Gündəm

Müsahibə

  • " width="300" height="266" />
    Elçin Şıxlı:“Hansısa ölü qəzetlərə milyonlarla pul paylanıb” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    ƏLİ KƏRİMLİ HAKİMİYYƏTLƏ DİALOQ İMKANLARINDAN DANIŞDI:"...İndi dayanmaq zamanıdır" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Qərbin Moskvaya qarşı “Anakonda planı”:"Rusiyaya daha 3-4 sanksiya tətbiq ediləcək"
  • " width="300" height="266" />
    Milli təhlükəsizlik nazirinin sabiq birinci müavini “Mehri əməliyyatı”nın sirrini açdı:"Məqsəd Naxçıvan üzərindən Qarabağa girmək idi..."
  • " width="300" height="266" />
    Mehman Əliyev:“Prezident İlham Əliyevin yeni komandası olacaq” - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Prezidentliyə namizəd Zahid Oruc:"Nazirlər nədən narahatdırlar, hansı sirlərinin açılmasından qorxurlar?"
  • " width="300" height="266" />
    ABŞ dövlət katibinin sabiq müşaviri Pol Qobl:“Putin beynəlxalq qanunlar çərçivəsində fəaliyyət göstərməyə hazır deyil” - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Heydər Əliyevin sabiq mühafizəçisi:“Həyat özü elə yaşamaq uğrunda mübarizədir” - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Fransa Geosiyasət İnstitutunun analitiki:“Qərbin Ərdoğan üçün etmədiyini Rusiya etdi” - MÜSAHİBƏ  
  • " width="300" height="266" />
    GENERAL BƏRXUDAROV ERMƏNİSTANI HƏDƏLƏDİ:"İrəvanın mərkəzini vurmaq iqtidarındayıq" MÜSAHİBƏ

Qaynar Qazan

Qapalı Mövzu


Vəkil Bürosu

Qadın Sözü

Aprel 2018
BE ÇA Ç CA C Ş B
« Mar    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  



XƏBƏR LENTİ

21 Aprel 2018

07 Yanvar 2018 - 17:36

40 İLLİK SİYASİ SİSTEMDƏ İLK BÖYÜK ÇALXALANMA:İran siyasi elitasında islahatçı-mühafizəkar savaşı - ARAŞDIRMA

Son günlər İrandakı məlum hadisələrin mahiyyəti ilə bağlı müxtəlif versiyalar səsləndirilməkdədir. İzlənilən hadisələr barədə geopolitik yanaşmadan konspiroloji yozuma kimi müxtəlif dəyərləndirmələr irəli sürülüb. Təbii ki, hər bir hadisənin rasional izahı var və İrandakı son yaşananların da bir deyil, bir neçə faktorun təsiri altında yarandığını söyləmək mümkündür.

Hadisələrin indiki mərhələsində istənilən qiymətləndirmə ən azı qüsurlu olardı. Çünki:

Birincisi, informasiyanın məhdudluğu problemi var;

İkincisi, İranın daxili siyasəti, ordakı siyasi sistem və institutlar arasındakı əlaqələrin bir qədər fərqli olması, müqayisəli (ənənəvi qərb siyasi institutlarında olduğu kimi) yanaşma bir sıra metodoloji problemləri gətirir ki, bu da öz növbəsində son qənaətlərin keyfiyyətinə ciddi təsir göstərir; 

Üçüncü,  problem, birtərəflilik problemidir – elmi, geniş mənada isə rasional/praktiki dəyərləndirmə birtərəflilik amilini başlıca şərt sayır, bizi İrandakı proseslərə baxışda müəyyən ideoloji, tarixi, siyasi, dini, milli və digər bu kimi amillərdən asılı edir ki, bu da istənilən dəyərləndirmə üçün yaxşı qəbul olunmur.

Ona görə də bu tip prizmalardan baxılaraq hadisələrə qiymət verilməsi (məsələn, vətənpərvər, liberal və ya dini yanaşma) olduqca qüsurludur və ciddi praktiki, nə də akademik dəyəri yoxdur.

