Gündəm

  • " width="300" height="266" />
    “Qüds gedərsə, Məkkə, Mədinə, İstanbul, İslamabad, Şam da gedər…” –  Ərdoğandan dünyaya xəbərdarlıq
  • " width="300" height="266" />
    ELDAR MAHMUDOV YENİDƏN İSTİNTAQDA! –Çovdarov sabiq nazirin əleyhinə ifadə verib! FOTOLAR
  • " width="300" height="266" />
    Bakıda Qətərin Milli Günü qeyd edilib –Kəmaləddin Heydərov tədbirdə çıxış edib - FOTO
  • " width="300" height="266" />
    Rəsmi Vaşinqton hədəfə kilidlənir:“İranın qarşısını almaq üçün koalisiya yaratmağımızın şahidi olacaqsınız”
  • " width="300" height="266" />
    Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə yeni səlahiyyət verildi –Detallar
  • " width="300" height="266" />
    Rəsmi Ankara Ermənistana sərt bəyanatla cavab verdi:"Əvvəlcə işğal etdiyiniz torpaqların, Xocalının hesabını verin..."
  • " width="300" height="266" />
    Ərdoğanın baş müşaviri istefa verdi –Yazılı şəkildə səbəbi açıqladı
  • " width="300" height="266" />
    Putinlə Sobçak mətbuat konfransında “atışdı”:"Küçələrdə "saakaşvililərin" qaçmasına imkan verməyəcəyik!"
  • " width="300" height="266" />
    TÜRKİYƏ HƏR AN “AFRİN ƏMƏLİYYATI”NA BAŞLAYA BİLƏR –- Müxalifət də bu əməliyyat üçün hazır vəziyyətdə gözləyir
  • " width="300" height="266" />
    Putin 1700 jurnalistin qabağına çıxdı: “Mənə səs-küy salmaq yox, nəsə təklif etmək vacibdir” –CANLI YAYIM

Müsahibə

  • " width="300" height="266" />
    İLYAS İSMAYILOVDAN QÜDSLƏ BAĞLI MARAQLI AÇIQLAMALAR:"ABŞ dünyanı qlobal dini müharibəyə sürükləyir" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    FAZİL MUSTAFADAN ELÇİBƏY HAQDA MARAQLI XATİRƏLƏR:"Heydər Əliyev Elçibəylə müttəfiqlikdən imtina etdi" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Səyavuş Aslanın oğlu:"Atamdan sonra ocağımız söndü, bir qab yeməyə möhtacam..."
  • " width="300" height="266" />
    Politoloq Armen Badalyan:“Ermənistanın Moskvanın təsirindən çıxması sürətlənir” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Elçin Şıxlıdan maraqlı açıqlamalar:"Mehriban Əliyeva öz komandasına rüşvətə meyli olmayan ağıllı şəxsləri seçir" – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Məşhur fransız kəşfiyyatçısı Alen Rodye:“Qərbdə kim özünü dəyərə mindirmək istəyirsə, rus kəşfiyyatının onu izlədiyini deyir” – Müsahibə
  • " width="300" height="266" />
    70-ə ÇATMIŞ RƏSUL QULİYEV:"Unudulmadığımı və camaatın məndən hələ də nəsə gözlədiyini gördüm" - (MÜSAHİBƏ)
  • " width="300" height="266" />
    Heydər Əliyevin 27 il çap olunmayan müsahibəsi:"Ziyalıların gözləmə, yaxud tam bitərəf mövqeyi məni çox narahat edir..."
  • " width="300" height="266" />
    “VERGİ VƏ GÖMRÜK BİRLƏŞDİRİLİR, YENİ NAZİRLİK YARADILIR…” –İqtisadçıdan sensasion açıqlamalar
  • " width="300" height="266" />
    SÜLHƏDDİN ƏKBƏRDƏN MARAQLI PROQNOZLAR:“Hakimiyyət daxilində böyük müxalifət formalaşır” – MÜSAHİBƏ

Qaynar Qazan

Qapalı Mövzu





Vəkil Bürosu

Dekabr 2017
BE ÇA Ç CA C Ş B
« Noy    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

XƏBƏR LENTİ

15 Dekabr 2017

04 Dekabr 2017 - 17:20

“ZƏRRAB İŞİ” TÜRKİYƏNİ SİLKƏLƏYİR:qardaş ölkəni nələr gözləyir? - TƏHLİL

Arif Asalıoğlu

regnum.ru, 03.12.2017

 

Keçən həftə Türkiyə mətbuatında ən populyar və müzakirə edilən mövzu ABŞ-ın Nyu-York məhkəməsində mühakimə edilən İran mənşəli Türkiyə biznesmeni Rza Zərrabın ifadəsi olub.

ynethaber.com, CNN Turk və başqa qaynaqların verdiyi məlumatlara əsasən, iş üzrə Türkiyənin "Halkbank" dövlət bankı baş direktoru müavini Hakan Atilla ilə birgə adı keçən Rza Zərrab andlılar məhkəməsinin toplantısı zamanı ifadə verməyə başlayıb.

