Gündəm

Müsahibə

Qaynar Qazan

Qapalı Mövzu


Vəkil Bürosu

Qadın Sözü

İyul 2018
BE ÇA Ç CA C Ş B
« İyn    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  



XƏBƏR LENTİ

22 İyul 2018
21 İyul 2018

Digər Xəbərlər

13 Yanvar 2018 - 13:26

NÜVƏ SİLAHI ANBARI VƏ TERRORÇU SIĞINACAĞI:oğul-Buşun sabiq müşaviri ABŞ-Pakistan ziddiyyətlərini şərh edir

Riçard Haass

“Project Syndicate” (ABŞ)

 

ABŞ prezidenti Cimmi Karterin administrasiyasında müdafiə naziri olmuş Harold Braun Birləşmiş Ştatlar və Sovet İttifaqı arasında silahlanma yarışını bu sözlərlə təsvir edib: "Biz silahlanarkən, onlar da silahlanır. Biz silahlanmadıqda belə, onlar silahlanırlar".

ABŞ hökumətinin perspektivindən Pakistanla mövcud münasibətlər də buna bənzərdir: biz Pakistanı dəstəkləyərkən, onlar bəyənmədiyimiz işlər görürlər; Pakistana sanksiya tətbiq etdikdə də, onlar xoş olmayan şeylər edirlər.

Pakistanlıların qənaətinə görə, keçmiş, əksər hallarda bir çox xəyanət hekayətlərindən ibarətdir. ABŞ gah Pakistanla yaxınlaşır, – yalnız liderləri uyğun olduqda, – sonra yardımı kəsir. Məsələn, 1980-ci illərdə ABŞ, Sovet İttifaqına qonşu Əfqanıstanda döyüşən mücahidləri silahlandırdı, lakin 1989-cu ildə Sovet İttifaqının hərbi qaçışından sonra o, bölgəni tərk etdi. Bu hekayətdən çıxarılan bir məqam var: məhz ABŞ-ın ziddinə Pakistanın nüvə silahına yiyələnməsi yardımın dayandırılmasını tələb etdi.

ABŞ yardımının böyük hissəsi sonrakı illərdə bərpa edilib. Ancaq qarşılıqlı güvən qismən qalıb, çünki Pakistanın nüvə proqramının atası (ehtimal ki, hökumət bilikləri ilə birlikdə) Liviyanın, Şimali Koreyanın və İranın nüvə proqramlarını dəstəkləyib.

11 sentyabrdan sonra iki ölkə yaxınlaşdıqda, oğul-Corc Buş administrasiyası Pakistan hökumətinə ultimatum verdi, ABŞ və “əl-Qaidə”nin Əfqanıstan ərazisinə yolunu açan “Taliban”la əlaqə arasında seçim etməyi tələb etdi. Pakistan vəd etdi ki, bu terrora qarşı müharibədə tərəfdaş olacaq və 2004-cü ildə ən böyük hərbi texnika və texnologiyanı almağa qadir olan "NATO-nun əsas müttəfiqi" oldu.

Ancaq indi başqa bir Amerika prezidenti Pakistana əsəbiləşib. Vaşinqtonda və ya İslamabadda xüsusi mesajı çatdırmaq yerinə, Donald Tramp aşkar müraciət etməyi qərara alıb: "ABŞ son 15 il ərzində Pakistana ağılsız şəkildə 33 milyard dollar yardım göstərib və əvəzində yalan və aldadıcı vədlər alıb. Onlar rəhbərlərimizi axmaq sanırlar. Əfqanıstanda ovladığımız terrorçulara təhlükəsiz sığınacaqlar verirlər. Yetər!"

Məndən nə etməli olduğunu soruşsalar, belə bir mesajın diplomatik kanallar vasitəsilə çatdırılmasını tövsiyə edərdim, çünki açıq və ritorik baxımdan tənqidlər Pakistanın siyasi kursunu – müştəri kimi görünən ABŞ rəsmilərinin hədəfinə doğru – dəyişdirməsini daha da çətinləşdirir. Mən təhlükəsizlik əlaqələrinin kəsilməsinə və ABŞ-ın xüsusi dəstəyini Pakistanın xüsusi hərəkətlərinə bağlamağın tərəfdarı olmazdım.

Həqiqətən də, 11 sentyabrdan sonra ABŞ-ın böyük səhvi Pakistanla müttəfiq kimi davranmaq idi. Müttəfiq – böyük siyasəti səninlə üst-üstə düşən tərəfə deyilir. Pakistanla belə bir ehtimal yoxdur.

Pakistan dünyanın ən sürətli inkişaf edən nüvə silahı arsenalına sahibdir, o, (bir müddət Üsamə bin Ladenin də daxil olmaqla) dünyanın ən təhlükəli terrorçularından birinə ev sahibliyi edib və Trampın iddia etdiyi kimi, Əfqanıstanın sabitliyi pozan “Taliban”ı da qoynuna sığdırır. Pakistanın siyasəti yalnız ABŞ-ın Əfqanıstandakı səylərinin üstündən xətt çəkmir, həm də orada qalmış minlərlə Amerika əsgərinin həyatını təhdid edir.

Ancaq hətta yüz ölçüb-bir biçilmiş əməliyyat əlaqələri belə ABŞ və Pakistanı bir araya gətirmir. Pakistan – hərbi və kəşfiyyat xidmətlərinin siyasi üstünlüyü sayəsində yalnız sözdə demokratiyadır və “Taliban”ın Əfqanıstanda dominant rol oynamasını istəyir. ABŞ bir çox səbəblə buna qarşıdır.

Üstəlik, son illərdə ABŞ Pakistanın rəqibi olan Hindistanla əlaqələrini irəliyə aparan bir çox iqtisadi və strateji gücə malik münasibətləri gücləndirib. Pakistan təbii ortağı getdikcə daha çox Çinə yaxınlaşır, artıq rəsmi Pekin Pakistanın infrastrukturuna sərmayə yatırır və hərbi texnika təchizatının əsas mənbəyi halına gəlir. Çin də əhalinin çoxluğu ilə tezliklə onu ötəcək, iqtisadi və strateji rəqib kimi ortaya çıxan, mübahisəli sərhədi paylaşdığı Hindistandan ehtiyatlanır.

Lakin ABŞ Pakistanı tərk etməməlidir. Səhvlər həmişə betəri ilə əvəzlənə bilər. Bu gün Pakistan zəif dövlətdir; sabah o, tam çökə bilər. Nüvə silahı və terrorçuların mövcudluğu nəzərə alınmaqla, bu regional və qlobal kabus olardı.

Beləliklə, iqtisadi və humanitar yardımın necə istifadə olunmasına yaxından nəzarət etməklə, o davam etdirilməlidir. Terrorizmə qarşı mübarizə və Əfqanıstanda bəzi məhdud əməkdaşlıq hələ də mümkündür. Müharibə şansını azaltmaq üçün ABŞ həm hindilərlə, həm də pakistanlılarla (Soyuq müharibə dövründə ABŞ-Sovet münasibətlərindən daha az inkişaf etmiş) əlaqələrini gücləndirməyə davam etməlidir. Bu da Pakistanı ABŞ-Çin gündəminin müntəzəm bir hissəsi edə bilər.

ABŞ və Çin, Koreya yarımadasında qoşunlar, nüvə silahları və yerli qeyri-sabitliklə bağlı müxtəlif ssenariləri müzakirə edir. Pakistanla bağlı böhranın qarşısını almaq üçün indidən danışıqlar aparmaq da aktualdır.

 

Tərcümə: Strateq.az