 

Son  40 ildə bir qüvvənin bu dərəcədə güclü olması ilk dəfə baş verib

 

Ortada problem olduğu hamıya məlumdur, sadəcə bunun aparıcı amilini müəyyən edərək, onlara diqqət etmək yuxarıda göstərilənlər səbəbindən çətin olur. Fikrimcə, İrandakı son hadisələrin əsas səbəblərini siyasi-iqtisadi və sosial sahələrdə axtarmaq lazımdır. Seçki yolu ilə hakimiyyətdə yerini möhkəmləndirə bilmiş prezident Ruhaninin timsalındakı islahatçı siyasi qüvvələr ölkədə legitimliyin (milli iradənin) əsas daşıyıcısı olduqlarını hər fürsətdə nümayiş etdirməklə hazırkı siyasi sistemdə onlara tanınan imkanlardan daha çox istifadə iddiasını ortaya qoyurlar.

İran siyasi siteminin tarazlaşdırma və çəkindirmə fəlsəfəsi üzərində qurulan mövcud rejimin 40 ilə yaxın tarixində bir qüvvənin bu dərəcədə güclü olması (ya da üstün mövqeyə yiyələnməsi) ilk dəfə baş verir. Parlamentdə qazanılan çoxluq, Üləmalar Məclisində (Ekspertlər Şurasında) mövqelərin əhəmiyyətli dərəcədə güclənməsi, yerli seçkilərin nəticəsi olaraq İslami şuralar və bələdiyyə məclislərində çoxluğun əldə olunması və nəhayət, prezident postunu da qazanması ilə isalahatçıların siyasi sistemdəki hazırkı yeri və rolu ilə bağlı parodoksal vəziyyət yaradıb. Onların xalqdan alıdığı mandatı tam şəkildə dəyərləndirə bilməsi yalnız mövcud siyasi sistemin buna verdiyi imkanlar və şərtlər çərçivəsində olması problemi bu paradoksal vəziyyətin əsas səbəbidir.

 

İslahatçıları sıxan buxovlar

 

İslahatçıların xarici siyasətdəki təşəbbüsləri hökümətin bilavasitə nəzarətində olmayan qurumlar (məsələn, İslam Keşikçiləri Korpusu), daxili siyasi addımları Ali dini lider, məhkəmə və çoxsaylı nəzarət, razılaşdırma qurumları tam şəkildə sərbəst hərəkət etmələrinə mane olur. Hökümətin bilavasitə cavabdeh olduğu sahə – iqtisadiyyat da tam olaraq Ruhani administrasiyasının nəzarətində deyil, ən başlıcası isə, bu sahənin gələcəyinə baxışla bağlı taktiki yox, konseptual fikir ayrılığı olması durumunda vahid iqtisadi-siyasi xəttin həyata keçirilməsi olduqca çətindir.

Ruhaninin birinci dönəm prezidentliyi zamanından bəri həyata keçirdiyi iqtisadi siyasət mahiyyət etibarı ilə liberal modelə yaxın olduğundan, reallaşdırılan tədbirlər (monetar siyasət, özəlləşdirmə, xarici sərmayənin cəlb olunması, bank-kredit sahəsində aparılan siyasət) ideoloji cəhətdən bu addımlara zidd olan Ali Dini Rəhbərin “Mücadilə iqtisadiyyatı” (digər adı ilə “Dirəniş İqtisadiyyatı”) modeli ilə paralel aparılması onların təsirini əhəmiyyətli dərəcədə azaltmışdır.

Bu vəziyyət, bəlkə də, 90-cı illərdəki Çində yerli kommunistlərin liberal islahatların həyata keçirilməsinə bənzəsə də, İran reallıqlarında bir sıra problemlər yaradır. Burda vəziyyət daha qəliz və mürəkkəbdir. Faktiki olaraq, iqtisadiyyatdan cavabdeh hökümət olsa da, onun əhəmiyyətli hissəsinə nəzarət edə bilmir. Ölkənin ÜDM-nin əhəmiyyətli hissəsi (müxtəlif dəyərləndirmələrlə görə, 20 fazidən 35 faizə qədəri) hökümətin nəzarətindən və auditindən kənar fəaliyyət göstərən bonyadlarda (müxtəlif islami fonldarın və vəqflərin) cəmləşib. Bu fondlar büdcə və vergi sisteminə daxil deyil, seçkili oraqanlara tabe olmadan iqtisadi və sosial funksiyalar həyata keçirir və belə durumda istənilən zaman hökümətin iqtisadi təşəbbüslərini neytralizə və sabotaj etmə imkanlarına malikdirlər.

