmə, yaxud tam bitərəf mövqeyi məni çox narahat edir..."
  • " width="300" height="266" />
    “VERGİ VƏ GÖMRÜK BİRLƏŞDİRİLİR, YENİ NAZİRLİK YARADILIR…” –İqtisadçıdan sensasion açıqlamalar
  • " width="300" height="266" />
    SÜLHƏDDİN ƏKBƏRDƏN MARAQLI PROQNOZLAR:“Hakimiyyət daxilində böyük müxalifət formalaşır” – MÜSAHİBƏ

Qaynar Qazan

Qapalı Mövzu





Vəkil Bürosu

Dekabr 2017
BE ÇA Ç CA C Ş B
« Noy    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

XƏBƏR LENTİ

15 Dekabr 2017

04 Dekabr 2017 - 12:02

80 YAŞLI SABİQ KƏŞFİYYATÇI TÜRKİYƏDƏKİ ÇEVRİLİŞİN BEYİN MƏRKƏZİ ROLUNDA –Avrasiyaçıların ittiham mənbəyi Putinin Pasputinidir - ARAŞDIRMA

Mustafa Akyol

“Al-Monitor” (ABŞ)

 

Dekabrın 1-də İstanbul Prokurorluğu Qreham Fullerin həbsinə sanksiya qərarı çıxarıb. Türk mətbuatında o, "CIA-nın sabiq əməkdaşı" və ya provakativ şəkildə "CIA casusu" kimi təyin olunub. Fuller "Türkiyə Respublikası hökumətini devirmək və Türkiyə Respublikası missiyasına maneə törətməyə cəhd”də ittiham olunur. Başqa sözlə, o, 2016-cı ilin iyul ayında prezident Rəcəb Tayyib Ərdoğanın hökuməti əleyhinə baş vermiş dövlət çevrilişi təşəbbüsünə kömək etmədə suçlanır.

Gerçək dünyaya ilə əlaqəsini itirməyən hər kəs üçün bu, dəhşətli iddialardır. Fuller 1980-ci illərdə həqiqətən, CIA-nın Yaxın Şərq və Cənubi Asiya üzrə zabiti kimi çalışıb. Lakin 1988-ci ildə CIA-dan təqaüdə çıxıb və “RAND Corporation” düşüncə mərkəzinin analitiki kimi fəaliyyət göstərib. 2006-cı ildə o bu işdən çıxıb və Kanadanın Vankuver şəhərinə köçüb. Saymon Freyzer Universitetinin tarix professoru kimi işə düzəlib.

Artıq 80 yaşı olan Fuller həyatını bir sıra siyasi şərh bloqu ilə yanaşı, kitablar və romanlar yazmağa həsr edib. ABŞ-da islamofobiyanın güclü tənqidçisi olaraq bildirib ki, Türkiyə kimi ölkələr Vaşinqtondan müstəqil xarici siyasət hüququna malikdir. Əslində, o, Ərdoğan hökumətini uzun müddət dəstəkləyib və bütün digər qərblilər kimi, Türkiyəyə daha yaxşı ümidləri olan müşahidəçilərdən biri kimi, peşman olub.

Fullerin dövlət çevrilişindən sonra gülənçilərə canyanalıq bildirməsi doğrudur, amma bu, hərəkatın uğurlu PR-ı (ictimai əlaqələri) nəticəsində baş verib.

Beləliklə, nə üçün Türkiyə prokurorları Kanadada yaşayan 80 yaşlı alimin Türkiyədə baş vermiş çevriliş cəhdində iştirak etdiyinə qərar veriblər?

Bu suala bir cavab – Fullerin, Türkiyəyə aid CIA süjetlərinin çoxunda, sui-qəsd nəzəriyyələrində həmişə “sevimli” fiqur olmasıdır. Türk solçuları xüsusilə sərt dünyəviçilik əvəzinə, "mötədil İslamı" təşviq etməsinə görə ona nifrət edib və kürd məsələsinə dair yazıları isə millətçiləri qıcıqlandırıb.

Ancaq bu dəfə Türkiyənin sui-qəsd (konspiraloji) nəzəriyyələrində baş verənlərə çox bənzər bir qaynaq var: ultramilliyyyətçi rusiyalı intellektual Aleksandr Dugin, evdə və xaricdə Putin rejiminin əsas ideoloqu və ya "Putinin Rasputini". Fuller haqqında həbs qərarının verilməsindən bir həftə əvvəl Dugin Moskvadakı hökumətpərəst türk kanalına çıxıb və Rusiya kəşfiyyat orqanlarının "CIA casuslarının uğursuz çevriliş təşəbbüsünü hazırladığına dair konkret dəlilləri" olduğunu söyləyib. Həm də qürurla əlavə edib ki, bu "konkret dəlillər" türk səlahiyyətlilərinə təqdim olunub.

Rus kəşfiyyatının türklərə tam olaraq nə təqdim etdiyi bilinmir. Amma 2016-cı ilin avqustunda sağçı Rusiya düşüncə quruluşuna müsahibəsində Almaniyadakı amerikalı konspiroloq F. Uilyam Enqdalın nə dediyi bəllidir: "CIA Milli Kəşfiyyat Şurasının sabiq sədr müavini, Qreham E. Fuller çevriliş baş verən gecə İstanbuldan 20 dəqiqə uzaqlıqdakı Şahzadə adalarında idi, çevrilişin iflasına qədər bütün hadisələri izləyirdi".