Onun sözləri bir anda bomba kimi Türkiyə cəmiyyətini silkələyib. Zərrab bildirib ki, Türkiyənin keçmiş iqtisadiyyat naziri Zəfər Çağlayana rüşvət verib, Türkiyə prezidenti Rəcəb Ərdoğan isə baş verənlərin hamısına “razılıq verib”.

Biznesmen İranla qızıl ticarətinin necə getdiyini andlılara təsvir edib. Zərrab iddia edir ki, keçmiş iqtisadiyyat naziri ticarətdən gəliri 50% 50%-ə prinsipiylə bölmək təklifi verib: “Mən ona cəmi 45-50 milyon avro ödəmişəm. Valyutanın başqa növlərini hesaba salmıram, çünki bunlar həddindən artıq çox idi”.

Zərraba sual veriblər: “Çağlayana hansı şəkildə ödəniş edirdiniz?”

Müttəhimin sözlərinə görə, nəqd, qiymətli əşyalar və bank köçürmələri ilə ödəyib. Nazirin ailəsinin ödənişdə iştirak edib-etmədiyi haqda sula Zərrab “bəli” cavabı verib.

Prokurorun məhkəmə zalında təqdim etdiyi sxem diqqət çəkib. İşdə adı keçən şəxslərin adları olan yuxarı hissədə İranın keçmiş prezidenti Mahmud Əhmədinejadın, həmçinin İranın dini lideri Əli Xameneinin adı var. Onların adlarının altında İranın o dövrdəki məmurları yerləşib. Daha aşağıda prokurorun boş buraxaraq ad yerinə sual işarələri qoyduğu xanaların yanında "Halkbank"ın baş direktoru müavininin, bankın baş direktoru Süleyman Aslanın, nazir Çağlayanın və Zərrabın adı yazılıb.

“Hurriyet” qəzetinə əsasən, biznesmen kimə, nə qədər və hansı məqsəd üçün rüşvət verdiyini ayrıntılarla izah edib. "Reuters"in məlumatına görə, Türkiyənin Avropa Birliyi məsələləri üzrə keçmiş naziri Egemen Bağışın fotoşəkli məhkəmə zalında göstərilib.

"Reuters" xəbər verir ki, "Aktifbank"da hesab açmaq üçün uğursuz ilk cəhddən sonra Bağış rüşvət əvəzində "Aktifbank"ın baş direktoruyla Zərrabın görüşünü təşkil edib. Zərrabın sözlərinə görə, bankirlər onu məlumatlandırıblar ki, İranla biznes aparacaq müştərilərin hesab açması üçün özəl icazə lazımdır. Zərrab “Biz İrana heç vaxt qızıl göndərməmişik” deyərək bu zaman ona təqdim olunan telefon danışıqlarının yazısını tanıyıb.

Prokurorun "Halkbank"ın keçmiş baş direktoru və onun sağ əli Abdulla Happaniylə danışıqları xatırlayib-xatırlamadığını soruşanda Zərrab cavab verib: “Xatırlayıram”.  

Zəfər Çağlayan

 

Andlılar jürisinin iclası zamanı işdə adı keçən adamların adları da elan edilib. Onların bəziləri şahid, bəziləri isə müttəhim qismində iştirak edəcəklər. Gözlənildiyi kimi, Zərraba qarşı ifadə verəcək kəslərin siyahısında bir neçə maraqlı soyadı var. Bu, birinci növbədə, Ərdoğan, oğlu Bilal Ərdoğan, keçmiş nazirlər Bağış və Çağlayan, Çağlayanın oğlu və qardaşıdır. Onların hüquqi statusu işin sıradakı mərhələlərində aydınlaşacaq.

Bu işin yekunu üzrə Türkiyədə birinci növbədə iqtisadi xarakterli bəzi çətinliklərin meydana çıxması ehtimalı var. Andlılar "Halkbank", "Aktifbank" kimi müəssisələri, həmçinin işdə adı çəkilən şəxsləri “təqsirli” bilsələr, ABŞ Maliyyə Nazirliyinin xarici aktivlərə nəzarət üzrə İdarəsi xüsusi irihəcmli cərimələr müəyyən edə bilər. Ola bilsin, siyasətə dəxli olan adamlar hətta ölkə hüdudlarını da tərk edə bilməzlər.

