Gündəm

Müsahibə

  • " width="300" height="266" />
    UKRAYNA XARİCİ KƏŞFİYYAT XİDMƏTİNİN SABİQ RƏHBƏRİ:"Ən başlıcası Putinin ətrafıdır" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Abid Şərifov:“Kimsə övladımın yekəbaşlıq etməsi ilə bağlı bir kəlimə eşidib?”
  • " width="300" height="266" />
    “Azad demokratlar”ın lideri Sülhəddin Əkbər:"2004-cü ildən Rusiya kəşfiyyatı Azərbaycanda sistemli və aktiv iş aparır" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Avropa İttifaqının Bakıdakı nümayəndəsi:“Azərbaycanlıların 51 faizi bizə etibar edir” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Eldar Namazov Rusiyadakı seçkilərdən danışdı:“Bu perspektiv Kremli çox qorxudur” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Əvəz Temirxan “20 Yanvar” hadisələrinin gizli məqamlarını açdı:"Zayçevlə mübahisəmiz düşdü, o, tələb etdi ki, bunları protokoldan çıxarım..."
  • " width="300" height="266" />
    Sabiq YAP-çı deputatdan maraqlı açıqlamalar:"Dövlət şəxsi hisslərin idarəçiliyə daşınmasından əziyyət çəkir" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Ayaz Mütəllibov:“20 Yanvarın araşdırılması üçün məhkəmə qurulmasını istəyirəm” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    ATƏT nümayəndəsi Azərbaycanda medianın durumunu sərt tənqid etdi:"Rəsmilər söz versələr də, bunu yerinə yetirmirlər" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Əliməmməd Nuriyev:“BDU-ya müstəqillik verilməsi 100 illik yubileyinə ən böyük töhfə olardı”

Qaynar Qazan

Qapalı Mövzu





Vəkil Bürosu

Qadın Sözü

Yanvar 2018
BE ÇA Ç CA C Ş B
« Dek    
1234567
891011121314
15161718192021
22232425262728
293031  

XƏBƏR LENTİ

21 Yanvar 2018
20 Yanvar 2018

14 Yanvar 2018 - 13:57

TRAMPIN QARŞISINI KƏSMƏYƏ HAZIRLAŞAN, DEMOKRATLARIN GÖZ DİKDİYİ MİLYARDER…- "Reytinq kraliçası" Opra Uinfri ABŞ-ın yeni prezidenti ola bilərmi?


Bu həftə ABŞ mediasının ən çox müzakirə etdiyi mövzulardan biri də məşhur teleaparıcı Opra Uinfrinin 2020-ci ildə prezidentliyə namizədliyini irəli sürəcəyi ilə bağlı bəyanatı oldu. Apardığı proqramlarla amerikalıların sevgisini qazanan, "reytinq kraliçiası" kimi ad çıxaran qaradərili xanımın bu bəyanatı ABŞ-ın "Washington Post", "New York Times" kimi, aparıcı nəşrlərinin əsas xəbərlərindən birinə çevrildi. Xəbərə Tramp administrasiyasından da reaksiya gəldi. Ağ Evdən xanım Uinfrinin bu qərarını məmnunluqla qarşıladıqlarını bildirdilər.

Strateq.az xarici mətbuata istinadən ABŞ-da keçiriləcək növbəti prezident seçkilərində Trampın əsas rəqibi olmağa hazırlaşan 64 yaşlı Opra Uinfrinin həyat yoluna nəzər salmağa çalışacaq.

Deyilənlərə görə, Uinfrinin Trampa rəqib olması ən çox demokratları sevindirib. Demokratlar ümid edirlər ki, Opra onlara canlarını Trampdan qurtarmağa kömək edəcək.

Mətbuat yazır ki, Uinfri 2020-ci ildə namizədliyini məhz Demokratlar Partiyasından verəcək. Amma aparıcı özü bunu hələ ki təsdiqləməyib.

 

 

İllərdir populyar tok-şouya aparıcılıq edən Opra öz "brendini" qoruyub saxlamaq üçün siyasi mühakimələrdən kənarda qalmağa üstünlük verib. Uzun müddət açıq şəkildə hər hansı namizədi dəstəkləməyən teleaparıcı ilk dəfə 2008-ci ildə bu ənənəsini pozub. Və Barak Obamanı dəstəklədiyini bəyan edib. ABŞ-da keçirilən son prezident seçkilərində isə onun qalib görmək istədiyi namizəd Hillari Klinton idi. Bu seçimləri ilə Opranın demokratlara rəğbət göstərdiyi ortaya çıxmış olub. 