Lakin real dünya faktlar göstərir ki, Fuller çevriliş zamanı bu ada yox idi; son beş ildə Türkiyəyə səfər etməyib və 2016-cı il 15 iyul gecəsi 100 nəfərlik qrupun əhatəsində olub. Ancaq başqa bir amerikalı alim – Henri Barki o gecə həqiqətən, Böyükadada olub – Şahzadə adalarından birində. Həmin adada, oteldə akademik seminar keçirilib və mövzu İranın regional roluna həsr edilib. Barki “The New York Times” qəzetinə açıqlamasında deyib ki, "Türkiyənin hökumətpərəst mətbuatı komporoloji nəzəriyyələrə əsaslanıb" və həmin konfransı "iyrənc toplantı" adlandırıb.

Fullerin bu ssenariyə cəlb olunması Rusiya-Türkiyə birgə istehsalı kimi görünür. Ən azı Türkiyənin hökumətyönlü mətbuatı bu məsələ ilə bağlı "konkret məlumatlar"da Duginin TV müsahibəsinə əsaslanır. Eyni zamanda, həmin müsahibədə Dugin çevrilişin qərargahlarından biri olaraq Türkiyənin cənubundakı İncirlik hərbi bazasını göstərib və Türkiyəni Birləşmiş Ştatlarla ittifaqa yenidən nəzərdən keçirməyə çağırıb.

Bütün bunlar çevriliş təşəbbüsündən sonra baş verən Türkiyəyə "Rusiya müdaxiləsi"nin bir çox nümunəsindən yalnız biridir. Rus təbliğat mənbələri artıq paranoyak dəlillərlə Türkiyəni inandırıb, onu Qərbdən daha da uzaqlaşmağa çalışır.

Digər nümunələrdən biri guya çevrilişi təşkil edən "CIA-nın Troya atı" – sabiq ABŞ səfirinin yazdığı saxta məqalədir. "Dəlillər”dən bir başqası: guya Zbiqnev Bzejinski tərəfindən yazılan saxta məqalə. Həmin məqalədə Türkiyədə uğursuz çevriliş təşəbbüsünün "ağır xətası"na görə CIA məzəmmət olunur.

Rus təbliğatçıları bu mesajlarla Türkiyə ictimaiyyətini və hökumətini təchiz edir, köhnə marksistlərdən, dönmə millətçilərdən ibarət Türkiyədəki "rus lobbisi" isə bu məlumatları gücləndirir. Bürokratiyaya və kütləvi informasiya vasitələrinə yüksəlmiş bu "avrasiyaçılar" Qərblə tam şəkildə ayrılmağa çağırırlar: Türkiyənin cənubundakı Amerika hərbi bazası ləğv edilməli, NATO tərk olunmalı, Avropa Birliyi ilə bütün əlaqələri kəsilməli və nəticədə, Türkiyə, “Soyuq müharibə” dövründə deyildiyi kimi, "rus peykinə" çevrilməlidir.

Üstəlik, Türkiyənin özü rus variantını getdikcə cazibədar edən mükəmməl fırtınadan keçir. Gülənçilərin çevrilişdə iştirakı mif deyil və Ankarada baş verənlər qanunauyğunluqdur. Amma Türkiyənin çevrilişə son dərəcə kobud və qəddar təpkisi – cadugər ovuna çevrilmiş sonsuz təmizləmələr – Türkiyənin iddiasını daha inandırıcı edir. Bu, gülənçilərin Qərbdə hələ də sərbəst şəkildə fəaliyyət göstərməsinə kömək edir və türkləri gülənçilərin Qərb dükanlarının kuklalarından başqa bir şey olmadığına daha çox inandırır.

Bütün bunlardan başqa, gülənçilərin 2013-cü ilin dekabrında Ərdoğan hökumətinə qarşı başladılan "siyasi motivli korrupsiya istintaqı" indi qismən Nyu-Yorkda davam edir.

Rusiya, şübhəsiz, Türkiyəni Qərbdən uzaqlaşdıran kompleks dinamika yaratmadı. Ancaq Rusiya vəziyyətdən tam istifadə edir. Ekspertlər Henri MeyerOnur Ant “Bloomberg”dəki məqalədə rusların əsas məqsədinin "Türkiyəni NATO-dan uzaqlaşdırmaq və İranı da əhatə edən Rusiya-İslam paktını yaratmaq" olduğunu yazıblar. Müəlliflər bildirir ki, bu, Putinin "ABŞ-ın başçılıq etdiyi qlobal nizamı dəyişmək" planıdır.

Ümumiyyətlə, bütün bunları narahat edən ABŞ-ı görmək istərdiniz. Amma ABŞ rəhbərliyi nə gələcək qlobal nizamdan, nə də onun artan rus təsirindən narahatdır. Buna görə də, bu, çox mükəmməl fırtınadır. Onun ortasında liberal Qərbin bir hissəsi olmağına dair təxminən iki əsrlik istəklərindən hər gün daha da uzaqlaşan Türkiyənin, qeyri-liberal Şərqin məchul suları axır.

 

Tərcümə: Strateq.az