Gündəm

  • " width="300" height="266" />
    İtaliya prezidenti:“Xəzər dənizinin qazı Avropa üçün çox önəmlidir”
  • " width="300" height="266" />
    ATƏT PREZİDENT SEÇKİSİ İLƏ BAĞLI YEKUN RƏYİNİ AÇIQLADI:“Seçki Məcəlləsi dəyişdirilsin, komissiyaların tərkibinə yenidən baxılsın...”  
  • " width="300" height="266" />
    “ABŞ PREZİDENTİ AVROPANI ALÇALDIR” –İspaniya KİV-ləri Tramp – Putin görüşünü şərh edib
  • " width="300" height="266" />
    Trampdan Rusiya ilə bağlı gözlənilməz açıqlama:"Kəşfiyyatın rəyini qəbul edirəm, lakin sövdələşmə olmayıb”
  • " width="300" height="266" />
    “TRAMP PUTİNİN AYAĞI ALTINA QIRMIZI XALI SƏRDİ”- Almaniya mətbuatı ABŞ prezidentini "topa tutdu"
  • " width="300" height="266" />
    “Strateji Yol Xəritəsi”ndə mühüm dəyişikliklər –Prezident hansı nazirlik və qurumlara yeni vəzifə verdi? + DETALLAR
  • " width="300" height="266" />
    “Minsk qrupunun statusunda dəyişiklik üçün heç bir səbəb görümürəm” –Amerikalı diplomat
  • " width="300" height="266" />
    Allahşükür Paşazadə Gəncədə bəyanat verdi:"Bu hadisələrdə qonşu dövlətlərin, xüsusən də Ermənistanın əli var"
  • " width="300" height="266" />
    “Gərgin iş gedir…” –Səfir prezident İlham Əliyevin Rusiyaya səfərindən danışdı
  • " width="300" height="266" />
    Ermənistan müdafiə naziri də Paşinyanın yolunu təkrarladı –Oğlunu Qarabağa hərbi xidmətə yola saldı

Müsahibə

  • " width="300" height="266" />
    EKS-SPİKER RƏSUL QULİYEV:"Bu hadisələrin ruslarla heç bir əlaqəsi yoxdur" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    DEPUTATDAN DAHA BÖYÜK TƏXRİBATLARIN OLA BİLƏCƏYİ HAQDA XƏBƏRDARLIQ:"Özünü quldurbaşı kimi aparanlar hakimiyyətdən qovulmalıdır" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    “Ən yaxşı mühəndis”dən enerji böhranı ilə bağlı şok açıqlamalar –"Sistemi cəmi iki saata bərpa etmək mümkün idi..."
  • " width="300" height="266" />
    EKS-PREZİDENT AYAZ MÜTƏLLİBOV DA DANIŞDI:“Daxildən Rusiya ilə yaxınlaşmağımıza qarşı çıxan qüvvələr tapılacaq” - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    PUTİNİN STRATEQİNDƏN SENSASİON AÇIQLAMA:“Sarkisyan 5 rayonu qaytarmağa hazırlaşırdı...” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Əli Məsimli:“Məmurların gəlirlərini yoxlayan xüsusi qurum yaradılmalıdır”(MÜSAHİBƏ)
  • " width="300" height="266" />
    Deputat Asim Mollazadə:"ABŞ-ın Rusiyaya güzəştə getməsi mümkün deyil..." - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    ƏBÜLFƏZ ELÇİBƏYİN OĞLU:“Mən də ata sevgisi görə bilərdim...” – MÜSAHİBƏ  
  • " width="300" height="266" />
    Elmar Məmmədyarov:“Qarşıdakı görüş göstərəcək ki, Ermənistan buna hazırdır, ya yox” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Heydər Əliyevin sabiq köməkçisi Gəncədəki sui-qəsddən danışdı:“İdarəetmə sistemində nəzarət funksiyası artıq yoxdur” – MÜSAHİBƏ

Qaynar Qazan

Qapalı Mövzu


Vəkil Bürosu

Qadın Sözü

İyul 2018
BE ÇA Ç CA C Ş B
« İyn    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  



XƏBƏR LENTİ

19 İyul 2018
18 İyul 2018

Digər Xəbərlər

19 Yanvar 2018 - 23:36

20 yanvarda nələr, necə baş verdi? –Əsas şahid danışır-VİDEO

20 yanvar hadisələri haqqında "Azadlıq salnaməsi"ndə əsas şahidlərdən biri – Nemət Pənahlı danışır…

Nemət Pənahlı 20 yanvar hadisələrində harada idi? AXC nə edirdi? 31 dekabr 1989-cu il hadisələrindən sonra nələr oldu? 1990-cı ilin yanvar ayı necə başladı? “Erməni poqromları” necə oldu? Hadisələrin qarşısını almaq olardımı? Qırğını dayandırmaq mümkündümü? Bu və ya digər onlarla, yüzlərlə sualların cavabları hələ də maraqlıdır, hələ də tam verilməyib, hələ də müəmmalıdır. “Azadlıq salnaməsi”ndə bu sualların bəzilərinə cavab almağa çalışmışıq. Nemət Pənahlı ilə yalnız 20 yanvar hadisələrindən danışmışıq. Bu dəfə masaya yatırdığımız 20 yanvar hadisələri, 20 yanvardan öncə olanlar və 20 yanvardan sonra baş verənlər idi. Ona çalışdıq.

Hər zaman olduğu kimi bu dəfə də maraqlı faktlardan danışdı Nemət Pənahlı.