 

Keçmiş müşavir xəbərdarlıq edib: hər şey Ərdoğanın ittiham edilməsinə doğru gedir, təhlükə böyükdür

 

Ərdoğanın baş nazir olduğu dövrdə onun müşaviri vəzifəsini tutmuş Kamal Öztürk mühüm açıqlama verib. O, “Yeni Şafak” qəzetində basılmış “Siyasətə yol dəyişilib” başlıqlı məqalədə bu həftə baş verən hadisələri, həmçinin hakim Ədalət və İnkişaf Partiyasının (ƏİP) çərşənbə axşamı parlamentdə qrup toplantısı zamanı prezidentin çıxışını yada salıb. “Siyasətə yol dəyişilib, – o bildirib. – Və onun çox sərt şəkildə dəyişildiyini sıradakı bir neçə seçkidən sonra görə bilərik. Bu cür partiyaların təmsilçiləri Ankaranın görmək istədiyi bölgələrdə seçicilərin qarşısında dura bilməyəcəklər. Dursalar da, xalq başqalarını seçəcək və parlamentdəki çoxluq itiriləcək. Bu isə öz növbəsində hökumətin fəaliyyətinin qabağını alacaq, prezidentin ünvanına itithamlar üçün səbəb olacaq. Belə ki, təhlükə böyükdür”.

 

“Ərdoğan və hökuməti üçün biabrıçı fakt”

 

Britaniyanın “Financial Times” qəzeti xəbər verib ki, biznesmen Zərrabın iqtisadiyyat nazirini satın aldığı haqda ifadəsi Ərdoğan hökuməti üçün biabırçı faktdır. Nəşr qeyd edir ki, bu məsələ ABŞ və Türkiyə arasındakı münasibətləri pisləşdirə bilər. Müəllif xatırladır ki, Türkiyə prezidenti daxil olmaqla Türkiyə hökuməti bu işi “Ankaraya qarşı Amerika sui-qəsdi” adlandırıb.

 

ƏİP-in bütün deputatları saraya çağırılıb

 

“Sözçü” qəzetinin xəbər verdiyinə görə, Ərdoğan Zərrabın işi üzrə yeni sənədləri müzakirə etmək üçün ƏİP deputatlarını çağırıb. Hakim partiyanın qaynaqlarından alınmış məlumata əsasən, prezident parlamentarilərlə qrup görüşləri keçirib. O, deputatları məlumatlandırıb və bu haqda hansı mövqeyi tutmaq lazım gəldiyi barədə fikrini deyib.

 

Xalq Cümhuriyyət Partiyasından sarsıdıcı sənədlər

 

Xalq Cümhuriyyət Partiyası (XCP) lideri Kamal Kılıcdaroğlu partiya toplantısı vaxtı Ərdoğana cavab verib. Türkiyə prezidenti qabaqlar sıradakı bəyanatı verib: “Mənim pullarımın xaricdə hansısa bankda yatdığını sübut etməyə nail olsanız, onda prezident postundan istefa verərəm”.

Kılıcdaroğlu Ərdoğana yaxın şəxslərin, o cümldən oğlu Burak və qardaşı Mustafanın hesablarındakı çıxarışları təqdim edib. Qəbzlər vəsaitlərin hesabdan-hesaba köçürüldüyü faktını təsdiq edir. Kilicdaroğlu üzərində o cümlədən swift-kodlar da olan bir neçə bank qəbzini təqdim edərək iddia edib ki, prezident öz kürəkəni, oğlu, qudası və keçmiş spiçrayteri (siyasi xadimin çıxışlarını hazırlayan köməkçi-tərc.) onlarla milyon dolları Men adasında yerləşən hansısa offşor şirkətə göndərib. “Əgər ləyaqətli adamsansa, lazım gələni et”, – deyə Kılıcdaroğlu Ərdoğana üz tutub.

ƏİP keçən həftə Zərrab işi üzrə hadisələr üzündən ciddi şəkildə çaxnaşmaya düşəndən sonra bütün Türkiyə CXP liderinin bəyanatını dinlərklən hakim partiyanın mətbuat katibi Mahir Yunal Ərdoğanın deputatlarla görüşündən bir an sonra bəyanat verib. O deyib: “Niyə parlamentdən öz yalanlarınız üçün istifadə edirsiniz? Bu sənədlər saxtadır”.

Ərdoğan öz növbəsində onlarla milyon dolların Men adasındakı offşor şirkətinə ötürüldüyü haqda qəbzləri şərh edərək bildirib ki, “Kılıcdaroğlu bu gedişinə görə cavab verəcək”.

Tərcümə Strateq.az-ındır.