1997-ci ildə Opra öz verilişinə aktrisa Ellen Deceneresi dəvət etmiş, o da qeyri-ənənəvi orientasiyaya sahib olduğunu açıqlamışdı. Həmin vaxt zaldakı tamaşaçılar aktrisanın bu addımını mühakimə etmiş, bunun xristianların müqəddəs kitabına zidd olduğunu demişdilər. Opra isə "Ellen deyir ki, o, homoseksualdır. Düşünürəm ki, Allah onu bü cür yaradıb. Mən onun istədiyi kimi olmaq haqqını dəstəkləyirəm" deyərək aktriasını mühakimələrdən qorumuşdu. 

 

 

2013-cü ildə Harvard Universitetindəki çıxışı zamanı həmin ərəfədə bir qrup məktəblinin manyak tərəfindən güllələndiyini xatırladaraq silah alıcılarının daha diqqətlə yoxlanılmasına çağırış etmişdi. Eyni zamanda amerikalıların silah daşımaq haqqına da hörmətlə yanaşdığını demişdi. 

Opra qeyri-leqal miqrantların da müdafiəsinə qalxaraq onlara ABŞ-da yaşamaq hüququnun verilməsinə tərəfdar olduğunu bildirmişdi. 

Aparıcısı olduğu proqramda qadın prodüserlərin kişi prodüserlərdən daha az maaş aldığını bilən Uinfrin bu qeyri-bərabərliyin aradan qalxmasına nail olmuşdu. Hələlik görünən odur ki, Opra sol mərkəzçi mövqedədir. 

ABŞ-ın müstəqil meda orqanı National Public Radionun (NPR) keçirdiyi sorğu göstərir ki, əgər bu gün prezident seçkiləri keçirilərsə, Opra Trampı rahatlıqla məğlub edər. Özü də 50:39 hesabı ilə. 

 

 

NPR-in xəbərinə görə, Opra aşkar üstünlüklərə sahibdir. Demək olar ki, hamı tərəfindən tanınır, çoxlu pulu var və insanlar onu sevir. Sorğunun nəticələri göstərir ki, amerikalıların 64 faizi ona müsbət yanaşır. Aparıcıya münasibəti mənfi olanlar cəmi 23 faizdir. Tramp bu reytinqi heç yuxusunda da görə bilməz 

"İnsanlar onu sevir. Bəs, onun siyasət girdabında olmasını istəyirlərmi?", – deyə ekspert L.Merinqof bildirir: "İnsan siyasi arenaya çıxan kimi dərhal müxalifətin oxlarının hədəfinə çevrilir. Bu da xalqın sevimlisi Opranın populyarlığını yox edə bilər". 

Lakin Opranın bu qərarını dəstəkləyənlər də var. Məsələn, Hollivud ulduzları Meril Strip, Tom Henks, Stiven Spilberq… 

Meril Strip Opranın cinsi istismara məruz qalan insanlarla bağlı dəstək çıxışlarını heyranlıqla izlədiyini deyib: "İnsanları "döyüşə" bax bu cür qaldırmaq lazımdır. Bu, bir liderin səsi idi". 

 

 

Opra Missisipi ştatında dünyaya gəlib. Anası onu təkbaşına böyüdüb. Dediyinə görə, uşaqlıqda ehtiyac üzündən kartof kisələrindən paltarlar geyinməyə məcbur olub. Zamanla Opra varlanmağa başlayıb və milyarder olub. Onun sərvətinin təqribən 3 milyard dollar olduğu bildirilir. Bu arada, Trampın sərvəti 3,1 milyard dollardır. 

Trampla Opranın yolları artıq bir dəfə kəsişib. Tramp aparıcını böhtana görə məhkəməyə versə də, istədiyinə nail ola bilməyib. 

Hələ ötən ilin sentyabrında publisist Con Podxorets yazmışdı ki, Opra Uinfrin demokratlar arasında yeganə real namizəd ola bilər: "ABŞ-ın siyasi mədəniyyətinin radikal transformasiyası Trampa hakimiyyətə gəlməyə imkan yaratdı. Eyni şey Opra üçün də keçərlidir".  

Teleaparıcı özü verilişlərin birində bildirmişdi ki, respublikaçılap Trampı namizəd irləi sürməyənə qədər prezidentlik məsələləsini nəzərdən keçirməmişdi: "Əvvəl fikirləşirdim ki, mənim təcrübəm yoxdur, çox şeyi bilmirəm. İndi isə düşünürəm ki, nə olsun?".

Bu arada, Opranın prezidentliklə bağlı bəyanatına Tramp da münasibət bildirib. O əminliklə qeyd edib ki, məşhur aparıcı namizədliyini irəli sürsə, ona qalib gələcək…

Strateq.az