Bu tip fondların sosial sahədəki fəliyyətləri (dövlətin sosial təminat institutlarından müstəqil olaraq sosial təminatın və müxtəlif sosial xidmətlərin həyata keçirməsi yolu ilə) isə onları ciddi ictimai və siyasi gücə çevirib.

Göründüyü kimi, İrandakı mühafizəkarların siyasi sistemə təsir etmək və mövcud reallıqları korrektə etmək baxımından son dərəcə səmərəli siyasi və iqtisadi alətləri vardır. İslahatçıların siyasi sistemin onlar üçün verdiyi bu qaydalardan qurtulması üçün bütün səyləri hələ ki effektiv deyil. Əksinə, daha çox səlahiyyət tələbi son bir neçə ayda İranda parlamentar sistemə keçidin mümkünlüyü ilə bağlı bəzi fikirlərin gündəmə atılması, hətta Ali dini lider Əli Xamenei tərəfindən bu barədə neytral fikir səsləndirməsi islahatçılar üçün bir siqnal idi.

Hər nə qədər islahatçılar xalqdan gələn dəstəyi qabartmağa çalışsalar da, İran siyasi reallıqlarında bunun əhəmiyyəti o qədər də çox deyil. Çünki İranda qərb siyasi rejimlərində və konstitutsiyalarındakı kimi, suverenliyin daşıyıcısı xalq, yəni seçici deyil, Allahdır. Bu, açıq-aydın İranın Konstitusiyasında belə gedir. Allahın isə başqa təmsilçiləri var. Ona görə qərb siyasi kalkaları ilə mübarizə aparmağin burda o qədər də əhəmiyyəti yoxdur.

Təbii ki, bütün bunları islahatçıların özləri də gözəl anlayırlar. Tərəflər bu anda kimin kim olduğunu həm də İran siyasi mədəniyyətinə uyğun olaraq göstərməyə çalışırlar. İrandakı məlum hadisələrdən öncə dekabr ayındakı büdcə müzakirələri zamanı iqtisadi uğursuzluqların səbəbləri haqqında islahatçıların geniş təbliğatı da bunun bariz nümunəsidir.

 

Sistem ziddiyyətlərinin xüsusiyyətləri

 

Ruhani hökumətinin islahatları daha da sürətləndirməsi, digər tərəfdə isə mühafizakar qanadın “Dirəniş iqtisadiyatı”nın alternativinin olmaması barədə bir-birinə zidd fikirlərinin ortaq məxrəc altına salınması hardasa qeyri-mümkündür. Bütün bu şərtlər altında fəaliyyət göstərən Ruhani hökuməti bir tərəfdən islahatların şok effektinin (inflyasiya, sosial güzəştlərin ləğvi, yoxsulluğun səviyyəsinin artımı, ÜDM-in aşağı düşməsi və s.) gətirdiyi imic itkilərini, digər tərəfdən isə islahatçılara səs vermiş təbəqənin aşırı gözləntiləri fonunda baş verməkdədir.

Bunun əksinə, mühafizəkarların Xameneyinin konkret iqtisadi konsepsiyadan çox ideologiyalaşmış “Dirəniş iqtisadiyyatı” şuarılarını tam istismar etməsi (məsələn, güzəştlərin saxlanılması, neft gəlirindən payların insanlara dağıdılması, daxili bazarın qorunması, bank sektoruna ciddi nəzarət və s.) davam edəcəkdir.

Bu problemlərin fonunda son günlərdə baş verən iğtişaşlar sadəcə bu ziddiyətlərin bir qədər üzərini açaraq, əvvəllər pərdə arxası aparılan və şərq etiketnin ədəb-ərkan tələbləri çərçivəsində gizlədilən qarşıdurmaları sadəcə ictimailəşdirdi. İran reallığında siyasi sistemin mürəkkəbliyini nəzərə alaraq tərəflər daha uzunmüddətli düşünməyə məhkumdular. Məhz bu səbəblərə görə, bu ziddiyyətlərin yenidən ictimai müzakirədən çıxarılmasını, tərəflərin isə siyasi sistemin institutlarında daha əlverişli mövqe və üstünlük qazanmaq  kimi kənar müşahidəçi üçün statik görünəcək gündəlik siyasətə yenidən qayıdılacağını gözləmək daha məntiqli olardı.  

Anar İBRAHİMOV

Strateq.az