1989-cu ilin 31 dekabrından sonra Azərbaycanda durum daha da çətinləşir. Bir tərəfdən xarici düşmən – Moskva, bir tərəfdən də daxili didişmə – AXC-daxili qarşıdurma. Durum o qədər çətinləşir ki, AXC daxilində liberallar-radikallar qarşıdurması Nemət Pənahlının təşkilatdan istefası ilə nəticələnir və Azərbaycan Xalq Cəbhəsi özünü buraxır. Nemət Pənahlı, Etibar Məmmədov, Əbülfəz Əliyev, Rahim Qazıyev və başqalarının birləşdiyi yeni qurum yaradılır. Yeni təşkiların adı Milli Müdafiə Şurası olur. Təşkilata Xaliq Bahadır və Fuad Ağayev də daxil edilir. Bununla da hərəkat yeni mərhələyə daxil olur. Nemət Pənahlı və radikal qrup ov tüfənginin də əlindən aldığı millətin müdafiəyə qalxmalı olduğunu tələb edir. Onlar tələb edirlər ki, bu, ölüm-dirim savaşıdır və hamı səfərbər olunub Qarabağı azad etməlidir və bunun üçün lazım olarsa silahlanmalıdır.

Milli Müdafiə Şurasının ilk mitinqi çağırılır və mitinq “Azadlıq” meydanında olur. Mitinq hər zamankından uzun davam edir. Vəziyyət gərginləşir və xəbər gəlir ki, “Mayak” radiosu Bakıda erməni poqromlarının başladığını və bunu milli qüvvələrin etdiyini xəbər verib. Bu, eyni zamanda Milli qüvvələrə xeyir verir və onlar elə tribunadanca xəbərin və poqromun onlarlıq olmadığını, bu poqromları SSRİ DTK-nın etdiyini bəyan edir. Planı pozurlar. Amma Milli hərəkat bu poqromlardan məqsədyönlü istifadə edir. Dərhal ermənilərin təhlükəsizliyi təmin edilir və onların dinc şəkildə Bakıdan köçürülməsinə başlanılır.

Nemət Pənahlı xalqa silahlanma çağırışı edir. Leytenant Şmidt zavodu silah istehsal etməyə qərar verir və bu da illərlə davam edən spekulyasiyanın əsasını qoyur. Neməti illər boyu xalqı silahlandırmaqda və qırğın törətməkdə ittiham edirlər.

Zamanın ağır günlərində Moskva Bakıda fövqəladə vəziyyət elan edir. Televiziyanın enerji bloku partladılır. 19-dan 20-nə keçən gecə qırğın baş verir və Nemətin də olduğu Milli Müdafiə Şurasının üzvləri Leytenant Şmidt zavodundakı qərargahdan prosesləri izləyirlər. Və… sonda hər birinin mühafizə dəstəsi onları bir-bir qərargahdan uzaqlaşdırır.

Bununla da sistemli fəaliyyət imkanları ortadan qalxır. Yalnız Şəhidlərin dəfnində Nemət Pənahlı uzun müzakirədən sonra meydana gəlir və prosesi özünün dediyi kimi mollaların əlindən alır və meydanı yenidən mitinqə çevirə bilir. Bakını bürüyən izdihamın bir ucu “Azadlıq” meydanında, bir ucu da Şəhidlər Xiyabanında olur. Bu günlərdə müxtəlif qərarlar verilib və o qərarlar həm də tarixi qərarlardır. Məsələn, Şəhidlərin əksəriyyətinin dəfn olunduğu halda onları yenidən dəfn olunduqları yerlərdən çıxarıb evlərə qaytarmaq və “Azadlıq” meydanından dəfnə götürmək haqqında qərar verilib. Əsas məsələ Şəhidlərin bir yerdə, toplu olaraq harada dəfn olunacağı qərarını kimi verib və nədən Dağüstü Park seçilib? Bu qərar kimin qərarı olub?! O haqda da suallarım oldu və Nemət bütün bu qərarları özlərinin aldığını, hətta bəzilərini birbaşa özünün verdiyini dedi. Təkcə bu qərarların verilməsi Azərbaycan tarixində qalmağın əbədiliyi deməkdir – mən belə anlayıram.

Beləliklə, Nemət Pənahlı ilə – adı 20 yanvar epopeyasında ən çox hallanan zamanın əfsanəvi ismi ilə “Azadlıq Salnaməsi”ndə daha bir müsahibə baş tutdu. Bir daha, bir daha əmin oluram ki, bu xalqın tarixi yazılmır və gerçək şahidlər ortada ikən bu passivliyin səbəbini anlamıram. Təkcə 20 yanvardan söhbət saatlara sığmır. Təkcə bir mövzunu müzakirə etmək üçün günlər lazım olur. Sonuna qədər bu işi aparacaq və bu millətin nəhəng tarixinin yazılması və lentə alınması prosesinə əlimizdən gələn qədər qatqı edəcəyik. Bu da mənim və balaca komandamın bu millətə bir andı olsun.

Nemət Pənahlının arxivindən bu verilişdə bəzi orijinal videolar təqim etmişik. Amma o arxivin daha maraqlı və indiyə qədər məlum olmayan, ortaya çıxarılmayan məqamları var ki, onları da qismət olsa bir-bir təqdim edəcəyik.

“Azadlıq Salnaməsi”ndə Nemət Pənahlıdır…

 

"Azadlıq Salnaməsi",

Əvəz Zeynallı

 

I hissə

 

II hissə

 

III-sonuncu hissə

 

Strateq.az